Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Əvəzolunmaz (15-ci bölüm)
Əvəzolunmaz (15-ci bölüm)
Göndərən: GünƏşimƏ_AiD_
Şərhlər:
Baxılıb: 1012
Səs ver:
Səbinə onun kəskin baxışlarından qorxub yatağın bir küncünə çəkilir..Elman ona qəzəblənib üstünə gedir..
-Burdan qaçacağını düşünürdün?Səni məndən heç kim ala bilməz! Bunu unutma..
-İstəmirəm səni,niyə başa düşmürsən
-Səni buraxsam nə dəyişəcək,qaçırılmış qıza kim yaxşı gözlə baxacaq?..Ağlını yığ başına,sakit ol..Elə etməyimki yalvarasan mənə-deyib otaqdan çıxır..
Səbinə onun sözlərinin doğru olduğunu bilirdi,bizim millət belə idi!Düşünmürlərki qızın heç bir günahı yoxdu..Qızın adı çıxdı vəssalam!Hələ arxasınıda düzüb qoşub qızı cəmiyyətdən uzaqlaşdırırlar..Bunları düşündükcə yaş yanağından muncuq kimi dizlərinə düşürdü..Valideynlərinin indi nə etdiklərini fikirləşib ağlayırdı..Yadına Nəzrin düşür..Uşaqlıqda onunla az hirsləndirməmişdi valideynlərini...Rəsulla onu düşünəndə üzündə gülüş yaransa da özünü xatırlayıb ağlayır..

Cahangirgil səhərə kimi binanın önündə keşik çəkirlər..Rəsulu yuxu tutub yatmışdı.Oyananda Cahangirin gözünü qirpmadan ora baxdığını görür.
-Sən hələdə oyaqsan...
-Yuxum yoxdu.-demişdi ki Zaurun binadan çıxaraq maşınına oturduğunu görürlər..
-İndi görək bu ağıllı bizi hara aparır-Rəsul onun maşınına kinlə baxaraq danışırdı...
Onun izləyərək şəhərin mərkəzindən uzaqlaşdıqlarını görürlər...Cahangir məlumat almaq üçün Səidi yığır
- salam Səid,nə xəbər var?
-Salam..Hələki heç nə..Elmanın evinə kimi bir çox yeri yoxlamışıq..
-Səid biz onun dostu Zaurla danışdıq..İndidə onu izləyirik.
-Sən dəli olmusan,bəlkə heç o Elmanın yanına getməyəcək?!-əsəbləşir..
-Sonra danışarıq -telefonu bağlamaq istəyir
-Dayan..Gedəcəyiniz yerin ünvanını mənə bildir..Biz gəlmədən də heç bir hərəkət etməyin!...Eşidirsən məni!Səbinənə orda olsa onun həyatını təhlükəyə atarsınız...
Ona cavab verməyib adboy verir..Rəsulla yerləri dəyişmişdi sanki..Həmişə soyuqqanlı olan Cahangir indi heç kimi dinləmirdi...İntizarla qarşısındakı maşına baxıb-nə olar ona apar məni.-deyir...Səbinəni düşünüb gözləri dolur.. Pəncərəni açıb havanı içinə çəkərək özünü ələ almağa çalışır...Sonra telefonu Rəsula verib getdikləri istiqaməti mesaj olaraq Səidə yazmağını deyir..

Rəsulgil onun bir bağ evinin qarşısında dayandığını görüb sevinirlər...Görünməyəcək bir yerdə maşını saxlayıb enirlər...Hasarları hündür olduğundan evin ətrafını görə bilmirdilər..Rəsul hasara dırmaşıb qapıya baxır..
-2 cangüdən var qapıda..Sən düz bilmisən Səbinə burda olacaq!
-Dəqiq bilmək lazımdı..
-Mən içəri girirəm..Daha gözləyən deyiləm...Rəsul səbrsiz davranıb getmək istəyəndə Cahangir dayandırır
-Heç yerə getməyəcəksən!Səbinə ordadırsa onun həyatını təhlükəyə atacaqsan-deyib Səidə zəng edir-hardasınız!?
-çatırıq...Biraz keçir ki Səid öz dəstəsi ilə onların olduğu yerə gəlir...Özü ilə polisləri deyil maskalıları gətirmişdi...Rəsul onları görüb işin içində başqa iş olduğunu başa düşür..
-Sizi lap tədirgin etməmək üçün deməmişdim.Elman Rusiyada bir dəfə həbsdə olub..Düşünürük ki onun burda da gizli işlərdə əli var...
-onun haqqında düşüncələrimdə yanılmamışam..Cahangir fikrə dalıb Elmanla söhbətini xatırlayaraq pazl kimi hər şeyi birləşdirir.. Əsas diqqətini çəkən onun boynundakı əqrəb döyməsi olmuşdu.
-Səni gərək məxvi orqanlara işə götürsünlər qardaşım..-Səidzarafatcıl halından geri qalmayaraq gərginliyi biraz azaltmaq istəyirdi..Maşından düşən maskalılardan birinə işarə edərək evin içinə daxil olmasını bildirir..
-Rəsul bu oğlan əsgərlikdə də belə idi..Onun üçün qaranlıq bir məsələ olmasın,oldusa üstünü açmamış rahat olmazdı....Cahangir dostunun sözlərinə qaşlarını çatır
-Səid!

Səbinə dünəndən yemək yemədiyindən və çox ağladığından halsızlığı var idi..Havanın işıqlandığını görüb pəncərəyə yaxınlaşıb biraz baxır...Burda nə vaxta kimi belə qalacağını düşünüb gözləri dolur.Gözünün qarşısına Cahangir gəlir..Onun dediyi sözlər,Rəşadla görəndə əsəbləşib onu ordan uzaqlaşdırmağı,zəhmli baxışlarını xatırladıqca yaşlar yanağı boyu süzülürdü..-YoxSəbinə daha o da səni istəməyəcək!Heç kim istəməyəcək..Yanağını silib yatağa uzanır. Uzanan kimidə yuxu onu öz ağuşuna alır...Elmanın dedikləri onun ağlına batırdı..Bəzən bizə kənardan deyilən sözlər,düşüncələr psixologiyamıza təsir edir.Düşüncələrimizi dəyişdirir..Səbinədə onun sözlərinin təsiri altına düşmüşdü..
Səidin göndərdiyi qara geyimli oğlan evə gizlicə girməyi bacarır..Qonaq otağında iki nəfərin söhbət etdiyini eşidir..Onlardan yayınıb yuxarı mərtəbəyə çıxır..Otaqların qapısını ilk əvvəl dinləyib sonra ehtiyatla açıb baxır..Açmaq istədiyi 2ci qapıının bağlı olduğunu görüb cibindən kiçik dəmir parçası çıxarıb açmağı bacarır..Otaqda yatmış bir qız görüb otağa girir..Qulağındakı qulaqcıqla Səidə xəbər verir..Qızın üzərində olan geyimləri,saçının uzunluğuna,rənginə kimi deyib təsdiq cavabını alandan sonra qapının arxasında dayanıb gizlənir.
Səid maskalı qrupa evə girəcəklərini deyib,2 nəfəri arxadan dolanaraq girməsi üçün göndərir, təlimatlandıraraq digərləri ilə bərabər içəri girir...Qapının qarşısında duran cangüdənlər onları görüb hərəkətə keçmək istəyəndə arxadan gələn 1 maskalılının cəldliyi tərəfindən tutularaq aparılırlar...Səid onun yanında dayanan oğlanlara 3 qədər sayıb içəri girəcəklərini işarə edir..Son 3-ü barmağı ilə göstərəndə qapını qırıb evə girirlər..İçəri girən kimi silahlı maskalıların bəziləri ətrafı yoxlamağa başlayır,Səid birbaşa qonaq otağına keçir..Elman onları görən kimi masanın üzərindəki silahını götürür..Atəş açmaq istəyəndə yuxarıda olan maskalı arxadan gələrək onu vurub keyləşdirir..Zaur bu olub bitənə heyrətlə baxırdı...

-Mən daha gözləyən deyiləm!-deyib Rəsul ona baxır..
-Elə məndə..-ikisidə həyəcanla evə doğru gedirlər...Qapıdan girəndə Elmanla,Zaurun tutulduğunu görüb Rəsul qaçaraq onların yanına gedir...
-Səbinə harda?
Səid ona yuxarını işarə edib orda olduğunu bildirir..Tez yuxarı qalxaraq bacısını axtarır.
Cahangir Zaura baxıb isteszali gülüş qonur dodağına...Elmanın boynunu ovaraq özünə gəlməyə çalışdığını görüb ona yaxınlaşır.
-Sənə vaxtında dedim ona toxunma!. 
Elman ona qəzəblə baxırdı,ağzını açmaq istəyəndə qoluna qandalı vurub aparırlar...Cahangir yuxarı çıxmaq istəyirdi ki Səbinə ilə Rəsulun pilləkənlərdən endiyini görüb yerində qalır..Həsrət,sevinc qarışıq parlayan,dolmuş gözləri ilə Səbinəyə baxıb gülümsəyir..
-necəsən Səbinə?onun qarşısında dayanıb nəvazişlə soruşur..
Cahangiri görüb biraz təəcüblənsədə kövrəlir.Rəsulu dahada bərk qucaqlayıb ağlayır..Utanırdı onların üzünə baxmağa 
-cücə haransa ağrıyır,o əclaf səni vurmayıb ki?-qardaşının sinəsindən başını qaldırmadan titrək səslə –yox-deyib ağlayır..Rəsul onun ağlamasına pis olurdu.Saçlarından öpüb sığal çəkərək sakitləşdirməyə çalışır-ağlama bəsdi..çirkin ördəyə oxşayırsan..
Cahangir onun için için ağlamağına dayana bilməyib çölə çıxır..Havanı ciyərlərinə çəkib özünü ələ almağa çalışır..Səid kənardan onun halını görüb yaxın gəlir
-Narahat olma,ona bir şey etməyib
-Ona heç kim toxuna bilməz Səid mən yaşadıqca!
-bilirəm..Bu gün etdiyin köməyə görədə çox sağol Cahangir..Xoşbəxt qızdı ki sən onu sevirsən-deyib uzaqlaşır..
Səbinəni ordan çıxarıb evə aparırlar..Cahangirin orda onu görüb çölə çıxmasına incimişdi..Nə orda,nə yolda,nə də evdə üzünə baxmırdı..Rəsul evə zəng edərək Səbinəni tapdıqlarını bildirib yolda olduqlarını söyləyir...Evə girəndə Minirə xanım qızını görüb ağlayaraq qucaqlayır-can balam..Allah üzünü qara eləsin o adı batmışın!...Səbinə anasını bərk qucaqlayıb qoynundan çıxmaq istəmir...
-ay arvad çəkil kənara qızımı məndə görüm-Adil bəy qızını görəndə kövrəlsədə şirin danışığı ilə onun üzünü güldürməyi bacarır..Səbinə utanaraq atasına baxırdı ki Adil bəy ona yaxın gəlib bağrına basır..-Gözümün işığı-deyərkən gözündən bir damla axır..Bu mənzərəyə Nəzrin,Gülər,Minirə xanım kövrəlir...Adil bəy heç kim görməsin deye tez gözlərini silib-Ayaq üstə niyə dayanmışıq keçək içəri-qızını qucaqlayıb özü ilə bərabər divanda oturdur..Səbinə atasının çiyninə başını qoyub otaqdakılara baxırdı..
-Cahangir,çox sağol oğlum qızımı tapıb gətirdiyin üçün..Mənə dünyamı qaytardın-Qızının saçlarına sığal çəkib gülümsəyir..
-ata borcluyuq Cahangirə...
-yox Adil dayı nə borc..Səbinə mənim üçün dəyərli biridi..Necəki Nəzrinə bir şey olmasını istəmərəm eləcədə ona..Böyüklərinyanında Səbinəyə çox baxmamağa çalışsada gözləri qaçırdı ona...Səbinə atasının,qardaşının dediklərinə bir reaksiya vermədən lal baxışları ilə Cahangirə baxırdı..
-icazənizlə mən gedim..Hazırlaşıb işə gedəcəm hələ...Üzünü mamasına tutub-gəlirsən mama?yerindən qalxaraq söyləyir..Gülərxanım oğluna fəxrlə baxıb onunla gedir.
-oldu oğlum,bir daha sağol..Ayağa qalxıb hamı Cahangiri yola salır..Otaqda Nəzrinlə Səbinə qalır..
-necəsən Səbiş?onun küt baxışlarla bir nöqtəyə baxdığına narahat olur..Yanına divana oturur..
-Bilmirəm Nəzrin,bilmirəm...
-Səbinə o sənə nəsə edib?halın yaxşı deyil..
-yox..qorxma..yatmaq istəyirəm..
-yaxşı gəl otağına gedək..Onu qucaqlayıb otağına aparır..Yatağının üstünü açıb yerinə uzadır..Arxasını dönüb otaqdan çıxmaq istəyəndə Səbinənin sözlərinə geri dönür
-Nəzrin məni heç kim istəməyəcək..bilirəm...
-Bu hardan gəldi ağlına?sənə nə olubki istəməsinlər..Nəzrin onun nə demək istədiyini başa düşürdü..
-Kim qaçırılmış qızı alar,...Elmanın dediklərini,cəmiyyətin qınağını xatırlayıb kövrəlir..
-Səbinə səni biz tanıyırıq bilirk bəsdi.Bir iş idi oldu..Burda sənin günahın yoxdu....
Səbinənin yanında oturur-Birdə belə fikirləri düşünmə..Mən gedirəm məktəbə,istəyirsən qalım yanında?
-yox,dərsdən qalma..
-Bax indi gedirəm,axşam səni belə görməyim!..Səbinə ona cavab verməyib yorğanı başına qədər çəkib arxasını dönür...
Nəzrin otaqdan çıxanda Rəsul ilə Minirə xanımın onu gözlədiyini görür
-Nəzrin necədi?
-yaxşıdı Minirə xala...Mən gedim..
-Ağ günün olsun qızım...Rəsul mamasına göz qaş edib getməsini bildirir.Bunu Nəzrin ayağını geyindiyinə görə bilmir..Minirə xanım oğluna gülüb mətbəxə keçir..Nəzrin qapıdan çıxanda Rəsulunda gəldiyini görüb soruşur-sən hara gedirsən?
-səni ötürməyə.
-caan çox uzaq gedirəm axı.Bu blokdan o birinə keçəcəm
-Olsun yenədə bir gedək
-fürsətci..Birliktə pilləkənləri düşürlər
-Nəzrin.
-hmm
-bağışla
-nəyi?
-polisdə səninlə soyuq danışdığıma görə-Rəsul ona diqqətlə baxıb nə deyəcəyini gözləyirdi..
-Bağışlanacaq bir şey yoxdu..-Gülümsəyib ona baxır..Rəsulun danışmağını gözləməyib evlərinə çıxır..Onunla tək qalanda utanırdı..

Cahangir duş alıb rahatlanır...Pencəyini geyinərək mətbəxə keçir...Masaya oturub çayını içməyə başlayır
--Nə yaxşı tapdınız vaxtında Səbinəni..Yazıq Minirə dünəndən ağlayırdı.. Özünə çay süzərək danışır
-........................
-Birpara qızın adı çıxdı.. Bu nə idi qızın başına gəldi..Allah uzaq elesin evlərdən...Gülər xanım danışdıqca Cahangirin əsəbi gərilirdi..
-Mama! Yerindən durub getmək istəyəndə Nəzrin onları eşidib mətbəxə girir
-Belə danışanlara görə insanlar uzaqlaşır cəmiyyətdən..Sən özün bayaq Səbinənin halını gördün mama..Onların yanında da belə danışma...Mətbəxdən çıxıb öz otağına gedir..Cahangirdə onun ardınca gedib Səbinənin halını soruşmaq istəyir
-Nəzrin necədi indi o?
-yaxşı deyil ..Düşünürki onu bəyənib ailəsinə heç kim yaraşdırmayacaq..Qız haqlıdıda,mamamın düşüncəsində olan çox insan var..
-.......Əsəbi üstünə əsəb gəlir..Bir söz demədən evdən çıxır..

Müəllif: Milady Ovod


Şərhlər:
Baxılıb: 1012
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz