Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Əvəzolunmaz (21-ci bölüm)
Əvəzolunmaz (21-ci bölüm)
Göndərən: GünƏşimƏ_AiD_
Şərhlər:
Baxılıb: 918
Səs ver:
Off Səbinə yenə gecikirik sənə görə-Nəzrin deyinərək Cahangir ilə həyətdə onu gözləyirlər...Tələsərək blokdan çıxıb onlara yaxınlaşır..
-Bilirəm bilirəm çox gecikdim...
-Bu gün bir başqa gözəl görünürsən...Danışaraq maşına otururlar...Səbinə ona susmağını göz qaş edir...Cahangir ona parlayan gözləri ilə baxsa da susmağı onu əsəbi olmadığınıda demirdi...
-Amma sən nəsə solğun kimisən Nəziş...-narahat olur..
-Yo yaxşıyam...Söhbət edərək universitetə gəlib çıxırlar..Maşından düşəndə Səbinəyə qalmasını deyir..
-Mən otaqda olacam...-deyib Nəzrin maşından düşüb gedir...Cahangir dəsmalını ona verib dodağını silməsini deyir.
-sil o boyanı...
-niyə,çoxda gözə çarpan rəng deyil..
-ola bilər..yenədə sil!..
-Cahangirin hökmlü səsindən çəkinib dəsmal ilə dodağını silir...Ondan incimişdi..Qapını açıb düşmək istəyəndə bağlı olduğunu görüb əsəbləşir.-Aç qapını..
Cahangir onun qaşqabalı halına şirin təbəssüm qonur üzünə...-küsdü məndən..
-aç qapını...Sənə ancaq Səlimənin görünüşü xoş gələr..
Onun sözlərinə gülüb geriyə dönür -Səbinə qısqanırsan yenə?
-xeyir!aç qapını dərs başlayacaq...
-yenə tərsliyin tutdu..Səlimənin görünüşü özünə görədi sənin ki isə mənə..O necə geyinir,nə edir maraqlandırmır məni..
-........................
-susanda bir başqa şirin olur mənim sevgilim-onun əlindən tutub özünə çəkir..Göz gözə qalırlar.
-doğru edirsən qısqanmaqda..Sevgilin az yaraşıqlı deyil..Amma bu oğlanın gözü bir qızdan başqasını görmür..O,qız nə edibsə oğlanın bir ömürlük könül sahibəsi olub...-Səbinə onunla bir nəfəs qədər yaxın dayandıqlarına itirmişdi özüünü..Gözlərini onun gözlərindən çəkə bilmirdi..Cahangir onun dodaqlarına bu qədər yaxın olsada özünü ələ almağı bacarır,öpmür....Ətrafda insanların onları görməsini istəmirdi..Onun alnına alnını dayaıb dərindən nəfəs dərir..-Səyyarə tutmuşdur hüsnündən soraq,
Bədnəzər gözündən olasan iraq!
Köksümdə gəl gizlən,getmə çox uzaq,
Hicran dağlarını gəzər,maralım! 
Səbinə şeirdən təsirlənir,dünən oxuduğu bənd dilindən çıxır.
-Bax indi mən hara,yalnızlıq hara?
Azad fikirlərə,azad quşlara
Qəlbimin hər gözü bir aşiyandır,
Bədbəxt bu dünyada tək yaşıyandır..
-Birdə hislərini etiraf etməyi bacarsan....-Səbinə o danışarkən əlindən çıxıb knopkanı basıb qapını açır
-Dərsə gecikmək istəmirəm-deyib gülərək maşından düşür.Göz vurub məktəbə girir..
-Keçi!

Zümrüd hazırlaşıb evdən çıxır..Blokdan çıxarkən papağını başına keçirib dayanacağa yollanır..İki qrup yoldaşı ilə kafedə görüşüb magistr imtahanları haqqında danışacaqdılar..Hər kəsdən əvvəl o gəlib çatmışdı kafeyə..Biraz keçmiş yaxın rəfiqəsi həmdə qrup yoldaşı olan Gülay gəlir..Onun yanına gəlib üzərini çıxararaq danışmağa başlayır..
- Xalid gəlməyib?
-məndə yeni gəlmişəm..Yox hələ gəlməyib...Qızlar suallar haqqda danışıb fikirlərini bölüşürdülər..Kafe kiçik,sirin yer idi..Üzü qapıya tərəf oturmuşdu Zümrüd..Gəlib gedəni görə bilirdi...Qapıda Naili görüb təəccüblənir..Ona baxa qalmışdı ki tez özünü yığışdırır..Nail içəri keçərək ortalığa nəzər yetirib Zümrüdü görür..Üzünə təbəssüm qonur,onun masasına yaxınlaşıb salam verir.
-Salam necəsiniz?
-Yaxşıyıq siz?
-Axı demişdik sizli bizli danışmayacağıq..
-Yadımdan çıxıb...Bu qədərdə təsadüf çox oldu eləbil-gülümsəyərək ona baxır..Gülay onların dialoğunu səssizcə dinləyirdi..
-O biri təsadüfləri deyə bilmərəm..Bu təsadüf deyil bəlkədə..
-Başa düşmədim?
-Sizə xoş söhbətlər-deyib yan masaya oturur Nail...Onu hirsləndirməyi bacarmışdı yenə.
Nailin oturduğu yer şüşə pəncərənın yanı idi..Cofesini içərək çöldə gedib gələn insanlara baxaraq fikirlərə qərq olmuşdu..Həyatını düşünürdü..Bu yaşına kimi həyatından az çox qadın keçmişdi..İş həyatında,şəxsi həyatında çox qadınlar görmüşdü..Gəl ki bu könüldü onu zorlaya bilmərik..Bəzən bir gün gördüyümüz insanı sanki bir ömürdür tanıyırıq kimi gəlir bizə..Bəzən illərdir tanıdığımız biri bizə yad olur həmişə...Nail onu gördüyü gündən unutmamışdı..Bir neçə gün özünü idarə etməyə çalışsa da ayaqları onu Zümrüdün yanına gətirirdi hər dəfə..Onun harada yaşadığını,harada təhsil aldığını hər şeyi öyrənmişdi..İndidə bura ona görə gəlmişdi..
-Zümrüd bu kimdi?
-Sənə danışdım oturacaqda olan söhbət..Bax o..
-Vaay belə yaraşıqlı biri olduğunu düşünmürdüm..
-..Bu Xalid harda qaldı....
-Ona bax,gözü səndədi...Məncə bura sənə görə gəlib..
-Sakit eşidər..Sənə elə gəlir.Eşi yəqin sevgilisi ilə görüşə gəlib...Bu sözlərini Nail eşidib gülümsəyir...
-Bax bura yazıram-Əli ilə masaya plyus çəkir-Bu Nail sənin üçün burdadı-onun tərəfə əyilib yavaşca deyir ..
-Məni biabr etməmiş susmayacaqsan sən?...Elə bu zaman Xalid gəlir..
-Suallar hazırdı..Yolda tanışa rast gəldim ona görə gecikdim..paltosunu çıxararaq danışıb masaya oturur...Nail onlara çox baxmasada oğlann gəlməsi ilə diqqəti yanlarında qalır...Şirin-şirin söhbət etmələrinə,arada Xalidin sözlərinə əsəbləri gərilirdi..
Zümrüdgil biraz söhbət edib çıxırlar kafedən..-Gözü səndə qalıb bu oğlanın Zümrüd..
-Sənə elə gəlir gəl getdik...Dayanacağa qədər birlikdə gedib sonra ayrılırlar...Metroya girəndə Naili yanında görür..
-sən?
-təsadüf-deyib gülür..
-siz məni izləyirsiniz?.
-biraz danışa bilərik Zümrüd?
-Buyurun eşidirəm.
-burda yox olar dəniz kənarına gedək...

Səbinə otağa girib Nəzrinin yanına oturur..Onun bikef halının səbəbini bilirdi..Bilirdi ki Rəsul üçün darıxır..Onun üçün surprizi var idi..
-Bəsdidə bu nə haldı..2həftə yoxdu qardaşım solmusan..
-Sənə nə var Cahangir yanındadı..
-Caan-onu qucaqlayıb öpür...
Dərsləri yola verib məktəbdən çıxmağa hazırlaşanda Nəzrin qarşısında Rəsulu hərbi geyimdə görüb itirir özünü..Səhv gördüyünü düşünürdü..Onun gəlməyinə hələ 2 həftə qalmışdı..Səbinədən onun olub olmadığını soruşur.
-nə durmusan burda.get qucaqla..Bax gözlərimi yumuram-ona gülüb qardaşına baxır..Nəzrin orda duranın həqiqətən Rəsul olduğunu bilib yanına gedir.
-Bir nəfər çox darıxırdı mənim üçün..Dayana bilmədim gəldim..
-Sən darıxmırdın?kövrəkliklə ona baxır..
-Gəl bura-deyib qollarını açıb onu qucaqlayır-kövrək cücəm..darıxmasayadım bura gəlməzdim..
-Nə olsun yenə gedəcəksən-küskünlüklə deyir.
-Daha getməyəcəm.1ay sonra toyumuzdu..
Səbinə onlara uzaqdan baxıb fikirə getmişdi.Onları belə görməyinə sevinirdi...Dözməyib yanlarına gedir.
-Qısqanıram..Mənidə qucaqlayın-deməyinə Rəsul Nəzrindən biraz ayrılıb bacısını qolunun altına alır..Bir yanında sevdiyi qızı digər yanında bacısını qucaqlamışdı..
-Gəl mənim baş tacım gəl..
-Qaqaş gəlin qısqanacaq elə demə deyib gülür..
-O bilirki mənim üç sahibəm var..Başımın tacı mama və sən..Ürəyimin sahibəsi isə odur...
Bu zaman Cahangir gəlir..Onları belə görüb gülümsəsədə içində biraz qısqanclıq yaranmışdı..Bir yandan bacısını,digər yandan Səbinəni qısqanmışdı.
-Xoş gəldin qaqaş...Rəsuldan ayrılıb Cahangiri qucaqlayır..
-Satdı qardaşına məni Səbiş bu rəfiqən..Rəsulun sözlərinə hamısı gülür..Cahangir dodaq ucu gülümsəyir...Səbinə onun kefsiz olduğunu hiss edir..
-Nəzrini özüm gətirəcəm işə-Cahangirə baxıb deyir..
-Yaxşı...
Nəzrin qardaşından ayrılıb Rəsul ilə gedir..Səbinə onunla tək qalır..Onun kefsiz halına narahat olmuşdu..Onunla bərabər maşına gedirlər..Yol boyu Cahangirin səssizliyinə,güzgüdən ona baxmamasına pis olurdu..
-Cahangir..pıçıldayır..Onu bir neçə dəfə sakit səslə çağırsada eşitmir Cahangir..Onu eşitməməsinə lap kövrəlir Səbinə..Düşünməyə başlayırdı ki Cahangir onu sevmir,yəqin fikri dəyişib.Gözləri dolur...
Yoldan gözünü çəkib ön güzgüdən Səbinəyə baxanda onun dolmuş gözlərini görüb maşını yolun kənarında saxlayır..Geriyə çevrilib ona baxır-nə olub Səbinə,ağrıyırsan?.
Başı ilə yox deyib ona baxmır..
-Bəs niyə ağlayırsan?gəl qabağa.
-yox.
-Gəl dedim!Cahangirin hökmündən çəkinərək qabaq oturacağa keçir.-İndi de görüm niyə ağlayırdın?
-Bayaq səni bir neçə dəfə çağırdım eşitmədin.Üzümədə baxmırsan..Məni istəmirsən hə?bilirdim..Kövrələrək danışığına Cahangir gülür..-Mən..Mən..Mən..
-Nə sən?
-heçnə-titrək səslə deyib üzünü pəncərəyə çevirir..Araya sükut çökür...Cahangir onun üzünü özünə tərəf döndərir..
-Sən..sən..Sən məni sevirsən-deyib onun isti dodaqlarına toxunur dodaqları ilə..-Birdə məni istəmirsən cümləsini eşitməyim səndən-onu öpərək isti nəfəsini üzündə gəzdirir.Yanaqlarından öpüb alnını alnına dayayır-SəNi SeViRəM..Bu cümləni artıq əzbərim etmisən..Ondan doymayıb yenidən dodaqlarını öpür..
-şeey...utanaraq sözlərini deyə bilmir.
-Hmm..
-bayaq bəs niyə elə idin?onunla bu qədər yaxınlığa itirmişdi özünü.
-Hər şeyi gərək biləsən?
Səbinə onundan ayrılır bu sözünə.-heç demə..
-axşam evdəkilər ilə danışacam bu iş bitsin..

Müəllif: Milady Ovod


Şərhlər:
Baxılıb: 918
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz