Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Rus dilini öyrənək - Cümlənin növləri
Rus dilini öyrənək - Cümlənin növləri
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 927
Səs ver:
İntonasiya və məqsədə görə cümlənin növləri
Məlum olduğu kimi, qrammatika iki bölmədən ibarətdir: morfologiya və sintaksis. Morfologiya müxtəlif nitq hissələrinə aid olan sözlərin əmələ gəlməsi üsulları, onların formaları (cins forması tək-cəm, hallanma, şəxs, ölçü, dəyişmə və s.) və bu formaların mənaları ilə məşğul olur; Sintaksisdə isə cümlədə sözlərin birləşməsi, cümlə üzvləri və onların ifadə üsulları, habelə cümlənin növləri öyrədilir.
Qrammatikanın hər iki bölməsi (morfologiya və sintaksis) bir-birilə sıx əlaqədardır, ona görə də sintaksisi öyrənərkən morfologiyanın qanun-qaydalarını mütləq xatırlamaq gərəkdir. Məqsəd və intonasiyaya görə cümləni dörd növə ayırırlar. hər iki dildə işlənən cümlələr bu dörd növdən birinə aid olur: nəqli cümlə (повествовательное предложение), sual cümləsi (вопросительное предложение), əmr cümləsi (побудительное предложение), nida cümləsi (восклицательное предложение). Deməli, nitqdə işlətdiyimiz cümlələrdə ya müəyyən bir şey, əşya, hadisə, əhvalat haqqında məlumat verilir, ya soruşulur, ya əmr edilir (buraya xahiş, nəsihət də daxildir), ya da ki, həmin cümlələrdə yüksək hiss-həyəcan ifadə edilir.

Nəqli cümlədə adından bəlli olduğu kimi, müəyyən bir hadisə, əşya, əhvalat, iş və sair haqqında nəql edilir, məlumat verilir. Məsələn:
Труд создал человека.
Переправы мы осуществляли только ночью.
С моря дул свежий ветер, было зябко.

Nəqli cümlənin sonunda nöqtə qoyulur.

Sual məqsədi ilə işlədilən cümlələrə sual cümləsi deyilir. Məsələn:
Серебристая дорога, ты зовешь меня куда?
Что ты делал вчера в школе после уроков?
Кто знает этого человека?
Sual cümləsinin sonunda sual işarəsi qoyulur.

Əmr cümlələrində əmr, xahiş, nəsihət, çağırış, arzu və s. bildirilir. Əmr cümlələrində adətən felin başqa şəkilləri də (xəbər, şərt və qeyri-müəyyən forma) istifadə edilə bilər. Bu növ cümlələrdə bəzən: давать, давайте, да, пусть və başqa ədatlar (hissəciklər) da işlədilir. Məsələn:
Заходите, мальчики, в класс.
Давайте, навсегда дружить!
Споемте, друзья, ведь завтра в поход уйдем в предрассветный туман!

Göründüyü kimi, deyiliş intonasiyalardan asılı olaraq əmr cümlələrinin sonunda nida işarəsi və ya nöqtə qoyulur.

Yüksək hiss, həyəcan, şadlıq, təəccüb, qorxu və s. ilə deyilən cümlələr nida cümlələridir. Məsələn:
Да здравствует мир на всем мире!
Знамя народное пусть от победы к победе ведет!
Да здраствует солнце, да скроется тьма!


Şərhlər:
Baxılıb: 927
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz