Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yetim qız (3-cü bölüm)
Yetim qız (3-cü bölüm)
Göndərən: Tomris Müslümova
Şərhlər:
Baxılıb: 1212
Səs ver:
"Qurda əmanət olunmuş quzu"

Bəli bu cür alçaqlıq, şərəfsizlik yanlız İntiqamdan çıxardı. Bir qızın adı kimi təmiz xəyalları da kirləndi puç oldu bu gecə.
Bəlkə də Asiyanın gözəlliyini haqq edən ən sonuncu insan yararlandı onun gözəlliyindən. Artıq səhər açılmışdı. Hinin tavanındaki 20 qəpik böyüklündə deşikdən təzə doğmuş günün şüaları Asiyanın gözünə düşürdü. Səhərə qədər nə olduğunu dərk etməyən və mənəvi cəhətdən yıxılıb şoka düşən Asiyanın gülməyə layiq ağlayan gözlərində yaş çeşmə olmuşdu. İntiqam isə çoxdan ofisə iş başında idi. Hamı hər kəs bu hadisədən xəbərsiz idi. Və bu belə də olacaqdı. Çünki İntiqam qızı ölüm və daha artığı kimi iyrənc təhdidlərlə hədələmişdi.
Artıq günorta saatlarında həyətdə ağ maşın dayanır. Bu Eynər idi. Gələcək Nişanlısı Leylanı görməyə gəlmişdi. Və hələ bu ailəyə yeni-yeni qaynayıb qarışır heç Asiyanı tanımırdı. Daha sonra ən brend paltarları ilə və 10 metrdən hiss olunan cəlbedici ətri ilə Leyla qaça qaça gəlir. Bəli bu gün iki sevgili şəhərə çıxacaqdılar gəzməyə, yanlız kef üçün.
Asiya isə otaqları təmizləyirdi, evin qızı yox sanki köləsi idi. Beynində isə 100 cürə fikir gəlirdi. Bəlkə də ən böyük günahı elə dünyaya gəlməyi idi. Artıq ölmək istəyirdi. Tünzalə anasına və özü də tanımadığı anası ,və atasına qovuşmaq istəyirdi. Bəli qərar vermişdi. Bu gecə özünü yoldakı uçurumdan atacaqdı. Bu utancla yaşamaq ona hər gün ölmək deməkdi. Bunu heç kim bilməli deyildi. İntiqam isə özünə yeni bir katibə götürüb. 22 yaşında Arzu adlı bir qız idi. Əslində İntiqam başqa məqsədlər güdürdü. Məqsəd katibə deyildi. Hər halda illərdi b katibəsi olan 49 yaşlı Nəzakət xanımı birdən birə səbəbsiz yerə 22 yaşlı açıq saçıq geyinən Arzu ilə dəyişməyin başqa adı ola bilməzdi.
Gecə olur. Hər kəs şam yeməyini yedikdən sonra yuxarı çıxırlar yatmaq üçün.
Asiya isə hində quru çörəyinin həmişə yarısını itə versə də bu gecə hamısını itə verir. Çünki artıq ehtiyac deyildi onsuzda artıq son gecəsi idi. Artıq axşam saat on bir olur. Sakitcə darvazadan çölə çıxır. Yolun kənarındakı uçuruma yaxınlaşır.
Dəqiqələrlə şəhərin işıqlarına baxır axı yaşamaq xoşbəxt olmaq ana olmaq istəyirdi onunda haqqı idi.
Ama olanlar və xüsusilə son olan hadisə yadına düşür yenə və yekun qərar verir intihar.
Ağacların arxasında isə kimsə sakit sakit onu izləyirdi. Bu gözlər kim idi bəlkə də 10 dəqiqə olar bu məğrur qızı izləyirdi.
Ayaqlarıyla uçurumun sonuna yaxınlaşır. Allahım məni bağışla deyib irəli atılmaq istəyəndə isə polad kimi möhkəm iki qol ondan yapışır. Bəli bu o idi bu..... (ardı var)

Müəllif: Rəvan Nişançı Məmmədli


Şərhlər:
Baxılıb: 1212
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz