Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Cazibə qüvvəsi (dedektiv povest) (1-ci bölüm)
Cazibə qüvvəsi (dedektiv povest) (1-ci bölüm)
Göndərən: my_angel
Şərhlər:
Baxılıb: 1240
Səs ver:
O gecə yay fəslinin çox soyuq havası onu möhkəm döyəcləyirdi. Sanki o dayanmış, Yer isə sürətlə ona tərəf yaxınlaşırdı. Havanın zərbəsindənmi, yoxsa həyəcandanmı nəfəs almaq onunçün çətinləşmişdi. Dayanmadan qışqırırdı. Gözlərini yumdu. Bir anlıq bütün həyatı gözlərinin önündən keçdi. Gözlərini açdi. Artıq…

1-ci hissə - Hadisə günü
Yay fəslinin təbiətə bəxş etdiyi mənzərə insan gözlərində heyrətamiz rəsm əsərləri kimi canlanırdı. Səhərin xəfif və sərin mehi adamın üzünə deyərək bütün bədəninə yayılıb sərinlik verirdi. Quşlar budaqdan-budağa qonub nəğmə oxuyur, ağaclar da yarpaqlarını bir-birinə döyərək onları müşaət edirdi. Kimi ailəsi ilə birlikdə gəzintiyə çıxır, kimi hansısa məqsədlə harasa gedir, kimi də evində oturub dincəlirdi. 33 yaşli Xəfiyyə Oktay Qafarov isə bağda yun və ağacdan hazırladığı kiçik çarpayısında uzanıb düşünür və yay fəslinin gözəlliyindən, sərin küləyin vıyıltısından, quşların cəh-cəhindən həzz alırdı. Birdən, mobil telefonuna gələn zəng onun yay "konserti”-ni pozdu. Oktay zəngə cavab verdi:
- Alo. Eşidirəm
- Salam, Qafarov. – telefondan polkovnik Soltan Nağıyevin səsi eşidildi.
- Salam, Polkovnik.
- Mümkünsə indi verəcəyim ünvana gəlməyinizi rica edirəm. – deyib, polkovnik Nağıyev ünvanı dedi. – Mayor Əkrəm Hacıyev sizi orada qarşılayacaq.
- Oldu, polkovnik. Bir saata ordayam. – deyib, Oktay ünvanı qeyd etdi və könülsüz avtomobilinə minib deyilən ünvana üz tutdu. Onu istirahətdən ayırdıqları üçün narazı idi. Bir saatdan sonra, deyilən yerdə oldu. Orada, çoxlu sayda sakin və polis əməkdaşları var idi. Oktay avtomobildən düşüb izdihamın arasına girdi. Onu görən mayor yanına səslədi. Polislər ona yol verdilər. Oktay, lentlə əhatəyə alınmış əraziyə daxil oldu. Yerdə qan ləkələri vardı. Cəsədin düşdüyü hissə təbaşirlə çəkilmişdi. Bir gənc qızın cəsədi 16 mərtəbəli binandan 3 metr aralıda idi. Cəsəd arxası üstündə, ayaqları binaya perpendikulyar tuşlanmış halda uzanmışdı. Onun açılı qalmış gözləri səmaya baxırdı. Mayor Hacıyev, Oktaya yaxınlaşdı. Əl verib görüşdükdən sonra bildirdi:
- Hüseynova Ləman Fikrət qızı bu binanın damından aşağı düşüb. Baş nahiyəsindən aldığı zərbədən aydın olur ki, o yerə başı üstündə deyib. Hadisənin, qətl yoxsa intihar olduğu tam olaraq məlum deyil. Ləman Hüseynova 1986-cı il Mart ayının 13-də Qazax rayonunda anadan olub. Boyu 1.65 m,çəkisi 62 kq idi. 3 ildən çoxdur bu binanın 92-ci mənzilində yaşayırdi. Ali təhsilli idi və xəstəxanada cərrah isləyirdi. Ailənin tək qızı idi. Deyilənə görə, sabah toyu olacaqmış zavallının. Sakinləri dindirdik. Çox insan onun intihar etdiyini düşünür.
- Hadisə saat neçədə baş verib?
- Gecə haradasa saat 03:45-də. Binanın bir neçə sakinləri qışqırıq səsinə ayılıblar.
- Deməli belə. – Oktay alnını qaşıdı. – Əgər, damdan düşərkən qışqırırdısa… - Sonuncu hərfi uzadaraq dayandı.
- Deyirsiniz ki, onu öldürüblər?
- Mən hələ heç nə deməmişəm. Burada çox ehtimal var. Öldürülə də bilər, bəlkə də, ayağı sürüşüb və ya ilişib yıxılıb və s. Hər şey ola bilər.
- Bəlkə, elə, doğurdan da intihar edib? Havada olarkən, həyəcandan dözməyib, qışqırıb?
- Dediyim kimi. Hər şey ola bilər. – Oktay, bayaqdan bəri ağlayan qadını göstərib soruşdu – Bu mərhumun anasıdır?
- Bəli. Onu sakitləşdirə bilmirik. Başının üstündə dayanan isə qızın atasıdır.
Oktay onlara tərəf yanaşdı. Əli ilə Fikrətə, yəni qızın atasına işarə etdi ki, ona yaxınlaşsın. Birlikdə izdihamdan bir az aralıda dayandılar. Oktay ilk öncə başsağlığı verəndən sonra davam etdi.
- Çoxları, qızınızın intihar etdiyini hesab edir. Bəs siz necə düşünürsünüz? Ləmanı intihar etməyə vadar edən nəsə vardımı?
- Onu böyüdüb, boya-başa çatdırmaq üçün nə qədər zəhmət çəkdiyimi, Allah bilir. Onun xoşbəxt olması üçün əlimdən gələni əsirgəmədim. Hansı ata öz övladının xoşbəxtliyini istəməz?!
- Sizi başa düşürəm. Amma, bu mənim sualıma cavab deyil.
- Çoxdandır, Ləmanı öz yaxın dostum olan Teymura, oğlu Rasif üçün söz vermişdim. Qız isə ona ərə getmək istəmirdi. Buna görə, bir neçə dəfə intihar etmək istəmişdi. Bir gün, bir qutu dərman udmuşdu. Vaxtında xəstəxanaya çatdırmasaydıq, qız öləcəkdi. Bir dəfə də, anası onu, bıçaqla biləyini kəsmək istəyərkən yaxaladı. Sonradan Ləmanı bu evliliyə zorla razı sala bilmişdik. Axı, o niyə belə elədi? İndi, mən dost-tanış arasına necə çıxacam.
- Niyə ərə getmək istəmirdi? – Oktay maraqlandı. – Sevdiyi biri var idimi?
- Var idi. Fərrux adlı bir oğlan. Amma, onunla evlənməsi mümkün deyildi. Çünki, bayaq dediyim kimi, dostuma söz vermişdim.
-Rasif, qızınızın nişanlısı olan oglan, nə işlə məşğuldur?
- Böyük ərzaq mağazası var. Calışqan, həm də ağıllı oğlandır. Sadəcə, biraz sinirli adamdır.
- Rasiflə Ləmanı neçə dəfə görüşdürmüsünüz?
- Çox az. Ləman onunla görüşməkdən boyun qaçırırdı. Yalnız, son bir ayda bir neçə dəfə görüşüblər.
- Rasif, Fərrux barədə bilirdi?
- Bilirdi. Bu bədbəxt qız ona demişdi. Oğlan da, valideyinlərinə danışdı. Teymurla bu barədə çox söhbət elədik. Sonra, birtəhər qızı dilə tutub yola gətirdik. Amma, axırda belə olacağı heç kimin ağlına gəlməzdi.
- Necə oldu ki, o gecə qızınızın evdən çıxmasından xəbəriniz olmayıb?
- Düzü, bu məni də təəccübləndirir. Adətən, mən ən zəif addım səsinə belə oyanıram. Yoldaşım belə hallarda məndən də həssasdır. Amma, nədənsə heç birimiz oyanmamışıq. Amma, o gecə qonşular evə girib bizi oyatdılar. Dedilər ki, qapı kilidlənməmişdi. Hətta, azacıq açılı da qalmışdı. Bir də ki, döşəmədən bunu tapdım. – Fikrət pencəyinin içəri cibindən şəffaf paketə qoyulub bükülmüş bir şeyi çıxarıb Oktaya göstərdi. – Özüm paketə bükdüm ki, başqa izlərlə qarışmasın.
- Ağıllı iş görmüsünüz. O da sizin qızınızdır? – Oktay mərhumun anasının yanında dayanıb ağlayan qızı göstərdi.
- Xədicəni deyirsiz? Xeyr! Ləmanin rəfiqəsidir. Bu binada yaşayır.
Oktay, bəzi halları aydınlaşdırmaq üçün, Fikrətlə yarım saata yaxın söhbət edəndən sonra:
- Aydındır. – deyərək başını yellədi. – Bir daha, başınız sağ olsun – deyib, yenidən qızın cəsədinin yanına yaxınlaşıb dayandı. Əlini gözünün üstünə tutub yuxarı, binanın damına baxdı. Yuxarıdan bir mərtəbə aşağıda yerləşən mənzilin pəncərəsində kondinsioner qoyulmuşdu. Həmin pəncərədən bir nəfər aşağı baxırdı. Sonra, Oktay binanın blokuna daxil olub, liftlə axırıncımərtəbəyə qalxıb oradan da binanın damına çıxdı. Damda bir neçə polis işçiləri var idi. Onlar, damın bir neçə yerində çox kiçik əraziləri tabaşirlə əhatəyə almışdılar. Bu ərazilərdə ayaq izləri müəyyən edilmişdi. İki cür ayaqqabı izi var idi. Ayaqqabı izinin formasına görə hər ikisinin qadın ayaqqabısı olduğu aydın görünürdü. Həm də, bu da aydın idi ki, dünən gecə damda ən azə iki nəfər olub. Ancaq, ölümün intihar yoxsa qətl olduğu hələ tam olaraq bilinmirdi. Lakin, bu ayaqqabılardan birinin addım izlərinin məsafələri çox fərqli idi. Normal yerişə oxşamırdı. "Sərxoş halda dama çıxmaq? Başdanxarab…” Oktay başını yellədi. O biri ayaqqabı izləri isə normal yerişə uyğun idi və bir cütü də damın kənarında, binanın əksi istiqamətdə, yəni uçurum istiqamətində dayanmışdı. Bu Ləmanın ayaq izləri idimi? Oktay, ehmalca damın kənarına, həmin hissəyə yaxınlaşdı. Aşağı baxdı. Havada gəzmək mümkün olsaydı, bir neçə addım irəli getdikdən sonra cəsəd adamın ayaqları altında olardı. Deməli, Ləman damın bu hissəsindən aşağı düşüb. Bayaq gördüyü kondinsionerə bir daha nəzər yetirdi. Kondinsioner Oktayın dayandığı yerdən çox da aşağı məsafədə deyildi. Çölə tərəf bir xeyli uzanırdı. Mobil telefonunu açıb İmran Nəcəfova zəng vurdu.
- Eşidirəm, Oktay.
- Yəqin, nə baş verdiyini bilirsən.
- Bilirəm. Elə, indi ora gəlmək üçün evdən çıxacam.
- Əvvəlcə, bir xahişimi yerinə yetir. – Oktay bir qədər düşünüb davam etdi – Yaşadığın prospektdə oyuncaqlar mağazası var idi.
- Nəinki, var idi. İndi də işləyir. – İmran təəccübünü gizlədə bilmədi. – Necə məgər?
- Bura gəlməmişdən əvvəl, mümkünsə, həmin mağazadan, normal insan hündürlüyündə olan yundan hazırlanmıs oyuncaq adam alıb gətirərsən. Hal-hazırda həmin binanın damındayam.
- Alaram. Amma, nə edəcəksən onu?
- Al gətir. Görəcəksən.
Əlaqə kəsildikdən sonra, Qafarov yenə də diqqətlə həmin kondinsionerə tamaşa etməyə başladı. Düşündü ki, zənn etdiyi onu yanıltmayacaq.
Yarım saat sonra, İmran Nəcəfov damda göründü. Yanında da, iki polis nəfəri, iki ədəd qızılı kağız paketə bükülmüş oyuncaq insan kuklasını Qafarovun önündə yerə qoydu.
- Salam, Oktay. – İmran xəfiyyəyə baxdı. – Bu oyuncaqları qoru. Çox qiymətli materialdan hazırlanıb. Özüm, çox pul verib aldım ki, əməliyyat uğurlu alınsın.
Oktay bir söz demədən, paketlərdən birini açıb oyuncaq adamlardan birini qucağına aldı. Ləman düşən hissəyə yaxınlaşıb, oyuncağı ayaq izlərinin üstünə, üzü boşluğa tərəf ayaq üstündə qoydu.
- Ehtiyyatlı ol. Yoxsa düşə... – İmranın sözü yarımçıq qaldı. Çünki, Oktay oyuncaq adamı yavaşca itələdi və adam aşaraq kondinsionerin üstünə, oradan da yerə düşdü. Sonra, xəfiyyə ikinci paketə yaxınlaşıb açdı və o biri oyuncağı götürdü. Bu oyuncaq adamı eyni yerdə, arxası boşluğa tərəf ayaq üstündə qoydu. Sonra, onu möhkəm itələdi. Oyuncaq adam kondinsionerə dəymədən sürətlə aşağı düşdü. İmranın ağzı açığa qalmışdı.
Bir qədər baxdıqdan sonra Oktay pilləkənlərlə aşağı, 15-ci mərtəbəyə düşdü. Həmin kondinsioner qurulan pəncərənin aid olduğu mənzilin qapısını döydü. Qapını orta yaşlı, şabalıdı rəngdə saçları olan bir qadın açdı. Oktay özünü adi polis işçisi kimi təqdim edib içəri daxil olmaq üçün icazə istədi. Qadın onu içəri qəbul etdi. Oktay evə göz gəzdirdi.
- Siz bu evdə tək yaşayırsınız?
- Yox. Həyat yoldaşımla. O indi işdədir.
- Mümkünsə, bir otağa nəzər sala bilərəm?
- Buyurun.
Oktay, hadisə baş vermiş həyətə tərəf olan otaqlara sarı üz tutdu. Kondinsioner yataq otağında qurulmuşdu.
- Yəqin ki, hadisədən xəbəriniz var? – Qafarov soruşdu.
- Bəli. Qonşular dedilər.
- Bəs, dünən gecə xəbəriniz olmadı?
- Yox. Yoldaşım səhər tezdən isə gedir deyə, gecə tez yatır. Mən də tez yatdığımdan heç nədən xəbərimiz olmayıb.
- Ləmanı yaxından tanıyırdınız?
- Tanıyıram. Amma yaxından yox. Bizdən 3 mərtəbə aşağıda, 92-ci mənzildə yaşayırlar.
- Aydındır. Çox sağ olun. Narahat etdiyim üçün bağışlayın.– deyib mənzildənçıxıb tələsik liftlə aşağı düşdü. Artıq, cəsədi ekspertizisiyaya göndərmişdilər. Camaat yavaş-yavaş dağılışmışdı. Oktay bir qədər özü-özlüyündə götür-qoy etdi. Mayor Hacıyev ona yaxınlaşsa da, dinmədi. Çünki, o bilirdi ki, düşünərkən bu xəfiyyəyə mane olmasa daha yaxşıdır.

I hissənin sonu...

Müəllif: Fərid Rüzgar


Şərhlər:
Baxılıb: 1240
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz