Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İsim haqqında
İsim haqqında
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1049
Səs ver:
İsim ümumi qrammatik mənasına görə əşyaların, canlı və cansız varlıqların adlarını  bildirir.Kim?, nə? (bəzən də hara?) suallarından birinə cavab olur. Məsələn: müəllim, şagird, uşaq va s. isimləri kim? sualına; at, quş, ağac, daş və s. isimləri nə? sualına; Bakı, Təbriz, Gəncə və s. isimləri isə hara? sualına cavab olur.
İsmin əsas səciyyəvi xüsusiyyətləri tək və cəm olması, mənsubiyyətə görə dəyişməsi və hallanmasıdır.

Konkret və mücərrəd isimlər
Əşya dedikdə bütün varlıqlar nəzərdə tutulur. Varlıqlar iki cürdür: gözlə görünə bilən və görünə bilməyən. Bu baxımdan isimlər iki növə bölünür: konkret isimlər  və  mücərrəd isimlər.
Konkret isimlər – gözlə görünə bilən əşyaların adlarıdır. Məsələn:dağ,çiçək,qoyun,insan,meşə,ev və s.
Mücərrəd isimlər isə gözlə görünə bilməyən əşyaların adlarıdır. Məsələn:arzu,xəyal,yuxu,məqsəd və s.

Ümumi və xüsusi isimlər
İsimlər cəmiyyətdəki tutduğu yerə və həmcinsliyinə görə iki növə bölünür:
1.Ümumi isimlər
2.Xüsusi isimlər
Eynicinsli əşyaların adlarına ümumi isimlər deyilir.
Məsələn: insan, ağac, ot, gül, çiçək, das, quş, balıq, dəftər, kitab, qələm və s.
Varlığı tək olması ilə fərqlənən əşyaların adlarına isə xüsusi isimlər deyilir. Xüsusı isimlərə, əsasən, aşağıdakılar daxildir:
1. İnsan adları və soyadlar, təxəllüs və ləqəblər: Nizami Gəncəvi, Hüseyn Cavid, Mirzə Ələkbər Sabir və s.
2. Coğrafi və astronomik adlar. Azərbaycan, Gəncə, Şuşa, Ay, Ülkər və s.
3. Qəzet, jurnal və əsər adları:"Azadlıq","Ulduz", "Xəmsə" və s.
4. Heyvanlara verilən xüsusi adlar: Alabaş, Qırat, Mərcan və s.
Xüsusi isimlər böyük hərflə yazılır. Qəzet, jurnal, əsər, zavod, cəmiyyət və s. adları dırnaq içərisində və böyük hərflə yazılır. Məsələn. "Dəli Kür" (əsər), "Azərbaycan" (jurnal), "Bakı fəhləsi" (zavod), "Vətən" (cəmiyyət) və s.  .
Bəzi ümumi isimlər xüsusi isimlərə keçə bilir. Məsələn: arzu,fərəh, ilham, səadət, vəfa, sədaqət, sevinc, çiçək, bülbül və s. ümumi isimlər şəxs adı (bəzən də yeməkxana, mağaza, kinoteatr və s adlarını) bildirdikdə xüsusi isim olur. Nadir hallarda əks hal da baş verir, yəni xüsusi isimlər ümumi isimlərə çevrilir. Məsələn: Rentgen alman aliminin adıdır, rentgen isə xüsusi şüa ilə işıqlandırılma alətinin adıdır.

Tək və cəm isimlər

İsimlər kəmiyyətcə tək və cəm olur. İsimlər cəmdə olarkən  lar2   şəkilçisini qəbul edir: kitablar. insanlar, evlər, şagirdlər və s.
Qeyd: Bu şəkilçi qoşulduğu sözün son samitindən asılı  olaraq, bəzi səkillərdə[-rar2], [-nar2 ], [-dar2] kimi tələffüz olunur: qatar-
- [qatarrar], şəhərlər - [şəhərrər], qazlar - [qazdar], buludlar [bulutdar], igidlər - [igiddər]. oğlanlar - [oğlannar], əkinlər –[əkinnər] və s.
Dilimizdə elə isimlər də var ki, onların məzmununda çoxluq,topluluq anlayışı var. Belə isimlər toplu isimlər adlanır. Məsələn: el, xalq, kütlə, camaat. qoşun, sürü, ilxı. dəstə, partiya . Toplu isimlərin çoxu cəm şəkilçisi qəbul edir: xalqlar, ellər, ellər və s. Toplu isimlərlə əlaqədə olan xəbər təkdə işlənir. məsələn: El  yaylağa köçür. Xalq azadlığına qovuşdu və s.


Şərhlər:
Baxılıb: 1049
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz