Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Əvəzolunmaz (28-ci bölüm)
Əvəzolunmaz (28-ci bölüm)
Göndərən: GünƏşimƏ_AiD_
Şərhlər:
Baxılıb: 873
Səs ver:
Yazığam ömrümü vermə güdaza
Qəmzəli gözünə,qaşına qurban..(Mikayıl Müşfiq)

Səbinə hazırlaşıb qapıdan çıxanda qardaşını güzgü qarşısında saçlarını fit çalaraq düzəltməyinə təəccüblənir...Nəzrinlə barışdığını düşünsədə inanmır..Bunlar nə vaxt barışdılarki deyə öz özünə danışırdı ki Rəsulun səsinə ona baxır..
-Mən düşdüm aşağı..Səndə çox gecikmə...
Başı ilə hə deyib ayaqqabılarını geyinib blokdan çıxır..Qarşısındaki mənzərəyə xeyli təəccüblənsədə sevinir..Rəsul maşının arxa qapısını Nəzrin üçün açırdı..Onları belə mehriban görüb gülümsəyir...Maşına oturub onları sual atəşinə tutur...
-Kim danışacaq hər şeyi mənə?..Ey bir birinizə baxıb az gülün..Gözləyirəm..
-Səbinə xanım hazırlaşın 2 həftə sonra toydur..
-Nə?....Belə tez??..Ay amaan mən nə geyinəcəm...Şaçımı necə düzəltdirəcəm?..Arxanızca qovan var idi,belə tez nə nə olmuuşdu?
-Ay Səbiş arada nəfəs al..Mən gəlinəm heç bu qədər ələ ayağa düşməmişəm..-gülüb Rəsula baxır..-Rəsul ticarət mərkəzlərindən birinə aparacaq ordan rahat alarıq hər şeyimizi..
-Bunlara bax..Hər şeyidə düşünüblər bizsiz!..Çox tez olmadı bəs Nəziş?
-Gözləməyində bir mənası yoxdu-Rəsul ondan əvvəl dillənir..
-Axşam atamgil sizə gələcək Səbiş...Elə toy haqqında da danışacaqlar...
-Bizə niyə gəlirlərki?Mən bilən oğlan evi gedir qız evinə..
-Sizin məsələniz üçündə ay gəlin...Zarafat edib gülür...
-...............................Səbinə cavab verməyib suni gülümsəyir..Məktəbə çatıb otaqlarına gedirlər..Elçilik söhbətindən sonra kefi qaçmışdı Səbinənin..Yerinə oturub Cahangirə mesaj yazır....Telefonu səssizə alıb çantasına qoyur....
Cahangir onun mesajına üzərini dəyişib evdən çıxmağa hazırlaşır..Gülər xanımla Zümrüd nə qədər dil töksələrdə dayanmır.
-Cahangir hələ yeni çıxmısan əməliyyatdan getmə...
-Heç nə olmaz mama....Papağını başına qoyub gedir..
-Bu oğlan hara getdi ki belə Zümrüd?..
Zümrüd çiyinlərini çəkib bilmədiyini deyir...
Cahangir onun mesajını xatırlayıb əsəbləşsə də gülmsəyir..Səbinəni hər kəsdən yaxşı tanıyırdı..Onun inadınıda bilirdi..Onu elə buna görə sevmişdi bəlkədə..Dəli dolu olduğu üçün..Bir anı bir anını tutmazdı...Universitetin qabağına çatıb ona mesaj yazaraq çıxmasını deyir..Biraz gözləyir..Nə ondan xəbər,nə də çıxışda özünü görməyib içəri girir....Onların otağını tapıb qapını döyərək icazə alır Səbinə üçün..Müəllim ilk əvvəl razı olmayır..Səbinənin çıxmaq istədiyinə görə icazə verir...Cahangir qapının yanında onun çıxmasını gözləyir..O,çıxan kimi qarşısında dayanır..
-Sən niyə bura gəlmisən?...ağrıyacaqsan..
-Bu nə deməkdir!
-Nə?
-"Oxumaq üçün xaricə gedirəm..Bu iş olmayacaq”...Sənə kim icazə verirki gedirsən...
-Düzgün olan budur..-bunu deyəndə gözləri dolur..
-Xeyir..Düzgün deyil..Niyə birazda mənim yerimə özünü qoyub düşünmürsən?
-Düşünmüşəm..Bu iş olmayacaq....Çıx get...Dərsə qayıtmalıyam...Arxasını dönüb getmək istəyəndə Cahangir qoymur..Əlindən tutub aparır....Onunla belə danışa bilməyəcəyini anlayır.
-Cahangir burax,dərsə qayıtmalıyam..Nə edirsən!
-Bir günlük qayıbla dərsdən qalmarsan..
-Niyə başa düşmürsən bizdə heç nə alınmayacaq...
-Sus Səbinə!..Onu maşına oturdub uzaqlaşır məktəbdən....Gəlib bir binanın önünə çatırlar...Onun əlindən tutub içəri daxil olur..Səbinə otağa heyranlıqla baxırdı..Divardakı rəsmlər insanı valeh edəcək qədər gözəl işlənmişdi...Rəsmlərə baxaraq buranın sahibinə yaxınlaşırlar..
-Salam Əziz bəy sizə bir şəkil vermişdim,hazırdır?
-Hazırdır....Gözləyin gətirirəm..Bu şəkillərin rəssamı Əziz Salmanov idi...Əziz bəy onları tək qoyub otaqdan çıxır...Səbinə susub ətrafındakı portretləri seyr edirdi..Marağın güc gələ bilməyib danışır..
-aaa...buna bax Caahangir..Gör necə gözəl çəkilib..
-Əziz bəyin gətirəcəyi hamısından gözəl olacaq əminəm-ona baxıb gülümsəyir..
-Kimin-demişdi ki sözü yarım qalır..Əziz bəy əlində böyük bir portretlə gəlir-Buyurun buda sizin-deyib portreti onlara göstərir..
-Bu..buu..bu ki bizik...Sən ali məktəbə qəbul olanda bağda kabab çəkirdiniz..Mən ağacda durub şəkil çəkdirirdim..Ayağım boşluğa düşüb yıxılanda hamıdan qabaq sən qorxub gəlmişdin yanıma..
-Yaxşı ki ağac alçaq idi..Yüngül xəsarət almışdın..
-Hələ də yadımdadır...Dizlərimdə,əllərimdəki qanı görüb çox qorxmuşdum....Sən dizlərimin tozunu təmizləyəndə çəkmişdi bunu Nəzrin...
-Bu şəkili özüm ilə əsgərliyə də aparmışdım..Ən sevdiyim şəklimizdi...Bu portreti sənə sonra verəcəkdim..Görünür bu günə qismət imiş... 
Səbinə portretə baxdıqca gözləri dolur..
-Bağışla...Məni belə sevdiyini..-onun sözünü yarım kəsib Əziz bəydən portreti alıb gedirlər...Maşının arxa oturacağına qoyurlar..Yolboyu tez tez arxaya dönüb şəkili seyr edir Səbinə...
-Az bax şəkilə...Gözün dəyəcək-onu lağa qoyub gülür.
-Mənim gözüm yoxdu heç nədə...İndi hara gedirik?
-Biraz qarda kəzmək pis olmaz..Mənimlə gəzərmi qara gözlü şəhzadə xanım?-Sağ əlini ona uzadır..
-Bəli sizin ilə gəzməyə razıdır bu şəhzadə.-deyib əlini onun əlinə qoyur...Cahangir onun əlini incəliklə öpüb barmaqlarını bir birinə keçirib yola baxır..
Maşını rahat bir yerdə saxlayıb düşmək istəyəndə Səbinə icazə vermir..Onun papağını,şarfını,əlcəyini soyuq olmasın deyə yenidən taxıb düzəldir..
-Bəsdir..Gəl
-Yox..sənə soyuq olmaz...
Öz üzərinidə düzəldib düşürlər maşından..Bulvar boyu gəzməyə başlayırlar...Bakı qarlı bir başqa gözəl idi...Biraz gəzdikdən sonra üzü dənizə baxırlar...
-Yenə burada birlikdə Xəzəri seyr edirik...
-Səbinə ...istəmirəm bir daha belə söhbətlərə görə dalaşaq,sən ağlayasan...Bilirəm dünən ağlamısan..Məni niyə başa düşmək istəmirsən,sənə bir şey olmasını istəmirəm..Mən xəstəxanada olanda necə idin?
-Yadıma salmaq istəmirəm o hissləri..-Onu qucaqlayıb başını sinəsinə qoyur..-Səni bir daha görməmək,o sakit halın ilə gülümsəməyini,can Cahangir dediyini eşitməyəcəyimi düşündükcə ürəyimin dayanacaqdı sanki..
-Bəs mənə niyə sənsizliyi rəva görürsən?
Başının onun sinəsindən qaldırıb üzünə baxır-sən çox dalaşırsan mənə...Hələ deyirsən işləməyəcəksən..Heç mənim fikirlərimi soruşmursan...
Onun uşaq uşaq dödağını büzüb danışmağına gülür Cahangir-Ay sənə,sənin fikirlərinə qurban olum.-Onun üzünü əlləri arasına alıb burnundan öpür....-Cücəm evdə otursan nə olar ki?..İstəmirəm sən işləyəsən..Evə gələndə səni görüb sevinmək istəyirəm..Hazırladığın yeməkləri dadmaq istəyirəm..Ürəyim rahat işə gedib gəlmək istəyirəm..İşdə olanda biləcəmki evdə yolumu gözləyən qadınım var...Səni qucaqlayıb ətrini içimə çəkər yatmaq istəyirəm..
O,danışdıqca Səbinə xoşhallanırdı...
-İndi de görüm razısan?
-Hə-deyib onu qucaqlayır...

Axşam Səbinəgildə hazırlıqlar gedirdi..Səbinə işə getməyib evdə qalmışdı..Hər kəs yavaş yavaş toplaşırdı...Mahir bəygildə gəlmişdi...Şirin-şirin söhbət edirdilər...Səbinə tək qalmamaq üçün Zümrüdlə Nəzrinidə çağırmışdı..Qızlar mətbəxdə çay süzürdülər..Nəzrin qapıya yaxın durub söhbətləri eşitməyə çalışırdı...Çayları hazır edib Zümrüdə baxırlar..
-Yenə mən?
-Biz apara bilmərik...
-Mənim şirinçayımı kim aparacaq maraqlıdır..
-Özüm aparacam sənin şirinçayını,gəlniniz ölməyibki-deyib əlinə verir sinini..
Zümrüd çayları aparıb qayıdır-Səbinə səni çağırırlar.
-Məni?..utanıram gedə bilmərəm
-Gəl məndə səninlə gedərəm..Nəzrin onun əlindən tutub aparır..
-Yox.yoox-demişdi ki artıq qonaq otağında tapır özünü...Gülər xanım yerindən durub qırmızı şalı onun çiyninə atıb qucaqlayır..Əlindəki üzüyü çıxarıb onun barmağına taxır..
-Səbinədə bizim bir qızım idi.İndi oldu gəlnimiz...Allah bir yastıqda qocaltsın sizi qızım..Siz xoşbəxt olun,bizdə sizə baxıb sevinək..
Mahir bəydə gəlib Səbinəni alnından öpür..Xoşbəxt olun qızım..Cahangir icazə vermədi yoxsa böyük bir nişan eləmək istəyirdim..Razı olmadı ki Nəzringilin toyundan sonra onsuzda tezliklə toy olunacaq....
Səbinə üzüyün şokunu yaşayırdı ki toyun tezliklə olacağını eşidib Cahangirə acıqlanır..

Müəllif: Milady Ovod


Şərhlər:
Baxılıb: 873
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz