Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Əvəzolunmaz (23-cü bölüm)
Əvəzolunmaz (23-cü bölüm)
Göndərən: GünƏşimƏ_AiD_
Şərhlər:
Baxılıb: 954
Səs ver:
Cahangir biz bura niyə gəldik?-Onun sakit baxışlarından bir şey başa düşmürdü Səbinə..-Niyə elə baxırsan? Bu yolda bizim nə işimiz var...Qaranlıq yolda ikisi tək idilər..Səbinə onun susmağına tədirginləşirdi..Cahangir onun üzünə gülümsəyərək sığal çəkib arxasını dönüb gedir.-Dayan hara,mənidə gözlə.. Addım atmaq istəyəndə ayaqlarının tərpənmədiyini görüb qorxuya düşür.-Cahangiir getmə...Mənsiz getmə.Caahhaangiir getmə...Getməəə-deyə sayıqlayıb yuxudan oyanır.Tər içində qalmışdı..Gözlərini yumub yuxusunu xatırlayırdı ki telefonun səsinə diksinib qorxur..Zəng edənin Cahangir olduğunu görüb sevinərək açır..
-Sabahın xeyir ağıllı dəlim
-Sabahın xeyir..
-Səsin niyə belədi,xəstələnmisən?
-yuxudan indi oyanmışam ondandı yəqin
-tənbəl..Mən gedirəm Nail bəylə Qəbələyə.Orda bir neçə iclasa girib qayıdacağıq.
-Sən niyə gedirsən,Nail bəy tək gedə bilmir?
-filial rəhbərlərinin iclasıdı,məndə orda olmalıyam..Qayıdanda sənə xəbərim olacaq.
-Nə xəbər?qayıtmağını gözləyə bilmərəm indi de nə olar.
-yox qayıdım sonra.
-bəlkə məndə gəlim səninlə?
-başa düşmədim sənin orda nə işin var.
-sənə katibəlik edərəm-gülərək deyir.
-lazım olsa Səliməni aparardım..
-dilindən düşməsin Səlimə!nəisə sənə yaxşı yol-inciyərək deyir
-burnuma qoxu gəlir
-nə qoxu?
-qısqanclıq-deyib gülür..
-özündən razı!xeyir qısqanmıram..
-mən demədimki qısqanırsan...
Səbinə özü öz dili ilə qısqandığını bildirmişdi..
-Səbinə nə Səliməni,nə də digər birini özünlə tay tutma..Mənim üçün bir sən varsan..Başqasına baxsaydım indiyə qədər baxardım..Mən ancaq səni görürəm.Bir başqasını yox!..Birdə belə qısqanclığını görməyim..
-yaxşı nə deyirəm..Bu gün Oqtayla gəzəciyik,zəng çatmasa telefona narahat olma..
-Səbinə..!?
-Kim qısqanır indi?-bic bic gülür.
-Sən ayrı mən ayrı..
-hə,hə sənə olar mənə yox eləmi..
-Nə dedin sən?
-Heç..heç..heç nə...Səbinə yenə səhv etdiyini bilib sözünü danır..
-Səni sevirəm hədiyyəm..Getməyəcəksənki?
-Qorxma zarafat edirdim...
-Ağıllı dəlim..
-Dəlini silək,ağllı qalsın bəsdi..
-Yox ...Sən ikisi birindəsən..
-Bu mənə bir reklamı xatırlatdı....İkisidə eyni vaxtda-NEXTCAFE..-deyib gülürlər...
-Mən indi evdən çıxıram,pəncərəyə çıx üzünü görüm rahat gedim....Səbinə onun bu sözlərinə pis olur..Yuxusu yadına düşür..
-Yaxşı-deyib otağından çıxaraq balkona gedir..Pərdəni aralyıb ona sevgi ilə baxan gözləri görür-Ehtiyatlı sürərsən maşını ora çox soyuq olur...
-Onun səsindən kədər hiss edir-nə oldu sənə?bax ağlasan incimə məndən qapınıza gələcəm..
-Ağlamıram..Söz verki qayıdacaqsan getdiyin kimi..
-Söz verirəm bax axşama yanında olacam..Səninlə neyləyəcəm,indidən sulugöz oldun..-onu güldürməyə çalışır..
Səbinə onunla sağollaşıb yatağına geri qayıdır..Biraz narahat idi...

Nəzrin evdə bekarçılıqdan sıxılırdı....Səbinəgilə getmək istəsədə utanırdı..Ona görədə Səbinəni öz evlərinə dəvət edir..Qızlar birlikdə oturub nişandan,toy haqqında danışıb gülürdülər...Gülər xanım onları çay süfrəsinə dəvət edir..
-nə danışırsınız belə?gətirdiyi çayları masaya qoyur..
-nişandan danışırdıq mama...
-hə..pis olma Səbinə o hadisəyə görə inşaAllah gözəl bir qismət çıxar qarşına..MaşAllah gözəl qızsan..-Gülər xanım bunu deyərkən Nəzrin göz qaş edib susmağını işarə edir..Gülər xanım belə danışaraq bu işə razı olmadığını bildirmək istəyirdi...Səbinəyə pis gözlə baxmırdı sadəcə belə deməklə razı olmadığını bildirmək istəyirdi..Səbinə bir söz deməyib suni gülüş qondurur üzünə..Pis olmuşdu Gülər xanımın dediklərinə......Birazda orda qalıb evə qayıdır..Xalasıgil bu gün gedəcəkdi..Onları yola salmağa hazırlaşırlar..
-Xala birazda qal..Onsuzda az-az gəlirsən..
-Ay gözəlim mənə demə bunu..Oqtaya de..
-İşkolik olub getdi xalaoğlu...
Xumar xanım Səbinəni oğluna almaq istəyirdi..Oqtayın narazılığına görə bu söhbəti bağladıı...
Onları hava limanınina Adil bəy aparır...Evdə sıxıldığından yatmaq istəyir....Yatıb Cahangir gələndə oyanmaq istəyirdi.....
Artıq axşam düşmüşdü..Hava qaralmışdı..Yuxudan doyub oyana bilmirdi..Yadına Cahangir düşür,telefonuna baxanda ondan heç bir şey olmadığını görüb narahat olur ..amma Nəzrindən saysız zənglər vardı...Zəng edir..Nömrəsinin bağlı olduğunu eşidib lap narahat olur..Yerindən sıçrayıb balkona gedir..Həyətə baxaraq Cahangirin maşınını axtarırdı..İndi ayılmış kimi evdə heç kimin olmadığını hiss edir..Mamasını səsləyib cavab almır..Zəng edir.
-Mamama sən hardasan,evdə heç kim yoxdur?Telefonda səslər eşidib ürəyi ağzına gəlir..Ağlaşma səsinə gözləri qaralır..
- Qızıım biz xəstəxanadayıq..Cahangirin maşını qəzaya düşüb..
-Nəəə...-dayaq taparaq divara yaslanır..
-Səbiş...ordasan?...hamımız burdayıq..Taksiyə otur gəl..
-yaxşı ..Telefonu söndürüb yerə çökür-Allahım ona heç nə olmasın..Yalvarıram..Hiss etmişdim bir şey olacağını.. Necə həyəcanlanmışdısa heç Cahangirin necə olduğunu soruşa bilməmişdi..Üzərini dəyişib tez evdən çıxır..Taksiyə oturub xəstəxanaya yollanır....İnanmırdı Cahangirə nə isə olduğuna...Taksiyə pulu ödəyib düşür.-Allahım ona bir şey olmamış olsun..Yuxarı mərtəbəyə çıxıb hamını orda gözü yaşlı görür..Heykəl kimi yerində donmuşdu..Nəzrin onun yanına qaçıb qucaqlayır.
-Səbinə ona heçnə olmasın..Qardaşım ölməsin..Hər kəs onlara baxırdı...Özünü güclə ələ almışdı ki Nəzrinin sözlərinə yaşlar yanağından süzülür...
-O,ölməyəcək!-sərt şəkildə,sonra-ölməyəcək pıçıltı ilə deyib Nəzrini qucaqlayır...
-Necə olub qəza?..
Zümrüd onlara yaxınlaşıb qapının yanından aparır...
-Yollar qarlı imiş..Qarşıdan gələn yük maşını idarə etməni itirib onların maşınına dəyib..-Nəzrin gözlərini silib danışır..
Zümrüd özünü saxlayıb ağlamırdı..İstəmirdi ağlamaq..Anasına,atasına dayaq olub dik dururdu...Cahangirlə bu xasiyyətinə görə oxşayırdılar.İkisidə özlərini belə anlarda təmkinli aparmağı bacarırdılar..Onlar heç kimin yanında ağlamazdılar..Dolub daşsalarda bunu göstərməyi sevmirdilər..Zümrüd indi bu halda idi..Ürəyinə axıdırdı göz yaşlarını..Zahirdən sərt görünürdü..Amma gözləri hər an ağlamağa hazır idi...
-İndi vəziyyəti necədi Nəzrin?-Əlləri ilə üzünü qapadır.
-ağırdı dedi həkim..Maşını Nail bəy idarə edirmiş.Yük maşını onun tərəfdən dəyib bizimkilərin maşınına..Sağ ayağı dizdən.sol qolu isə çiyin hissəsindən sınıb...Cahangirin başı ən çox zədələnib..Həkimlər –sözünün ardını gətirə bilməyib ağlayır...
Zümrüd onları belə görüb acıqlanır-özünüzə gəlin!...Səbinənin yanına oturub-Mənə bax-əlindən tutur..-Cahangir yaxşı olacaq..İndi ağlamaq vaxtı deyil!Biz onun yanında olmalıyıq.O bunu hiss edib o zaman tez sağalacaq...-Səbinə ağlayaraq onu dinləyirdi..-Cahangirin səni nə qədər sevdiyini hər kəsdən çox yaxşı mən bilirəm..Onuda bilirəmki belə anlarda xəstə öz yaxınlarının,sevdiyi insanın sevgisini hiss edir..Səbinənin gözlərini silir-Ağlama...Nəzrinə baxır-səndə!Biz güclü görünək ki o da bizi duysun..İndi dururuq ayağa,gedirik mamagilin yanına..Onlar bizdən betər üzülürlər..Onlara dəstək olmalıyıq...Səbinə yerindən durub-düz deyirsən Zümrüd..Cahangirə heç nə olmayacaq bax görəcəksən-deyib üzünü silir.Nəzrinin hələdə ağladığını görüb onu əlindən tutur-Bəsdi ağlama..O yaxşı olacaq-desədə onu sakitləşdirə bilmirlər...Zümrüd qızlar görməsin deyə üzünü dönüb gözündən axan yaşı silir.Sonra qızları əməliyyat otağının yanına aparır..Nəzrin mamasını yanına gedib onu qucaqlayaraq ağlayır..Hamı həkimin otaqdan çıxmağını gözləyirdilər.2saata yaxın idi ki əməliyyat gedirdi..Biraz keçəndən sonra həkim palatadan çıxıb onlara yaxınlaşır
-Həkim oğlum necədi?-Gülər xanımın göz yaşı dayanmaq bilmirdi qəzanı öyrənəndən.
H-Cahangir bəyin yaxınlarısınız deyəsən.
Z-bəli..Qardaşım necədi,əməliyyat necə keçdi?
H-Əməliyyat yaxşı keçdi..Amma onu bir müddətlik reanimasiyaya almalıyıq..Həyati təhlükəsi var.Bilirsiniz ki beyin çox həssas hissədi..Komaya düşmə riski çoxdu.-Səbinə bunu eşidəndən sonra həkimin başqa nələr dediyini dinləməyib ordan uzaqlaşır.- Bu gecəni keçirə bilsək hər şey yaxşı olacaq-deyib gedir həkim...Biraz rahatlamışdılar..Amma komaya düşmə riskinə görə gecəni heç biri evə getmir... Cahangiri xüsusi otağa almışdılar..Bədəninə bəzi alətlər taxmışdılar.Başı isə sarğıda idi...Yanına heç kimi buraxmırdılar..Kiçik şüşə pəncərədən baxa bilirdilər ancaq ona...
Səbinə həkimi dinləməyib xəstəxananın həyətinə çıxmışdı..Özünü çölə atıb dərindən nəfəs alıb əli ilə ürəyini tutur..Dayandığı yerdə divara sıxılıb ağlayır..-Ölmə,nə olar ölmə Cahangir-sinəsindən qopan hıçqırıqla ağlayıb yerə çökür..Çiynində bir əl hiss edib başını qaldırıb mamasını görür-mama o ölməsin,onu itirmək istəmirəm..Minirə xanım əyilib onu qucaqlayır-Səbinə dur yerdən..
-mama ölməsin..Ona deyin ölməsin-əli ilə qapını göstərib sanki Cahangiri göstərirdi..
-qızım insan nələrə dözmür,Cahangirdə buna dözüb sağalacaq.inşaAllah sabah görəcəyik ki açıb gözlərini.Minirə xanım bilirdi qızının onu sevdiyini..Onu qaldırıb özü ilə aparmaq istəyir-gəl keçək içəri hava soyuqdu,Xəstələnəcəksən..
-tək qalmaq istəyirəm mama.
-axı soyuqdu hava...Qızının yalvarış dolu baxışlarına dözməyib onun yanından ayrılır...
Özünü ələ almağa çalışsa da gözləri sözünə baxmırdı Səbinənin..Xəstəxananın həyətindəki oturacqda oturur..Yuxusunu xatırlayıb gözlərini silir-axı getmə demişdim sənə..Niyə sevdin məni,niyə..Bilirəm bəlkədə eşidirsən məni o yataqdan durmasan səni bağışlamayacam Cahangir.Bax ağlayıram sənə görə..Sən əsəbləşirdin mən ağlayanda,indi sən özün ağladırsan.-başını qaldırıb havaya baxır..Biraz oturandan sonra xəstəxanaya girir..Onun otağına yaxınlaşıb şüşədən seyr edir..Gülər xanım onun yanına gəlir..
-O sağalacaq bilirəm,mənim oğlum güclüdü...Səbinə onun sözlərinə azacıq dodağını qaçırıb gülümsəyir..Gülər xanım onu belə gözləri yaşlı görüb özündən utanırdı..Haqsızlıq etmişdi Səbinə üçün..Onu Cahangirə yaraşdırmırdı Elman söhbətinə görə..İndi səhvini başa düşmüşdü..
-Səbinə bağışla qızım..
-Nəyi?anlamayaraq Gülər xanıma baxır.
-Sənə qarşı haqsız hərəkətlər etdiyim üçün bağışla qızım..Allah məni bu etdiklərimə,düşündüklərimə görə cəzalandırdı oğlumla.
-Gülər xala siz səhv heç nə etməmisiniz.Bağışlanacaq bir şey yoxdu..Bir ana kimi öz oğlunuzu düşünmüsünüz-mehribanlıqla gülümsəyir.
-Qızım-deyib Səbinəni qucaqlayır..

Gecədən xeyli keçmişdi. Minirə xanım gecənin bir vaxtına qədər onların yanında qalıb sonra evlərinə gəlir yoldaşı ilə bərabər...Onlar üçün yemək hazırlayıb biraz dincəldikdən sonra aparacaqdılar..Səbinəni özü ilə aparmaq istəsədə getməyib qalmışdı..
.Mahir bəy hava almaq üçün çölə çıxmışdı.Nəzrin mamasının çiyninə başını qoyub yuxulamışdı.Zümrüd isə Nail bəyə baxmağa getmişdi..Səbinə pəncərənin qarşısından ayrılmayıb onu izləyərək ürəyində dualar edirdi...Tez tez tibb bacıları yoxlayırdı Cahangiri..Bu dəfə həkim özü gəlmişdi..Ona baxıb dəftərə bir neçə qeydlər alıb çıxanda Səbinə həkimin qarşısına gəlir.
-necədi Cahangir?
-dəqiq bir şey deyə bilmərəm...
-həkim bilirəmki onun yanına heç kim buraxılmır..Xahiş edirəm 5 dəqiqəlik onu görməyimə icazə verin..
-olmaz xanım..Həkim 35 yaşında sərt görünüşlü cavan oğlan idi..Səbinənin ağlamaqdan şişmiş gözlərini görüb ürəyi pis olsada icazə verə bilməzdi..
-xahiş edirəm icazə verin onu görüm..
-pəncərədən kifayət qədər görünür..
-necədə ürəksizsiniz..Sizin sevdiyiniz insan o yataqda yatsaydı necə olardınız?bizim yerimizə qoyun özünüzü arada!
-xanım qız insanları tanımadan danışmayın-Səbinənin dediklərinə dodağı qaçır həkimin-biz xəstənin rahatlığı üçün onun yanına heç kimi buraxmırıq.
..............Həkimin sözünə daha heç nə deməyib üzünü pəncərəyə çevirib Cahangirə həsrətlə baxaraq gözlərindən axan yaşları əlinin tərsi ilə silir..
-yaxşı ancaq 5 dəqiqədən çox qalmayacaqsınız...-Səbinənin ağlamağına dözə bilməyib icazə verir həkim..(Ax biz qadınlar,qadınlar..Kişilərin silahı onların gücüdü.Bizim silahımız isə göz yaşlarımız)..Tibb bacıları onu hazırlayandan sonra otağa girir..Qapıdan girən kimi yaşlar süzülür yanağından..Gəlib onun yanında durur..
-Axı getdiyin kimi gələcəyinə söz vermişdin..Bəs niyə burdasan..-yavaşca onun əlinə titrəyərək toxunur-Cahangir-deyib gülümsəyir..-İndi elə çox istəyərdim can Cahangir deməyini,qucaqlayıb sinənə basmağını,ağlama deməyini..Məni niyə sevdin, niyə sevdirdin özünü bu qədər?ağlayaraq danışdığından gözlərindən axan yaşların onun əlinə düşdüyünü görmürdü.-Bu yataqdan durmasan bağışlamayacam səni!..Mənə sevdirib özünü gedə bilmərsən..Son vaxtlar bir şeyi çox düşünürdüm.Mənim heç kimi sevməməyimin səbəbi bəlkədə sən idin..Bizim qismətimiz uşaqlıqdan yazılıb...Bilirəm oyanacaqsan,sən məni bir başqası ilə görməmək üçün burdan çıxacaqsan..Bilirsən səni müayinə edən həkim çox yaraşıqlıdı.-deyib suni gülümsəyir.. "Bunu deyərək guya o eşidirmiş kimi qısqandırmaq istəyirdi”
-...SƏNİ SEVİRƏM ...Oyan xahiş edirəm -Cahangiri əlini oxşayıb dodağının kənarından öpüb çıxır otaqdan.

Müəllif: Milady Ovod


Şərhlər:
Baxılıb: 954
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz