Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Həyatımın acı təməli-atam... (3-cü bölüm)
Həyatımın acı təməli-atam... (3-cü bölüm)
Göndərən: lastoçka
Şərhlər:
Baxılıb: 955
Səs ver:
…Artıq son kursda idim. Ailədə sorunlar yaşamağa başladıq. Mənim oxumağımı problem edirdilər. Təzə evlənəndə yoldaşım mənə dayaq olurdu, qoruyurdu, heç kimin ayağına vermirdi. Anası nəyisə mənə görə dillənəndə: "bəsdir, imkan ver yaşayaq”- deyirdi. Sonralar bunun g
et-gedə itdiyini hiss edirdim. Oxumağımı istəmirdilər, anam gəldi yalvar-yapışla razı saldı. Qızıllarını satıb məni universitetə yola salan anama yenə də dərd
vermiş olurdum. Qaynanamgil də hər şeyi anamın üstünə atmışdı, yoldaşıma belə pul vermirdilər ki, get Nəzrinin anası versin, oxutsun. 4-cü kursda praktikam oldu.
Mən gedə bilmədim, anam nəyi var, nəyi yox satdı ki, praktikadan olan qiymətlərimi yazdırsın. Dərsə Nihatla getmişdim, Ruslana mənim
ərə getdiyimi demişdilər,
amma inanmamışdı. Məni görəndə çevrilib diqqətlə baxdı. Gözünü yayındıranda baxdım ki, gözündən yaş axır. O an, elə bil, ürəyimə bıçaq saplandı. Və beləcə 15 gün dərsə gedir, 15 gün ər evinə qayıdır, pul hesabına birtəhər 4-cü kursu başa vurmağa tələsirdim.
Çünki oxumağım üçün bütün yükümü anam çəkirdi.
Bir gün dərsdə Ruslan üzümə baxırdı, yanında keçmək istəyəndə: "məni niyə atdın, sənin sevgin bu idi?” –dedi. Sanki başıma bir qaynar qazan su töküldü. Ona sadəcə bu sözləri dedim: "Sən məndən hesab soracaq ən son insansan. Son dəfə yalvardım sənə, nişan elə, illərlə gözləyim dedim. Sən isə cavabında məni yerdən-yerə vurdun. İndi get, pulun olanda evlənərsən!”
Fevral ayı idi. Qızıma hamilə olduğumu öyrəndim. Çox çətin hamiləlik keçirirdim. Dərslərdə güclə otururdum. Ruslan da siqaretə başlamışdı. Məni görəndə nifrətlə baxırdı. Bir dəfə kitabxanada Ruslanla çox yaxın olan qrup yoldaşı Anarı gördüm, mənə: "Ruslan səni çox sevirdi,
amma tək oğul idi, başa düşməlisən, alınmırdı”-dedi. Mən isə bunun bəhanə olduğunu, indiki həyat yoldaşımın da evin tək oğlu olduğunu deyib uzaqlaşdım.
Yoldaşım əsgər getdi. Yanımda olanda, qaynanam mənə zülm etsə də, çox irəli gedə bilmirdi, Nihat cavanını verirdi. Artıq Nihat gedəndən sonra qaynanamın da
əli-qolu açılmışdı. Hər fürsətdə məni incidirdi. Nihat
əsgər gedən gün nənəm rəhmətə getdi. Bir müddət sonra Nihatın əmisi rəhmətə getdi, hüzürə anam da gəlmişdi. Hamiləliyimi çətin keçirirdim, yoldaşım güc-bəla ilə anamın məni özü ilə aparmağına icazə verdi. Çünki Nihat bizim rayona yaxın bölgədə əsgərlikdə idi. Anam tez-tez yanına gedirdi. Dayılarım şənbə və bazar günləri Nihatı öz evlərinə aparır, istirahətini təmin edirdilər.
Oktyabr ayı idi. Sancım başlamışdı. Qaynanam rayonda adlı-sanlı həkimlərin olmağına baxmayaraq məni, neçə xəstənin şikayətçi olduğu bir həkimin yanına apardı. Gecə 04:00-da qızım dünyaya gəldi. Çox çətin doğum olmuşdu. Qanaxmam dayanmırdı. Bir müddət özümdə olmamışam, saatlar sonra ayılanda həkim "nəzir demişdim” deyərək sevinmişdi. Qızımın adını Fatimə qoydular. Anam da gəlmişdi. Yazıq anam, nəvəsi olduğu üçün sevinir, mənim üçün isə çox qorxmuşdu.
Qaynanam qarda yıxılmış, beli əzilmişdi. Bir müddət yataq rejimində olmalı idi. Qızım isə çox ağlağan uşaq idi. Dərdini bilmirdim, bütün gün ağlayırdı. Bir güclə həm qaynanama baxır. Həm də uşağı saxlayırdım. Fatimənin ağlamağı məni qorxudurdu. Baldızıma yalvardım ki,
gəlib anası ilə qalsın, uşağı İrana həkimə aparım. Belə çox narahatam. Çox çətinliklə də olsa razılaşdılar. Qızımı həkimə apardım. Ciddi bir sorunu çıxmadı, hamiləlikdə
əsəb və stressdən uşaqda əsəbilik var dedilər. Geri qayıtdıq. Bu bir həftəni hər gün başıma vururdular ki, xəstə arvadı atıb getmisən.
Yayda yoldaşım əsgərlikdən gəldi. Nihatı sevməsəm də, ona
hörmət edirim. Həmişə düşünürdüm ki, təhsillidir, ikimiz də çalışarıq, evi də var, normal yaşantımızı qurarıq. Amma heç də fikirləşdiyim kimi olmadı. Nihat gələndən bəri iş tapa bilmirdi. Tez-tez əsəbiləşirdi, siqaret çəkməyə aludə olmuşdu. Orda-burda keçəri işlər görürdü. Bir
az sonra maşın alıb taksi sürücüsü kimi çalışmağa başladı. Ona, imtahan verib öz ixtisası üzrə işə düzəlməyini çox desəm də, məni eşitmirdi.
Bu minvalla həyatımız davam edirdi. Bir sürə sonrasında yenidən hamiləliyim bəlli oldu. Oğlum olacaqdı. Hamilə halımla nökər dürümünda idim. Baldızımın övladı olmurdu, yoldaşı ilə dalaşıb gəlib aylarla bizdə qalırdı, onun qulluğunda dayanmaöa məcbur idim. Oğlum bətnimdə yeddi aylıq olanda evimizə getmişdim. Zəng edib geri qayıtmağımı söylədilər. Evdə usta işləyirdi, baldızımla qaynanam evdə rahat əyləşir, televizor seyr edir, mən isə bu halımla taxta-şalban artıqlarını daşıyırdım. Bir axşam
yenicə oturmuşdum ki, küt bir sancı başladı.  Həkimə getdik, açılış olduğunu söylədi. Lakin qarşısını aldı və yataqda uzanıqlı qalmağımı bildirdi. Amam mən
bunu eləyə bilməzdim, evdə bütün işləri mən görməli idim. Doğum zamanımda anam gəldi, burdakı həkimin yaxşı olmadığını, məni özü ilə aparıb, doğumu başqa həkimin gerçəkləşdirməyini istədi və buna nail oldu. Qızımdakı hadisələr təkraralandı, qanaxma, halsızlıq eynilə yenə baş verdi. Həkimlərin müdaxiləsi ilə uğurla başa çatdı. Oğlum dünyaya gəldi. 40-ım çıxana qədər anam baxacaqdı, amma on günün tamamında yoldaşımı məni aparmağı üçün bizə göndərdilər.
Baldızım yenə əri ilə dalaşıb bizə gəlmişdi, bütün gün əlində telefon otağında olurdu. Paltarlarına qədər mən yuyurdum. Bir sağ ol deməyi belə yox idi.
Məktəbə düzəlmək şansım vardı, iki min manat istəmişdilər daimi müəllimləik üçün. Qaynanam vermədi, anamın verməyini istədi. Sanki aldığım maaşı aparıb
anama verəcəkdim. Beləcə qaldı... Bir müddət sonra bir məktəbə əvəzedici müəllimə kimi çağırıldım. Çalışmağa başladım, yüz əlli manat maaş alırdım. Anam demişdi ki, maaşı alanda evdə stolun üstünə qoy. Mən də onu dinlədim, elə də etdim. Maaşımı qaynanamgilə verirdim,
bir şeyim çatmayanda almaq istəyəndə isə dava salırdılar. Öz halal zəhmətimlə qazandığımı "it payı” kimi min bir söz-söhbətlə qabağıma atırdılar. Bir gün işdə eşitdim ki,
bir bıçaqlanma hadisəsi olub, sən demə, baldızımın əri bıçaqlayıbmış. Elə bu hadisə olan kimi baldızım boşanmağa qərar verdi, uşaq da yoxdur deyib, birdəfəlik köçüb gəldi ata evinə. Bu bədbəxt hadisə mənim dəhşətli günlərimin imzası imiş...
 
Ardı var...


Şərhlər:
Baxılıb: 955
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz