Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gözəl qarderoba sahib olmağın sirləri
Gözəl qarderoba sahib olmağın sirləri
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1625
Səs ver:

 

Sizin üçün hazırladığımız bu xəbərimizdə sizə ən yaraşan geyimləri tapmaq asanlaşdıracaq ipuclarının yanında, hansı geyimləri necə geyməyniz lazım olduğu haqqında verdiyimiz məsləhətləridə tapacaqsınız. Qısacası bu xəbər, gardrobunuzu özünüzə yaraşan geyimlərlə doldurmağnızı təmin etmək üçündür …

Hansı geyim sinənizi böyük göstərər, qarınınızı gizlətmək üçün nə geyinilməlidir, hansı cins şalvar sizə daha çox yaraşar ya da necə bir gecə paltarı seçmək lazımdır? Bu sualların hamısının cavabına bizim məsləhətlərimizlə cavab tapa bilərsiniz. Amma əvvəl hər qadının qarderobunda mütləq olmağı lazım olan şeylərə bir nəzər salaq:

Hər qadına aşağıdakılar lazımdır:

  • Qara cins
  • Ağ köynək
  • Sadə, üstə oturan bir neçə köynək
  • Dikdaban
  • Klassik bir trençkot
  • Bir cüt babet
  • Böyük dəri çanta
  • Üstə oturan blazer pencək
  • Qısa qara paltar

Klassik markanı necə almaq lazımdır?


Üç qızıl qaydası:

  • Keyfiyyət: Üzərində hər hansı bir sökük, cırıq və ya ləkə vamı?
  • Stil: Klassik ola bilər amma yenə də müasir görünürmü?
  • Geyiləbilərlik: Sizə uyğun bildiyiniz görünüşə uyğundur mu? Öz sərhədlərinizin çox xaricinə çıxmayın, onu geyərkən özünüzü rahat hiss etməyiniz lazımdır.

Endirimli satışlar üçün ən yaxşı yollar hansılardır? Bir çox mağazalar endirimlər edir amma siz alış-veriş edərkən bu endirimlərlə daha diqqətli olun və keyfiyyətsiz mallardan kənar qalın.

Əgər tək bir şey üçün pul xərcləyəcəm, bu nə olmalıdır? Bir neçə xüsusi dizaynlı ayaqqabı alın. Hətta çəkiniz artsa da onları hələ geyə və dəbin dəyişkən yollarında daha uzun müddət qalarsınız.

  • Büdcənizi nizamlayın və ona sadiq qalın.
  • Dəbdə olan şeyləri deyil, bədən şəklinizə uyğun və növbəti illərdə də gözəl görünən klassik geyimlər alın.
  • Tez gedin və dirsəklərizi xaricdə tutun: Rəqabət mərhəmətsiz ola bilər.
  • Qaytarma və dəyişdirmə şərtlərinə nəzarət edin.
  • Aldığınız geyimi həqiqətən, ucuz olduğu üçün, yoxsa yalnız etiketində endirimli yazdığı üçün aldığınızı özünüzdən soruşun.

Keçən ilin qarderobunu necə canlandıra bilərəm? Əlinizdəki geyimlərə nəzər edərək başlayın. Hər mövsüm başında paltonuzu kimyəvi təmizləməyə verin, ən yaxşı ayaqqabılarınızı dəyişdirin və toxunma geyimlərinizin tüklərini təmizləyin.

Öz stilimi necə tapa bilərəm? Fərqli dizaynerlərin və dükanların geyimlərini sınayaraq hansının bədən şəklinizə və stilinizə uyğun olduğunu tapın. Ralph Lauren-in içində çəkici, Valentino-nun içində cazibədar, Mac Jacobs-un içində daha uyğun ya da LUELLA -nın içində sevimli görünürsünüz mü?

Yaşları çox olan qadınlar naxışlardan uzaq dayanmalıdır mı? Naxışı və rəngi, ən gözəl yerlərinizi önə çıxarmaq üçün istifadə edin və problemli bölgələrinizi daha tünd rənglərdə buraxaraq geri planda qalmağına icazə verin.

Bir kimsə neytral rənglərlə idarə edə bilərmi? Buradakı nüans özünüzə uyğun bir ton tapmaqdır. Əgər dəriniz donuq-boz tondadırsa, onu çox açıq çəhrayı və dəri rəngiylə istilədin. Boz və açıq qəhvəyi, sarımtıl dəri üzərində yaxşı durduğu halda, çəhrayı və ya krem rəngi, ağ dəridə işə yarayar.

Sizə uyğun gələn toxuma paltarları necə istifadə edə bilərsiniz? Daha incə bədəni olanlar, qalın hörgülər və qolsuz paltarları istifadə edə bilərlər.

Parlaq rəngləri necə yaxşı istifadə etməyi bacaraq? Əgər qara bir qardıroba batıb qaldısa, parlaq rənglərin sizi əslində daha gənc və incə göstərəcəyini söyləyək. Başdan aşağı parlaq rənglər giyinməkdənsə, ya yalnız üsütünüzə ya da yalnız alta canlı bir rəng geyərək gözəl görünə bilərsiniz.

Qara və mavi hər zaman üçün pis birləşmə ola bilər mi? Köhnə dəb qaydaları bir kənara atın, yəni gözəl görünüş üçün qara və mavini birlikdə istifadə edə bilərsiniz. Canlı və əlvan görünüş üçün çəhrayı və qırmızı rəngləri sınayın. Sizə uyğun olan rənglərlə öz kombinlərinizi yaradın.

Hansı tip bir bluz sinələrimi daha böyük göstərər? Asqısız ya da idmançı tipi, kürəkdən keçməli bluzlar seçin.
Hansı ətri nə vaxt istifadə etməliyəm? Ümumiyyətlə, yüngül çiçək ya da meyvə qoxuları gün içində istifadə edilir, təravətli ya da vanil əsaslı qoxular gecə dəvəti görünüşünə güc qatar.

Geyimləri saxlamağın ən yaxşı yolu nədir? Geyimləri asqıya asmaq havalanmalarını təmin etmək lazımdır. Geyimlərin şəkillərini qorumaqlarına köməkçi olmaq üçün taxta qayışlar ya da plastik olanlara seçim edin.

Tərləmə izlərini minimuma endirmək üçün ən yaxşı parça hansıdır? İpək, kətan və pambıq kimi təbii vəsaitlərə bağlı qalın, neylon və polyester-dən uzaq durun.

Gəlin deyilsinizsə bir toyda ağ geyə bilərsiniz mi? Bu günlərdə toylarda az qala hər şey geyinilir. Ancaq gəlinin ölümcül baxışlarına məruz qalmamaq üçün saf gəlinlik ağı yerinə, ağımtıl rənglər olan solğun sarı, buz mavisi ya da bənövşəyinin ən açıq tonlarını seçin.
Parti paltarlarına gəlincə; asqılı, asqısız ya da qollu? Straplez paltarlar çox təsir edicidir ancaq bu seçki tamamilə çiyinlərinizin şəklinə bağlıdır. Geniş çiyinlilər incə qayışlar, dar çiyinlilər isə qalın qayışlar ya da kiçik qolları seçim etməlidirlər. Əgər bucaqlı çiyinləriniz varsa straplez gözəl oturar amma yumru və maili çiyinləriniz varsa əsla geyinməməlisiniz.

Kürəyi açıq bir paltarın içinə necə bir büsthalter giyməliyəm? Sinəyə yapışan tipdə istehsal edən markaları araşdırın. Bu büsthalterlər, dərinizə yapışmasını təmin edən bir yapışdırıcı lentlə gəlir, yəni göz zövqünü pozan qayışları yoxdur.
Geniş çiyinlilər üçün mükəmməl parti paltarı nədir? Belinizə oturan, geniş çiyinlərinizi tarazlanması üçün ətəyi bir parça qabarıq olan paltar sizi cazibədar edər.

Qarını gizləmək üçün ən yaxşı paltar tərzi hansıdır? Sinələrinizi ön plana çıxaracaq dərin V yaxalı paltarlar axtarın. İmperatorluq stili paltarlar sinələrinizin tam altından sizi qavrayar və qarınınıza yapışmaqdansa dərhal üzərindən aşağı süzülər.

Qısa boylu qadınlar üçün qıçları uzun göstərən ən yaxşı şalvar tipi hansıdır? Başdan aşağı dümdüz enən, düz materiallı, paçaları yerə toxunub keçən şalvarlar. Əyninizdəki bluzu içəri salmaq gövdənizi qısaldıb qıçlarınızı nisbətən daha uzun göstərəcək.

Ayaqlarımı daha uzun göstərəcək ən yaxşı ətək hansıdır? Əgər qıçlarınız istədiyinizdən daha qısadırsa hər zaman mini ətəyi seçim edin. Qıçlarınızın nə qədər böyük bir qisimi görünsə, boyları da o qədər uzun görünəcək.

Armud şəkilli bir bədənə necə cins şalvar tipi yaraşar? Biləklərə doğru daralan (və ombalarınızı vurğulayan), boru paçalı cinslər bir kənara buraxın və düz qıçlı ya da düz paçalı cinslər seçim edin.

Tünd rənglilər qıçlarınızı daha incə göstərəcək. Zərif tərzimə uyğun bir cins şalvarı necə tapa bilərəm? Elastik blue jean parçasını seçin. Qırışıb toplamaq yerinə qıçlarınıza yapışacakdır. Hər zaman test tətbiq edin: Arxa tərəfi sallanırmı? Arxasında cibləri olan bir şalvar, olmayan ombanı daha dolğun göstərəcək.

Pencəklərin məni iri göstərməsinə necə mane ola bilərəm? Kub şəkli görsənməkdən çəkinin və tək düyməli bir pencək alın. Belinizi ön plana çıxararaq bədəninizin daha təsirli görünməsini təmin edər.

Armud tiplilərə necə bir pencək geyinmək lazımdır? Qısa modeli ya da tam ombanızın üzərində bitən pencəkləri əsla ağılınızdan keçirməyin, yalnız ombanızın daha geniş görünməsinə səbəb olar. 



Şərhlər:
Baxılıb: 1625
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz