Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Əvəzolunmaz (7-ci bölüm)
Əvəzolunmaz (7-ci bölüm)
Göndərən: GünƏşimƏ_AiD_
Şərhlər:
Baxılıb: 1072
Səs ver:
Sənin üçün uzaqdan sevməyi,baxmadan görməyi,toxunmadan hiss etməyi,eşitmədən dinləməyi,göz yaşlarımla gülməyi və qovuşmaq üçün səbr etməyi öyrəndim.Ancaq sənsizliyə öyrəşə bilmərəm gülüm..

Qızlar hazırlaşıb Cahangir ilə bərabər yola düşürlər..Maşında heç biri dinib danışmırdı..Şirkətə çatıb maşından enirlər.Səbinə nə qədər gözləsə də Cahangir bu mövzunu açmır..Pis olur.Gözləyirdiki Cahangir onu danlayacaq.Otaqlarına keçəndə Səliməni görüb ona salam belə vermədən yerinə əyləşir
Səlimə-Salam qızlar..Hazırsınız sabaha?
N-Salam Səlimə..Hələ bilmirik gedəcəyik ya yox..
Səlimə-niyə?..Səbinə otaqda durmayıb çıxır..Qapıdan çıxan kimidə Rəşadla rastlaşır.
-bağışla..deyəsən keçən dəfə boşboğazlıq etdim.Salamsız kəlamsız bir başa sözünü deyir.Qızları ovsunlayan o yaşıl gözləri ilə məsumca ona baxır.
-eybi yox,bizim millət öyrənibdi başqalarının həyatına burnunu soxmağı!..Sənlik bir şey yox idi.Mən əsəbi idim...Bu vaxt Cahangir otağına gedəndə onları görür.Əsəbinə birdə bu əlavə olunur..Onun baxışlarına duruxub yerində donur Səbinə.Bu dəfə nə edəcək deyə düşünürdü.Beynində suallar içində idi..Mən axı niyə çəkinirəm bundan!Rəşad ki iş yoldaşı sayılır..Öz özünə içində danışırdı ki Cahangirin səsinə fikirlərindən ayılır.
-Səbinə otağıma gəl!...
Səssizcə onun ardı ilə gedib otağına girir..O,danışmadan Səbinə sözə başlayır.
-Cahangir səhv başa düşmə Elmana birdə məni narahat etməməsini deyirdim..Rəsula demədiyinə görə də çox sagol..Əlindəki qələmi ilə oynayaraq cümlələrini çətinliklə deyirdi.Gözünü isə ondan ayırmırdı...Cahangir arxası ona tərəf ,masasına yaxın dayanmışdı.Əlini stola vuraraq əsəbini yatışdırırdı..Heç bir söz demədən keçib yerində oturaraq arxaya söykənir...Səbinə bu səssizliyə artıq əsəbləşirdi..Onun dinmədiyini görüb qələmi daha da bərk sıxır...Cahangirin gözündən bu yayınmır..
-Sizə demişdim ki narahat etsə mənə deyin!
-Deyəcəkdik...
-Necə?Sənin nömrəni tapdığını deyəcəyin kimi!Yerində dikələrək onun gözlərinin içinə baxırdı..Nə deyəcəyini,özünü necə müdafiə edəcəyini gözləyirdi.O,Səbinəni yaxşı tanıyırdı,xasiyyətinə bələd idi..Onu hirsləndirəndə ya da qorxudanda necə oldugunu bilirdi..Qorxsa da sözünü deməyindən qalmırdı.
-sən hardan bilirsən?
-söhbəti dəyişmə!Birdə o oğlanı sənin ətrafında görməyim!
-mən ki heç bir şey etməmişəm..O tapır məni hər yerdə..Onun sözünə acıqla cavab verib guya özünü müdafiə edirdi..Bilsəydi bu Cahangiri daha da hiddətləndirəcək deməzdi....Yaxşı söz demiş kimi ona baxırdı ki Cahangir sakit halını pozmadan yerindən durub onun qarşısında dayanır...
-Səbrimi sınamağa çalışma Səbinə.!..Aralarında bir addımlıq məsafə də ikisinində gözləri zamanı durdurmuşdu.bir neçə saniyəlik bir birlərinin gözlərində itmişdilər..-mənə elə baxma..Sənə heç kim yaxın dura bilməz!.. 
Lal baxışlarla Cahangirə baxıb susurdu...Cahangir arxasını dönüb o lal baxışlardan özünü yayındırmaq istəyirdi..Yoxsa ürəyindəkiləri dilə gətirəcəyindən qorxurdu...Masasına əyləşib komputerində nəyləsə məşğul kimi göstərir özünü..Əvvəl ki görünüşünü alıb soyuq səs tonu ilə -Çıxa bilərsən! Sabah siz getməyəcəksiz qonaqlığa...
Səbinə eşitdiklərini analiz edərkən onun sözlərinə qaşlarını çatır-niyə,axı biz də getmək istəyirik...
-Getməyəcəksiniz!indi isə çıx işlərim var....Cahangirin soyuq heykələ dönərək onunla belə danışmasına hirslənir..Qapını açıb çıxarkən –Biz də gedəcəyik,!sözünü deyib qapını bağlayıb gedir..Onun ardından başını sağa sola hərləyib gülümsəyərək işinə davam edir Cahangir..Eh Səbinə səninlə nə edəcəm mən...Belə tərs olma..
**************************************
Əsəb ilə otağına gəlib Nəzrinin qarşısında durur-sənin bu qardaşın dəlidi!Deyir getməyəcəksiniz qonaqlığa..
-Dəli bir deyil iki deyil ki-deyib gülür-narahat olma mama axşam onunla danışar.Zümrüdə deyərəm o da razı salar..
-Məndə acığına dedimki biz gedəcəyik!..Dodağını çeynəyərək yerinə keçir
-Səbiş qardaşımın damarına toxunmamağı məsləhət görürəm sənə..
-Sənin qardaşının o sakitliyi adamı dəli edir Nəzrin....Günü beləcə gah didişə didişə gah da deyib gülə yola verir qızlar..İşdən çıxarkən Rəsul onları götürməyə gəlir..Cahangir işlərinin olduğunu deyib Rəsulu çağırmışdı..Qızlar evə gedib sabah üçün necə icazə alacaqlarını düşünürdülər...Səbinənin icazəsi hazır idi.Atasına Cahangirin aparacağını deyib icazəni qoparmışdı..Çətini Nəzrinə düşürdü.
-Bacı nolar sən razı sal Cahangiri bizidə aparsın ora..Nolar,nolar..Zümrüdün arxasıyla gəzib onu bezdirirdi..Zümrüd hara getsə onu izləyib baş beynini aparırdı.
-O,qoymadısa bilirsənki razı olmayacaq..Mən desəmdə inanma razı ola Nəzrin...Bacısının küskün baxışlarına dözməyib-amma bəlkə mama desə aparar sizi...
-Yaxşı mən deyəcəm amma səndə arxamda ol dəstək ver..Bacısı razılığını bildirib onunla bərabər mamasının yanına gedirlər.Nəzrincəsarətini toplayıb sözə başlayır-mama sabah şənlik var,bizim şirkət təşkil edir..Bütün filial işçiləridə orda olacaq.Bizdə dəvətliyik.Amma Cahangir qoymur..Sən danışsan onunla bizidə aparar Səbinə ilə..Gülər xanım əlində tikdiyi paltarı kənara qoyub birinci Nəzrinə sonra Zümrüdə baxır...
-Cahangir qoymursa nə məcburiyyətdiki gedirsiz?..Zümrüd ondan əvvəl dillənir-mama qızlar həvəslənib gedib paltarda alıblar sabaha...Nə olacaqki gedəndə?Cavan qızdılar gedib əylənsinlər.Həm ordakı qızlardan nələri əksikdiki bizim qızların?...
-ay Zümrüd səndə buna arxa çıxma.Cahangir qoymursa mən deyəndə qoyacaqki?..Zümrüd gəlib onun yanında oturur,yanağından öpüb-sən istəsən o qızlar sabah orda hamıdan gözəl olaraq olacaqlar..Mama qızların ürəyini qırma,bu gün sabah ərə gedəndən sonra onları kim qoyacaq elə yerlərə?..Gülər xanım qızlarına baxıb ayağa qalxır...Onlara heçnə demədən otaqdan çıxır..Cahangirin yanına gedir..Həmişəki kimi komputer qarşısında işi ilə məşğul idi oğlu..
-Cahangir az otur onun qabağında..İşdə az oturursan axı ...Gəlib onunla üzbəüz yatağında oturur..
-Mama işlər çoxdu bu aralar.Həmdə sabah şənliyə görə işləri səhmana salıb rahat getmək istəyirəm...
-Oğlum qızlarda getmək istəyir..Amma sən razı deyilmişsən..Onlarıda apar,eyinləri açılsın....
Cahangir stolunda arxaya söykənib anasına baxır...
-bilirdimki səndən kömək istəyəcəklər....Mən orda onlara nəzarət edəcəm yoxsa müdürlərlə söhbətdə olacam..Sakit tonu ilə danışıb duruşunu belə pozmurdu..
-Ay oğlum bacını da Səbinənidə tanıyırsan..Sən öz söhbətində,tanışlıqlarında olarsan onlarda öz ətraflarının əhatəsində olarlar...
-Mama yox dedim.Getməsələrdə olar...
-Ay oğlum qoy səninlə getsinlər.Nəzrində Səbinədə geyimlər alıblar sabaha.Qızlar hazırlaşıblar..Arzularını ürəklərində qoyma..Birdə nə vaxt belə yerə gedəcəklərki?...Ürəyindən olmasa da mamasının sözünü yerə salmayaraq daha etiraz etməyib razılaşır..Nəzrinin qapının ardından onların danışığını dinləməyə çalışmasına Zümrüd gülürdü..Gülər xanım otaqdan çıxıb onları qapının ağzında görür-hazırlaşın sabah aparır sizi Cahangir...Nəzrin sevincindən qışqıraraq mamasını qucaqlayır-uraaaa...mamaların birdənəsi...
**********************************
Səhər oyanan kimi qızlar zəngləşib salona gedirlər..2 saatdan çox özlərinə bəzək düzək verməklə məşğul olarkən zamanın necə keçib getdiyini hiss eləmirdilər..Salondan çıxarkən artıq günorta idi...Nəzrin saatına baxır-hiii gecikəcəyik Səbiş tez ol..tezz...
-nə qədər vaxtımız varki?
-yarımsaatımız qalıb..biz evə gedib çıxana kimi,üzərimizi dəyişənə kimi gecikəcəyik..Cahangirdə aparmayacaq!-narahatlıqla ona baxırdı ki yanlarında dayanan maşını görüb sevinirlər..Rəsul maşının pəncərəsini açıb-bilirdik ki bu qədər gecikəcəksiniz..tez olun əyləşin!
-xilaskarımız gəldi Nəziş-deyib ona göz vurur.Nəzrində gülümsəyib maşına otururlar tez...
-Qaqaş səni Allah göndərdi,az vaxtımız var bizi evə çatdır geyinib çıxaq....
Maşının ön güzgüsündən Nəzrinə heyran baxışlarla baxıb gülür
-Allahın istəyi ilə Cahangir göndərdi məni...Çöldə idim,zəng elədi ki bizimkilər gecikir onları gətir lap gecikmədən....
-deməli hirslidi bizə Cahangir-dodağını dişləyib pəncərədən baxır..
-Nəziş fikir vermə...Rəsulun güzgüdən onlara baxdığını görür-səndə yola bax..Tez çatdır evə bizi....
-baş üstünə cücə xanım..sizə görə Cahangir qan salmasa yaxşıdı..Onun sözünə narahat olan Nəzrin qabaq oturacaqdan yapışıb önə gəlir-Necə yəni??
Rəsul sözünün ardını gətirməyib gülür
-ay Nəzrin sən ona fikir vermə..Gözəl görünəndə qan tökmək bizimkilərdə var ancaq..
***************************************
Qızlar evlərinə gedib hazırlaşmağa başlayırlar..Nəzrinin zənginə ayaqqabısını geyinirdi ki maması gəlir-tez ol biraz.Cahangir aşağıda gözləyir..
-yaxşıda mama,tələsdirmə onsuzda əlim ayağıma dolanıb..Geyinən kimi güzgüdə sonuncu dəfə özünə baxıb qapıdan çıxır..Blokun qarşısında onları görüb gülümsəyərək yanlarına gedir
-Şükür evdən çıxa bildin-Nəzrin danışa danışa maşına əyləşir..Cahangir onları süzüb başını bulayaraq sükan arxasına keçir..Ön güzgüdən oğrun baxışlar ilə gizlicə Səbinəya baxırdı.Qızlar həyəcandan əllərini sıxırdılar.Gedəcəkləri yer çox maraqlı idi onlara..Əsasda görəcəkləri mühit,insanlar...Gəlib çatırlar restorana..Cahangir maşını saxlayıb üzərini səliqəyə salıb enir.Qızlar da son dəfə maşının pəncərəsində özlərinə baxırdılar ki Cahangirin səsinə ardınca gedirlər -Gəlin..pıçıltı ilə-baş bəladılar!
Restoranın qarşısına çatanda dərindən nəfəs alır qızlar.İlk olaraq Cahangir ondan sonra isə Səbinə ilə Nəzrin girir..Ağ qara,dizdən gödək,bədənə tam oturan donu,uzun düz saçlar ilə,gözü valeh edirdi..Nəzrin isə çəhrayı,ətəyi havalı,saçları çiynindən biraz uzun olsada burdurmuşdu..İkisidə gözəl görünüşlərində heç də digər qadınlardan geri qalmırdı..Nəzrin ona biraz yaxınlaşıb
-Səbiş????bax gör necə gözəl qızlar var..
-Bizdə heç pis deyilik..Başını dik tutaraq Cahangirin ardınca addımlayaraq masaya yaxınlaşırlar..Səlimə onları görən kimi daha doğrusu Cahangiri görən kimi ayağa qalxır..İlk gündən Səbinə ilə ulduzları barışmamışdı.Digər qadınları necə yolundan götürməyi bilirdi Səlimə amma onu başa düşə bilmirdi.Bəlkə də Səbinənin qara gözləri,qarabuğdayı dərisi onu şərq gözəllərinə bənzətdiyinə görə kənardan sirli görünürdü.Hər zaman üzündə gülüşü eksik olmayan bir qızdan çəkinirdi..Həm də Cahangirə yaxın idi Səbinə..Nə etsə aranı soyuda bilməzdi Səlimə..
-Xoş gəldiniz...Gülümsəyərək qızları süzür..Cahangir başı ilə salamını verib yerinə əyləşir.
-Xoş gördük hamınızı-deyib Nəzrin qızların yanında oturur...Cahangirin yanında kişilər oturduğundan qızlarda onunla üzbəüz otururlar..Dəyirmi masada kollektivin bir hissəsi oturmuşdu.Restoran böyük olduğundan gələnlərdə az deyildi..Kimisi oturduğu yerdə bir biri ilə söhbət edir,kimisidə ətrafına baxırdı..Qızlar hələki susurdular.Ətrafa tamaşa edirdlər.Bu vaxt bir nəfər Cahangirin qulağına nəsə deyir.O,da ayağa durub gedir..Səbinə onun hara getdiyinə baxırdı ki Nəzrin onu səsləyir-Səlimə geyimini neçəyə alıbdı səncə?Səbinə bilməyərək çiyinlərini çəkir...
-250 manata alıb..Ürəyim gəlməzdi mənim o pulu bir paltara verməyə..
-yolka ağacıdıda,elə belə demirəmki....Qızlar öz aralarında deyib gülərək vaxtlarını keçirirdilər.Cahangir hələdə masaya qayıtmamışdı...Bankın digər filiallarının rəhbərləri ilə birgə söhbət edirdi..Açılışı Baş rəhbər edir..onun adını eşitsələrdə görməmişdilər...Mikrofonu əlinə alıb diktolar kimi intelektli danışığı ilə bir çox qızların heyrətinə səbəb olur..30-olsa da yaşını az göstərirdi.Heç kim deyə bilməzdi ki bu adamın 25 yaşı yoxdu..Alicənab görünüşü ilə bu məhşur,hamını özünə heyran qoyan-Nail bəy idi..O,gəncliyindən öz savadı ilə bu yerlərə gəlib çıxmışdı..Həm öz savadı həmdə atasının dəstəyi ilə..Həmişə xaricdə olurdu.Bakıyada az az gəlirdi..İndi də atasının sözünü yerə salmamaq üçün gəlmişdi..Nitqini söylədikdən sonra Cahangirgilin yanına gedir.Söhbətlərinə qaldığı yerdən davam edirlər..Səbinəətrafa baxmaqdan bezib onlara baxırdı ki Cahangirlə baxışları birləşir. Fikrə gedib düşünərkən gözlərini ondan çəkmədiyindən xəbəridə yox idi..Özünə gəlib tez baxışlarını qaçırır.Onun halına dodaq ucu gülümsəyir Cahangir..Nailin gözündən qaçmır bu..Əsasda Cahangirin baxışları....

Müəllif: MiLady Ovod


Şərhlər:
Baxılıb: 1072
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz