Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Düzgün pərdə evinizi tamamlayar
Düzgün pərdə evinizi tamamlayar
Göndərən: ayka
Şərhlər:
Baxılıb: 2708
Səs ver:
Ev üçün vacib aksesuarlardan biri də pərdədir. Pərdə seçimi dekorativin ən vacib parçalarından hesab olunur. Seçim zamanı unutmaq olmaz ki, pərdə divarlarla, tavanla, hətta xalıyla belə uyğun olmlıdır. Bu zaman dekorativdə bütünlük təmin olunacaq. Bunun üçün isə pərdə seçimində diqqət edilməsi lazım olan məqamları bilmək lazımdır.

1. Künc pəncərənizdə bir mərkəz nöqtəsi yarada bilərsiniz. Kəndli pərdə boruları, çiçək naxışlı pərdələr və qəşəng tüllərlə bu hissə olduğundan daha isti və zövqlü görünəcək.

2. Sadə plise pərdələr, künc pəncərələr üçün iddiasız bir həll ola bilir. Künc pərdə boruları və özündən büzgülü hazır pərdələrlə qənaət edə bilərsiniz.

3. Hündür tavanlı və pəncərəli yataq otağınız varsa, klasshik model pərdələrinə üstünlük verin.

4. Divarınızın küncünü bütünlüklə pərdə ilə bağlamaq istəmirsinizsə, pərdə borularınızı qəşəng sonlu bəzəkləri və saçaqlarla tamamlayaraq pərdələrinizin lazımsız yerə divara yayılmasının qarşısını ala bilərsiz.

5. Pərdələrinizi sabitləmək üçün rəngli pərdə maqnitlərindən istifadə edə bilər, ya da taxta pərdə ambranslarını rəngləyərək fərqli bir aksesuar əldə edə bilərsiniz.

6. Məxmər ya da ipək lentlərlə fərqli hündürlükdə bağlayacağınız pərdələriniz daha təsiredici bir atmosfer yaradacaq.

7. Yataq otağınız üçün istifadə edəcəyiniz, hər iki tərəfi də fərqli çiçək naxışlı pərdə parçası, sizə mövsüm dəyişikliklərində avantaj yarada bilər.

8. Fərqli parçaları birlikdə istifadə edə bilərsiniz. Məsələn, cizgili və çiçəkli parçalarla tarazlıq bir tarla evi atmosferi yarada bilərsiniz.

9. Düz və qalın pərdə parçalarını klasshik şəkildə tavandan yerə qədər uzadaraq istifadə edə bilərsiniz. Alt hissəyə asacağınız tüllər daha eleqant bir atmosfer yaradır.

10. Pəncərələrinizə tül yerinə indilərdə çox dəb olan parlaq ip pərdələr asa bilərsiniz. Satışda fərqli rəng alternativləri tapılan ip pərdələrinizin üstünə asacağınız kristal muncuq, saçaq ya da rəngli daşlarla bəzəyə bilərsiniz.

11. Pəncərələriniz yatağınızın ya da divanın yanındadırsa, bu vəziyyətdə iki tərəfli günəşliklər yerinə iki qat incə tül asmağınız daha uyğundur. Bir az hərəkət qatmaq üçün üstdəki qatı, tək tərəfdə qəşəng bir renso və ya braçol ilə yığa bilərsiniz.

12. Dam örtüyündə olan otaqların pəncərələri fərqli formalarda olur. Xüsusilə maili və bucaqlı pəncərələri örtmək üçün pəncərəyə sabitlənən panel pərdələrdən istifadə edə bilərsiniz. Pəncərənin iki tərəfindən asacağınız günəşlikləri yatacaq dəstinizlə uyğunlaşdıra bilərsiniz, daha effektiv bir atmosfer yarada bilərsiniz.


Şərhlər:
Baxılıb: 2708
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz