Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Əvəzolunmaz (13-cü bölüm)
Əvəzolunmaz (13-cü bölüm)
Göndərən: GünƏşimƏ_AiD_
Şərhlər:
Baxılıb: 1010
Səs ver:
Gülləri görüb Elmanın göndərdiyini düşünür Cahangir...Güzgüdən onlara baxıb bir cavab gözləyirdi..Səbinə danışmaq istəyəndə Nəzrin onu qabaqlayır-Elə baxma bizə,bizim deyil güllər..
-Hə...Qrupdan bir qızındı,evlərinə apara bilməyəcəyinə görə mənə verdi...Cahangirə baxmayıb güllərin ətrini içinə çəkir..
-Zibil qutusuna atardınız!deyib maşını işə salır..
-Heç belə gözəl gülləridə atmaq olar?..Gülləri özünə daha da sıxıb acıq verir Cahangirə...
Yolboyu Səbinə onu əsəbləşdirsədə bunu bildirmirdi Cahangir..Dərsdən gec çıxdıqlarına görə evə gedə bilməyəcəkdilər..Ona görədə bir başa banka gedirlər...Maşından düşəndə Səbinə ondan icazə alıb gülləri maşında qoyur..Hirsini içində boğaraq bir söz deməyib Cahangir onlardan əvvəl binaya daxil olur..Cahangirdən sonra qızlar girir şirkətə..Səbinə onu hirsləndirə bilmədiyi üçün məyus olmuşdu..Otaqlarına gedib işlərinin başına keçirlər...

Zümrüd hazırlaşdığı magistr imtahanlarının suallarına baxıb bezgin halda oturacağa oturur..Dənizə baxıb gələcəyinin xəyalını qurmağa başlayır..Onun fikrində təhsilini davam edib öz biliyi ilə böyük uğurlar qazanmaq idi..Qarşısından keçən cütlüklərə həsrət ilə baxırdı-inşaAllah məndə sevəcəm!Amma indi yox...
-inanmıram ki sizin kimi bir xanımın sevgilisi yoxdu.....Üzünü yana çevirəndə yanında birinin balaca bir uşaqla oturub ona baxdığını görür..
-nə kəşəydi...Balaca qız ona baxıb şirin təbəssümü ilə gülümsəyir...İnci onun yanına gəlib balaca boyu ilə ayaq barmaqlarının ucuna qalxaraq əlindəki kağızlara baxır...
-Allah saxlasın şirindi qızınız....Oğlan ağzını açmaq istəyəndə İnci onu qabaqlayır-Əmi məndə istirəm ondan...
-Sənin bu gün istəmədiyin bir şey qalmayıb şeytan..Üzünü Zümrüdə dönüb diqqətlə baxır..Sanki onu haradasa görmüşdü,rəngini dəyişən yaşıl gözlər ona tanış gəlirdi..Zümrüdöyrəşmişdi heyran baxışlara.Ona fikir verməyib cibindən konfet çıxarıb İnciyə verir..
-Niyə indi yox?
-başa düşmədim...İncinin maraqla onun kağızlarından gözünü çəkmədiyini görüb yanında oturdaraq əlinə verir..Onun həvəslə kağızlara baxmasına gülür.
-Bayaq sizin danışığınızı eşitdim...
Zümrüd onun nə demək istədiyini anlayır-indi ona görə yox ki, təhsilimi davam edib uğurlar qazanmaq istəyirəm...
-düşünmürsünüzki gecikərsiniz ?
-Bu gün deyəsən ancaq evlilik söhbətləri eşidəcəm-dodağının altında deyib oğlana baxır-Qismət!
-Yəqin aldadılmısınız..Oğlan bunu deyib onun necə reaksiya verəcəyini gözləyirdi...Zümrüd onun sözünə barıta kibrit çəkmək məsəli çox hirslənir..O,evlənmək istəmədiyini,birini sevmədiyini deyəndə,ətrafında olan insanlar onun sevib indidə sevgidən uzaq qaçdığını düşünürdülər,bəzəndə bunu dilə gətirib onun üzünə deyərdilər..Hər dəfə sakitliyini qoruyaraq cavab versədə bu dəfə əksinə olur...
-1-si bunun sizə aidiyyatı yoxdu !...2-si nə aldadılmışam,nəaldatmışam!Sevməyən biri o demək deyilki aldadılıb,ya da vaxtı ilə birini sevib!....Nifrət edirəm dar düşüncəli insanlara..Mənə deyən lazımdı axı tanımadığın biri ilə niyə danışırsan!-deyib hirslə yerindən qalxıb gedir,oğlanın nə deyəcəyini belə gözləmir..Dayanacağa qədər gedib gözdən itir..öz özünə deyinərək avtobusu gözləməyə başlayır..Hirsi biraz soyuyandan sonra kağızları uşaqdan almadığını xatırlayır-ay aman,getdi sual kitabçam...Oğlanın o danışarkən üzündə yaranan özündən razı gülüşü yadına düşdükcə lap əsəbləşirdi Zümrüd.Geri qayıdıb kitabçasını almaq istəsədə oğlanı görmək istəmirdi...İlk dəfə idi ki Zümrüd bir oğlana bu qədər sərt sözlər demişdi...

-Hardasan?..Yaslandığı kreslodan qabağa gəlir
-bankın qarşısında,həmişə bir qız ilə gəzir tək olmur...
-bu gün onu istəyirəm!
Telefonu söndürüb otaqdan çıxır..

Səbinə otağından çıxıb ayaqyoluna gedərkən könlünə Cahangirin otağının yanından keçmək gəlir...Sonra fikrindən dönüb getmir....WC-dan çıxıb öz otağına gedərkən görürki artıq onun otağının yanındadı..Kənardan,çox görünməyəcəyi bir yerdən durub Cahangirə baxırdı ki onun yanında Səliməni görüb gülür...Cahangir ona fikir verməsədə Səlimə ondan gözünü çəkmirdi...Uzaqdan baxanda qızın heyran baxışlarla sevdiyi birinə baxdığını görməmək üçün kor olmaq lazım idi..Səbinədə bunu görürdü...Onlara baxıb bicliklə gülürdüki Cahangirin ona baxıdığını görüb həyəcanlanaraq arxasını dönüb oranı tərk edir..Aşağı mərtəbəyə düşüb otağına gedirdi ki Rəşad qarşısına çıxır.. "Bir sən əksik idin”deyib,üzündə suni gülüş ilə salam verir..Onunla danışmağa yeni başlamışdı ki Cahangiri yanında görür..
-Bağışlayın söhbətiniz yarım qalacaq...Onlara baxaraq -Səbinə mənim ilə gəl!-deyib gedir...-Yox məni görmədi məncə bayaq!bəlkədə görüb?.bu sualları düşünərkən Cahangirin uzaqlaşdığını görüb onun ardınca gedir...
Dəhlizin sonunda dayanıb onun yaxınlaşmasını gözləyir....
-nə vaxt görsəm Rəşadla şirin söhbətdəsən..
-Ola bilər....Onun qarşısında dayanır.
-Bayaq nəyə gülürdün?...Cahangir söykəndiyi divardan ayrılıb ona bir addım yaxın dayanır..
-Gülmək üçün səbəb lazım deyil ..
-Öz özünə gülənlərə bilirsəndə nə deyirlər..
-Dəli olmaq pis deyil,indi ağıllılar dəlilərdi..Məndə bir ağıllı dəli-gülümsəyib sözünə davam edir-Səlimə ilə sənə gülürdüm..
-Kənardan belə gülünc olduğumu bilmirdim!.Yarı acıqla deyir.
-Kimə gülürəm,nəyə gülürəm özüm bilərəm..
-Qısqanırsan onu?-üzünə gülüş qonur ...
-Allah eləməsin qısqanım...Əksinə sizi seyr etməkdən xoşum gəlir..Sən evlən söz verirəm bax, toyunda ortadan çıxmayacam Nəzrinlə....
Cahangirin gülüşü üzündən yox olur..-Niyə başa düşmürsən məni!..Mənə elə baxma..Əsəb ilə yanından gedir..Bilmirdiözünü,hisslərini necə başa salsın Səbinəyə..Həm ona,həm özünə hirslənirdi..Qapalı biri olduğu üçün hisslərini dilə gətirmək çətin idi Cahangir üçün..Səbinə onun ardından baxıb peşman olur dediklərinə...

Qızlar bankdan biraz tez çıxıb hava almaq istəyirdilər..Qapıdan çıxanda Sevda Nəzrini cağırıb vacib sözü olduğunu deyərək təklikdə danışmaq istəyir..Səbinə mane olmamaq üçün onu çöldə gözlədiyini deyib gedir...Cahangirin maşınının yanında durmuşdu ki yanında bir maşın dayanır.. İlk əvvəl fikir verməsədə maşından iki nəfərin düşüb onun yanına gəlməsinə narahat olmağa başlayır...
Oğlanlar bir söz demədən onu tutub maşına salmağa çalışırlar..Səbinə nə qədər qışqırıb,əllərindən çıxmaq istəsədə bacarmır..Ondan bəlkə də iki qat güclü idi bu adamlar....Sevda ilə danışıb çölə çıxanda Səbinəni zorla maşına basıldığını görüb köməyə çatmaq istəsədə,artıq maşın yox olmuşdu..Maşının yanına gələndə yerdə onun çantasını,qırılmış telefonunu görüb qaçaraq geri qayıdıb Cahangirin yanına getmək istəyirki onu qapıda görüb üstünə qaçır.
-Səbinə..Səbinə yoxdu..Nəzrin həyəcanla sözlərini deyib əlindəkiləri ona göstərir-sənin maşınının yanında tapdım bunları..
-Necə yəni yoxdu,bəlkə harasa gedib gələcək?
-Mən Sevda ilə danışırdım o,da məni çöldə gözləyəcəkdi...Onu qaçırdılar....qaçırdılar!..- əlində tutduqlarına baxır...
- Onun əlindəkiləri alıb maşına doğru gedir.Nəzrində onunla bərabər gedir ..
Yolda Rəsula zəng edib getdiyi polis idarəsinin ünvanını verib gəlməyini deyir..Qorxudan,həyəcandan əsərək maşını idarə edib polis məntəqəsinə çatdırır özünü...Polisə məlumat verib ərizə yazırlar.Nəzrin gördüklərini danışıb otaqdan çıxır.Dəhlizdə qardaşını gözləyirdi ki Rəsul gəlir.
-Nə olub Nəzrin,niyə gözlərin qızarıb?Cahangir bir söz deməyib ancaq polisə gəlməsini demişdi ona.Rəsulda düşünürdü ki Cahangirin başına iş gəlib..
-Səbinəni oğurladılar Rəsul-..
-kim?..donuq baxışlarla ona baxırdı.Əvvəl sözlər ona çatmır,Nəzrin danışdıqca Rəsulun əsəbdən gözləri qızarır ..əli ilə divara yumruq vurub dodağının altında nəlayiq söz işlədir.
-bilmirik...Onu maşına basanda çata bilmədim..kömək edə bilmədim ona.-gözləri dolur..Rəsulun yumruğuna qorxub kənara çəkilir.
-Cahangir harda?...
-otaqda..Müstəntiq ilə danışır....Nəzrini qorxutduğunu görüb yaxınlaşır..
-sən otur gözlə-...qapını döyüb icazə alaraq otağa keçir....

Müstəntiq Cahangirin əsgərlik yoldaşı idi.Ona görədə bu polis məntəqəsinə gəlmişdi..İnanırdı ki Səbinəni o tezliklə tapa biləcəkdi..
-Səid onun haqqında hər şeyi danışdım..Şəklini istəsən Nəzrin verər..Onu tap!
-Bəlkə sevən bir oğlan qaçırıb Səbinəni,onu narahat edən kimsə olub heç?.Narahat olma tapacayıq..
-Cahangirin ağlına onun sualından sonra Elman gəlir..-necə unutdum axı mən onu!..Oturduğu kreslodan birazda masaya yaxın dayanır-Ona Elman adında bir oğlan güllər göndərirdi..Səbinə nə qədər rədd etdiyini demişdi..O oğlanla hətta mən özümdə danışmışdım 
- ünvanını bilirsən?
-hə bilirəm...Onların söhbətini qapının döyülməsi yarım kəsir.Rəsul içəri girir
-Cahangir nə məsələdi,Səbinə hanı?Səid ona oturması üçün yer göstərir..
-İşdən çıxıb onları evə gətirəndə Nəzrin dedi Səbinə yoxdu..Məndən biraz əvvəl çıxıb çöldə gözləyəcəkdilər..Düşündüm ki harasa gedib gələcək..Amma onun çantasını,birdəqırılmış telefonunu görəndə hər şey aydın oldu.
-Onu kim qaçırar axı! Rəsul hirsini boğmağa çalışsa da bacarmır
-Ola bilsin ki qız qaçırma hadisəsidir-Səid söhbətə müdaxilə edir..-Bir nəfərdən şübhələnirik..
Rəsul sual dolu baxışlarla onlara baxır
-Elman...
-Səid biz gedək sənin vaxtını almayaq..
-Oldu qardaşım..indi xəbər verəcəm o şəxsi axtarıb tapsınlar...Birbirlərinə əl verib sağollaşaraq otaqdan çıxırlar...Rəsul partlamağa hazır bomba idi..
-Elman kimdi!
Nəzrin onların yanına gəlib birlikdə məntəqədən çıxırlar.
-Cahangir səncə o qaçırıb Səbinəni?Nəzrində digər yandan sual verir ..
-Elmanla bir dəfə görüşüb onun Səbinədən uzaq durmasını demişdim..Hətta kiçik mübahisədə etdik.Rəsulla üzbəüz durub hər şeyi danışır..Nəzrində bildiklərini onlara deyirdi..
-Mənə niyə deməmisiniz!indi kim bilir o əclaf bacımı hara aparıb..Rəsul onlara əsəblə baxıb yumruğunu sıxır..
-İndi dalaşmağın vaxtı deyil!..Cahangirdə eyni əsəb ilə danışırdı..-Səid mənim dostumdu..Bilirəmki bizə çox köməyi dəyəcək..Maşına oturub evə gedirlər...Yolda Rəsulun demədiyi söz qalmır Elmanın ünvanına...Evdə valideynlərinə nə deyəcəkdi onu düşünürdü..

Müəllif: Milady Ovod


Şərhlər:
Baxılıb: 1010
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz