Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Həyatımın acı təməli-atam... (7-ci bölüm FİNAL)
Həyatımın acı təməli-atam... (7-ci bölüm FİNAL)
Göndərən: lastoçka
Şərhlər:
Baxılıb: 962
Səs ver:
…Gecə yarısı ayıldım ki, üstündən iki saat keçib, su içmək üçün qalxdım, ayaq üstə dayana bilmirdim. Həyətə düşdüm yarı yolda yıxılıb bir saat betonun üstündə
yatılı qalmışam. Anidən yenə ayıldım, sürünə-sürünə evə çıxdım, mətbəxdən su almaq istəyəndə stəkan əlimdən yerə düşüb sındı. Özüm də büdrəyib yerə yıxıldım,
mənim yıxılmaq səsimə qaynanam gəldi. Gördülər ölürəm, huşum getdi, çığır-bağırla ayıltdılar məni. Baldızımın, "artistlik edir" dediyini eşitdim.
Ərim isə o qədər səs-küyə
yuxudan ayıla bilməmişdi. Gəlib yerimə uzandım, marqanizli, sodalı su içdim ki, qaytaram. Amma gec idi, dərmanlar işini görmüşdü. Səhər açıldı, dərsə gedə
bilmədim, məni həkimə aparmadılar. Ayağa qalxa bilmirdim, çırpılırdım yerə… Təzyiqim yüksəlmişdi, ürəyim ağzımdan çıxacaq kimi idi. Nihat, dərman içdiyimə
görə mənə əsəbiləşib anama zəng vurmaq istədi, anası qoymadı ki, deyəcəklər nə olubsa burda olub, başımıza
xəta açma dedi. Anası gəlsin aparsın deyəndə,
yalvardım ki, belə zəng edib anamı dəli eləməyin, onsuz da gələcək, qıldığınız namaza and verirəm anama heç nə deməyin- deyərək zarıyırdım.
Səhəri gün nisbətən düzəlmişdim, hamıya nifrət edirim, uşaqlarıma baxıb peşiman olmuşdum. Amma dözümüm qalmamışdı, fikrim, istəyim balalarımla hamıdan
uzaq bir yerdə olmaq idi, bu ailədən canımı qurtarmaq istəyirdim. Uşaqlarımın yeməyinə, ağlamağına, istəklərinə belə söylənirdilər. Qaynanam uşaqlardan yeməyi,
konfeti, meyvəni gizlədirdi. Qızımla oğlum səs-küy salanda onlara qarğayır, nalə edirdi. Tək istəyim hamıdan uzaqda bir həyat idi, axı, mən aciz qadın deyildim, rus, ingilis, fars və ərəb dillərini bilirdim, komputer biliyim yerində idi. Harda olsa uşaqlarıma zəhmətimlə bir tikə
çörək tapıb, onları istədiyim zirvəyə çatdıra bilərdim. Bu dəfə məntiq və ağılla düşünüb addım atmaq istəyirdim. Amma hər dəfə anamla danışanda onun dünyasını
dağıtmaqla, bir də bu şəkildə ona bala dərdi verməkdən qorxurdum. Çünki anam xəstə idi, mən Nihatla qaçanda şəkər xəstəliyi tapmışdı və həm də əməliyyat olunub qadınlığı götürülmüşdü. Ona əzab verdiyim üçün utanırdım, vicdanım narahat idi. Məktəblə bir illik müqaviləm
bitti, şagirdlərimlə vidalaşmalı oldum. İmtahan verdim, baldızım da imtahan vermişdi, mən ev işlərindən vaxt eləyib hazırlaşa bilməmişdim, qəbul olunmadım, Arzu isə ucqar bir kənddə işə qəbul olundu. Arzu hələ maaş almamışdı, qaynanam deyinirdi ki, uşaqlarınla mənim qızımın qazancını yeyirsiniz.
Ərim qazancını gətirib anasına verirdi, mən uşaqlara
nəsə al deyəndə qışqırır, deyinirdilər. Arzu, mənə dəfələrlə sən tanımadığın oğlana qaçmısan, mən heç vaxt eləmərəm deyib məni sancırdı. Onun gizli işlərindən
xəbərim var idi, amma maraqlanmırdım. Məktəbdə adı
hallanan oğlan bunu şantaj edir, gecə görüşlərinə çağırır, hətta döyürdü. Bunların hamısını bilirdim. Arzu cana yığılsa da, səsini çıxara bilmirdi.
Baldızım girdiyi bu çirkabdan qurtulmaq üçün odnoklassnik sosial şəbəkəsində bir dul kişi ilə tanış oldu. Rossiyada yaşayan bu kişinin evinə, varına aldanıb bununla qaçdı. Qaynanam dəliyə döndü, bunlar bilet alıb getdilər, Rossiyaya çatanda qoşulub qaçdığı adama "stop” vuruldu,  məcbur geri döndülər. Arzu özünü yerə vururumuş ki, mən geriyə qayıda bilmərəm, ata-anamın üzünə baxa
bilməyəcəm. Əslində, dərdi ata-anası deyildi, mənə
dediklərinə görə diligödək olacağını bilirdi. Qayıtdılar geriyə, ona ürək-dirək verdim, özü dili ilə dedi ki, mən belə arzulamamışdım.
Mən də
həyatımı belə arzulamamışdım…
Qaynanam şəkər oldu, uşaqlarımdan gizlətdiyi yeyəcəklərə indi özü həsrət qalmışdı. Qaynatamın mənə şillə vuran əli isə qızının bu haqq-hesabından sonra iflic oldu, sağ tərəfi işləmir. Arzugil kəndə qayıdıb orada yaşamağa başladılar. İndi hamilədir, tam bir kənd həyatı yaşayır, dəli olur ki, mən burda yaşaya bilmirəm, bu nə bəla idi düşdüm. Rossiya eşqi kəndlə əvəz olundu…
Nihat isə artıq evə hallı gəlir, ağzımı açan kimi məni
döyürdü. Sonradan bildim ki, nəşə çəkir və qumar oynayıb borca düşüb. Mən bir manat istəyəndə qışqıran ərim, indi bankdan pul götürüb borcunu ödəyirdi.
Sonra qulağıma çatdı ki, pozğun qadınlarla gəzir, telefonunda mesajlar tutdum. Heç nə demədim, üzünə də vurmadım, mənim üçün artıq mənasız idi. Qışda
atasının təkidi ilə polis olaraq işə düzəldi, bir gecə Bakıdan mənə zəng edərək qəza etdiyini, maşının əzildiyini və özünün də pis vəziyyətdə
olduğunu dedi. Hamımız
çox qorxduq, Nə qədər xərclə, tanışla işi bağadılar. Özü də ağır yaralanmışdı, ölümdən döndü. Anasına dəfələrlə oğlunun pis vərdişlərini desəm də, məni borclu çıxarır,
sən yaxşı arvad olsan etməz deyirdi. Amma bu qəzadan
sonra səsi kəsildi. Biz evlənən gündən ərim ailəsinin əlində kukla idi, istədikləri kimi idarə edirdilər. Evliliyimizin 8 ili oldu. Uşaqlarım böyüyürdü, onların gələcəyini
düşünürdüm, qızım rus bölməsinə imtahan verib
1-ci sinifə qəbul olundu. Buna da çox müdaxilə etdilər, rus bölməsi olmasın dedilər. Artıq heç kimi dinləmir, övladlarım haqqındakı qərarları özüm qəbul edirdim.
Dərsləri ilə özüm məşğul olur, onların yaxşı həyatı
olması üçün çalışıram. Uşaqlarım mənə çox bağlıdırlar.
Həyatımı onlara qurban etmişəm. Mən atasız böyüdüm, bu gün də bu həyatı yaşamağıma atam səbəbkardır. İstəmirəm ki, mənim balalarım da atasız olsun, pis də olsa,
yaxşı da olsa heç olmasa ata nəfəsini duysunlar.  Mənim atam mənim evimin yolunu tanımır, uşaqlarımı da görməyib,  arxamda olsaydı mən bu əzabları çəkməzdim,
anam bunları yaşamazdı. Bu günə kimi də atam bilmir ki, mən onun ucbatından Nihata qaçdım. Mən ailə həyatımı bu cür qurduğum üçün isə hər şeyimi itirdim,
qohumlarımı, dayılarımı və qardaşımı… Qardaşım mənə nifrət edir, anamı incidir, mənim həyatımı anamın başına vurur.
Bir tək Allahımın mənimlə olduğuna inanıram, gec-tez hər şeyi görüb qarşılığını verdiyinə əminəm.
Bir də, bu yaxınlarda bilmişəm ki, Ruslan da xalası qızı ilə evlənib. Ata olmağa hazırlaşır. Məni istəyən xalam oğlu isə hələ də evlənməyib və hələ də məni çox sevir.
Mən boşanmağa qərara verəndə anama deyib ki, boşansın gəlsin, iki uşaqla mən onu xoşbəxt edəcəm, burdan götürüb uzaqlara aparıb ona layiq olduğu ən gözəl həyatı yaşadacam. Amma ki, anam bacısı ilə düşmən olmaq istəmədi. Mən bu ailəyə layiq deyildim.

Və il 2015... Övladlarım məktəbə gedir, mən isə pis-yaxşı bu şəkildə yaşayıram, tək sevincim, xoşbəxtliyim Fatimə və Ömərimdir. Mən həyatımı onlara adamışam, onları ən yaxşı şəkildə böyüdüb, öz ixtiyarımla yaşadıb ən yüksək zirvəyə daşıyacağam. Həyatdakı tək tutunağım
anam və övladlarım oldu. Artıq yaşamımı bu istiqamətdə,
bəlirli olan bu iki xətt üzrə planlamışam. Mənə illərini həsr edib,  əziyyətimi çəkən əfsanə qadın-anam və sevə-sevə əziyyətini çəkdiyim iki balam...
Analar, məcburiyyətlərə hamilə qalıb, ondan ümid doğar...Ümidinizin itməməsi diləyilə, növbəti  gözəl həyatlarda görüşmək diləyilə...
Əsən qalın!


Şərhlər:
Baxılıb: 962
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz