Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Rus dilini öyrənək → Tərz kateqoriyası
Rus dilini öyrənək → Tərz kateqoriyası
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 770
Səs ver:
Azərbaycan dilində olduğu kimi rus dilində daha çox işlənən nitq hissələrindən biri feldir. Rus dilindəki fellərin qrammatik forma və əlamətlərindən danışarkən tərz kateqoriyası xüsusilə  aydınlaşdırılmalıdır.
Tərz kateqoriyası nə deməkdir? Rusca nitq vərdişlərinin inkişafında bu kateqoriyanın köməyi nədən ibarətdir?
Tərz kateqoriyası (категория вида) dedikdə, hərəkətin zaman daxilində bir proses kimi necə keçdiyi nəzərdə tutulur.
Rus dilində işlənən bütün fellər iki tərzə bölünür: bitmiş tərz (совершенный вид) bitməmiş tərz (несовершенный вид).

Bitmiş tərz felləri hərəkətin daxili hüdudunu (внутренний предел), həddini, həmin hərəkətin qurtardığını, nəticəsini bildirir.
Bitmiş tərz felləri başlanğıc, yəni məsdər formada (неопределенная форма глагола) что сделать? sualına cavab verir. Məsələn, что сделать?—рассказать, решить, прыгнуть.

Fellər bitməmiş tərzdə isə hərəkətin səddini, nəticəsini deyil, onun davamiyyətini və ya təkrarlığını (длительность или повторяемость) bildirir. Belə fellər məsdər formada что делать? sualına cavab verirlər. Məsələn, что делать—рассказывать, решать, прыгать.

Bitmiş tərz felləri yalnız iki zaman formasında işlənir:
Keçmiş zaman (прошедшее время) və sadə gələcək zaman (простое будущее время). Məsələn:
Ученик написал (что сделал?) письмо (прош. время).
Ученик напишет (что сделает?) письмо (будущее простое время).

Bitməmiş tərz felləri hər üç zamanda nitqdə təzahür edə bilər: keçmiş zaman, (прошедшее время) indiki zaman (настоящее время) və mürəkkəb gələcək zaman (сложное будущее время). Məsələn:
Полад читал (что делал?) стихи Сергея Михалкова (прош. вр.),
Полад читает (что делает?) стихи Сергея Михалкова (наст, вр.)
Полад будет читать (что будет делать?) стихи Сергея Михалкова (будущ. сложное зремя).

Fellərin bitmiş və bitməmiş tərzləri necə əmələ gəlir?
1.Bitməmiş tərz felləri bitmiş tərz fellərindən suffikslərin (şəkilçilərin) köməyi ilə əmələ gəlir. Məsələn: спасти—спасать, обуть—обувать.
2.Bitməmiş tərz fellərinə pristavkalar (önlük, önşəkilçi) əlavə etməklə bitmiş tərz felləri yaranır:строить—построить,писать—подписать və s.
3.Önlüklərlə, önşəkilçilərlə (pristavkalar) işlədilən və əsasında ну suffiksi olan fellər bitmiş tərz fellərə aid edilir: потухнуть (sönmək), выдернуть (dartmaq, çəkmək, çıxarmaq) və s. Önlüksüz, önşəkilçisiz (pristavkasız) işlənən və ну əsasında suffiksi olan yerdə qalan fellər bəzən bitmiş və bəzən də bitməmiş tərzdə işlədilir. Bununla əlaqədar olaraq aşağıdakıları bilmək lazımdır:
a) felin keçmiş zamanında (прошедшее время глагола) bəzən ну suffiksi düşür, belə halda pristavkasız işlənən bu fellər bitməmiş tərzdə olur. Məsələn: мёрзнуть—мерз, потушить—потух;
b) ну suffiksi ilə işlədilən fellərdən bəziləri bu suffiksi keçmiş zaman formasında saxlayır. Bu halda fellər bitmiş tərz felləri olur: дёрнуть—дернул, крикнуть—крикнул və s.
4.Bir neçə eyni mənalı fellərin bitmiş və bitməmiş tərzi müxtəlif sözlərlə ifadə olunur:
говорить (несов. вид)—сказать (сов. вид), ловить (несов. вид)—поймать—(сов. вид), брать (несов. вид)—взять (сов. вид) və s.
5.Rus dilindəki fellərdən bəziləri (cümlədə və ya mətndə işlədilməsindən asılı olaraq) heç bir qrammatik dəyişikliyə uğramadan bəzən bitmiş və bəzən bitməmiş tərzdə işlənir: Məsələn: обещать, образовать, использовать, организовать, və s.
6. Bəzi fellər yalnız bir tərzdə (ya bitmiş, ya da bitməmiş) işlədilir. Misal üçün ринуться (atılmaq, çummaq, hücum etmək), хлынуть (sel kimi axmaq, fışqırmaq) felləri yalnız bitmiş tərzdə işlənə bilər. Преобладать (üstün olmaq, üstünlük təşkil etmək, çox olmaq), присутствовать (hazır olmaq, iştirak etmək) kimi fellər isə yalnız bitməmiş tərzdə işlədilir.

Nitq vərdişlərinin inkişafı üçün fel tərzlərinin mənimsənilməsi olduqca vacibdir. Çünki rus dili fellərinin tərz kateqoriyası çətin mövzudur. Yuxarıda göstərdiyimiz fel tərzlərinin əmələ gəlməsi yollarını və qaydalarını yadda saxlamağa, burada misal gətirilmiş hər fel tərzini cümlədə işlətməyə çalışmalısınız.
Fel tərzlərini düzgün mənimsəməməyin və qavramamağın nəticəsidir ki, bəzən nitqimizdə belə ifadələrə rast gəlirik:
Учитель, я буду сказать (belə deyilməlidir: Учитель я буду говорить, или учитель, я скажу). Я буду рассказать (belə deyilməlidir: Я буду рассказывать).
Tərz anlayışını düzgün mənimsəmək məqsədi ilə nitqinizdə işlətdiyiniz hər hansı feli üç zamana görə dəyişməyi yaddan çıxarmayın. Dərsimizin əvvəlində qeyd etdiyimiz kimi, zaman və tərz qrammatik kateqoriyaları arasında sıx əlaqə, vəhdət vardır.
Əksər hallarda felin bu və digər tərzi həmin felin hansı zamana aid olması ilə müəyyənləşdirilir.


Şərhlər:
Baxılıb: 770
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz