Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Əvəzolunmaz (22-ci bölüm)
Əvəzolunmaz (22-ci bölüm)
Göndərən: GünƏşimƏ_AiD_
Şərhlər:
Baxılıb: 977
Səs ver:
Nail ilə Zümrüd gəzərək dəniz kənarına,ilk bir birlərini gördükləri oturacağa gəlirlər..Oturcağa baxıb ikisidə gülür..
-Bura kimi gəldik..Buyurun eşidirəm..
-Zümrüd mən açıq söz biriyəm..Fikirlərimi,hisslərimi gizlətməyi bacarmıram..Bilmirəm məni necə biri kimi tanımısan..Ola bilər ki kənardan soyuq,özündən razı görünürəm.
Zümrüd maraqla onu dinləyib nə deyəcəyini gözləyirdi..
-Sözümü uzatmaq istəmirəm..MəNiM iLə EvLəNəRsƏN?
Söhbətin sonunu bura gələcəyini düşünməmişdi..Hələdə ki Nailin belə deyəcəyini heç düşünməmişdi..Onu görəndə əsəbi olan Zümrüd indi ağzını açıb bir söz deyə bilmirdi..Bir sözlə Naildən bunu gözləmirdi...Zümrüdün səssiz olmasından qızın ani şok yaşadığını hiss eləyir Nail
-Bilirəm biraz tez oldu bunu deməyim..Heç bir ay deyil ki bir birimizi tanıyırıq..
-Mən ...
Onun yox deyəcəyindən qorxub söhbəti davam etdirmir Nail..
-İmtahanlara hazırlığın necə gedir?
-yaa..yaxşı..Mən getməliyəm..Sağolun..

Səbinə otağına girib Sevda ilə salamlaşıb yerinə oturur..Nəzrin hələ gəlməmişdi.Yadına ilk öpüşü düşür..Əlini çənəsinin altına qoyub gülür....Sənədlərə baxırdı ki Nəzrin gəlir üzündə gülüş ilə...Üzərini çıxararaq danışmağa başlayır..
-Nə gözəl üzüklər var Səbiş..amma mənim üzüyümə çatmazlar..Barmağındakı üzüyə baxıb gülümsəyir..
-Şükür əvvəlki Nəzrinimiz qayıtdı...Eşqin gücünə bax deyəcəm amma bilmirəm eşqin gücüdür yoxsa Rəsul gücüdür?
-Rəsul eşq deməkdir..Yəni fərq eləməz baldızcan...Rəsul-eşq...Eşq-Rəsul...
-Dillərə bax...180 dərəcə dəyişmə buna deyərəm-ikisidə gülüşür.-Nəzrin sən necə belə tez sevdin Rəsulu?
-Bilmirəm..Onu qardaşından soruşmaq gərək..Necə sevdirdi özünü mənə....Səbinə sən məni tanıyırsan eləcədə mən səni..Bir birimizin ürəyinə bələdik..Bilirsənki indiyə kimi sevdiyim biri olmayıb..Gözümü sevgiyə o açdı...Ehh çox gözəl duyğulardı bunlar Səbiş....Xoşbəxtəm çox xoşbəxt..
-Allah daimi eləsin Nəzişim..inanki sizi belə görəndə hər kəsdən çox sevinirəm..
-bilirəm,bilirəm..Elə məndə sizə baxanda sevinirəm..Sevinirəmki qardaşım sənin kimi gözəl ürəkli birini sevib....
Qızların söhbətini Sevda eşidirdi..Nəzrinin son dediklərinə təəccüblənir..Bunu Səliməyə çatdırmağa tələsirdi...Nəzrin ona baxıb sonra üzünü Səbinəyə çevirib gülür-inşaAllah nə vaxtdır toy?
-Nəbilim Nəziş..Cahangirə qalsa bir aya..Amma tezdi..-Vurğu ilə deyib qəsdən Sevdaya acıq danışırdılar.
-Hə tezdi..Birinci bizim toy sonra siz..
-Allah xoşbəxt eləsin qızlar-deyib Sevda yerindən durub otaqdan çıxır...Qızlar o çıxan kimi gülüşürlər.
-ha ha ha...getdi çatdırmağa...Hazır olaq müharibəyə..
-Yox daha o qədərdə deyil..Qardaşımdan ona nə?..Biraz danışdıqdan sonra işlər ilə məşğul olurlar...Səbinə otağa Səlimənin gələcəyini,ona söz atacağını düşünsədə nə gələn var idi nə gedən....Yorulub kağızlardan fasilə edir..Ürəyindən Cahangirin yanına getmək keçir..Otaqdan çıxıb onun yanına gedir..Qapıya çatanda şüşə divarlardan onun otağında Səliməni görür..Hələ o sinəsi açıq köynəyini görüb lap cinlənir...Otağa girməyib onlara kənardan baxır..Cahangirin başı komputerinə baxıb sonrada kağızlarda qeyd aparmağa qarışmışdı.Səlimə də ona kömək edərək başı üstündə dayanmışdı..Onun Cahangirə olan baxışlarına əsəbi birə beş artır..Qapıya baxanda Səlimə onu görür..Səbinəyə baxıb xain baxışları ilə gülümsəyib Cahangirə daha yaxın dayanır..əsəbini sakitləşdirə bilməyib otağa girir Səbinə..Qapını döymək yadından çıxmışdı..
Cahangir başını qaldırıb onu görüb gülümsəsədə ciddi sima alır-Buyur Səbinə?
Otağın qapısını döymədən girdiyini xatırlayıb utanır..Həmdə nə üçün gəldiyinidə bilmirdi..-Tez düşün Səbinə tez..Bura niyə gəldin?ifritəyə bax hələ,üzümə necədə gülür..
-Qapını döymədən girdiyinə görə yəqin vacib sözün var -o bic gülüşünü üzündən yığışdırmadan soruşur Səlimə..Cahangir onlara baxmırdı.Fikri kağızlarda olsada qulağı Səbinədə idi.
-hmm....Cahangir bəydən bir şey haqqda soruşmağa gəlmişdim...
-Səlimə sən çıx..
-oldu Cahangir bəy...əlindəki qovluğu nazla masaya qoyub çıxır...
-Eşidirəm Səbinə..
Cahangirin məşğul olduğunu görsədə acıqlanmışdı ona..Onun günahı olmadığını bilirdi amma yenədə acıqlı idi ikisinədə..
-Yadımdan çıxdı..Sonra gələrəm...Otaqdan çıxıb dodağının altında deyinərək qarşısına baxmadan gedirdi ki,Rəşada deyir..Kiçik qucaqlaşma anı yaşanırdı ki Səbinə buna imkan verməyib ayrılır ondan..Bunu Cahangir görür Səbinənin arxasınca gələndə..İndi əsəbləşmək növbəsi onda idi..Onlara yaxınlaşıb Səbinənin əlindən tutub özü ilə otağına aparır..Yenə Rəşada onların arxasından baxmaq qalmışdı...Cahangir onu otağına gətirib qapını bağlayır.
-Sən o oğlana yaxın durmadan dayana bilmirsən?
-Nc.ölürəm onu görmək,qucaqlamaq üçün..
-Səbinə!
-Eşidirəm.
Onun sözünə gülmək tutur Cahangiri..Bayaqda o belə demişdi Səbinəyə..
-Gülməli bir söz dediyimi xatırlamıram...
-Fikrimi bu dəfə lap dəqiqləşdirdim..Nişandan ya da toydan sonra işləməyəcəksən..
-Nə?o niyə imiş?
-Sən hər dəfə Rəşadla və ya başqa biri ilə danışacaqsan.Məndə burda əsəb keçirəcəm..
-Sən necə iş yoldaşların ilə danışırsan məndə elə...Mənki Səlimə kimi sinəsi açıq,gödək yubka geyinib bura gəlmirəm..Kiminsə gözünə özümü soxmuram..
-Yenə başladıq...Cəhənnəm olsun Səlimədə bir başqasıda..Hələ sən o geyimləri geyin gör nə edirəm mən!..
-Heç nədə edə bilmərsən..Səninlə evlənənə qarışarsan ancaq.O,da mən olmayacam!
-Demək belə hə?-deyib onu özünə çəkib qucaqlayır..Mənimlə evlənməyəcəksən?
-Burax..Biri görəcək..hə evlənməyəcəm
-Yaxşı məndə Səlimə ilə evlənərəm..Nə deyirsən?
-Lap yaxşı..Xoşbəxtliklər sizə...
-Onun xoşbəxtlik diləyəndə dodağını büzməsinə gülümsəyir Cahangir..Bir nəfəs qədər yaxın idi..
-inanım buna?
-Nəyə?
-dediklərinə-deyib onu öpür..İcazə vermir danışmağına.
-Niyə bu qədər yaxınsan mənə..Niyə səndən doya bilmirəm-öpərək nəfəsini üzərində hiss edir..
-Cahangir..
-Caan..
-onunla evlənəcəksən?
-Son dəfə dodaqlarını öpüb onun üzünü əlləri arasına alır-Evlənməyim?
-.............
-Mən evlənəcəm...Yanımda duran isə indi qucaqladığım ağıllı dəlim olacaq..Sən istəsəndə istəmsəndə mənim ürəyimsən..Bu ürək olmadan yaşaya bilərəmmi?-Onu sinəsinə sıxıb bərk qucaqlayır..Saçlarını oxşayır-Həmişə mənimsən bilirəm..Məndə sənin..
Onun sözlərinə Səbinə kövrəlib boynunu qucaqlayır-Həmişə yanımda qal..
-Cahangir..
-hmmm.
-İşləmək söhbətini zarafat edirdin hə?
-Yox zarafat deyildi.
-Acıqlanıb ondan ayrılır Səbinə..-Amma bu haqqsızlıqdı!Mən əziyyət çəkib oxuyuram evdə oturmaq üçün?
-Gəl bura-onu özünə çəkib belindən qucaqlayır-mən səni evdə darıxmağa qoymayacam..hələ uşaqlarımıza baxacaqsan
-arxı keçməmiş hop deyənlərdənsən ..Həm uşaqlara mama baxacaq-demişdiki yadına Gülər xanım düşür..Üzündən gülüşü itir..
-Yox uşaqlarımıza sən özün baxacaqsan....
***********************************
İşdən evə gəlirlər..Nəzrin ayağaını soyunub otağına keçir..Onun ardından Cahangir girir evə..Qarşısına Gülər xanım gəlir
-Xoş gəldin,gəl.Qaynanan sevirmiş səni..süfrəni qururdum
-Xoş gördük mama..Atam evdə?
-Hə otaqdadı keç..
-Mama səndə gəl sözüm var..
Gülər xanım Cahangirin ardından qonaq otağına keçir..
-Axşamın xeyir ata-gəlib atası ilə üzbəüz oturur..
-Axşamın xeyir bala..
-Ata bilmirəm necə deyim-utanaraq gözlərini qaçırır valideynlərindən..
-Nəsə olub Cahangir?Mahir bəy narahat olur..
-Narahat olma ata yox..Ata elçi getməyinizi istəyirəm..
-Kimə ay oğul?...
Gülər xanım sussub hələki dinləyirdi..
-Səbinə..Adil dayının qızı...
-A-demişdiki Mahir bəy Gülər xanım ondan əvvəl danışmağa başlayır
-Mən razı deyiləm!Olmaz..Qaçırılmış qızı oğluma alası deyləm!
-Mama!-hirsindən əlini yumur..
-Gülər bu nə danışıqdı!Səbinə bizim gözümüzün önündə böyüyüb,bu evin bir qızı olub..
-Mama..
-Dedimki olmaz!mən elə gəlin istəmirəm..
-Cahangir sabah özüm Adil ilə danışacam..Allah xoşbəxt eləsin bala...
-Mahir...
-Artıq söz lazım deyil!Elçilik olacaq vəssalam!

Müəllif: Milady Ovod


Şərhlər:
Baxılıb: 977
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz