Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Əvəzolunmaz (19-cu bölüm)
Əvəzolunmaz (19-cu bölüm)
Göndərən: GünƏşimƏ_AiD_
Şərhlər:
Baxılıb: 951
Səs ver:
Cahangir maşını bir yol kənarında saxlayır..Bir müddət ikisidə susur..
- Bu tərsliyin nəyədir ?Gözünü yoldan çəkməyərək soruşur.
-...............................
-məni başa düşmək belə çətindir..
-Nəyi başa düşüm..deyirsən xalanoğluna yaxın durma.
-Niyə bu qədər kobudluq edirsən.Sənə dəfələrcə izah elədim səhvimi..Bilirəmki başa düşmüsən məni..Məni sevməyin üçün nə etməliyəm?
-Mən bu haqda danışmaq istəmirəm...Onun üzünə baxmayıb başını aşağı dikir..İstəmirdi bu haqqda danışmaq..Onun ailəsinin razı olmayacağını düşünürdü bu işə..Özünə görə Cahangirin ailəsi ilə problem yaşamasını istəmirdi.
-Bilirsən məni sevdiyini nə vaxt biləcəksən?mən bu dünyada olmayanda..
-Bu söhbəti bağlayaq demişdim... --pəncərə tərəfə baxaraq göz yaşlarını gizlədir..-birdə belə danışma...Səsinin titrədiyinə udqunub gözünü silir.-sənə heçnə olmayacaq..
Cahangir onun ağladığını hiss edib üzünü özünə tərəf çevirir..
-ağlama
-Cahangir.
-caan Cahangir..-onun gözlərinin yaşını silir.
-sənə heçnə olmayacaq hə?
-Qorxma səninlə bir ömür yaşamadan ölməyəcəm..Gülümsəyərək ona baxıb yanağından öpür-axxx bir qəbul edib etiraf edə bilsəydin..
-mən söz söhbət yaradacaq biri olmaq istəmirəm ailəndə..Gəl birdə bu söhbəti açmayaq..
-məni bir başqası ilə görsən necə olacaqsan,buna hazırsan?Qollarımda bir başqasını görəndə pis olmayacaqsan?Cahangir danışdıqca sel tək yaşları yanağından axır Səbinənin..
-ağlama..Səni bir başqasının qollarında görə bilmərəm.Ancaq bu qollar qucaqlayacaq səni ...
-niyə məni sevdin!niyə..-hönkürərək onu qucaqlayır..
-Sakitləş...Gözlərinə qurban olduğum..Saçlarını oxşayıb sakitləşdirməyə çalışır..-Darıxmışam...Bərk qucaqlayıb onu ətrini içinə çəkir..
- bağışladın məni ağıllı dəlim?..Səbinə ona baxıb başını yelləyərək hə deyir..-Məni sevdiyinidə eşitsəm dünyalar mənim olar..
-çox gözləyərsən.Cahangir sənin sözlərin mənə Mikayıl Müşfiqi,onun şeirlərində duyulan sevgini xatırladır.
-O şeirlərdə mənim sevgimdə var,yəqin ondandır..
-niyə gülürsən?
-güzgüyə bax...Səbinə ön güzgüdə özünü görüb əlləri ilə üzünü gizlədir-hii nə günə düşmüşəm..
-ağlayanda belə olarsan bax...
-sənə görə olduda!mən necə gedəcəm restorana...off..gülmə!...Cahangir yolboyu ona gülür..-məni apar evə..belə gedə bilmərəm..
-gecikəcəyik..
-bunu məni bura gətirməyəndə düşünərdin.
-aha yenə mən oldum günahkar..

Zümrüd biraz Naillə söhbət edib öz masasına oturur.-Bu adam hardan çıxdı..Təsadüfündə bu qədəri..Ürəyində bunları deyib başını qaldıranda Nailin ona baxdığını görür-aha bir bu əksik idi..
Nişan öz axarı ilə şən keçirdi.Zümrüd qardaşının Səbinə ilə gülərək gəldiyini görüb sevinir..
-harda idiniz elə?gülümsəyərək ona baxır
-evdə..
-başa düşmədim?
-ayaqqabımı dəyişirdim...
-indi başa düşdüm..İkisidə gülür...
Vaxt Rəsul ilə Nəzrinin slov mahnısına gəlir...Bu qısa zamanda onların sevdikləri bir mahnı var idi...Onlar mərkəzdə tək rəqs edəndə digər cütlüklərdə onlara qoşulur..Cahangir Səbinəni,Oqtay isə Zümrüdü rəqsə qaldırır....Oqtay xaricdə yaşadığına görə oranın təhsili haqqında danışırdılar rəqs zamanı..Zümrüd söhbət edərkən çevirilib ətrafına baxanda Nailin telefonla danışaraq qaşlarını çatıb ona baxmasına çox fikir vermir..Düşünürki işi ilə əlaqəli bir problemi var.
Səbinə rəqs edərkən Cahangirin ona zillənən baxışlarından utanır.
-bəlkə elə baxmayasan..
-necə baxıramki?
-........................
-utananda bir başqa gözəl olurmuş mənim gülüm...
- bəsdi..
-Səni elə çox qucaqlamaq istəyirəm.. 
Gülüm... Yanımda olarkən ürək darıxır,
Ayrılıq zamanı niyə tez çatır
Mahnının bu cümləsini deyib həsrətlə ona baxır.

Gülüm...
Arzular bizi hara aparır,
Heyf xoş saatlar tez bitir.

Gülüm...
Gözlərim yenə səni axtarır,
Ayrılıq zamanı yenə tez çatır.
Ayrılmayaq,
Ayrı düşməyək,
Ayrılıq sözünü gəl unudaq.

Gülüm...
Sevgi dalğasında kim enir,kim qalxır,
Arzular sahilə çatmadan bitir.

Gülüm..
Yanımda olarkən ürək darıxır,
Ayrılıq zamanı niyə tez çatır.
Ayrılmayaq,
Ayrı düşməyək,
Ayrılıq sözünü gəl unudaq.

-Tezliklə bu ayrılıqda bitəcək... Rəsul heyran baxışlarla Nəzrindən çəkmir gözlərini.
-…...........utandığından bir söz deyə bilmir..

Nişan bitəndə Cahangir aparmaq istəyəndə Səbinəni alınmır..Gülər xanım icazə vermir..Bir bəhanə ilə onların maşınına oturmasına mane olur...Səbinə pis olsada biruzə verməyib gülümsəyərək geri qayıdır..Cahangir onun güldüyünü görsədə bilirdi ki pis oldu..Maşının açarını əmisi oğluna verib mamasıgili evə aparmasını deyir..Səbinəyə çatıb onu dayandırır..
-Mənimlə gedərsən?
-Bəs Gülər xalagil?.
-Bəlkə metro ilə gedək?gəzərik biraz..
-Bu geyimlərdə…..sözünün ardını gətirmək istəyirdiki Cahangir onun mamasından icazə alır..
-Minirə xala biz Səbinə ilə gələcəyik,narahat olmayın..
-yaxşı oğlum,gecikməyin..Qızının üzündə hər gülüş görəndə Minirə xanım sevinirdi..indidə onu belə görüb Cahangirlə getməyinə razı olur…
-Bax sənə deyirəm bu oğlan qızı sevir..Xumar xanım onların arxasınca mehribanlıqla baxaraq deyir.
-Ay Xumar bu hardan gəldi ağlına ..Onlar bir böyüyüb,ona görə belə mehribandılar..

Metroda yer olmadığından ayaq üstə qalmışdılar.Hər kəsin Səbinəyə baxmasına əsəbləşərək onu öz qolları ilə əhatələyib gizlədir.
-nə oldu?
-görmürsən necə baxırlar.
-belə geyimdə olana baxarlarda..
-indi baxsınlar görək necə baxırlar..
-daha sözüm yoxdu sənə-gülür..Bundan istifadə edib Cahangir bir əli ilə onu belindən qucaqlayır..
-əlini çək ayıbdı..
-…………………… Düşəcəkləri stansiyada qapıdan çıxanda hündür ayaqqabıyla ilişib yıxılırdı ki,Cahangir onu qurtarır.
-Qollarım rahatdı deyəsən,yıxılmadan dayana bilmirsən..
-sənə uyub bura gələndədi günah..Yıxılırdım az qala.
-çox danışsan qucağıma alıb çıxardacam burdan səni..
-kobud!..gözlərini süzərək onun qollarından çıxır...Bulvarda gəzərək üzü dənizə dayanırlar...Səbinə ətrafdakıların baxışlarına biraz narahat olur...
-Bura niyə gəldik ki,evə getmək istəyirəm..
Cahangir onun geyiminə görə utandığını bilib qucaqlayaraq sinəsinə sıxır..Dənizə baxaraq danışmağa başlayır-Həyat qısadı Səbinə..Sabahın bizə nələr gətirəcəyini bilmək olmur..Hər şeyi bu gün yaşamaq,bu gün bilmək lazımdır..Sabaha kim qala qalmaya...
O,danışdıqca Səbinə kövrəlirdi..Başını onun sinəsinə qoyub bərk qucaqlayır..
-Ağlasan bax özümü Xəzərə atacam..deyib Səbinəni güldürür...
-Cahangir?başını qaldırıb ona baxır..
-Caan Cahangir..İstilik dolu gözləri ilə ona baxır.
-Məni nə zamandan sevməyə başlamısan?..
-bilmirəm yəqinki uşaqlıqdan...
-Bəs necə bildinki sevirsən?..
-Əsgər gedən zaman.. Onu qucaqlayıb gəzərək danışmağa başlayırlar.Daha doğrusu Səbinə onu sual atəşinə tutur..
-Necə yəni?
-Hmmm.....
Əsgər getməyimə 1 ay qalmışdı..Ailəmdən ayrılacağım üçün darıxacağımı düşünürdüm...Getdikcə bu darıxmağın başqa biri üçün olduğunu anladım..
-O,biri mən idim hə?
-Aha...Onun burnuna toxunub gülümsəyir....Bu zaman dayandıqları yer açıq hava teatrının yanı olur..Xoşbəxtlikdən həmin günü Miri Yusifin konserti idi..Səbinənın Miri Yusifin fanatı olduğunu bilirdi..Onu dinləmək istəyirlər amma biletləri olmadığından pis olur Səbinə..
-eh bura kimi gəldik amma içəri girə bilməyəcəyik..Cahangir ona gülür..
-gözlə burda gəlirəm ..
-hara?
-gözlə-gedib nəzarətçi ilə danışaraq bilet olmasada qarşılığında biraz pul verib icazə alır içəri keçməyə... "Bizdə rüşvət yoxdur şirinlik var”
-gəl..
-axı biletimiz yoxdu..
-orası sənlik deyil..əlindən tutub içəri keçir..Kənar bir hissəyə çəkilib ayaq üstündə dinləməyə başlayırlar..Səbinə ifaya özünü necə qapdırmışdısa Cahangirin arxadan onu qucaqladığını ilk hiss eləmir..Onun əllərini belində hiss eləyəndə başını sinəsinə qoyur...Cahangir onu saçından öpüb özünə dahada sıxır..Növbəti mahnı səslənəndə Cahangirin ən çox dinlədiyi mahnı olur..
-Əvəzolunmazım.Gözəl həyat səninlə əvəzolunmaz-Səbinənin qulağına mahnı ilə birgə deyib yanağından öpür..Anın sehrinə qapılıb özünü unutmuşdu Səbinə..Özünü yuxuda hiss edirdi.Gözlərini açanda bunları yox olacağını düşünürdü..Cahangir onun gözlərini bərk sıxdığına gülür-aç gözlərini
-yox birdən yuxuda olaram,gözlərimi açsam bitər hər şey.
-yuxu deyil..
Bir gözünü açıb ətrafına baxır ilk əvvəl,sonra Cahangirin qollarında çevrilib onunla üzbəüz dayanır...
-gördün yuxu deyil..
Başı ilə hə deyib Cahangirin qucağına sığınır..Onu bərk qucaqlayaraq ətrini içinə çəkir..
Onun bu halına sevinib Səbinəni özünə sıxaraq boynundan öpür...
-Mənim ağıllı dəlim.....

Müəllif: Milady Ovod


Şərhlər:
Baxılıb: 951
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz