Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Əvəzolunmaz (14-cü bölüm)
Əvəzolunmaz (14-cü bölüm)
Göndərən: GünƏşimƏ_AiD_
Şərhlər:
Baxılıb: 952
Səs ver:
Gülər xanım oğlunun zənginə Minirəgilə gedir..Səbinəyə görə o da çox narahat idi..Minirəyə bildirməsədə yerində qərar tuta bilmirdi..Biraz sonra Cahangirgildə gəlir..Rəsul valideynlərinə bacısının qaçırıldığını deyib onları sakitləşdirməyə çalışır..Adil bəy zəhimli görkəmi ilə ayaq üstə güclü dayanırdı..Minirə xanım özünə gələ bilmirdi..Mənim qızımı niyə qaçırıblar axı....Kim sevirdi gəlib elçilik edərdi deyə danışaraq ağlayırdı...
-ata tapacayıq onu..Səbinə arxasız deyil!
-Adil dayı müstəntiq mənim dostumdu,Səbinəni tapacaq..Cahangir qanlı gözləri ilə deyib yumruğunu sıxır.
-Kim qaçırmış olar qızımı?!
-bilmirik ata...Polis axtarır...
Nəzrin maması ilə bərabər Minirə xanımı tək qoymayıb dəstək olurdu..O,da pis olmuşdu,Səbinə onun uşaqlıqdan bir yerdə böyüdüyü dostu idi..Yeri gələndə bir birlərinin evində qalmışdılar..Şirinli,əzizli çox günlər keçirmişdilər...Birinə bir şey olsa digəri ondan qabaq pis olurdu..İndi Səbinənin qaçırılması ona təsir etmişdi..Özünü Minirə xalanın yanında ağlamamaq üçün saxlayırdı.Gözləri dolsa da göz yaşını göstərmək istəmirdi..
Cahangir dayana bilməyib evdən çıxır..Qala bilmirdi heçnə etməmiş..Havaya çıxıb dərindən nəfəs alır..-hardasanSəbinə,harda axı?..kədərli səslə deyib onu düşünür..Sonra Elman ağlına gəlir,onu harada tapacağını bilirdi..Maşına otururdu ki Rəsul ona çatıb hara getdiyini soruşmadan maşına oturur..Elmanın yanına getdiyini bilirdi onun..Maşıını işə salıb Elmanı ilk gördükləri restorana sürür..Bilirdi ki oranın sahibi Elmanın yaxın dostu idi...Çatmağa az yol qalmışdı ki Səid zəng edir
-Cahangir onu şöbəyə çağırıb danışdırdıq..Dediyinə görə Səbinəni qaçırmayıb
-Mən inanmıram ona Səid!.. Evini yoxlamısınız?..Cahangir əsəblə rulu sıxıb yola baxır..
-aha.Heç kimi tapmayıblar...Onunla sağollaşıb daha surətlə idarə etməyə başlayır maşını-bilirəm sən qaçırdın Səbinəni! ...
-nə deyir Səid?-yaxşı xəbər eşidəcəyini umub parlayan gözləri ilə Cahangirə baxır
-Elman deyibki onda deyil Səbinə...
-Bu qız bəs hanı!. pəncərəni açıb siqaretini yandırır..Çox istifadə etməzdi..Əsəbi olanda çəkərdi..
-Mənə niyə vaxtında Elman haqqında danışmamısan axı !
-Səbinəni tapaq özü deyər niyə danışmadığımı..Cahangir bilirdiki bunu dostundan gizlətməli deyildi.Amma Səbinə deməməsini istəmişdi.Bacı qardaş arasına girmək istəmədiyindən Rəsula deməmişdi..
-Bir bu çatmırdı!..tıxaca düşürlər..Hardasa 2 saata yaxın yolda qalırlar.

Buraxın məni,buraxın!-çabalayıb onu tutan böyük pəzəvənglərin əlindən çıxmağa çalışır..Oğlanlar onun əlindən bezsələrdə cavab vermirdilər..Səbinəni böyük bağ evinə gətirib gözlərini açırlar...Gözləri yolboyu bağlı olduğundan açılanda qarşısındakıları biraz dumanlı görür..Onu yuxarıdakı yataq otaqlarından birinə zorla da olsa salırlar..Otağa girən kimi əlinə keçən əşyaları hirsindən qırırdı -əclaflar!buraxın məni...Buraxıııın!..Otaqda sınmamış əşya saxlamamışdı..Ağlayaraq yerə çökür-axı nə istəyirsiniz məndən!niyə qaçırdınız məni..yadına ailəsi düşdükcə lap kövrəlib hıçqırıqlara boğulurdu...
Artıq gecə idi..Neçə saat idiki yanına gələn yox idi...Pəncərəyəyaxınlaşıb həyətə baxır..Qapıda dayanan o oğlanları görüb lap cinlənir...Bu vaxt ayaq səsləri eşidir..Qapının açarla açıldığını görüb yerindən tərpənmir..Qorxudan əssədə bildirmək istəmirdi..İçəri girəni görüb təəccüb,hirs qarışıq ona baxır
-Sən!
-Bəli mən..Demişdim axı əl çəkən deyiləm..Elman otağa baxıb gülümsəyir-özünü yorma belə..Səni tapa bilməyəcəklər..
-Nə istəyirsən məndən!
-Səni.....
-Heç vaxt!..Elmanın ona yaxın gəldiyini görüb geriyə gedərək yatağın yanındakı kiçik sürməyə yaxın dayanır.
-Ailən məni polisə şikayət edibmiş..Amma bir xeyri olmadı....Mən elə axmaq deyiləmki özümü ələ verəm!..
-yaxın gəlmə!-dolmuş gözlərindən bir damla yaş yanağına düşür..-başa düşmürsən istəmirəm səni!zorla kiməsə özünü sevdirə bilməzsən..
-Zamanla sevəcəksən!Bilirəm Cahangiri sevmirsən...Əsəbləşərək ona daha da yaxınlaşır..
-Sən...sən..dəlisən!..Elmanın onun üzərinə gəldiyini görüb arxasında elektrikə taxılı olan kiçik gecə lampasını onun üstünə atır...Vaxtında kənara çəkildiyindən hədəfdən yayına bilir Elman.
-vəhşilik sənə heç yaraşmır gözəlim...Səbinənin qorxduğundan onun üzərinə daha da getmir..-yəqinki acmısan..Yemək düşkünü olduğunu bilirəm-mehriban dillə danışıb onu yolla gətirmək istəyirdi..
-sən hardan bilirsən?
-mən hələ çox şeyi bilirəm sənin haqqında....Otaqdan çıxıb qapını qıfıllayıb gedir..

Cahangir maşını restoranın qarşısında saxlayıb bir müddət ora baxır..Sonra nə düşünürsə maşından enir..
-Dəqiq bilirsənki bu adam onun dostudur..Rəsulda maşından düşüb onunla bərabər restorana gedir..
-dostu olub olmadığını indi biləcəyik..-deyib içəri keçib masaların birində əyləşir..Yaxınlaşan afsiantlardan birinə müdiri çağırtdırır...5dəqiqə sonra afsiant onun burda olmadığını deyir...Cahangirin olan qalan əsəbi tarıma çəkilir..Ünvanıafsiantdan öyrənib səbrini basaraq gedir..Gecə yarısı olduğundan qapını onların üzünə gec açırlar..Yarı yuxulu halda qapını Zaur açır..
-.......
-Sən Elmanın yaxın dostusan deyəsən!Rəsul əsəbi halda deyir
-Bəli..
-yəqinki bilirsən onun bir qızı qaçırdığını..Polisdə qaçırmadığını deyib.Amma bilirəmki o oğurlayıb Səbinəni..Cahangir onun susduğunu görüb dayanır
Zaur keyləşmiş halda onları dinləyirdi..Səsə yoldaşı gəlib sual vermək istəyirdi ki onu danışmağa qoymayıb içəri göndərir..
-Elmanın belə hərəkət edəcəyini düşünmürəm.Siz o qızın yaxınlarısınız yəqin.
-Mən qardaşıyam..Bacımı zorla maşına basaraq qaçırıblar..Heçkim yiyəsiz deyil..Əgər o zibil ona bir şey etsə qanında boğacam onu!
-Doğrusu Səbinə tərəfindən rədd edilmək Elmanın acığına səbəb oldu.Gözü kənarda olan biridə olsa pis biri deyil...Zaur onun belə hərəkət edəcəyini təxmin etmişdi amma inanmırdı..indi də dostunu satmaq istəmirdi..
-Əclaf-........-bir neçə pis söz işlədib Rəsul təhqir edir Elmanı..
-görürəm ki sənində ailən var..Heç kim istəməzki sevdiyi birinin başına belə bir hal gəlsin..Səbinəni öz razılığı ilə aparsaydı biz indi burda olmazdıq.Sizdən istəyirik ki Elmanla danışıb onu harda saxladığını öyrənəsiniz..Cahangir soyuqqanlılıqla danışıb Zauru yola gətirmək istəyirdi..
-Bağışlayın sizə kömək edə bilməyəcəm..
-Sənin heç kişiliyin yoxdu?! Zorla bir qızı qaçırmış axmağı müdəfiə edirsən.Bu günün sabahı var,gün gələr sənin başına gələr bu hadisə bax o zaman bizim yerimizdə sən olacaqsan!-Rəsul hirs ilə deyib ordan ayrılır.
-səhv edirsən kömək etməməklə..Sən əminsənki dostun ağıllı biridi?ağıllı biri səncə gündüz vaxtı zorla bir qızı qaçırar?Əgər Səbinəyə bir şey olsa bax o zaman vicdanında əziləcəksən-Cahangir sözünü deyib gedir..Zaur içəri keçib özünü divana atır..Elmanın hərəkətlərini gözü qarşısına gətirib fikirləşir..Onun son vaxtlar özünü paranormal apardığını hiss eləmişdi.Düşünməzdi ki bu qədər irəli gedə bilər..Biraz düşündükdən sonra ona zəng edir..
Zaurun onlara kömək etmədiyini görüb ümidi getdikcə azalırdı Cahangirin..Həyətə düşüb Rəsulun yanına gedir.
-bu əclafda heç nə demədi..
Başını yelləyib bir söz demir Cahangir..Maşını məhlənin çox gözə batmayan yerində saxlayır..Rəsul onun nə etdiyini başa düşmürdü
-getmirik bəs?
-yox..Bizlə danışandan sonra Elmana zəng edəcək Zaur...Düşünürəmki onunla görüşəcək..
-görüşsə belə hardan bilə bilərik ki, Səbinənin olduğu yerdə görüşəcək?
-Zaur dostunu ələ vermək istəməsədə,əminəmki o da Səbinə üçün narahat oldu..Onu görmək istəyəcək..
-...İstəyirsən sən evə get..
Rəsula cavab verməyib oturacağına yaslanıb gözünü blokun qapısına dikir...

Səbinə yatağın üstündə oturub burdan necə çıxacağını düşünürdü..
-Evin qarşısında cangüdənlər olduğuna görə ordan qaça bilmərəm.Bu evin arxa qapısı olmamış olmaz..İndi mən necə bu otaqdan çıxıb o qapını tapacam bu evdə?Elman əlində sini ilə içəri girir .Onu hər görəndə Səbinə cinlənirdi....
-sənə xoşladığın yeməkləri gətirdim canım..
-canım girsin gözünə!istəmirəm ..
- niyə tərslik edirsən bilmirəm...Əlindəki ilə çarpayıya yaxınlaşır..Səbinənin ağlına bir plan gəlir..Onu itələyib qaça biləcəyini düşünür..Elman sinini onun qarşısına qoymaq istəyəndə Səbinə onu geri itələyib qaçır. Səbinə onu itələyib qaçaraq qapıya çatanda Elman cəld tərpənərək yerdən qalxıb onu tutur..Tutduğu kimidə otağa salıb yatağın üstünə atır.

Müəllif: Milady Ovod


Şərhlər:
Baxılıb: 952
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz