Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Əvəzolunmaz (6-cı bölüm)
Əvəzolunmaz (6-cı bölüm)
Göndərən: GünƏşimƏ_AiD_
Şərhlər:
Baxılıb: 914
Səs ver:
-ey qaçma,dayan..o qızın kim olduğunu demədin axı..Rəsul onun sözlərini eşitmədi,çünki artıq evdən çıxmışdı..Səbinədə sözlərinin cavabsız qaldığını görüb suyu süzülə süzülə yeməyini yeməyə başlayır.Başını qaldıranda mamasının ona necə acıqla baxdığını görüb ürəyində Rəsula bildiyi bütün qarğışları edir..Mamasına bildiklərini danışır...
-mama başqa heç nə bilmirəm,amma öyrənməsəm partlayaram..
-Səbinə uşağı əsəbləşdirmə baş beynini aparıb.Dilindən gecdə olsa evlənmək istədiyini eşitmişkən sonra evlənmirəm deməsin..

Otağıma keçib dərslərimi hazırlayırdım.Bayaqdan yadıma telefonum düşmürdü..Görən yenə nə isə yazıb?Maraqla telefonumu açanda heç bir mesajda yox idi.Gördü ki cavab yazmadım o da yazmadı..Mənə də bu lazım idi elə..Birazda dərslərimi edib bitirdikdən sonra bu gün Nəzrin ilə aldığımız donu üzərimə tutub güzgüdə baxanda mama otağıma keçdi.
-Nə gözəl dondu Səbinə..Mən bilən gediləsi toyumuz yoxdu.
-Mənimdə çox xoşuma gəldi bu,Nəzrinlə aldıq..O,da özünə don aldı.Bazar günü bank işçiləri üçün ziyafət təşkil olunub,Ora geyinəcəm.
-Atana demisən?mənlik deyil.özün de atana da Rəsulada.Kim ilə gedəcəksən?.Mamamın heyran baxışlarını gördükcə sevinirdim bu donu aldığıma
-Yəqin Cahangir aparar bizi..
-lap yaxşı qızım.Atan bilsə ki Cahangir aparır razılaşacaq...Mama ilə biraz danışıb yatmağa hazırlaşırdım ki telefonuma msj gəldi.Düşünmürdüm Elman birdə yazar.Amma səhv düşünmüşəm..”gecən xeyrə şərq gözəli,yuxun şirin olsun”.Yenədə heç bir cavab yazmadım.Nə yazacaqdımki?Ən yaxşısı qara siyahıya atmaqdı nömrəsini..Atdım..indi yaz görüm necə yazırsan Elman bəy !Sevinərək yuxuya keçdim..Oyananda saat 8 idi.Yaxşı ki bu gün çox gec oyanmamışdım..Hazırlaşıb mətbəxə keçib əyləşdim..Adətim idi səhərlər yemək yemirdim.Nadir hallarda çay içərdim..Mamam atamı işə yola salıb yatmışdı..Çayımı içib evdən çıxdım,həyətdə Nəzrini gözləyirdim ki mesaj gəldi.Nəzrin gecikdiyinə düşünmüşdümki ondandı,nömrəni adsız görəndə tanımadım.Mesajı oxuyub əsəbləşmişdim.Bu adam görmür onunla danışmaq istəmədiyimi?.Elman idi yazan”elə bilmə ki səndən əl çəkərəm.İstədiyin qədər qara siyahıya at nömrəmi,yenədə yazacam!Sabahın xeyir..”Telefonu çantama atırdım ki yenə msj gəldi”sənə əsəbləşmək bir başqa yaraşır,niyə mənə bir şans vermirsən tanımaq üçün”.Telefonu əlimdə sıxıb ətrafıma göz gəzdirirdim.O,burda idi?.Mən ətrafıma baxanda Nəzringildə düşdülər evlərindən..Key kimi yerimdə donub qalmışdı,Mənim yaxınlaşmadığımı görüb Nəzrin yanıma gəldi.
-Sabahın xeyir qara qız,niyə burda dayanmısan gəl gedək..Ona gülümsəyib bir söz demədən Cahangirin maşınına əyləşdik..
-Sabahın xeyir ......
-Sənində....Cahangirə bildirmədən maşının pəncərəsindən baxdım..Binamızın girəcək hissəsində idi Elmanın maşını..Qorxumdan yerimə qısılıb qaldım Cahangir görsə onu buralarda nə olardı bilmirəm.Yəqin dalaşmazdı,insan kimi başa salardı.Hə,hə dalaşmazdı..Telefonu əlimdə necə sıxmışdımsa tərləmişdi..Nəzrin halımın özümdə olmadığını başa düşürdü amma Cahangirə görə nə isə soruşa bilmirdi.Yenicə əsas yola çıxmışdıqki mesaj gəldi.Bu insanın fikri məni qorxudan öldürmək idi..Nə qədər özümü heçnədən qorxmayan,çəkinməyən göstərsəmdə bu belə deyildi,mənim içimi tək mən bilirdim...Rəngimin qaçdığından Nəzrin dözməyib telefonu əlimdən alıb mesajı oxudu..O,da mənim kimi narahat olmuşdu..Uniyə çatana kimi ikimizdə tikan üstündə idik..Elmanın mesajlarına görə telefonu bezib səssizə aldım..Maşından enərkən Cahangirin gözü ətrafda idi.
-dərsdən çıxmamışdan əvvəl Nəzrin yaz mənə gələcəm.
-yaxşı...Cahangirin üzümə narahat baxıb getməsini yozmamışdım.Nədə olsa uşaqlığımız bir keçmişdi,Rəsul kimi o da məni qoruyur...Başqa niyə narahat olsun ki,Bunun üstündə çox dayanmayıb Nəzrinlə ətrafımıza diqqətlə baxıb onun maşınını görməyib rahatlamışdıq.
-Səbinə sənin nömrəni necə tapıb?
-bilmirəm...məni tapan dəli olarda..Dünəndə yazmışdı nömrəsini qara siyahıya atdım.Səhər birdə gördüm başqa nömrədən yazıb..
-Sən niyə Elmandan qaçırsan?bəlkə pis biri deyil...səninki xoşuna gəlmişdi o
-Məni bilmirsən?harda yaraşıqlı sima görürəm bəyənirəm..Həmin vaxtıda onun yaraşıqlı olması diqqətimi çəkmişdi..Qızlar danışa danışa dərs otağına keçirlər...
-Niyə şans verib tanımağa çalışmırsan onu?
-.....Susur..Bu vaxt qrup yoldaşı Kamal güllər gətirib ona verir..Səhv salmısan ünvanı,mənə niyə verirsən?.
K-bunları Elman verdi. –deyib gedirdi ki Kamalın qarşısını kəsir.-sən onu tanıyırsan deməli!onda bir zəhmət gülləri ona verərsən.Birdə məni narahat etməsin!Gülləri Kamalın əlinə tutuşdurub partasına qayıdır...Bütün uşaqların gözü onlarda idi..Kamal geri qayıdıb onu Səbinənin partasına,düz qarşısına qoyur-bağışla geri qaytara bilmərəm..və çıxır otaqdan..Qrupdakı qızlar pıça-pıça başlayırlar..
-Bir bu əksik idi burda.İndi deyirsən bu adama şans verim?mən bilirəm neyləyəcəm bunları..Yerindən durub gülləri buketindən çıxarıb qızlara paylayır.
-Səbinə nə bəxtəvərsən.gör necə gözəl güllərdi.
-hə Nərmin özüdə necə bəxtəvərəm,heç demə..Gəlib yerinə əyləşir-bax bu qədər Nəzrin.diyan mesajıda yazım cavabını alsın.Bezdirdi lap..
-ah...ah heç mənə belə güllər göndərmirlər.Bax burda deyirəm kim mənə belə romantiklik etsə hə deməsəm məndə Nəzrin deyiləm!
-baxa söz ağızdan bir dəfə çıxar.Dönmək yoxdu..Görəcəm o zaman səni..Nəzrin ürəklə desədə bu sözü biranlıq peşmanlıq yaşayır..”bir daha mənə gül göndərməyin.jestlərinizi özünüzə saxlayın!Nə sizi tanımaq istəyirəm nə də görmək”..Mesajımıda yazdım.Nömrənidə qara siyahıya atıram.Bu da burda bitir.
-səncə o elə ağılsızdı ki sənə başqa nömrədən yazmasın?
-yazsın.məndə hər dəfə qara siyahıya atacam.Bezəcək...Müəllimin otağa girməsi ilə sakitlik yaranır...Dərslər bitənə kimi qızlar rahat idilər..Son dərsdə bitir.Zəngin səsi ilə hazırlaşıb hərə bir bir otaqdan çıxmağa başlayırlar.Kamal qapıda dayanaraq Səbinəni səsləyib bir nəfərin onu gözlədiyini deyir ..Çantasını götürmədən otaqdan çıxan kimi qarşısında Elmanı görüb təəccüblənir Səbinə.
Bir baxışla Kamala getməsini bildirir Elman-mənə niyə belə edirsən,nə isə səhv hərəkətimi görmüsən?gül göndərməklə səni utandırmaq istəmirdim,hörmətimi,sevgimi bildirirdim..
-mən sizdən heç bir şey istəmirəm.
-nəyədi bu nazın Səbinə?nömrələrimi bloka atıb yazmağımı əngəlləyirsən..Birazda Səbinəyə yaxınlaşır..-Mənim səndən çox xoşum gəlir,İstər inan istər inanma səni ilk gördüyümdən bəyənirəm..niyə susursan?msj yazıb bloka atmaqla deyil.Bax qarşındayam..
-nə sizi tanımaq istəyirəm,nə də görmək...birdə məni narahat etməyin..
-rəsmi danışma mənim ilə!...Niyə görmək istəmirsən?
-Niyəsini bilməsənizdə olar.Bir də təkrar etmək istəmirəm xahiş edirəm narahat etməyin məni !Nəzrin onunda çantasını götürüb tələsik otaqdan çıxır-Səbiş geett...-sözünü yarımçıq qoyub Elmana baxır..
-Başa düşürəm səni acıqlısan mənə.Amma məni tanımağa çalış Səbinə.
-Mən sözümü dedim..
Nəzrin onlara maraqla baxırdı ki yadına Cahangirin onları aşağıda gözləməsi gəlir.Səbinənin çantasını özünə verir-Gəl getməliyik aşağııı..Sözünü yenə bitirə bilmir qarşılarında Cahangir ilə Rəsulu görürlər..Cahangir hiddətlə onlara baxırdı,Rəsul isə onları görmürdü,fikri ətrafındakı tələbələrdə idi.
-batdım mən Nəzrin...İkisidə qorxaraq onlara baxır.-tez olun uzaqlaşın burdan!Sonuncu dəfə deyirəm birdə mənim qarşıma çıxmayın!Cahangir əsəblə onlara tərəf gəlməyə başlayır.Qızlaronun yaxınlaşmağını gözləməyib tez onun yanına gedirlər.Elman başa düşməyərək arxalarından baxa qalır.
-Rəsul gəlir - Səbinə qardaşına baxıb udqunur..Yazıq baxışlarla Cahangirə baxıb bir söz deməsə də gözləri ilə qardaşına heç nə deməməsini istəyirdi..Rəsulda onların yanına gəlir..
-bıy sən yenə gəlmisən Rəsul, olmaya universitetimizdən bir qızı bəyənmisən?Nəzrin tez dillənir..
-bura gələn ancaq qıza görə gəlir?
-yox elə belə dedim.Gəlin gedək yaman acmışam-Səbinənin qoluna girərək onlardan önə düşüb pillələrə doğru gedirlər.Cahangirdə Rəsul ilə qızların ardından gedir.
Maşının güzgüsündən Cahangir gözünü çəkmirdi Səbinədən.Onunla danışa bilmədiyinə lap dəli olurdu..Binanınqarşısında düşüb hərəsi öz blokuna girir.Bu söhbətin burada bitmədiyini bilirdi Səbinə..

Müəllif: MiLady Ovod


Şərhlər:
Baxılıb: 914
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz