Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dünyanın ən bahalı villaları
Dünyanın ən bahalı villaları
Göndərən: ALESSANDRA
Şərhlər:
Baxılıb: 862
Səs ver:

"Əvvəl evin içi, sonra çölü” - məsəli yalnız bizdə deyil, dünyanın hər yerində rahat yaşamağa can atan insanlar üçün həyat devizinə çevrilib. Bir sıra ölkələrin varlı sakinləri öz rahatlıqlarını təmin etmək üçün milyonlarından keçməli olurlar. Hər cür rahatlığa, xüsusi gözəlliyə, geniş bağ-bağçaya malik malikanələrə sahib olmaq hər bir insanın arzusudur. 

 

 

 

Hindistanın qərbində yerləşən, Maxaraştra ştatının inzibati mərkəzi sayılan Mumbaydakı "Antilla” adlı bu malikanənin qiyməti 1 milyard dollardır. 168 avtomobillik dayanacağa malik 27 mərtəbəli ev xüsusi fitnes mərtəbəsi, idman və rəqs zalı, yataq, vanna otaqları, hətta 4 mərtəbəli bağla təmin edilib. Evin sahibi hind biznesmeni, multimliyarder Mukeş Ambanidir.   

 

 

 

Londondakı "Upper Phillimore Gardens” Hindistandakı villadan cəmi 20 milyon dollar ucuzdur. 5 mərtəbəli malikanə 10 yataq otağından, yeraltı qapalı hovuzdan və sığınacaqdan, kinoteatrdan, sauna və idman zalından ibarətdir. Evin sahibi Ukraynanın keçmiş prezidenti Kuçmanın qızı Yelena Kuçmadır.   

 

 

 

ABŞ-ın Montana ştatındakı  "The Pinnacle” da digər villalardan geri qalmır. 944 milyon dollar qiyməti olan bu dəbdəbəli evdə qolf, eyni zamanda xizəklə sürüşmək üçün xüsusi meydança var. İdman zalı, üzgüçülük hovuzu olan villada hətta xüsusi funikulyor da var. Malikanənin sahibi daşınmaz əmlak bazarı üzrə biznesmenlər Edra və Tim Bliksetdir.  

 

 

 

ABŞ-ın Florida ştatındakı "Maison de L’Amitie”in qiyməti 913 milyon dollar civarındadır. 2,5 hektar ərazi tutan cah-cəlallı ev 15 yataq və vanna otağından ibarətdir. Məşhur rəssamların əl işləri ilə bəzədilmiş villanı 2008-ci ildə keçmiş sahibi, milyarder Donald Trampdan 950 milyon dollara rusiyalı biznesmen Dmitri Rıbolovlev alıb.     

 

 

 

Bu ölkənin Kolorado ştatındakı "Hala Ranch”ı almaq istəyinə düşənlər 821 milyon dollardan keçməlidirlər. Bir çoxları iddira edir ki, ABŞ-da 2006-cı ilə qədər bu qiymətə bahalı ev satılmamışdı. Səudiyyəli şahzadə Bandar bin Sultan həmin il onu 135 milyon dollara satıb. 15 yataq, 16 vanna otağından ibarət malikanə yüksək texnologiyaya malik sutəmizləyici qurğularla və qazötürücülərlə təchiz edilib. 

 

 

 

"Fleur de Lys” adlı, 760 milyon dollar qiymətinə malik "cənnət məkanı” ABŞ-ın Kaliforniya ştatındadır. 12 yataq və 15 vanna otağından ibarət malikanədə ikimərtəbəli kitabxana və rəqs zalı yerləşir. Onun sahibi Maykl Milkendir.   

 

 

 

Fransadakı "Leopald villası” Belçika kralı II Leopold üçün 1902-ci ildə inşa edilib. 457 milyon dollar qiyməti olan malikanənin ərazisi olduqca böyükdür. Yüzlərlə portağal və limon ağacının əkildiyi bu böyük məkanda hər gün 50 bağban çalışır. Malikanənin hazırkı sahibi Livan bankiri Uilyam Safranın şəriki Lili Sfradır.   

 

 

 

Kaliforniyadakı "Ellison Estate”in qiyməti 20 milyon dollardır. Bir çoxları onu ev yox, 10 binadan ibarət yaşayış kompleksi adlandırırlar. 9 hektar ərazi tutan bu malikanənin həyətində süni göl, Çin sazan balıqlarının üzdüyü göl, çay evi, üzmək üçün xüsusi yer var. Onun rəhbəri "Oracle” şirkətinin əsasını qoymuş Larri Ellisondur.  

 

 

 

"Beverly House”, - ABŞın Kaliforniya ştatındakı malikanə 135 milyon dollardır. 29 yataq otağından, böyük kitabxanadan, dairəvi eyvandan, bilyard zalından ibarət malikanədə 3 hovuz, tennis üçün xüsusi yer, xüsusi kinoteatr və gecə klubu mövcuddur.

 

 

 

Nyu-Yorkdakı "Four Fairfield Pond” 25 hektar ərazini tutur. 29 yataq otağından ibarət villanın qiyməti 133 milyon dollardır. 39 vanna otağından ibarət malikanədə basketbol meydançası, 3 hovuz və uzunluğu 100 metr olan yeməkxana var. Malikanənin rəhbəri "Renco” şirkətinin rəhbəri Ayra Rennertdir.


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



Şərhlər:
Baxılıb: 862
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz