Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ev dekorasiyasında etdiyiniz böyük səhvlər
Ev dekorasiyasında etdiyiniz böyük səhvlər
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3527
Səs ver:
http://imgs.su/tmp/1320767590-656.jpg

Evinizi bəzəyərkən fantaziyanızı gücləndirməlisiniz - bu şübhəsizdir. Lakin bu fantaziyanın yorucu təsir bağışlamaması üçün, bəzi sadə qaydaları saxlamağa dəyər.

Beləliklə, dekorativ interyerdə buraxılan 21 əsas geniş yayılmış səhvləri və bu səhvləri düzəltmək üçün 21 məsləhəti diqqətinizə çatdırırıq.


1. Süni güllər. Canlı güllər, buketlər sizin evinizə təravət və təmizlik gətirəcək, lakin süni güllər yalnız toz.


2. Yumşaq mebel üzərində hədsiz çox yastıq. Əgər hər dəfə divana və ya yatağa uzanmaq və ya oturmaq lazım gəlirsə, siz gərək bu yastıqları kənara çəkməlisinız, durarkən uzandığınız yeri qaydasına salmalısınız, bu isə düzgün deyil.


3. Rənglərin qorxusu. Çox yaxşı olar ki, siz cəsarət göstərib evinizdə qeyri adi rəngləri düzgün şəkildə istifadə edəsiniz. Siz də mənimlə razılaşarsınız ki, hər şey eyni rəngli olanda ağ və ya bej rəngi - bu çox cansıxıcı olur.


4. Mebeli bir divar uzunu yığmaq. Kim deyir ki, mebel mütləq bir divar boyunca olmalıdır? Bəzi mebel hissələrini evinizin istənilən yerinə, hətta mərkəzinə də qoya bilərsiniz. Divanlardakı narahat üzlük. Hətta bəzən onların üzərinə içkilər və yemək də tökülür. Buna görə də həmişə bu ehtimalı nəzərdə saxlamalısınız, əgər siz təmizkar deyilsinizsə o zaman elə bir divan seçin ki, onu təmizləmək sizə çətin olmasın.


5. Çox hündürdən asılan şəkillər. Yadda saxlayın ki, kompozisiyanın mərkəzi gözlər ilə eyni səviyyədə olmalıdır.


6. Yanlış işıqlandırmalar. Pis və ya yanlış işıqlandırılmış otaq dizayn məsələlərində hər şeyə diqqətlə yanaşmağınıza baxmayaraq adi və cansıxıcı görünəcək.


7. Əzilmiş xalçalar. Xalçalar yerdə sürüşməsin deyə onun uclarını mebelin ayaqları ilə bərkitmək lazımdır.


8.Tualet otağındakı xalçalar xüsusilə nəzarət altına alınmalıdır.


9. Aksesuarların rəngbərəngliyi və artıqlığı. Gözlərinizə çalışın istirahət verin!


10. Uyğun olmayan mebel. Çalışın elə edəsiniz ki, otaqdakı mebelin bütün predmetləri bir-birinə uyğun gəlsin və təyin edilmələrinə görə uyğunlaşsınlar.


11. Ədəbazlıq. Qəribəlikləri və qeyri-adi fantaziyaları yaxşı olar ki, aksesuarlar üçün saxlayasınız.


12. Əşyaları yerləşdirməzdən əvvəl evi yaxşıca gəzin və əmin olun ki, sizə mane olan heç bir şey yoxdur. Əgər siz evdə rahat yerləşə bilmirsinizsə, deməli interyerdə nə isə dəyişiklik edilməlidir.


13. Nahar otağı ətrafindakı narahat stollar. Özünüzə yeməkdən zövq almaga imkan verin.


14. Lüzumsuz ciddiyyət. Ev real heyata qulluq etməlidir.


15. Lazımsız əşyalarla doldurmaq. Əgər hər hansısa əşya sizin xoşunuza gəlmirsə, onu atın. Evdə sizin xoşunuza gəlməyən bir şeyi saxlamaq lazım deyil - hətta həddiyələr belə olsa.


16. Qeyri-mütənasib mebel. Əmin olun ki, sizə onda oturmaq ve uzanmaq rahatdır.


17. Köhnəlmiş əşyalar. Bəzən predmetlər evdə yaşayaraq nəsildən nəsilə keçir. Belə ki, vaxtaşırı köhnəlmiş qapı və ya kreslonu dəyişdirmək lazımdır.


18. Uyğunsuzluq. Evi bəzəyərkən çalışın ki, interyer sizin yaşadığınız həyat tərzinə uyğun olsun. Axı burada şüşəli jurnaldakı qəhrəman yox, siz yaşayacaqsınız.


19. Örtülməmiş kabellər. Yaşadıgınız evi kosmik gəmi bölməsinə və ya fabrik intiminə çevirmək lazım deyil. Keçiriciləri gizlətməyin bir çox yolu var.


20. Girəcəyə qarşı etinasızlıq. Girişdə əski-üskü, əyilmiş və köhnəlmiş başmaq qoymaq düzgün deyil.


21. Divarlardakı artıq fotolar. Fotolar-çox əladır, lakin yaxşı olar ki divarda ən yaxşı bir iki şəkil olsun, qalanlarını isə alboma yığmaq daha yaxşı olar.



Şərhlər:
Baxılıb: 3527
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz