Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Rus dilini öyrənək - İsimlərin hallanma tipləri
Rus dilini öyrənək - İsimlərin hallanma tipləri
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1687
Səs ver:
Azərbaycan dilindən fərqli olaraq rus dilində isimlər cinslərə bölünür. Bunların da hər biri özünə məxsus üslubda hallanır. Ona görə də hər hansı bir ismi hallandırmazdan əvvəl onun hansı cinsə aid olduğunu müəyyən etmək lazımdır.
Bu mövzunun öyrənilməsində əsas məqsəd müxtəlif hallanma quruluşuna malik olan isimlərin cümlə tərkibində tələb olunan formada (yəni halda) işlədilməsidir. Rus dilində hallanmaya məruz qalan isimlərin üç tipi vardır.
Birinci hallanmaya adlıq halda axırında a və я sonluqları olan kişi və qadın cinsli isimlər daxildir. Родина, бабушка, земля, дедушка, Ваня.
Ikinci hallanmaya adlıq halda şəkilçisi olmayan kişi cinsli isimlər daxildir: дом, дождь, словарь, трамвай və axırı о, е, ё sonluqları ilə bitən orta cinsli isimlər daxildir: зеркало, море, ружьё.
Üçüncü hallanmaya əsası incə samitlə bitən: мать, площадь və cingiltili səslə qurtaran: дочь, помощь və s. isimlər aid edilir.

Rus dilində fikri düzgün ifadə etməyin birinci və ən əsas şərti məhz hallanan sözün cümlənin tələbinə müvafiq formada işlədilməsidir.
Azərbaycan dilində «Mən kitab oxuyuram» cümləsini əgər sözbəsöz rus dilinə tərcümə etsək belə olar: «Я читаю книга». Amma читать sözü təsirlik hal tələb edir. Ona görə də bu cümlə «Я читаю книгу» yazılmalı və işlədilməlidir.
Rus dili cümlələrinin əksəriyyətində isim vardır və bu isimlərin çoxu hallanır. İşlətdiyiniz cümlələrdə, söz birləşmələrində isimlərin hər üç hallanma tipinə aid nümunələr əsasında adlıq, yiyəlik, yönlük, təsirlik, yerlik, çıxışlıq hallarının qəbul etdikləri şəkilçiləri bilməlisiniz.Həmin məqsədlə sinifdə yerinə yetirdiyiniz çalışma və təmrinlərlə kifayətlənməyib, isimlərin hallanmasına dair digər tapşırıqlar da yerinə yetirməyi unutmamalısınız. Bir məsələ xüsusilə yaddan çıxarılmamalıdır. hər hansı bir söz onda mənimsənilmiş sayıla bilər ki, həmin söz cümlədə müxtəlif formada, yəni hallarda işlədilə bilsin. Əks təqdirdə dərsdə keçilmiş söz və onun mənası tez unudula bilər.
Əgər hər hansı bir ismi hallandırsanız, çalışın ki, həmin isimlə (müxtəlif hallarda) cümlə qurulsun və nitqdə işlədilsin.


Şərhlər:
Baxılıb: 1687
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz