Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Əvəzolunmaz (18-ci bölüm)
Əvəzolunmaz (18-ci bölüm)
Göndərən: GünƏşimƏ_AiD_
Şərhlər:
Baxılıb: 937
Səs ver:
Səbinə onun sözlərinə pis olur..Ağlamamaq üçün zor saxlayır özünü..
-bu nə sifətdi?
-heç..Nəzrin ağzını açıb bir söz desədə ondan cavab ala bilmir...
Cahangir dediklərinə görə pis olmuşdu.Onun qəlbini qırmaq istməmişdi..Fikrini səhv izah etmişdi Səbinəyə..İşdə oturub ona dəfələrcə mesaj yazsada cavab ala bilmirdi..Kim yanına gəlirdisə soyuq danışıb yola verirdi..Yerində dura bilməyib şirkətdən çıxır.Universitetə gəlib qızların çıxmağını gözləyir..Ətrafındakı tələbələrə nəzər yetirirdi ki qızları qapının yanında görüb yanlarına gedir...Səbinə onun gəlməsi ilə yanından düz ötüb gedir...Cahangirin ağzını açmasına belə imkan vermir.
-ona nə demisənki səhərdən üzü gülmür..
-...Cahangir cavab verməyib maşına gedir.....

Surətli nişan hazırlıqları gedirdi..Rəsul paltar almağa Nəzrinlə bərabər getmişdi..Elçilikdən sonra onu tək bir yerə buraxmırdı.Geyim almağa özü ilə aparır..Hər paltar geyinəndə Nəzrinə bəyənməyib yenisini geydirtdirirdi...Rəsulun kaprizlərinə dözüb birtəhər xoşuna gələn geyim ala bilir Nəzrin...Nişanın səhəri günü isə bir yerə yığışıb yeni ili qeyd edəcəkdi ailələr...Səbinə ilə Zümrüd də özlərinə gözəl bir geyim almışdılar..Bu neçə gündə Səbinə bir kəlmədə kəsməmişdi Cahangirlə..Onunla eyni yerdə durmazdı..Cahangir nə qədər cəht etsədə onunla danışa bilmirdi,səbr kasası dolurdu. İncimişdi onun sözlərinə Səbinə..Anlayırdı onun yaxşılığı üçün dediyini,yenədə könüldü bu "umduğu yerdən küsər”deyib atalar...Cahangirin saysız hesabsız mesajlarını oxusada cavab vermirdi..Qızlarda onlarda bir hal olduğunu görürdülər..
Bu gün Səbinənin Amerikada yaşayan xalasıgil qonaq gələcəkdi..Həm nişan həmdə qonağı qarşılamaq üçün evdə hazırlıqlar gedirdi....Qapının döyülməsinə hamamdan yeni çıxan Səbinə açır..Qarşısında xalası və Oqtayı görüb sevincək xalasını qucaqlayır...
-xalaaa...
- xalasının birdənəsi....Onu öpüb qucaqlayır..Səsə Minirə xanım çıxıb onlarla görüşür..
-xoş gəldiniz Xumar..burda niyə dayanmısınz keçin evə...Onları qucaqlayıb içəri aparır..
-Minirə bu nə vaxt belə tez böyüdü?..Səbinəni yanında oturdur..
-ay xala balaca qalacaq deyildimki..Buraxan deyiləm səni burda qalacaqsan,rayon,qohum filan tanımıram mən.Gedənə kimi burdasan..
Oqtayın 29 yaşı var idi..Amerikada oxuyub orda işləyirdi.Xumar xanımın fikri ona Səbinəni bəyəndirib evləndirmək idi...
-Minirə nə iş qalıb sabaha?
-hər şey hazırdı....
-indi danışın görüm gəlnimiz necə bir qızdı..
-Sağ əli Oqtayın başına-deyib Minirə xanım onu qucaqlayır..
-Xala üzü kimi qəlbidə gözəldi Nəzişin-Səbinə mamasının danışmağına macal verməyib özü danışmağa başlayır..Xumar xanım onun şirin şirin danışmağına gülürdü...

Gecəni qızlar həyəcanla yola verirlər..Sabah üçün çox gözəl görünmək istəyirdilər..Oyanan kimi ilk iş salona gedirlər..Nəzrin donuna uyğun saçlarını dağınıq sadə topuz yığdırır..Çox makyaj eləməklərinə icazə vermir..Rəsulun hirslənməyini istəmirdi..
-indidən gözünün odunu alıb qardaşım Nəziş?
-sənidə görəcəyik tələsmə ...
-tələsən təndirə düşər..heyf deyil subaylıq..Nəzrinə acıq verərək danışıb onu hirsləndirmək istəyirdi..
-çox çəkməyəcək o subaylığın heyf..
-onu bilmək olmaz sarı kişmişim ...Səbinə gur,uzun saçlarını buruq halına səliqə verditdirib toplamır..Gözləri önə çəkəcək gözəl bir makyajla tamamlayır....Zümrüd yaşıl gözlərini çox qabarıq bəzəmələrinə icazə verməyərək sadə amma gözəl eletdirir..Saçlarını düz edib o da açıq qoyur...Qızlar son dəfə salonda bir birlərinə baxırlar-bizdən gözəli olmayacaq bu gün!
Onları Cahangir salondan götürüb evə gətirir..Səbinənin ona fikir verməməsi dəli edirdi..Bilirdi günahını,dəfələrcə də üzr istəmişdi...
Evdə çox insan yox idi..Restorana getmişdi çoxları...Hazırlaşıb evdən çıxaraq Nəzringilə gedirlər..Xeyir dualar veriləndən sonra Rəsul Nəzrini götürüb öz maşını ilə restorana aparır..Cahangir tünd göy və bənöşənin qarışığı rəngdə parlayan, arxası dantel ilə örtülü dekoltəli paltarda Səbinəni görüb heyranlıqla baxırdı..Səbinə onun baxışlarını üstündə hiss edib biraz uzaqda dayanan Oqtayın qoluna girərək maşına oturur..Bilirdi onu necə dəli edəcəyini..Cahangir o oğlanı tanımadığından Zümrüddən soruşur..
-xalası oğludu..Sənə demişdima Amerikada yaşayan,bax o..
Cahangirin əsəbini bu birə beş artır..Restorana çatanda onun hələdə Oqtayla bərabər görüb dəliyə dönsədə özünü ələ almağı bacarır..Sakit halını pozmadan Səbinənin yanına gedir
-5 dəqiqəlik mənimlə gəl..
-yaxşı-deyib onunla bərabər zaldan çıxır..Hamının yanında gəlmirəm desə idi onun əl çəkməyəcəyini gözlərindəki qəzəbdən görmüşdü...
Dəhlizə çıxanda ətrafda az insan olduğunu görüb Cahangir onun əlindən tutub heç kimin olmayacağı bir hissəyə çəkir..
-sən nə edirsən..
-o oğlanı yanında birdə görməyim sənin!
-icazə alacağımı bilmirdim,başqa istəyin?
-Səbinə onu sənin bir addımlğında görməyim..
-sənə qalmayıb kimin mənim yanımda durub durmayacağı!-sözünü deyib gedərkən yan hissədən gələn Naili görməyib az daha bir birlərinə dəyəcəkdilərki tez dayanır..Cahangirdə onun ardınca gəlib yanında durur..
-Siz?-Səbinə təəcüblə soruşur.
-Xoşbəxt olsunlar..Təbrik edirəm...Əl verib Cahangirlə görüşür..
-Çox sağolun...Mən dəvət etmişəm Nail bəyi...
-Xoş gəldiniz-deyib əl verib salamlaşır Səbinədə..Danışaraq zala keçirlər...Cahangir əyilib Səbinənin qulağına pıçıldayır-o,oğlanı yanında görsəm özümə cavabdeh deyiləm!
-O,oğlan dediyin mənim xalamoğludu....Onlardan ayrılıb qonaqların yanına gedir..
-Deyəsən hələ yola gətirə bilməmisən ..
-Sayılar...

Səbinə yeni oturmuşdu ki Zümrüd onun yanına gəlib oturur..
-Səbiş bayaq sizinlə bərabər gələn kim idi?
-Bizim bankın rəhbəridi.Cahangir dəvət edibmiş..Niyə soruşurdun?
-Birinə oxşatdım..Nəisə yəqin səhv salıram..
-Nə oturmusan dur getdik oynamağa...
-tez deyil?camaat hələ yemək yeyir..
-onlar yesinlər biz rəqsimizi edək.. Əlindən tutub Zümrüdü yerindən qaldırır..Sevdikləri mahnını sifariş edib biraz oynadıqdan sonra Rəsulla Nəzrinidə rəqsə qaldırırlar...Oqtayda rəqs zamanı onlara qoşulur..Səbinə onun oynamağın baxıb –heçdə pis oynamırsana öz aramızdı..
-Xaricdə yaşasamda qanımki Azəri qanıdı-göz vurub gülərək rəqs edirlər...Cahangir onları yan yana görüb hirsindən gözləri qızarır ..Ona dediklərini görünür ciddi qəbul eləməmişdi Səbinə...
Nail oynayanlara arasinda zümrüd yaşılı dondakı qıza baxanda təəccüblənir...Bu ki onun dənizkənarında gördüyü qız idi..Sevinərək onun rəqsini izləyir....Üzərindəki don gözlərinin rəngini daha da qabardırdı..Ona heyranlıqla baxdığını hiss edib tez özünü yığışdırır....
Zümrüd paltarının uzunluğuna görə rahat oynaya bilmirdi..Yorulub yerinə oturmuşdu ki Səbinə onu oyuna qaldırmaq istəyir..
-yox Səbiş yoruldum..
-nə tez?
-mən beləyəmdə...Mənimlə gedərsən ayaqyoluna?
-hə gəl..Birliktə zaldan çıxıb WC-ya gedirlər...Zümrüd içəri girsədə Səbinə girmir..
-burda gözləyirəm səni tez ol..
-gəlmirsən bəs sən?
-yox istəmirəm...Qapının ağzında gözləyirdi ki Cahangirin gəldiyini görüb bezgin sifət alır..
-nədi yenə?
-......Cavab verməyib biləyindən tutaraq çölə çıxardır 
-ey sən nə edirsən?hamı bizə baxır...
-...............................
-burax qolumu.
-...................Onu maşının yanına gətirir..
-otur!.
-Oturmayacam..Dəlisən sən!
-....Onu zorla maşına oturdub qapıları tez bağlayır..Özü oturanda Səbinə bundan istifadə edib qapını açıb düşmək istəyəndə qolundan tutub onu yerinə oturdur.Qapını bağlayıb maşını işə salır..
-hara gedirik?..bizi axtaracaqlar..danışda niyə susursan axı-ona baxıb danışmağını gözləsədə Cahangirin əsəbi baxışlarından başqa bir şey görmürdü..Ondan cavab ala bilmədiyini görüb çarəsizcə susur..

Zümrüd ordan çıxanda qapının yanında Səbinəni görməyib baxırdı ki qarşıdan gələn Naili tanıyır....
-siz?
-bəli mən..Səbinəni axtarırsan deyəsən..Cahangirlə getdi..
-təsadüfündə bu qədəri olarmış...
-həyat təzadlarla doludu Zümrüd ..xahiş edirəm sizli bizli danışmayaq..
-dogrudanda dolu imiş..
-Nəcə?
-heç..İnci necədir?
-o gündən elə hey yaşıl gözlü qız deyib gəzir evdə

Müəllif: Milady Ovod


Şərhlər:
Baxılıb: 937
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz