Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Əvəzolunmaz (8-ci bölüm)
Əvəzolunmaz (8-ci bölüm)
Göndərən: GünƏşimƏ_AiD_
Şərhlər:
Baxılıb: 1003
Səs ver:
Sinən billur kimi altında daş var,
Bilməzsən könlümdə nə iğtişaş var.
Nə qədər ki mənim gözümdə yaş var,
Olsun ürəyinin daşına qurban..
Onun gülməyinə qıcıqlanıb öz özünü danlamağa başlayır Səbinə..Mən bu adamı görəndə bu qədər utanmalıyam hər dəfə?gör yanağım necə qızardı.Ağılsızlıq məndədi ki ona baxırdım..Əlləri ilə yanağını tutub qarşısına baxırdı ki onunla üzbəüz oturan Rəşadı görür..Xəfif gülərək baş işarəsi ilə ona salam verib Nəzrinə tərəf dönür
-çənən yaman qızışıb Nəziş..Məndə burdayam!..Səlimə və digər qızlarla söhbətini kəsib ona çevrilir..-gəl səndə qoşul bizə..Bayaqdan susub qalmısan..Dır dırları ilə həmişə baş beynimi xarab edən sən deyildin elə bil..Səbiş gördün Nail bəyi,necə yaraşıqlıdı..
-Yəqin onun qiybətini edirsən hə qızlarla..Kimin sevgilisi elədiniz ?Səliməni çıxıram onun ki Cahangirdi -Sevda da nişanlıdı bir sən qalırsan..
-pis fikir deyil..ehh o hara mən haraa..Xaricdə yaşayır.Orda gözəl qızlar görüb gəlib məni bəyənməyəcək ki.Səndə lap danışdına Səbiş..
-Qismətdi bu Nəzrin..Kim kimin alnına yazılıb heç kim bilə bilməz.Bir Allahdan başqa..Mamamın dediyi kimi”yaxşı düşünki yaxşı olsun "-göz vurub qarşısına baxanda Rəşadın hələ də baxdığını görüb üzünü çevirir..Bu da qoyun darvazaya baxan kimi bayaqdan mənə baxır..
-hansı qoyun?hahahaha.maşaAllah səndə hər yerdə bir qoyun tapırsanda Səbiş..Bu sözə ikisidə bərkdən gülürlər..Musiqinin səsi çox olduğundan yaxşı ki heç kim eşitmir onları..

Cahangirin baxışlarını görəndə sonra Nail çoxbilmişcəsinə gülüb əlindəki qədəhi ilə ona yaxınlaşır..
-Ondan ayrı qala bilmirsən..Baxışların belə ona qaçır..Gizlədirsən sevgini..Elə bilirsən heç kim anlamır..Amma bir çoxları bəlkədə xəbərdardı.....Şərabından bir qutum alır..Ətrafdakıların başı söhbətə qarışdığından onları eşitmirdilər.Cahangir başa düşməyərək susur.Nə deyə bilərdiki...Nail onun bayaq gülərək baxdığı yerə baxır.Cahangirdə baxanda onun Səbinəyə baxdığını başa düşür..
-Gizlətmə..Gördüm ona necə baxdığını..Vaxtında etiraf elə sevgini..Əlindən uçub getməmiş..Yoxsa it kimi peşman olacaqsan..Mənə elə baxma..gözlərin səni ələ verdi..Cahangir ilk əvvəl onun sözlərinə donub qalsa da sonra o da əlindəki qədəhdən bir qurtum içir-heç kimin xəbəri yoxdu Nail bəy..Məndən başqa heç kimin xəbəri yoxdu!..Onu itirməmək üçün susuram..Nailin səmimiyyətinə o da qoşulur..Bu insan illərdir onda heç kimin görmədiyini görmüşdü..Onlar bir kənarda durub səmimi danışıırdılar ki,Nail yanına bir oğlanı çağırıb qulağına nəsə deyir..Cahangir isə oğrun oğrun Səbinəyə baxırdı...Oğlangedəndən sonra salonda musiqi dəyişir..Nail ona göz vurub –mən onun yanındakı xanımı rəqsə dəvət edəcəm sən isə onu qaldır rəqsə...Əminəmki indiyə kimi heç onun əlindən belə tutmamısan..İşlərində necə biri olduğunu bilirəm Cahangir.İndidəelə ol və qazan!.Səbinənin masasına yaxınlaşır..Qızlar mahnının dəyişməsinə gülüşlərini saxlayıb dinləməyə başlayırlar..Səbinə əlini çənəsinin altına qoyub mahnının həznliyində itirdi...Nail onlara yaxınlaşır-gözəl xanımlar olar sizinlə rəqs etmək?..Nəzrin çaşqın baxışlarla ona baxarkən Səbinə ondan gizlicə çimdik alıb ayıldır...Çimdiyin ağrısından yerindən tez qalxıb əlini onun ovcuna qoyur...Onların arxasından xaincə gülərək baxırdı ki qarşısında Cahangiri görür..Ona uzanmışam elə baxır,ağzını açmaq istəsə də bir söz deyə bilmir.Musiqinin damara işləməsi bir yandan digər yandan isə təəccübü onu danışmağa qoymur..Onun əlindən tutub rəqs edən cütlüklərə qoşulurlar..Səlimə hirsindən dodağını çeynəyirdi...Cahangir həyəcanlı olsa da bildirmirdi.Bu onda çox yaxşı alınırdı.Hisslərini gizlətməyi öyrənmişdi zamanla.Rəqs etsələrdə bir gözü bacısında idi...Səbinədə bunu görürdü.

Nail ilə Nəzrinin rəqsində bütün gözlər onların üzərində idi..Həm Cahangirdən həm də onunla rəqs etdiyinə utandığından yanaqları qızarmışdı Nəzrinin..Rəqs etsələrdə başını qaldırıb ona baxmamışdı..Nailin boyu uzun olduğundan onun başı çiyni bərabərində idi....Onun bu halına içdən içə gülürdü..İndi belə qız qalıb?Utanmaq deyilən bir hiss varmı ki?mən elə bilirdim yoxdu daha..Eh Nail...Nail...o qədər xaricdə yaşayanda belə olarda..
-niyə üzümə baxmırsınız?elə qorxunc biriyəm?zarafatla deyib ona baxır
-Xeyir ..
-onun gözünün ətrafda qaldığını görür-Rahat ol..Kənardakı insanlara çox diqqət etsən özün olmayacaqsan.Yadda saxla onları çox dinləsən həyatda qazanmayacaqsan....Onun danışığına getdikcə daha da heyran qalırdı Nəzrin..Bu sözlərdən sonra başını qaldırıb ona baxır-Bu mahnı çox gözəldi..
- Bir qaşını qaldırıb ona yaşıl gözlər ilə heyran baxan qıza baxır... "Dassin Joe-Salut”...Mahnının sözləri oxunduqca Naildə sözlərini təkrarlayırdı
Salut, c'est encore moi
Salut, comment tu vas?
Le temps m'a paru très long
Loin de la maison j'ai pensé à toi
Bu mahnının səs tonu Nailin səsinə yaraşırdı..Nəzrin onu dinlədikcə heyranlığı artırdı..Nail bunu onun baxışlarından oxuyurdu..Oxuduqca üzündə zərif təbəssümlə ona işarə edərək baxışlarının hesabını sorurdu..Nəzrin ilk heç nə başa düşməyib qaşlarını qaldırıb baxır.Sonra ona çatır ki bayaqdandır gözlərini Nailə dikib.
-üzr istəyirəm…
Özündən razı gülüşü ilə ona baxaraq heç nə deməyir Nail.

Cahangir yenədə öz sakit halında idi..Kənardan təmkinli görünsədə içində özü ilə savaşırdı..Səbinəyə bu qədər yaxın olmağı illərdi arzulamışdı..Amma bacara bilməmişdi hər dəfə onu özündən belə çox sevərkən…Bir söz varki əsl sevən insan sevdiyi qadının əlinə belə toxunmağa qıymır nəyinki onun incinməsinə…Cahangirdə elə idi.Onun sevgisi ürəyinin hər bir hissəsini zəbt etmişdi..Bu vaxta kimi səbr edib gözləmişdi..Utandığındanmı ya qorxduğundanmı etiraf edə bilmirdi hisslərini ona..İndi isə Səbinə onun qollarında idi..Musiqinin heç bitməməsini arzulayırdı..İkisidə susub dinmirdi.Çox danışan,hər zaman deyib gülən Səbinənin səsi çıxmırdı nə əcəbsə..Əlləridə buz kimi soyuq idi..
-Üşüyürsən?əllərin buz kəsib –İsti nəvazişlə ona baxır..Səbinə yenə lal baxışlarında idi..-Səbinə ???-onu səsləyir..-o qədər yemək yeyəsən amma belə zəif olasan..Qanın azdı yəqin...Başını yelləyib onu qıcıqlandırmağa çalışır.Bilirdi onu necə cinləndirəcəyini..
-Zəif özünsən!..Acıqlanaraq ona baxır..
-Elə bildim dilini pişik yeyib..Gülümsəyib gözlərini ondan çəkir..
-..Bax dilim yerindədi!Dil çıxarıb gözlərini süzür.Onsuzda arası yox idi Cahangir ilə,indi onu hirsləndirməsinə acıqlanırdı..Nəzringilə baxanda ona baxıb güldüklərini görüb utanır..Ətrafına baxanda yanlarında Səlimənin Rəşadla rəqs etdiyini görür..Ağlına nə isə gəlir.Çoxbilmiş baxışlarıyla ona baxır..Cahangir onun ağlından nələrin keçdiyini anlamağa çalışırdı ki Səbinə ondan ayrılıb-Səlimə istəyirsən partnyorlarımızı dəyişək?Təbiiki bu şansı kim qaçırsada Səlimə qaçırmazdı..
-Böyük bir zövqlə rəqs edərəm Cahangir bəylə..-deyib yerlərini dəyişirlər..Cahangir hirsindən dişlərini sıxıb sərt baxışlarla ona baxır..Səbinə onun halını vecinə almayıb Rəşadla rəqsinə davam etsədə bilirdi ki danlanacaq..Amma yenədə uşaqlığında olduğu kimi əməlindən geri qalmırdı sonunu bilə bilə…Səlimə nə qədər söhbət açıb danışmaq istəsə də onun diqqətini çəkə bilmirdi..Zəhmli baxışlarını onlardan çəkmirdi Cahangir…Səbinədə bunu görüb,görməməzlikdən gəlirdi..
Rəşad sözləri ilə onu güldürməyi bacarırdı.Cahangirdə buna dəli olurdu..Kənardan bu çox bilinməsədə qısqanclıqdan,hirsindən dəli olurdu..Bunu ancaq baxışlarından oxumaq olardı.-Xanıma bax bayaq mənim ilə heç belə deyib gülmürdü!Bu sözləri ürəyində deyib rəqs edərək onlara yaxınlaşır.-bəsdi bu qədər.Hərə öz partnyorunu təhvil alsa yaxşı olar məncə..Əsəbini cilovlayıb suni gülüşü ilə deyib Səbinənin əlini incə halda Rəşaddan çəkib alır..Bu ki Cahangir idi .Nə qədər əsəbi olsa da özünü təmkinli apara bilirdi..Rəşad təəssüf baxışlarla baxıb Səlimə ilə rəqsinə davam edir….Cahangirin əlini tutmağından tədirginləşib dodağını büzür..Danlağa hazır ol Səbinə..eh tez oldu axı..birazda gərək rəqs edəydim Rəşadla…Bunları düşünərkən əlinin bərk amma nəvazişlə sıxıldığını hiss edib ona baxır..
-onunla belə mehriban olduğunu bilmirdim.Rəqs edərkən gülüş üzündən əksik olmurdu…Ondan nə sözləri gözləsə də nə eşidirdi.Ona bu hərəkətinə görə acıqlanacağını düşünürdü..Niyərəqsin yarısında belə etdiyini soruşacağını gözləyirdi Səbinə.
-onunla düşmən olmalı idim?bir iş yerində çalışırıq məncə bu normaldı..
-mənim ilə heç belə gülmürsən..Deməli o məndən daha vacib biridi sənin üçün..Cahangirin son sözlərinə əsəbləşir..Axı Rəşad ondan əziz biri deyildi Səbinə üçün..Bunu Cahangir necə deyə bilər?..Rəqs etsələrdə bu sözlərdən sonra addımlarını daha da azaldır Səbinə- yeni tanıdığım biri heç bir zaman mənim yaxınlarımdan vacib olmayıb!Məni çox gözəl tanımısan..Qaldı ki səninlə söhbət edəndə niyə gülmürəm,sən nə vaxt mənimlə söhbət edib deyib gülmüsən axırıncı dəfə?istəyirsən onu xatırla danışmadan əvvəl. ….Səbinə danışdıqca dayanmaq bilmirdi..Sevirdi Cahangir onun bu halını..Üzündə gülüş yaranır…Elə bu vaxt mahnı bitir ..-şükür bitdi mahnı demişdi ki Səbinə yeni bir musiqi səslənir..
-bitmədi..Onu getməyə qoymayıb qolları arasına alaraq davam edir rəqsə….
-mənim üçün bitib,əyləşmək istəyirəm-onun əlindən çıxmaq istəsə də cəhdi boşuna idi..Cahangir ondan güclü idi..Onun qollarında itirdi balaca bədəni ilə …
-dedimki bitməyib..Sakit dayan hamı bizə baxmamış.-özündən razı gülüşü ilə rəqsini edir..onun sözlərinə Səbinə ətrafına baxıb çırpınmağın mənasız olduğunu anlayır…
-Mən səninlə nə zaman maraqlanmamışam…Bilirsən?heç bir zaman..Çünki ağlımdan çıxdığın bir an olmayıb…Sözlərini seçib deməyə çalışırdı.Səbinənin necə reaksiya verəcəyini bilmirdi.Onun baxaraq nə fikirləşdiyini oxumaq istəyirdi gözlərindən..Yenə lal,təəccüb dolu baxışlarından bir şey başa düşə bilmirdi.Dərindən nəfəs alıb ətrafına baxanda Nailin ona baxdığını görür..Onun sözləri yadına düşür…”Vaxtında etiraf elə sevgini,əlindən uçub getməmiş”..Elmanı xatırlayır..Səni itirməyəcəm Səbinə!
-Rəsulun dediyi kimi balaca cücə ...Mən səni çox istəyirəm….Cahangir danışdıqca onun fikirləri qarışırdı..Ağlından çıxmamışam,?məni çox istəyir?bu dəqiq bizim Cahangir idi?bu sevgi etirafı deyil yəqin,çünki uşaqlıqdan bir böyümüşük çox istəməsi normaldı..Səni sevirəm demədiki..Hə,hə mən səhv başa düşdüm..Gör nələr fikirləşirdim məndə.Bu cücə ləqəbini görən nə vaxt tərgidəcəklər!...Cahangirin ona baxdığını görüb danışmalı olduğunu anlayır..-1-cisi mənə cücə deməyin demişəm!...2-cisi dəki burda nə varki səndə Rəsul kimi çox istəyirsən məni..Məndə nələr düşünürdüm bayaqdan sənin sözlərinə görə..Sözünü deyib dodağını dişləyir.son cümləsini yavaş dediyini düşünürdü ki Cahangirin baxışlarından onu eşitdiyini anlayır.
-Nələr düşünürdün ki?..Özünü itirir Səbinə.nə deyəcəyini bilmir…Elə bu an musiqi bitir..Ondan uzaqlaşıb gəlib yerinə oturur..Dərindən bir nəfəs dərib önündəki şirəsindən içib rahatlanır...
-Səbiş niyə əsirsən?..
-Gəl gedək üz gözümüzə bir əl gəzdirək..Yerlərindn qalxıb gedirlər..Nəzrin ondan tutanda əllərinin soyuq olduğuna narahat olur..
-ay qız buzdu əllərin.heç demədin niyə belə əsdiyini,üşüyürsən?...
-Biraz soyuqdu bura yəqin ona görədi..Həm sən de görək Nail bəy ilə nə danışırdınız?…Güzgünün qarşısına keçib kiçik çantasında dodaq boyasını axtarmağa başlayırki Nəzrinin suallarından yayınsın..Ona Cahangirin dediklərini deyə bilməzdi.Nə deyəydiki?..
-elə bir şey danışmadıq…Çiyinlərini çəkib dodağını büzür…
İşlərini bitirib Nəzrinin qoluna girir ..-deməmişəm dodağını sallama? Ordan çıxıb yavaş yavaş gedirlər--heyf qızam oğlan deyiləm.. yoxsa səni alardım..Nəziş deyirəm bəlkə Rəsula alım səni?hahaha qəşəy yaraşarsınıza…Nəzrin ona tərs tərs baxıb qolundan bir çimdik alır-al bu bayaqkinin əvəzi idi..Xeyirdi?bəlkə səni Cahangirə alaq..-göz vurub gülür..Gülə gülə gedirdilərki Rəşad onları görüb yaxınlaşır..
-sənin ki gəldi ..Göz qaş edib Səbinəni dürtür..
-qızlar necə keçir vaxtınız,xoşunuza gəldi bura?
-gözəl məkandı… Mərdimazarı axtarmaqla deyildi ki.Söhbəti uzatmayıb zala keçmək istəyirdi Səbinə....Qapıda Cahangiri görür....

Müəllif: MiLady Ovod


Şərhlər:
Baxılıb: 1003
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz