Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Əvəzolunmaz (11-ci bölüm)
Əvəzolunmaz (11-ci bölüm)
Göndərən: GünƏşimƏ_AiD_
Şərhlər:
Baxılıb: 927
Səs ver:
Rəsul onları bulvarda açılan gözəl bir restorana gətirir..Pəncərə yanındakı masalardan birinə əyləşirlər..Axşam düşdüyündən şüşə divarlardan görünən mənzərə insanı valeh edirdi..Qarşılarında Baki bütün gözəllikləri ilə işıq saçırdı.Qızlar heyranlıqla seyr edirdilər bu gözəlliyi..
-demişdimki çox bəyənəcəksiniz..Ağzınızı yumun ayıbdı..Gülərəkonlara baxır Rəsul...
-bəyənməkdə sözdü?çox gözəldi bura,eləbil Bakı ayaqlarımızın altındadı..Gözlərini mənzərədən çəkməyərək danışırdı ki Nəzrin,salonda "Dassin Joe-Salut”mahnısı səslənir..Yadına dünənki gün gəlir –aaa ...dünən rəqs etdiyimiz mahnı-deyib sevinir...Rəsulun ona tərs baxışlarını görsədə başa düşmür
- Nail bəy ilə çox gözəl rəqs edirdiniz..Nəzrinə söz atıb Rəsulu qısqandırmaq istəyirdi Səbinə..Bəzən qısqanclıq sevgini möhkəmləndirir,üzə çıxarırdı..
-Səndə Cahangirlə pis rəqs etmirdin,öz aramızdı-göz vurub yeməyini yeməyə başlayır..Səbinə onun sözünə qaşlarını düyünləyib mənzərəyə baxır..Seyrə dalmışdı ki telefonun səsinə diksinir..Mesaj Rəsuldan idi " Səbinə sən birazdan restoranın eyvanına çıxa bilərsən Cahangir ilə?bacı bunu mənim üçün et xahiş” ..Rəsul bunları istəyəndə xəbəridə yox idi ki bacısını kimə əmanət edirdi..Məsum üz alan qardaşına xəfif gülümsəyib razılığını bildirir...Yemək bitəndən sonra Səbinə icazə istəyərək masadan qalxır-Siz oturun mən biraz havaya çıxıram..
-məndə gəlirəm sənlə.Tək getmə..-Nəzrin yeməyini yarım qoyub durmaq istəyirdi ki Rəsul qoymur-sən hələ yeməyini bitirməmisən!
-Düz deyir Rəsul,sən rahat yeməyini ye..Mən Cahangir ilə gedərəm..-deyib ona baxır...Səbinənin onunla getmək istədiyini görüb yerindən qalxır...Restoranın dənizə açılan eyvanına çıxırlar..

Nəzrin yeməyini yeyirdi ki Rəsulun ona baxmasından utanıb əlini masadan çəkir-niyə elə baxırsan?
-Nail bəy kimdi!?
-sən hardan bilirsən Nail bəyi?hə Səbinə..
-sual verdim elə bil!Yerində hərəkətsiz ancaq Nəzrinə baxırdı..Səsində və sözlərində soyuqluq vardı
-Bankın rəhbəridi Nail bəy..Bayaq onunla deyib gülən Rəsulun yerini sərt baxışlı biri almışdı..Nəzrin onu belə görüb inciyir..
-Sən onunla niyə rəqs etmisən?!
-Rəqsə dəvət elədi məndə qalxdım..Səhv bir şey etdiyimi düşünmürəm..Ortaya sükut çökür..Rəsul ona baxır,Nəzrin isə düşüncəli halda çəngəli yeməyinə batırıb çıxarırdı...
-Yeməyinə eziyyət vermə....Mehribanlıqla deyib gülümsəyir.-Mənqısqanc biriyəm.Sevdiyim insanları paylaşmağı sevmirəm!.Nəzrin ona baxmayıb üzünü çevirib mənzərəni seyr edir..Fikirləriqarışmışdı...1 saat əvvəl ona sevgi etirafı edən birinin indi belə soyuq səs ilə onunla danışması çaşdırmışdı...Rəsulu dəli dolu bilirdi..Onu əsəbi vaxtlarda görmüşdü..Bilirdi ki ona hirsli olanda yaxın durmaq olmazdı...Amma indi ki sakit və soyuq davranışı qəlbinə toxunmuşdu..Qadınlar çox zaman onları güldürən,onlarıxoşbəxt edən insanların soyuqluğundan küsərlər..Rəsul onun incidiyini görüb sözlərinə peşman olur..Bəlkədə yersiz idi ondan soruşduqları.Gəl gör ki sevən insan sevdiyini paylaşmağı sevmir..Rəsulda belə idi..
-Nəzrin bağışla xətrinə dəymək istəmirdim...
-Narahat olma inciməmişəm-ona baxıb gülümsəyir...Sonra üzünü yenidən pəncərəyə çevirir...

Səbinə eyvana çıxıb qarşısında işıqlarla açılan dənizi seyr edərkən dodaqlarını qaçırıb gülümsəyir..İkisidə yan yana dayanıb qarşılarındakı mənzərəyə baxırlar...
-niyə güldün...Salonda səslənən musiqinin səsi ora kimi gəlirdi...Cahangirin ən sevdiyi bir mahnı idi səslənən..Bu mahnı onun ürəyində olanları səsləndirirdi sanki..
-Mənzərəyə baxdıqca özümü lap şəhzadə hiss eləyirəm ..Bir tək sehirli çubuqla üzərimdəki geyimləri dəyişmək qalır.
-Mənim ilə rəqs edərsən?-Əlini ona uzadıb yaxınlaşaraq bir nəfəs bərabərində dayanır..
Heç bir söz demədən onun əlindən tutur..Gözlərində itirmişdi özünü Səbinə..Gələn musiqi səsi onu başqa bir aləmə aparırdı...
-Görən olar-desədə Cahangir fikir verməyib onunla rəqs etməyə başlayır.-Bəlkə də birinin şəhzadəsizən....
-ola bilər,bir qızı 10 istəyər biri alıb şəhzadə edər..Bir birlərinin gözlərinə baxaraq danışırdılar..
-Əvəzolunmaz...Əvəzolunmaz...Gözəl həyat səninlə əvəzolunmaz....
Əvəzolunmaz...Əvəzolunmaz..Bu dünya varlığınla əvəzolunmaz...
Səninlə bir yolun addımında,mənim dəyərlimsən həyatımda
Mən varlıyam səninlə,mən doğruyam səninlə..
Sevda kölgəsindəsən canımda.....Mahnının sözlərini Cahangir ifaçı ilə bərabər pıçıldayırdı Səbinənin qulağına...
-İstəyərsən mənim şəhzadəm olmağı?Səbinədən biraz aralanıb gözlərinə baxaraq deyir...
Onun mahnı sözlərini oxumağı,sonrada bu sualı Səbinəni ovsunlamışdı...Cahangir onun heyrətlə baxıb susmasına gülümsəyir..Güləndə yanağının bir hissəsinin batması onu yaraşıqlı göstərirdi..Səbinə susub analiz edirdi onu..Eləbil ilk dəfə bu qədər yaxından görürdü Cahangiri..Gülərkən yanağının batması,danışarkən təmkinli olmağı,sakit,kobud görünərkən bir qədərdə incə rəftarı onu Səbinənin gözündə yüksəldirdi..-mənə nə olur belə-deyib öz-özünə ürəyində söylənib ona baxırdı..
-Sən mənim qismətimsən......
-nə?? -acıqlanaraq onun əllərindən çıxıb içəri girir..
Bu gün qızların gözləmədikləri başlarına gəlmişdi....Masalarına gedib oturur-bəlkə gedək?
-hə gedək..Nəzrində onunla razılaşıb çantasını götürür...
-Siz gedin maşına hesabı verib gəlirəm-Rəsul onlardan əvvəl masadan qalxıb gedir...Cahangirdə telefonunu götürüb çıxır restorandan....Qızlarda çantalarını əllərinə alıb yavaş yavaş çıxışa gedirlər
-Nəzrin niyə kefsizsən,qardaşım xətrinə dəyməyibki?
-..Gedək...Səninlə sabah danışacam! –hədələyici baxış atıb restorandan çıxır..
-Rəsul o məndən küssə, bilirəm sənə nə edəcəyimi-deyibSəbinədə onun ardınca çıxıb maşına əyləşir...Yol boyu sakitlik idi,heç biri danışmırdı .Cahangir Səbinəni....Rəsul Nəzrini.....Səbinə bu gün yaşadıqlarını.....Nəzrin isə Rəsulun soyuqluğunu düşünürdü....
Binanın qabağında düşüb sağollaşaraq hər kəs öz blokuna gedir....Pilləkənləri çıxanda Səbinə dözməyib qardaşını sual atəşinə tutur
-Niyə kefsiz idi Nəzrin biz masaya qayıdanda?qızın qəlbini qırmışam demə mənə!Həm kino zalında nələr oldu heç danışmadın...
-Sabah özü sənə danışar Nəzrin...-deyib başından etmək istəyir onu.
-Sən danışsan dünya dağılmaz...Nə dedinki Nəzrin inciyib səndən?onu yaxşı tanıyıram,küssə də,pis olsa da bildirməz kiməsə..Mənim kimi deyil o..
-Hə sənin kimi olmadığını bilirəm-gülüb qapını açır..Onunla biraz soyuq danışdım incidi məndən..
-Sən niyə soyuq danışırdınki onunla?ayaqqabısını çıxararaq ona baxır..
-off Səbinə əl çək...Deyib otağına gedir..Tez digər ayağındakı keti çıxarıb onun ardınca gedib çatır
-burdan sevdiyini deyib,sonrada soyuq danışan bir tək centlmen sənsən yəqin...Sabah Nəzrinin könlünü alırsan!,onu bunu bilmirəm..Yoxsa üzünədə baxmaram,qardaşlıqdan çıxararam! -deyib öz otağına gedir..Rəsul onun danışığına gülüb üzərini dəyişməyə başlayır...Gözünə telefonu sataşır..Yatağın üstündən götürüb Nəzrinə mesaj yazıb yenidən tullayır yatağa..Üzərinirahatlayıb yerinə uzanır.Bir qolunu başının altına qoyub ağlında olan bir şeyi edib etməməyi düşünürdü..Mesaj səsinə telefona baxıb gülümsəyir..Gecə boyu Nəzrinə yazaraq onun könlünü almağa başlayır.

Səbinə deyinə-deyinə otağına girib üzərini dəyişir..Gedib atasıgil ilə biraz tv-yə baxdıqdan sonra yatmağa gedir...Bu günü xatırladıqca üzündə gah əsəb,gahda gülüş yaranırdı..Saçlarını yığıb yerinə girir..Yorğanını başına kimi çəkib biraz nəfəssiz dayandıqdan sonra dözməyib başını yorğandan çıxarır..-oyy ölmüşdüm az qala..indi necə olacaq sabah onunla üzbəüz gələndə?yazıq baxışlar ilə tavana baxır.-bu ay deyəsən etiraflar ayıdı..1-ci Elman sonra Cahangir,sonrada Rəsul..Elman demişkən o hara yoxa çıxdı görən?Bir gözünü qıyıb düşünməyə başlayır-yəqin gördü ki razı olmuram getdi gedər gəlməzə hahaha....Bəs Cahangir?.....O və Mən....Pis biri deyil amma....offf nə düşünəcəyimi bilmirəm...Beləcə düşüncələr içində yuxuya gedir....Bu gecə hər biri eyni bir düşüncələrdə idilər....SEVGi....Rəsul Nəzrinlə mesajlaşaraq könlünü almağa çalışır,Cahangir Səbinənin nələr düşündüyünü düşünür,Səbinə öz xamxəyal fikirlərindən yatmışdı artıq...

Rəsul tez oyanmışdı.Əl-üzünü yuyub hazırlaşıb mətbəxə keçir..Minirə xanım süfrəni qurur,digər yandan yumurtalı çörək qızardırdı...Rəsul masa arxasında oturub mamasına baxırdı..Danışmaq istəsəyir amma danışa bilmirdi.Minirə xanım da bunu görürdü.Axırı dözməyib o danışır.
-Sabahın xeyir oğlum..Sən istəyəndən qızardıram..gözlə indi bişəcək..
-Sabahın xeyir mama...Yavaş yavaş sözü açmağın yeri olduğunu düşünüb danışmağa başlayır Rəsul-deyirəm çox yorulursan ev işlərində mama,bəlkə tezliklə gəlin gətirim bu evə?
-Biz də onu istəyirik ay Rəsul..Ev işlərinə görə yox,sənin toyunu görmək üçün...Boşqabı gətirib onun qabağına qoyaraq mehribanlıqla baxır
-onda hazırlaşın oğlunuz tezliklə evlənir-gülüb yumurtalı çörəkdən birini götürüb yeyir....
-Ay belə Allah xoşbəxt eləsin..Nə deyirik ki-onun boynunu qucaqlayıb öpür-kimdi bəs o gözəl qız,bizim tanıdığımız qız?
-Nəzrin....
-Bizim Nəzrin?-təəccüblə oğluna baxıb stula oturur....***

Müəllif: MiLady Ovod


Şərhlər:
Baxılıb: 927
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz