Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Əvəzolunmaz (25-ci bölüm)
Əvəzolunmaz (25-ci bölüm)
Göndərən: GünƏşimƏ_AiD_
Şərhlər:
Baxılıb: 943
Səs ver:
Gözlər vardır sözləri anladır,sözlər vardır gözləri anladır..Bir də sevgi vardır səni anladır..MƏNİM tək sevgim sənsən!

Səbinə pəncərədən Cahangirə baxıb fikrə getmişdi ki,Rəsul Nəzrinlə bərabər gəlir..Adil bəygil gəldiyinə görə onları evə yollamaq istəyirdilər.Gülər xanım getmək istəməsədə Minirə xanım onu razı salıb evlərinə yollayır...Səbinəni aparmaq istəyəndə o getmir..Axır razılığa gəlirlərki Zümrüdgil evə gedib gələndən sonra Səbinə gedər....Xəstəxanada Səbinənin ailəsi qalmışdı..Rəsulda onlarla getmişdi..Həkim Cahangiri yoxlamağa gələndə Səbinəni pəncərənin qarşısında görüb gülümsəyir..
-Siz hələdə burdasınız?
-Başı ilə hə deyir..Əvvəlki söhbətinə görə həkimdən üzr istəməli olduğunu bilirdi Səbinə...Əsəbi halda həkimlə kobud danışmışdı.
-Həkim?..Keçən dəfə sizinlə kobud danışdığım üçün üzr istəyirəm..Mən insanlarla kobud rəftar edən biri deyiləm.Sadəcə.....Özünüzdə başa düşürsünüz yəqin..İnsanın sevdiyi birinin orda olması nə deməkdi....
-Sizi çox yaxşı başa düşürəm..İndi icazəniz ilə xəstəmi görməliyəm..Gülər halını pozmadan incəliklə söhbəti bağlayıb otağa girir..
Onları pəncərədən görürdü Cahangir..İkisinində gülərək danışmaqlarını qısqanmışdı..Həkim otaqdan çıxanda Səbinəyə onun çağırdığını deyir.
-Nişanlınız qısqanc biridi deyəsən..Sizi görmək istəyir.Keçə bilərsiniz.
-Çox sağolun həkim...Biraz elədi...Pəncərədən Cahangirə baxıb gülür..Onun otağına keçib yanına gedir..
-Bu da mən..Həkim dedi məni çağırmısan..
-Yaman mehribansınız..
-Düşmən olmalı idik?Cahangirin qısqandığını bilirdi..
-Səbinə!
-Can Səbinə-deyib gülür...
Onun belə deməyinə olan qalan əsəbi yox olur Cahangirin..O,da Səbinəyə qoşulub gülüür..Əlindən tutub yanında oturdur..
-Sən niyə hələdə burdasan?
-Mamangil gəlsin gedəcəm..
-Get mən burdan çıxana kimidə gəlmə..
-Niyə imiş?gələcəm..O,gözəl tibb bacıları ilə tək qoyacaq deyiləm ki səni!
-Rahat danışa bilmirəm onlarla sən olanda,gəlmə...
-Elə oldu?....Yerindən qalxır.
-hmm..
-Nə isə mən gedim...
Onun küsməyinə gülərək əlindən tutub yanına oturdur yenidən..
-Hara gedirsən?
-Həkimdən soruşacaqlarım vardı..
-Yenə həkim!?Sən məni dəli edəcəksən..-Əsəblə danışmağa başlayır..-Heç bir yerə getmirsən..Burda oturub gözləyəcəksən mamagilin gəlməsini..Deyib bir əli ilə başını tutur..Əsəbləşdiyinə görə başı ağrımışdı...
Cahangirin hirslənməyinə narahat olur Səbinə..Hələ yeni çıxmışdı əməliyyatdan..Ona ziyan idi belə çox əsəbləşmək..
-Cahangir?...zarafat edirdim...Niyə bu qədər əsəbləşdinki..Gözlə həkimi çağırım..Onunla nəvazişlə danışıb əsəbini sakitləşdirməyə çalışır..Getmək istəyəndə Cahangir qoymur..
-Lazım deyil..
-Yaxşı..Mən gedim sən dincəl..
-Dedim burda qalacaqsan!..
-Cahangir...
-........................
-Onun belə kobud rəftarına pis olur Səbinə...Bilirdiki bu keyləşdiricinin təsiri idi onu belə əsəbi edən...otaqda qala bilməzdi.Həm həkim icazə verməzdi,həmdə valideynləri çöldə idi..
-Burda qala bilmərəm,icazə yoxdu..Həm atamgil çöldə gözləyirlər..Orada olacam narahat olma..
-Yaxşı....Səbinənin incidiyini bilirdi..Başının ağrısına görə bir söz deyə bilmir....
Cahangirin razı olmayacağını bilsədə otaqdan çıxan kimi onun ağrısının olduğunu həkimə bildirir..
Bir neçə saat sonra Gülər xanımgildə gəlmişdi..Səbinə pəncərədən Cahangirə baxırdı..Onun kobudluğundan incisədə küsə bilmirdi..Onun yatmağını seyr edib düşünürdü..Gülər xanım Səbinəni belə görəndə özündən utanırdı..onun haqqda dediklərinə,düşündüklərinə görə pis olurdu..Səbinənin yanına gəlib onu qucaqlayır.-Gözəl qızım get dincəl..Narahat olma yaxşıdı oğlum...
-..........Gülümsəyib mamasıgil ilə bərabər gedir...Getsədə ürəyi Cahangirdə qalmışdı..Onun bayaqki halına narahat olmuşdu..Amma evə girər girməz bütün əhvalı dəyişir..Birbaşa mətbəxə keçib qazanın qapağını açıb yeməkdən bir qaşıq götürür..
-bəh...bəhhh...bəhhh..Ay mama az dadlı bişir bunları..Bir gün qapıdan keçə bilməyəcəm..
-Harda idi o günlər?keç üzərini dəyiş rahat gəl ye...-Danışaraq öz qazın altını yandırır..
-Əlimi yuyum tez gəlirəm-qaçaraq hamama gedib əl üzünə su vurub qayıdır..Masaya oturub yeməyini yeməyə başlayır...Yadına xəstəxanada maması ilə danışdıqları düşür..
-Mama?
-Hə qızım..
-Şey ..hirslənməmisənki mənə?
-Nəyə görə?
-Cahangir...deyib susur..Utanırdı ardını gətirməyə..Minirə xanım üzündə xoş təbəssüm ilə qızına baxır.
-Yox qızım...Sən,Rəsul xoşbəxtsinizsə məndə xoşbəxtəm..

Zümrüd dəhlizdə gözləməkdən yorulub Nailin otağına getməyi düşünür.Amma utanırdı..Biraz düşünüb onun yanına getməyi qərara alır...Ona acıqlı olsada bir qüvvə onu Nailə itələyirdi..Niyə inanmırdı Nailə?.....Niyə onu hər görəndə əsəbləşirdi bu qədər?..Qorxduğu nə idi Naildə,sevgisi yoxsa yaraşıqlı olması?.Özü ilə ürəyində danışaraq gəlib çatmışdı onun qapısının yanına..İçəri girib girməməkdə tərəddüd edirdi.Qapının qarşısında durmuşdu ki qapı açılır..İçəridən Kərim çıxır..
-Zümrüd?
-........Özünü itirir..Mən..Mən.
-Gəl içəri.Məndə aşağı düşürdüm..Yaxşı oldu gəlməyin..Tək qalmaz Nail..
-Nigar xala yoxdu?
-Yox yoxdu..Birazdan gələcəklər..Mən getdim hələlik sizə..Nailə göz vurub gedir..Zümrüd içəri keçib qapını bağlayır..
-Xoş gəldin...
-Necəsən?..Yəqin uzun müddət hərəkət edə bilməyəcəksən...Nədə olsa...
-Yaxşıyam sən necəsən?..Həkim dedi tez düzələcəm çox qırığım yoxdu...
-Lap yaxşı..
-Nə isə olub?fikirli görünürsən..
-Yoo...yox.ya da hə...Nigar xalaya nə demisənki məni tanıdı?Yəqin pis qız kimi tanıyırlar məni..
-Niyə pis biri kimi tanıdıqlarını düşünürsən?
-......................
-Anama heçnə deməmişəm..Sənə aldığım üzükdən tanıdı..Üzük zümrüd qaşlı idi..Sənin adın və gözlərin kimi..Mənimlə evlənməsən anamın əlindən qurtarmayacam..Bacıma zəng edibki toya hazırlaş..-deyib gülür.
-Nə?nə toy..
-Bizim toyumuz..Hə de bitsin bu iş..Mənimlə evlən..Səni itirmək istəmirəm Zümrüd..
-Qəzada Cahangirin yox sənin başın zədələnib deyəsən!..Mən hələ oxuyacam..Sonra işləyəcəm..
-Mən oxuma demirəm..Oxu amma mənim yanımda olaraq..Evlənək gedək mənimlə NevYorka .....Nailin belə danışmağına sevinirdi.Amma bir tərslik onu razı olmağa qoymurdu.
-Yoxx evlənmirəm səninlə..Heç tanımıramda səni..
-Uzandığı yerdən dikəlmək istəyəndə qolu incidir Zümrüd onu tutub yerinə uzatmaq istəyir..
-Uzan daha çox ağrıyacaqsan...Göz gözə qalırlar...
-Belə tərs olma Zümrüdüm...Bilirəm razısan amma etiraf etmək istəmirsən...Mənə inan..Səni incitmərəm..
-Bu sözləri başqa qızlara deyərsən!Sənə onlar ancaq inanar...Acıqlanıb ondan uzaqlaşır...
-Mənim gözəlim qısqancmış..Bu da qəbuldu mənə..Sən hər şeyinlə qəbulsan..
-Sənin gözəlin mən deyiləm!-deyib otaqdan çıxır..Nailin ağına qarasına deyinərək gedir..

Cahangir oyananda mamasını yanında görür..Yerindən qalxıb oturur...Əvvəlki əsəbi yoxa çıxmışdı...Xəstəxanadan çıxmaq istəyirdi..Həkimin müayinəsindən sonra sabah çıxmaq üçün razılığını alır...
Səbinə hazırlaşıb Nəzrinlə bərabər evdən çıxır..Rəsula xəbər vermədən evdən çıxdıqlarına görə narahat idi Nəzrin..Onun hirslənməyindən çəkinirdi..Bəzən bir söz,bir baxış bəsdirki biz özümüzü yığışdıraq..
-Rəsul hirslənsə deyəcəm sən qoymadın zəng etməyə..
-Deyərsən..De ki baldızım qoymadı..Ay Nəzrin biraz hava alaqda.Rəsula desək qoymayacaqdı tək getməyə..
-Cahangirdə hirslənəcək..
-Az danış..Gəl..Onun qoluna girib qarda balaca uşaq tək sevinərək gedir..Xəstəxanaya çatıb Cahangirin otağına qalxırlar..Nəzrin içi içini yeyirdi..Səbinəninsə dünya aləm vecinə deyildi...Hamı otaqda idi..

Müəllif: Milady Ovod


Şərhlər:
Baxılıb: 943
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz