Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Əvəzolunmaz (30-cu bölüm)
Əvəzolunmaz (30-cu bölüm)
Göndərən: GünƏşimƏ_AiD_
Şərhlər:
Baxılıb: 863
Səs ver:
Səbinə gecəni əmisigildə keçirir..Yorğun olduğundan başını yastığa qoyan kimi yuxuya getmişdi..Yorğunluqdan günorta ayılır yuxudan.Hazırlaşıb Cahangiri gözləyir..İşdən çıxıb onu götürücəkdi...Cahangir aşağıda olduğunu deyir..Səbinə evlərindən ayrı qaldığı üçün darıxmışdı,tez evdən çıxıb maşına oturur..
-Darıxmışam..Evdən ayrı qalmaq nə pis imiş...Elə bil xaricə getmişəm..
-Bu bir dəfəlik idi.Bundan sonra kimdi qoyan uzaq olasan məndən..Onun əlindən bərk bərk tutub maşını idarə edərək yola baxır..
-Cahangir?
-can Cahangir..
-Sənin üçün lap darıxmışam..Olar öpüm?..utanaraq deyir
-Daha niyə icazə alırsan?
-Sənin öpülməkdən xoşun gəlmir ona görə..
-Sənə aid deyil o xasiyyətim..İstədiyin zaman,istədiyin qədər öpə bilərsən...Onun əlini öpüb gülür...Səbinə sevinərək onun boynunu qucaqlayıb yanağından öpür..
-Elə bu?məndə düşündü...Onun sözünü yarım kəsir Səbinə
-Sən çox səhv düşünmüsən...Evə getməzdən əvvəl məni üzük aldığımız qızıl butikinə apara bilərsən?Orda bir boyunbağı görmüşəm,alacam Nəzişə..
-Baş üstünə...Amma sən yox mən alacam..Mən dura dura sənin pul ödəməyinə icazə verəcək deyiləm.
-Bu mənim hədiyyəm sayılmır axı..Mən özüm almaq istəyirəm..
-Sən alacaqsan..Amma məbləği mən ödəyəcəyəm...
-.......................
-Mısmırığını sallama boş yerə...İcazə verən deyiləm sən ödəyəsən pulu...
Beləcə yarı küsülü,yarı gülüşlü qızıl butikinə gedirlər..Səbinə mələk klounlu boyunbağını ilk görəndən bəyənmişdi.Fikrində var idi ki toydan sonra onu Nəzrinə alsın..Onu Cahangirə göstərib götürür...Məbləği özü vermək istəyəndə Cahangirin sərt baxışından çəkinib sakit durur...Evə gələn kimi Nəzrini axtarır..Onu otağında tapıb sevinərək qucaqlayır..
-Bir insan bir gecədə bu qədər gözəlləşə bilərmiş..söz atıb onu güldürür..
-Səbinə!..
-Yaxşı yaxşı susdum....Əlindəki qutunu açıb boyunbağını çıxarır...-Bu sənindi Nəziş..Məndən sənə kiçik toy hədiyyəsi.....
Nəzrin onun əlində tutduğunu görüb gözləri dolur..Sevinərək əlinə alıb baxır..
-Səbiş nə gözəldi.-deyib gözündən axan yaşı silir..Səbinədə kövrəlir..
-ee Nəziş ağlama..Bax bunun kloununa..Tam səni andırır bu Mələk...
Rəsul otağa girib onların ağladığını görüb narahat olur..
-Səbinə mənim yoldaşımı niyə ağladırsan?..gülərək deyir
-Hii buna bax evlənən kimi satdı məni sevgilisinə...
Nəzrin onlara gülüb əlindəki boyunbağını Rəsula göstərir-Gör nə gözəldi Rəsul...Səbiş alıb..
Rəsul onu qucaqayıb alnından öpür.-Sənə bunlarda azdı Nəzrin..
-Ey..ey burada subay qız var!...
Ona baxıb ikisidə gülür..Rəsul ona qollarını açıb-bura gəl başımın tacı..onu qucaqlayır..-Sənin yerinə heç kim çata bilməz...Həmişə belə mehriban qalın..

Zümrüd Lalənin qalacağını bilib Nəzrinin yatağını ona vermişdi...İçi-içini yeyirdi..Nailin dünən elədiklərini xatırlayıb üzündə gülüş yaransada birdən birə siması dəyişir,acıqlanır..Yerində oturub pəncərədn baxaraq fikrə getmişdi..Lalənin səsinə özünə gəlib ona baxır..
-Zümrüd bibi səni çağırır..
Düşündüklərinin olmaması üçün ürəyində dua edərək otaqdan çıxır...Mamasının üzünü gülər görüb dualarının qəbul olunmadığını anlayır..Keçib divanda oturur..Gülər xanım qabları silərək danışmağa başlayır..
-Bilirsən kim zəng etmişdi Zümrüd?.....Nigar xanım....Dedi bilirik toydan yeni çıxmısınız amma xeyir iş üçün gəlmək isəyirik...Bu elçilərədə razı olmasan daha bir söz deməyəcəm sənə..
-Mama oxumaq istəyirəm hələ...
-Qızım kim sənə deyir ki oxuma?Nail bəy dünya görmüş bir oğlana oxşayır..Nə bilirsən bəlkə sənə dəstək olacaq oxumağın üçün?..Gəl qırma bu elçiləridə...Sənin evlənmə çağındı..Oxumaq,sonra işləmək,birdə görəcəksənki vaxt su kimi axıb gedib..Əlində qalan nə olacaq?heç nə....Gözəllikdə gəldi gedərdi qızım..
-Axı mən onu tanımıram mama..
-Zümrüd kim kimi tanıya bilir?sən onu 1 ay içində tanıya bilmərsən,ya bir il...buna bir ömür lazımdı qızım..
Gülər xanımı dinləyib fikirlərdə itir...Onun düz dediyini düşünürdü..Amma arzularını reallaşdırmaqda istəyirdi..Evli insanın başı ailəyə,uşaqlara qarışır..İstəklər ikinci plana keçir deyə düşünürdü..Nailin sözlərini xatırlayır..Nail ona oxumayacaqsan deməmişdi,əksinə onun yanında olmasını istəmişdi...Mamasına bir söz deməyib sakitcə öz otağına keçir...Gülər xanım qızının sakitliyinə gülümsəyir..Axır ki tərs qızı yola gəlirdi..
Nahardan sonra Cahangir özü ilə işə aparır Səbinəni..Otağında kağız kuğuzlara başı qarışsada kefsiz idi..Nəzrinin masasına baxıb gülümsəyir..İndidən onun üçün darıxırdı...Biraz da işləri ilə məşğul olub Cahangirin yanına gedir..Qapısını döyüb içəri daxil olur..
-Olar gəlmək?
-Gəl ...
-Darıxdım rəqəmlərə baxmaqdan-danışaraq gəlib oturur...
-Üzünü komputerindən ayırmadan –Nəzrinsiz maraqsız gəlir deyəsən bura..
-hmm..
-Rəsul ilə danışdıq ..Nəzrini qiyabiyə çıxardır,işləməyinidə istəmir..
-Tutub yenə qısqanclıq damarı qardaşımın...
-Tezliklə səndə bura gəlməyəcəksən-gülüb ona baxır..
-Bilirəm...Dodağını büzüb barmağındakı üzüyü oynadır....Cahangir yerindən qalxıb,əlləri cibində onun qarşısında dayanır...-niyə elə baxırsan?
-Bəlkə bu gün tez çıxıb gəzək?..
-əla olardı..niyəsə ürəyim sıxlır...
-Onda hazırlaş çıxaq ..
-indi,?bəs iş.....
-işin vaxtının bitməyinə az qalıb..Dur ...Paltosunu götürüb onun əlindən tutaraq aparır... İlk əvvəl bulvarın parkında gəzirlər...Adət etmişdilər Xəzəri seyr etməyi..Biraz gəzmişdilər ki Zümrüd və Lalə ilə qarşılaşırlar...Zümrüdün kefsiz halı gözündən qaçmır Səbinənin..Onlarla bərabər bir kafedə otururlar..Lalənin hələdə burda olmasına təəcüblənir..
-Lalə sən nə yaxşı burdasan?
-İmtahanlara görə burda qalacam..Sağolsun Zümrüd mənə kömək edəcək ....
Səbinə bunu eşidib əsəblə Cahangirə baxır...Cahangirin başı yeməyə qarışdığından onun halını görmür..
-Yəqin imtahandan sonrada qalarsan..
-Ola bilər....
-Hələ ola bilərdə deyir-pıçıltı ilə deyib tikəsini ağzına qoyur...Acığı tutmuşdu onun qalmağına....
-Nəzrinsiz necə keçdi iş günün?
-Darıxdım onsuz Zümrüd....
-Yaxşı edib elə işləmir..Ən yaxşısı evdə oturmaqdı...-Lalə də söhbətə qoşulur..
-Bəs sən niyə oxumaq istəyirsən?
-Səbinə can mən ki evli deyiləm..-gözlərini süzüb suyunu içir..
-Doğru deyir Lalə..O evli bir qadındı,yoldaşının yolunu gözləsə bəsdir..Cahangir onun sözlərini təsdiqləyir..Bu da Səbinənin əsəbini daha da artırır..
-Sənin belə köhnə fikirli olduğunu bilmirdim Cahangir –hikkə ilə deyib yerindən qalxır..-Zümrüd mənimlə gələ bilərsən?...
-Başa düşmədim sən hara gedirsənki?
-Yeməyimi bitirdim.icazənlə əlimi yumaq istəyirəm Cahangir bəy...
Zümrüdü gözləmədən gedir..Əlini yuyurdu ki o da gəlir...
-Niyə belə kefsizsən?
-Nailin ailəsi bu axşam elçi gəlirlər mənə..
-Nəə?????Nail bəy?....bizim Nail bəy?
-Hə sizin Nail bəy...
-Dayan dayan Zümrüd..siz nə vaxt belə yaxın olmusunuzki o da elçi göndərir?
10 dəqiqə ərzində bir çox şeyləri ona danışaraq Səbinənin fikirlərini bilmək istəyir..
-Vaay nələr olubda xəbərimiz yox...Doğrusu çox yaraşırsınız bir birinizə.....Bilirəm Zümrüd sən oxumaq,işləmək istəyirsən..Məncə Nail bəy sənin hər istəyini edəcək biridi...Belə başa düşürəmki o səni çox sevir...
-Niyə mən Səbinə?o xaricdə yaşayıb ..
-Aha başa düşdüm səni...Sən ona inanmırsan...Amma özündə bilmədən bağlanmısan..
-Xeyir!!...
-Bəli!!..Onu deyim ki sənə.sevmək gözəldir Zümrüd..Səni canı qədər sevən bir insan hər zaman qarşımıza çıxacaq deyil..Nail bəyə şans ver tanı...Ay amaan burda söhbətə başımız qarışdı onları tək qoyduq..
-Qorxma Cahangirin gözün səndən başqasını görmür...
-Yenədə tək qalmasınlar-deyib gedirlər...Biraz oturub qalxırlar...Səbinənin ürəyi Cahangirgildə qalmışdı..Qısqandığından partlayırdı....
Axşam qonaqlar gəlir...Mahir bəy hələ bir cavab verməyib onları yola salır...1 həftə sonra böyük elçilik olur...Nigar xanım toyun tezliklə olmasının razılığını alır...Cahangirgilin toyu arxa plana qalır...Nailgil sabah gedib 3 həftə sonra gəlib toyu edəcəkdilər...Zümrüd onunla evlənməyə razı olsada şübhələri vardı...Nail getməmişdən əvvəl onunla görüşür..Yeni il gecəsi ona hədiyyə etdiyi üzüyü onun barmağına taxır..
Cahangir bu elçiliyə hirslənmişdi..Açıqlı idi Nailə.

Müəllif: Milady Ovod


Şərhlər:
Baxılıb: 863
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz