Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yetim qız (1-ci bölüm)
Yetim qız (1-ci bölüm)
Göndərən: Tomris Müslümova
Şərhlər:
Baxılıb: 1486
Səs ver:
Hekayəmə giriş üçün giçik bir "Proloq"

Kiminin əvvəli, kiminin axırı...belə deyib taa qədimdən atalar. Dünənindən dərs ala bilməyib, bu gününə şükür etməyən insan axı sabahından necə əmin ola bilər...heç ağıla batan deyil. Günümüzün ən aktual problemlərini və klassik sevgi ilə müasir hisslərin və yaşayış tərzinin qarşılıqlı şəkildə vəhdətini oxumaq maraqlı olar.Ama yaşamaq heç də maraqlı deyil bunları qarşılıqlı şəkildə hər biri ayrılıqda daha gözəldi. Təki bütün sevgilər tragedik ramantikadan kənar qalsınlar hamısının sonu vüsal olsun. Hə birdəki yetimlər, yetim deyil hər birinin Allahı var, o özü onlara sahib çıxır....bu hekayədə daima kölə olub işgəncələr çəkən yetim bir qızın bir oğlanla sevgi macəraları sizi gözlüyür

"Doğulmaq özü də həyatın kuliminasiya nöqtəsidir"
 
Doğum evi......gecə saat 01:30....ay noyabr.....çöldə güclü soyuq və dayanmaq bilməyən yağış var. Budur artıq doğum evinin dəhlizlərində körpənin səsləri eşidilir. Bir qız gəlmişdi dünyaya. Elə içdən, elə ürəkdən ağlayırdı ki, sanki hiss etmişdi, özü də bilmədən, günahsız şəkildə anasının qatili olduğunu. Bəli...Bəli doğum evinə gecikən ana çox qan itirmişdi. Öz balasını, öz qızını dünyaya sağ salamat gətirsə də özü dünyayla sağollaşdı .Yazıq qadının isə hələ 25 yaşı var çox gənc idi. İlk övladı idi bu. Yoldaşını beş ay öncə avtomobil qəzasında itirmişdi. Qaynanası ilə yaşayırdılar ama qaynası çox yaşlı idi. Səksən yaşa yaxın yaşı var idi. Heç övladı olmuyub. Qəzada ölən isə götürdüyü oğulluğu idi. Uşağın rəhmətə gedən anasının isə adı Səbinə idi. Bəlkə də Səbinə sağlığında öz çəkdiyi əzablara görə yetim qoyduğu balasından nigaran olub gözləri açıq şəkildə dünyasını dəyişmişdi. Gözüaçıq getdi bu vəfasız dünyadan .9 ay bətnində daşıdığı balasının üzünü bir dəfə görmədən, bir dəfə qoxlayıb öpə bilmədən getdi Səbinə. Uşağın səsi də kəsilmirdi. Həkimlər də hər biri məyus olmuşdular. Hətta bu mənzərəyə sanki təbiətdə ağlayırdı yağış durmadan güclənirdi. Qapıda gözləyən qoca qarı isə gerçəyi örgənəndə bir kəlmə belə olsun demədi. O uşağa baxa bilməzdi. Xəstəxanaya belə güclə gəlmişdi. Və baş həkimlə məsləhət edib qərara gəldilər ki uşağı uşaq evinə verəcəkdilər. Sadəcə qoca qarı baş həkim Nuriyyə xanıma bir məktub verir, bir vəsiyyət kağızı və bir şəkil şəkil anasının və atasının şəkli məktub sanki öləcəyini hiss edən ananın qızına yazdığı məktub vəsiyyət isə qoca qarı nə vaxt ölərsə evin bu qızın adına qalması haqqında bir sənəd idi. Uşağın adını isə Rəhmətlik ana və atasının istəyiylə Asya qoyulmasını dedi qoca qarı. Və beləliklə artıq 3 ay keçir. Asya körpələr evində gündən günə böyüyür və çox şirin bir uşaq olur. Şəhərdə isə 7 ildi evli olan lakin uşaqları olmayan bir ailə olur. Bu cütlüyün adı Tünzalə və İntiqam olur. İntiqam şəhərin ən nüfuzlu iş adamlarından biridir. Və yoldaşı Tünzalə nə qədər xaiş etsədə övlad götürməyə razı olmurdu. Ən sonda isə yoldaşının halını görüb razı olmuşdu. Və Bəli bu səhər yolları 3 saylı körpələr evinə düşür.Uzun sürən danışıqlar sonrası balaca Asyanı görüb bəyənirlər və artıq bir həftə içində bütün sənəd işləri görülür uşağı götürüb evə aparırlar. Balaca şirin sevimli Asiyanın isə həyatında yeni bir səhifə açılırdı özü də bilmədən. Daha doğulmamış həyat ona ilk zərbəni vurmuşdur bəs indi necə olacaqdı. Yenə həyat onunla oyun oynayır yoxsa yeni ailəsi ilə xoşbəxt günlər gözləyirdi onu. Artıq darvazalar açılır və villanın həyətinə girir avtomobil... (ardı var)

Müəllif: Rəvan Nişançı Məmmədli


Şərhlər:
Baxılıb: 1486
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz