Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Evlərdə bahar şənliyi
Evlərdə bahar şənliyi
Göndərən: Fialka
Şərhlər: 12
Baxılıb: 407
Səs ver:
Hər tərəf yaşıllaşmağa, günəşin isti şüaları pəncərələrdən otaqlara süzülməyə başlayıbsa, deməli, evin içində də yaz dəyişikliyi etməyin vaxtı çatıb. Odur ki, dəyişikliyə pəncərələri taybatay açıb qalın pərdələri nazikləri ilə əvəz etməkdən başlaya bilərik. Başqa nə edərək yaz təravətini, bahar nəfəsini evdə hiss etmək olar?
 
İnteryeri yaz əhvalına uyğun dizayn etməklə evin aurasını canlandırmaq olar. Bütün evi dəyişdirmək mümkün olmasa belə, ən azı bir otağı yeniləmək öz əlinizdədir. Bu yenilik sizə hər gün zövq verib yeni duyğular aşılayacaq.
 
Narahat olmaq lazım deyil. Ev mühitini bahar havasına kökləmək üçün elə böyük vəsait xərcləməyə ehtiyac da yoxdur. Dekorativ aksessuarların köməyi ilə evi tamamilə dəyişmək həm xərcsiz, həm də asandır.
 
Əvvəlcə, evdə qış dekorlarını, məsələn, qalın, yun örtükləri və xalçaları yığışdırın. Sonra qalın pərdələri daha nazik, əlvan güllü variantları ilə dəyişin. Üstü flora ornamentləri ilə işlənmiş yarımşəffaf tüllər bahar dekorasiyası üçün ən gözəl seçimdir. Bahar interyerində ən əsas məqam yüngüllük, təbii parçalardan, təbii çiçək və tematik naxışlardan istifadədir. Ağır divan-kreslo örtüklərini satin örtüklə əvəz etmək olar. Xalçaların əvəzinə yeri həsir xalı və ya kiçik xalçalarla döşəyin. Bir sözlə, qalın və tünd parçaların yerini pastel çalarları və təbii rəngli pambıq, həmçinin rahat və zəngin rəngli parçalar alır.
 
Yaz dekoru ilə təbiətdə baş verən hadisələr ahəng təşkil etməlidir. Bahar interyerində ən çox füruzəyi, mavi, sarı, ağ və limon, yasəmən, şaftalı və mərcanı, çəhrayı və zeytun yaşılı istifadə edilməlidir. Bundan başqa, bəzən tərtibatda nanə, boz və sədəf rənglərinə də üstünlük vermək olar.
 
Bahar dekorasiyasını tamamlayan ən vacib detal güllərdir. Masaların üstünü güldan və təravətli çiçəklərlə doldurun. Gülü imkan daxilində tez-tez dəyişmək lazımdır ki, otaqdan gözəl qoxular gəlsin. Yaxud da rəflərdə və taxçalarda yasəmən, limon və ya nanə ətirli şamlar yerləşdirin.


Şərhlər: 12
Baxılıb: 407
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
Baharda tebiet gozel gorunur rengli

Baharda tebiet gozel gorunur rengli
28 aprel 2016 20:49
# 12
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
seher_kuleyi7
Yaz dekoru ilə təbiətdə baş verən hadisələr ahəng təşkil etməlidir. Bahar interyerində ən çox füruzəyi, mavi, sarı, ağ və limon, yasəmən, şaftalı və mərcanı, çəhrayı və zeytun yaşılı istifadə edilməlidir. Bundan başqa, bəzən tərtibatda nanə, boz və sədəf rənglərinə də üstünlük vermək olar.
28 aprel 2016 13:44
# 11
evli.mutlu.cocuklu
Bahar feslini sevmirem çünki heyet yarpaqla dolu olur
28 aprel 2016 11:30
# 10
Totu
Bahar feslini çox sevirem
28 aprel 2016 10:28
# 9
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
Roza
Evdə xalçalari yiğiram, verirəm xala yuyan yerə. Sonra pərdələri dəyişirəm, naziklərdən istifadə edirəm. Evi təzədən silirəm, tozlarini aliram. Əkdiyim gülləri çiçəklənir onlari düzürəm balkona. Super olur. Təşəkkürlər.
28 aprel 2016 09:32
# 8
....
Ekizlerin mamasi
Baharı çox sevirem. Evdə onsuz hər fəsil rengarengliyi sevirəm ama baharda başqa olur hər yan.
28 aprel 2016 01:33
# 7
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
YalniZ-ArZu
Evde gul cicek mutleq olmalidi fikirmce.Hem guldanda,hem de dibcekde.Mende evimizi dibcek gullernen bezemiwem.Onlari cox sevirem:)
28 aprel 2016 00:44
# 6
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
Fi-Ra
Biz də bahar gələndə qalın xalçaları, divan üstülərini dəyişirik. Xalaçaları tamam yığırıq. Çox rəngarəng evdən xoşum gəlmir. Uzaq başı 3-4 rəngdən istifadə edərəm. O da bir-birinə uyğun olsun. Gülləri isə evdə hədsiz sevirəm. Xoşum gəlir güldanda masaya gül qoymaqdan. Təşəkkür
28 aprel 2016 00:11
# 5
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
ulduz
Baharim olub qara qiw. Hecneye üreyim açilmir. Baharun ozune mexsuz etri olur cox sevirem
28 aprel 2016 00:01
# 4
Barbaris
bahar feslini cox sevirem
27 aprel 2016 23:21
# 3
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Aybə
Bahar çox gözəldir.Hər yer gül çiçık olur.Mən neçə vaxtdır evimin pəncərələrin açıq qoyuram əsasda yataq otağın uşağa otaq təmiz hava olsun.
27 aprel 2016 23:18
# 2
Hamınız insan bədəninə həbs olubmuş bir kəpənəyik..Əlbət bir gün qanadlarımızı açarıq..
BARBI
Baharda evde gul cicek ve rengarenglik sevirem. Eve ferqli hava verir
27 aprel 2016 23:01
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz