Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Evinizi payıza hazırlayın
Evinizi payıza hazırlayın
Göndərən: Fialka
Şərhlər: 6
Baxılıb: 462
Səs ver:
Payız ilin ən romantik fəslidir. Həzin payız günlərində evdən bayıra çıxmaq istəməyərək romantik əhvala köklənməyimiz də məhz fəslin xarakterindən irəli gəlir. Odur ki, bütün gün evdə oturub qarşında bir fincan isti qəhvə ilə bəyəndiyin yazarın hər hansı bir əsərini mütaliə etmək istəyirsən. Ancaq o şərtlə ki evin də dekorasiyası da mövsümün və sizin əhval-ruhiyyənizə uyğun olsun.

Odur ki, evinizi payız üslubunda bəzəyin.

Beləliklə, yay dekorasiyasında mavi və bəyaz kimi açıq rənglər istifadə olunurdusa, payız aylarında qırımızı, narıncı və qəhvəyinin müxtəlif tonları hakimdir.

Payızın rəmzi
İfritələr bayramı oktyabr ayının son gününə təsadüf etdiyi üçün balqabaq həm də payızın rəmzi sayılır. Ümumiyyətlə, balqabaq aksessuarları dekorasiyada yeni dəb tendensiyası deyil. Ancaq builki balqabaq aksessuarları çox orijinal və müxtəlif rənglərdə təqdim olunub. Məsələn, tutqun-qızılı, qızılı və ya gümüşü naxışlar çox effektli görünür.

Şirniyyatları qapağı bəzəkli bankalara qoyun
Əvvəllər bankalar qışa tədarük görmək üçün istifadə olunurdusa, onlar indi aksessuar funksiyasını da yerinə yetirirlər. Məsələn, şirniyyatlar bəzəkli qapağı olan bankalarda çox effektli dekor kimi görünürlər. Xoşbəxtlikdən bu ideyanı həyata keçirmək heç də çətin deyil.

Payız təamlarının qoxusu...
Süfrə və mətbəx payızda əsas yer tutur. Bu da o deməkdir ki, masaları da bəzəksiz qoymaq olmaz. Odur ki, masanın üzərinə quru meyvələr, yarpaq və çiçəklər, o cümlədən səbətdə və ya qabda mövsüm meyvələri qoyun. Arzu edənlər qurudulmuş yarpaq və budaqların yanında şam qozalarından da istifadə edə bilər.

Qəhvəyi rəngin tolarından ilham alın
Süfrələri, pərdələri, yastıqları kirəmit rəngində, qəhvəyi tonlarında seçin. Qəhvəyi tonları solğun yaşıl rəngli vaza və mebellərlə tamamlayın.

Əşyalarınızı da geyindirin
Bir neçə ildir ki güldan, fincan və baş əşyalara toxunma qəliblər geyindirmək dəbdədir. Qəliblərə əlavə pul xərcləmək istəmirsinisə, biz sizə köhnə sviter və jaketlərinizi atmayıb bu məqsədlə istifadə etməyi təklif edirik.


Şərhlər: 6
Baxılıb: 462
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
maraqli meslehehetlerdir
27 noyabr 2015 16:35
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Happy
Payızdan keçib artıq :)
27 noyabr 2015 00:20
# 5
Dosta_inam
Nə payız yaaa, biz artıq qışdayıq, 35dərəcə maroz var artıq bizdə.
26 noyabr 2015 15:15
# 4
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
BARBI
Payiz renglerini cox sevirem. Evde gozel aura bagislayir. En cox evde istifade etdiyim ag rengdir
26 noyabr 2015 09:24
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Angela7
Payız sevdiyim fəsillərdəndir.Payızın rəngləri bir az da ehtiyat tələb edir, bu rənglərdən elə istifadə etmək lazımdır ki, neqativ təsir bağışlamasın.
26 noyabr 2015 04:16
# 2
May 2016 tarixindən bəri günlərimdə SƏN adlı dəyişiklik var.
Grsu
Men artiq qis temizliyimi bele etmisem
26 noyabr 2015 03:49
# 1
✴Eşqime xeyanet etdiyin üçün hemişe menim ahimla yaşayacaqsan!....❇
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz