Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Əvəzolunmaz (17-ci bölüm)
Əvəzolunmaz (17-ci bölüm)
Göndərən: GünƏşimƏ_AiD_
Şərhlər:
Baxılıb: 1021
Səs ver:
Gülər xanım qızları səhər tez oyadıb evləri yığışdırtdırır..Nəzrinlə danışıb onunda fikrini öyrənmişdi.Günortaya kimi işləri görüb bitirirlər..Qızlar Cahangirin sakit görünməsindən qəribə olmuşdular.Bilmirdilər qardaşları nə fikirləşir..
Cahangir bunu ondan gizlətdiyinə görə biraz hirslənmişdi Rəsula..Onunla danışanda biraz əsəbi kimi göstərir özünü..Rəsul dostu,qardaşı ilə arası açılmasını istəmirdi..Onu belə görüb narahat olur..Cahangir onun halına biraz tamaşa edəndən sonra qəhqəhə çəkib gülür..Rəsul onun zarafat etdiyini bilib rahatlayır..
-Mənim niyə indi xəbərim olur..
-Deyəcəkdim baş qarışdı....
İki dost biraz söhbət edib ayrılırlar..

Səbinə qardaşının yanına gedib ona tez tez ona atmacalar atıb qıcıqlandırırdı
-Nə deyirəm Mahir dayı verməyə qızı sənə...
-Səbinə get işini gör!
-mənim işim bitdi..Birazdan dayı ilə əmi gələcək gedəcək bizimkilər...
-mən getdim.Evdə duran deyiləm-deyib gedir
-hara?-desədə Rəsul çoxdan getmişdi.-bu belə həyəcanlıdısa gör Nəzrin necədi..Öz otağına keçib zəng edir.
-Nəziş necəsən?
-hələ soruşursan?həyəcanlıyam necə olacam.sən onlardan əvvəl gəldə Səbiş..
-..Tam bir birinizin tayısınız..Yox gəlməyəcəm-gülür-Rəsulda indi çixdi,dedi evdə dayanan deyiləm..
-mama bayaqdan işlədir bizi..Evi yığışdıtdırıb,hələ indi bitib işlər..Gəlməsən üzümə baxma sonra!bu günümdə yanımda olmasan daha niyə dostuqki biz!
-yaxşı-yaxşı coşma.ayıbdı axı sizinkilərdən Nəziş.
-ayıb mayıb bilmirəm..səndə bu evin bir qızısan..Gözləyirəm tez gəl!
-gəlirəm....Dəstəyi asıb evdən çıxır...Mamasına desə idi onlara getdiyini,bilirdi ki qoymayacaqdı ona görə də xəbərsiz gedir.
-Allahım nə olar Cahangir evdə olmasın..ürəyində deyib utanaraq qapını döyür..Üzünə qapını Zümrüd açır
-gəl-gəl Səbiş,bizimkidə səni gözləyirdi...Onu içəri salıb qapını örtür..Onun utandığını görüb əlindən tutub otağa aparır..-buradasənin bir evin gözəlim..əvvəl necə gəlib gedirdin bura,indidə elə..-Onu Nəzrinin otağına aparır-siz söhbət edin,mən evdəkilərə kömək etməliyəm..Bu balaca ifritəni görmürsən bizdən qabağa düşdü-gülüb gedir.
-gəl Səbiş.Necə görünürəm?
-az nə olub elçilikdiye bu.nişan yox-onu ələ salıb gülür..
-nə olsun yenədə xüsusi gün sayılır.Gəl bura görüm sağ əlimi başına çəkim-deyib əlini onun başına çəkir-Zümrüd məni öldürəcək ona birinci sağ əlimi çəkmədiyimi bilsə...
-inanmıram bu inanca-pəncərənin yanına gedib həyətə baxır.
-az danış..Gəl gedək mamaya kömək edək..
Səbinə evdə kimin olub olmadığını bilmirdi..Cahangirlə qarşılaşmağa utanırdı...
-bizimkilər birazdan burada olarlar...Çıxmayaq gəl otaqdan..
-onlar gələndə mətbəxdə oturarıq..Onun qoluna girib otaqdan çıxır..Qonaq otağında Mahir bəylə nəslin böyükləri oturmuşdu..Mətbəxə keçir qızlar..Nəzrinin xalası Səbinəni görən kimi onunla görüşür
-xoş gəldin qızım..MaşaAllah nə gözəl olmusan..Sənin üçündə olsun belə bir gün..
-gözəldi bizim Səbinə-Gülər xanım ona baxaraq deyir..Səbinə onun sözlərində biraz ironiya hiss eləyib pis olur...Mətbəxdəoturmuşdularki Cahangir gəlir..Hamı ilə salamlaşıb öz otağına keçir.Səbinə səsini eşitsədə özünü görmür..Elə bu vaxt qonaqlar gəlir..Qonaq otağında sakitçilik idi..Sözə Rəsulun dayısı başlayır.Ordan burdan söhbət etdikcə mehribanlıq yaranmışdı..Cahangir otağından biraz gec çıxır..Qonaqların yanına gedib onlarla görüşüb bir kənarda oturur...
-Bilirsən Adil səninlə dostuq.Bir ailə kimidi ailəmiz..Rəsulda gözümün qabağında böyüyüb Cahangirlə..Bu elçiliyə yox desəm günah iş görmüş olaram..Bu gün nəslin ağsaqqalları ilə oturmuşuq əgər onlarda razıdılarsa mənə deməyə söz qalmır....Mahir bəyin sözlərinə qardaşı bir böyük kimi davam edir
-Mahirin uşaqları bizim öz balalarımız kimidi..Belə gözəl işə mane olmaq olmaz...Şirinçayımızı gətirin!...Allah xoşbəxt eləsin...
-Amin..Biz istəyirik ki bu həftə sonu nişanı edək...Yeni ildə də toyu edərik..
Qızlar mətbəxdə durub orda nə söhbətin getdiyini dinləməyə çalışırdılar...Səbinə ilə Nəzrin qapıya yaxın durub daha yaxşı eşitmək istəyirdilər..Zümrüd onların halına baxıb gülürdü...Qonaqotağından Gülər xanımın gəlməsinə qızlar tez yerlərinə otururlar
-çayı gətirin..-deyib gedir...Bayaqdan hazıır saxladıqları armudu stəkanlarda şirinçay edib Zümrüdə baxırlar..
-mənə niyə baxırsınızki?
-Mən apara bilmərəm...Baldız sayılıram nədə olsa.
-Mən heç apara bilmərəm..Bir tək sən qalırsan bacıcan...Sinini onun əlinə verib gülərək qapıdan çıxarırlar qızlar...Səbinəsevinərək masaya oturur
-artıq rəsmi gəlinimizsən....
-səndə bizim..Elə bilməki xəbərim yoxdu..Bu günü yola verək səninlə ayrıca danışacam...Özlərinədə çay süzüb oturur..Zümrüd çayları qoyub geri həyəcanla qayıdır.
Z-Nəzrin bu həftə nişanındı..
N-necə?bu həftə yeni il girir axı..
Z-yəqin toy tez ediləcək...
N-Səbinə sənin xəbərin var idi?
S-hə..Rəsul yeni ili bizlə qeyd edib işinə qayıdacaq.Ona görədə o burda olmuşkən nişanı etmək istəyirdi bizimkilər..
N-mənim niyə xəbərim yoxdu bəs?..
S-bu işlər belədidə Nəziş elə bu gün ağıllarına gəldiki nişanı tez edək....Nəzrin heç nə deməyib çayını içir...

Cahangir daha oturmayıb otaqdan çıxıb mətbəxə gedir Səbinənin orda olduğunu bilirdi..Zümrüd onu görüb nə isə istəyib istəmədiyini soruşur..
-Nəsə lazım idi Cahangir?
-yox gedirdim işlə məşğul olmağa gəldim sizi görüm...Zümrüd Nəzrinə göz ağardıb otaqdan çıxmağını bildirir.
-Zümrüd gəl buna bax gör kimindi,qalıb otaqda...Bacısı ilə bərabər mətbəxdən çıxırlar..Səbinə onların hərəkətinə utanıb hirslənir...Qaşqabaqlı halı ilə başı üstündə duran Cahangirə baxır..
-Bizim üçündə olacaq bu gün..
-mən gedim qızların yanına-yerindən qalxıb getmək istəyəndə Cahangir qoymur..Onun əlindən tutub – mənim şirin mələyim-deyib öpür..Səbinə onun hərəkətinə özünü itirmişdi..Yadına Gülər xanımın bayaqki halı gəlir.
-sən get işinlə məşğul ol..Nədə olsa onlar vacibdi sənin üçün..Onun əlindən əlini çəkməyə çalışsada Cahangir buraxmır..
-olmaya məni işlərimə qısqanırsan?
-xeyir!gözlərini ona dikib əsəblə baxır..
-Onun əllərini ovcuna alıb- tərsliyindən qalma..Amma mənimlə qal-incəliklə öpüb mətbəxdən çıxır...Səbinə onun hərəkətinə dəli olur..Yenə sözünü deyib getmişdi..

Ürəyinə yavaş yavaş yol tapırdı Cahangirin sevgisi...Yatağına uzanıb dolmuş gözləri ilə tavana baxır-bizdə olmayacaq bu gün Cahangir..Bağışla ..Bu hisslər başlamadan bitməlidi...Gözündən axan yaşları silib yorğanını üzərinə çəkib gözlərini yumur..
Bu gecə belə başa çatmışdı..5gün sonra böyük nişan edəcəkdilər restoranda..
Səbinə yuxudan tez durub özü ilə məşğul olmuşdu saatlarca.Ona yaraşan yuxarısı ağ köynək aşağısı göy qələm ətək donunu geyinib saçlarınının buruq halına dəyməyib açıq qoymuşdu..Sadə amma gözəl bir makyajla tamamlayır görkəmini..Həyətə düşəndə Cahangirlə Nəzrinin heyran baxışlarına gülümsəyib yanlarına gedir..
N-bu nə haldı Səbiş,super görünürsən.
S-həmişəki halımdı....danışaraq maşına otururlar..Cahangir onu belə görüb bəyənsədə əsəbləşir..İstəmirdi çox diqqət mərkəzində olsun Səbinə
C-mən bilən toya getmirsiniz,dərsə gedirsiniz.
S-toya gedən belə hazırlaşmır mən biləndə...Cahangiri hirsləndirməyi bacardığına görə sevinirdi..-İndi görərik kimdi baxımlı qadın!-ürəyində deyib Nəzrinlə söhbət etməyə başlayırlar..Arada onun baxışlarını güzgüdən görsədə gülüb acıq verirdi..Universitetə çatıb düşəndə Cahangirdə maşından enir..
S-sən hara?
C-sən get gəlir Səbinə...Nəzrin cavab vermədən ordan uzaqlaşır..
-bu halının səbəbi nədir?
-heç bir səbəb yoxdu.Gözəl görünmək istədim özüm üçün..Qadın baxımlı olmadı deyən sən deyildin?
-sən hər halınla baxımlısan Səbinə.Ehtiyacın yoxdu daha da gözəl görünməyə..Onun nə demək istədiyini başa düşmüşdü Cahangir..
-mənə belə xoşdu!
-amma mənə yox.
-mənə nə..
-dərs almadın başına gələnlərdən?birdə belə görünməyini istəmirəm!-əsəblə bunu demişdiki..Səbinənin dolmuş gözlərini görüb peşman olur
-başıma gələnlərə görə günahkar deyiləm mən..-deyib gözündən axan bir damlanı silib gedir
-Səbinə....mən elə demək istəmirdim..Cahangir onun ardından bunu desədə eşitmir Səbinə..

Müəllif: Milady Ovod


Şərhlər:
Baxılıb: 1021
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz