Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Əvəzolunmaz (2-ci bölüm)
Əvəzolunmaz (2-ci bölüm)
Göndərən: GünƏşimƏ_AiD_
Şərhlər:
Baxılıb: 1270
Səs ver:
Səbinə üzündə güllər ilə yuxuya gedir.Həm Sabah Nəzrinin fikrini öyrənəcəkdi həmdə onunla birlikdə gedəcəkdilər işə.Yuxudan budilnikinin səsinə durub hazırlaşıb,səhər yeməyi yemədən evdən çıxır.Minirə xanım nə qədər dil töksədə adəti üzrə yenə səhər yeməyi yemir..Günü xoş başa vurub park ilə gəzərək evə qayıdır.Parkda oturan cütlüklərə baxaraq-bunlara bax.mənim nəyim əksikdiki o qızdan?,yanındakı kukla kimi oğlana necə yapışıb.ehh bir sevgilimizdə olmadı..Hardan olar ki Səbinə xanım.Bu xasiyyətki səndə var çətin sevgilin olar.Amma o qıza baxanda mən ondan gözələm-əli ilə gözü üstündə olan saçlaını arxaya edib fəxir ilə yoluna davam edir.Yol boyu gah özünü bəyənmir gah da özünə özünü tərifləyirdi.Binalarına çatmışdı ki Cahangirin maşınından düşdüyünü görüb yerişini ləngləşdirir.Cahangir maşında olanda güzgüdən Səbinəni görmüşdü.Onu görməməzlikdən gəlib bloka girir.Səbinədə o girəndan sonra tez öz bloklarına gedir-ohh görmədi məni...bir deqiqə ee.Mən niyə ondan qaçıram?nə olsun kobud və soyuq biridi.Məni ki yeyəsi deyil.Həm boğazında qalaram yazıqdı-deyib gülür.Danışa danışa qapılarının önünə çatır.Evə girmişdi ki anası onu qablayıb-dur ayağını çıxarma düş marketdən 2 çörək al gəl
-ay mama Rəsul alsında elə məni göndərirsən həmişə
-Rəsul yorğundu.O,istirahətə gəlib.onu işlətməyəcəyik ki.Həm sən balacasan.get tez ol süfrə hazırdı..Səbinə dodaq altı mızıldanaraq aşağı düşür.Minirə xanım onun bu halına gülürdü.Nə qədər böyüsə də balaca şeytan qızı idi onun..Səbinə marketdən çörəyi alıb yenicə çıxmışdı ki Aslan onun qarşısını kəsir.Aslan 1ci sinifə daha yeni gedirdi.Səbinənidə çox istəyirdi.Çünkü onunla tez tez futbol və bir çox oyunlar oynayardı.Tək Aslan ilə deyil binanın bir çox uşaqlarını başına yığıb oyunlar oynadardı-Səbiş darıxmışıq uşaqlarla.Gəl futbol oynayaqda..Səbinə onun yanağını sıxır-ay alaa birdənələrim darıxıb mənim üçün?Aslan başını yelləyib hə deyir.-caan..vaxt olmur ay Aslan həyətə düşməyə.Görmürsən bütün günü ora bura qaçıram..Aslan başını aşağı salıb susur-belə eləmədə,olmur axı.mən heç dözərəm sənin bu halına-gülüb onu öpür.-söz verirəm bu həftə sonu yağış yağmasa gələcəm oynayarıq.Komandaları hazırla indidən.Aslan sevincindən atılıb düşür sonra-narahat olma onlar mənlikdi-özünü böyük oğlan kimi göstərib danışır
-yeri get indi dərslərini oxu.Bax bilsəm ki məktəbdə qiymətlərin zəifləyib incimə məndən..Aslanın üzü dəyişir dərs adı eşidən kimi-yaxşı yaxşı gedirəm.Səbinə onun boynu bükük halına gülsə də bildirməməyə çalışır.Market evlərinin yanında olduğundan pəncərədən Rəsulun baxdığını görür.Yan qonşudan isə Şəbnur baxırdı.Şəbnur özünü görməməzliyə vurub Rəsulun diqqətini çəkməyə çalışsa da Rəsul içəri girir.Şəbnurda hirs ilə dodaqlarını gəmirib içəri keçir.Onun bu halına bayaqdan gülməyini saxlayan Səbinə o ki var gülür..Evə girib çörəkləri masaya qoyur.Qazanların qapağını açıb ətrini içinə çəkir-acından ölürəm
-cücəmizdə gəldi.hardasan acından öldük ki səni gözləyərək.Rəsul mətbəxin qapısına söykənir.Səbinə də ona gözlərini süzdürüb-eybi yox ölmərsən.yoxsa Şəbnurun bizi asıb kəsər..Rəsul tez onun ağzını bağlayıb susmasını bildirir-eyy sakit dur,onun adını çəkmə mamagil eşidər.
-eşitsinlərdə.axır əvvəl biləcəklər.
-sən sakit dur.bu mənim işimdi.Səbinə onun əlindən çıxır –mənə nə çoxda vecimə idin-deyib öz otağına gedir.Özünü vecsiz göstərsə də acıqlı idi.Bu işi belə qoymayacaqdı.Rəsulda onun arxasından gülüb qonaq otağına keçir.
******************************
Səbinə yeməyini bitirib üzərini rahatlaqdıqdan sonra çantasını çiyninə keçirib –mən çıxdım hələlik-deyərək qapıdan çıxır.Qarşıdakı bloka girib Nazirıngilin qapısını döyür.Qapı açılanda Nəzrini qarşısında görüb sevinərək onun boynuna atılır-ay mənim sarı gözəlim sağalıbki-onun yanaqlarını sıxıb öpür.Səsə Zümrüd gəlib onlara baxır-xoş gəldin Səbinə.Qapını döyməyindən artıq bilirəmki sənsən..-xoş gördük Zümrüd.Desənə burda da bir fərqlilik yarada bilmişəm özüm kimi.-paah fərqli qıza bax,uşaqdan seçilmir-Nəzrin bilərəkdən onu acıdıb öz otağına aparır-mən uşaq deyiləm,nə edimki yaşımdan kiçik göstərirəmsə?
-guya böyük olanda nə edəcəyik e ay Səbiş..
-hə o da düzdü.Başımı qatma de görüm nə planın var?..Nəzrin gülərək yatağında oturur-Yadına düşür bizim qrupdakı Seymur?-hə Seymurun plana nə aidiyyatı?-o aidiyyatı ki keçən həftə məktəbin yanındakı parkda onları əl ələ gəzişən görmüşdüm.Bilirsən də Seymurla aram yaxşıdı.Xətrimi çox istəyir.Həm də uzaqdan qohumumdu.Ona onları gördüyümü dedim.O,da məndən heçnə gizlətməyib danışdı.Bir dəfə evə bizi ötürəndə görübmüş Şəbnuru.Ondan sonra onun könlünü almağı bacarıb.Dediyinə görə isə fikri ciddi deyil.-niyə?-daha orasını demədi.-Həə birdə dediki o qızdan uzaq durun,çoxda ünsiyyət qurmayın.-mən bilirdimki yaxşı qız deyil o.Bəs necə deyəcəyik bunu Rəsula?Səbinə yatağa oturub Nəzrinə məyusluq ilə baxır-mənə elə baxma,get ona danış.-inanmaz axı ,elə bilərki onu qısqandığımdan deyirəm.Axşam mama süfrə açacaq.Sizdə gələcəksiz.ikimiz deyərik hə Rəsula?
-yox mən deyən deyiləm.Ayıbdı adama deyərlər sənə nə olub
-heç nə deməzlər.nə olar gəl ikimiz deyək.Rəsul səni çox istəyir.
-hə qaşını yardıqdan sonra lap çox istəyir-istehza ilə deyib gülür
-o bir qəzaydı Nəziş.Biz Rəsul ilə Cahangirin əlində böyümüşük.Yadına gəlir onların bizi necə qorumağı?-gülür
-hə elə bu gündə elədilər bizə qarşı..Bir dəfə sənin ilə bir qız dalaşırdınız.Mən nə qədər etsəmdə ayıra bilmirdim sizi.Rəsulda evdə yox idi.Məcbur Cahangiri çağırmışdım.O da sənin əlindən qızı ala bilmirdi.. Axırda sənin üstünə necə qışqırmışdısa buraxmışdın qızı.Qorxudan ya nədən idisə gözlərin dolmuşdu.Cahangir qabağına qatıb səni evinizə çıxarmışdı
-heç bu sənə yaraşır Səbinə küçədə qızla savaşmaq?
-.....Səbinə susub danışmırdı.gözləri dolmuşdu.
- eşitmirsən?
-əcəb elədim dalaşdım.O,Nəzrinlə mənim kuklalarımı götürməzdi.
-bir kukla üstündəmi döydün o qızı?.heç yaraşdirmadım.Qapının önünə çatmışdılar.Minirə xanım qapını açıb Səbinənin saç başının dağınıq olduğunu görüb hirslənsədə gülməyinidə gizlədə bilmirdi.-keç içəri.qız qız deyil elebil oğlandı.dalaşmadığı adam qalmayıb məhlədə.Səbinə başını qaldırıb anasına baxmırdı.onun bu halına Cahangirdə gülürdü,biraz qapıda onu danlamışdı ki.Səbinə lap kövrəlib qaçaraq otağına gedir.Minirə xanım Cahangir ilə sağollaşıb evə girir.Axşama kimi otağından çıxmamışdı.Gecə Adil bəy onun yanına gəlib danışdırıb güldürür-yenə kimi yolub bizim cücəmiz?ay qızım axırda oğlan deyəcəkləre sənə.
-əcəb elədim.hələ az idi o qıza.qurumuş taxta bitinə.Atası onun sözlərinə uğunub gedir.
-gör bu qızda nə dillər var.Səbinə birdə heç kim ilə dalaşma.Dalaşmaq sözlərin bitdiyi yerdə başlayır.Sən heç o qız ilə danışmısan?bəlkə sən onunla danışsa idin dalaşmazdınız....Biraz susur-Mənim ağıllı qızım.-Səbinəni qucağında oturdub saçlarından öpür-mənim birdənə mələyim bir daha dalaşma heç kim ilə yaxşı?çalış söz ilə başa sal qarşındakı insanı.Dalaşmaq bir xanlma yaraşmaz.Söz verirsən dalaşmayacağına?Səbinə atasının belə mehribanlığını sevirdi.Nə etsədə atası həmişə onu sirin dil ilə yola gətirib başa salardı.-yaxşı ata birdə dalaşmayacam.
-afərin mənim ağıllı qızıma.Unutma Səbinəm söz qılıncdan itidir..
Həmin vaxtı Səbinənin 7 yaşı var idi.Getdikcə anlamışdıki həqiqətən söz dalaşmaqdan yaxşıdı.Atasına verdiyi sözü tutmuşdu.Kim onun hirsləndirsə bir kəlmə ilə cavabını verib susdururdu..Nazrın əlini Səbinənin gözləri qarşısında yelləyir-huu huuu-onu ayıldır.Xatirələri gözlərindən kino lenti kimi keçmişdi Səbinənin.özünə gəlib-Nəzrin axşam bizdəsən onu bunu bilmirəm.
-yaxşı,yaxşı səndən qurtuluş yoxdu.Gəl çıxaq gecikməyək banka.Cahangirdə evdədi aparar bizi
-yox ikimiz tək gedək.
-ay qız Cahangir səni yeməyəcək ki?gəl
-boğazında qalaram onun.qaşlarını çatır
-hə onuda düz deyirsən kişmiş.
- ey özünsən kişmiş.
-mən sarı kişmişəm,qara olan sənsən-deyib gülərək otağından qaçır.Qapının yanına gəlib ayaqqabılarını geyinirlər.-nə var qara kişmişin şirinliyinə çatmır sarı kişmişin dadı-deyib dil çıxarır.Zarafatlaşaraq evdən çıxıb işə gedirlər.onların bu söhbətinə mətbəxdə olan Cahangir ilə Zümrüd gülürlər.
******************************
Banka yenicə çatmışdılar ki Rəşad onların otağına girir-salam qızlar necəsiniz?
-Yaxşıyıq Rəşad siz necəsiniz?Nəzrin Səbinədən əvvəl dillənir
Səbinə çoxda fikir verməyib kağızlar ilə məşğul göstərirdi özünü.Dodaq ucu Rəşada baxıb gülümsəyib fikrini kağızlara yönəldir..Rəşad Nəzrin ilə danışsa da gözləri Səbinədə idi.Biraz söhbət edib qızların otağından çıxırdı ki Cahangir görür.Əsəb ilə başını yelləyib otağına gedir.
-Səbinə sən niyə söhbətə qoşulmadın?Rəşadın gözü səndə qalmışdı.
-nə bilim Nəziş.Dünən işdən çıxanda qapıda onunla söhbət edirdik ki,Cahangir gəldi yanımıza.Diyəsən səhv anladı bizim deyib gülməyimizi.Əsəbi idi.Ona görədə Rəşadla söhbət etməməyə çalışıram.
-ay qız dəli olma.Cahangir səni yeni tanımırki elə düşünə?Söhbət edirdilər ki Səlimə otağa gəlir.Ümumilikdə salam veirb Nəzrinin yanına gedir-necəsən Nəzrin?Səbinə dedi xəstələnmisən
-yaxşıyam Səlimə xanım indi.
-Nəzrin mənə xanım yox Səlimə desən kifayətdi..
-yaxşı Səlimə xanım.ay çaşdım..yaxşı Səlimə..
-bax indi oldu.Nəsə kömək lazım olsa burdayam.Səbinəyə nəzər yetirib nazlı yerişi ilə otaqdan çıxır..
-Nəziş yaxşı ki Cahangir qardaşındı yoxsa dözülməz olardı bizim üçün bu nazlı ağac-deyib gülür
-ay Səbiş halaldıda sənə hər kəsə bir ləqəb tapırsan.
-Görmürsən yeni il ağacı kimi hər gün bəzəkli olur.Bir dəfə də onu az makyajsız görmək istərdim.Cahangir yaşadı gəlininiz gözəldi .
-Az danış Səbiş.Cahangir heç vaxt almaz onu.Qardaşımı yaxşı tanıyıram.
**********************************
Vaxt öz axarı ilə keçirdi.Bir neçə kağızı kserekopya etdirmək üçün aşağıdakı otağa düşür Səbinə..Kağızların nüsxələrini çıxarıb otağına qalxanda Rəşad ilə qarşılaşır.Onun gözündən yayınıb aradan çıxmaq istəsədə alınmır..Rəşad şirin dilinə salıb söhbət etməyə başlayır onun ilə.Nəzrində otağından onları görürdü.Səbinənin qaçmaq cəhdi baş tutmadığından ilişib qalmışdı.Nəzrin onun halına gülürdüki Cahangirin digər tərəfdən gəldiyini görür.Rəşad Səbinəni güldürməyi bacarmışdı.Cahangir onları belə görüb əsəblə yanlarına gedir.Nəzrin kənardan onları seyr edirdi.Otaqlarının divarları şüşədən olması rahat görməyə imkan yaradırdı..Səbinə onun sərt baxışlarını görən kimi gülüşü itir dodağında.Rəşad bunu anlayıb arxaya dönəndə Cahangirin gəldiyini görür.
-yaxşı mən getdim hələlik-Rəşadın sağol belə deməyini gözləməyib öz otağına keçir.Rəşad da heç nə deməyib aşağı düşür..Cahangirdə əsəb ilə qızların otağının qarşısından keçib gedir..Nəzrin qardaşının belə olmasını anlaya bilməsədə qəribinə gəlir..Səbinə yerinə keçib dərin nəfəs alıb rahatlayır-yaxşı qurtardım.
*******************************
Səbinə süfrəyə qoydun hər şeyi?-hə mama..rahat ol hər şey hazırdı.Demişdi ki qapı döyülür.Gülər xanım və Mahir kişi içəri keçir.Onların ardından Nəzrin keçir..Səbinə onu öz otağına aparır
-ay qız bir imkan verəydin hamı ilə salamlaşardım.
-sonra salamlaşarsan.Hə indi necə deyəcəyik Rəsula?-demişdi ki Rəsul qapını döyüb otağa girir
-neynirsiniz qızlar?Sarı cücə dərs necə gedir?-Nəzrinə baxıb gülümsəyir.
-mənə sarı cücə demə demişəm-acıqla sözünü deyib qaşlarını çatır-gərək o biri qaşınıda indi yaram?
-yaxşı yaxşı Nəziş susdum,yaraşığıma xələl gəlməsini istəmirəm.
-Şəbnurla fikrin ciddidi Rəsul?
-aha ciddidi.necə bəyəm?-qolunu bir birinə çarpazlayıb divara söykənir özündən razı gülüşü ilə Nəzrini süzürdü...Bu vaxt Minirə xanım çağırır-gəlirəm –deyib Səbinə otaqdan çıxır...İkisi tək qalır..Nəzrin danışmağa utanaraq otaqdakı kiçik şkafa yaxınlaşıb kitablara baxır...Başını qataraq Səbinənin gəlməsini gözləyirdi..Onun susduğunu görüb yanına gedir Rəsul...Əlinə bir kitab götürüb vərəqləyirdiki Nəzrin içindən bir şəkil tapır..
-buna bax Rəsul..sevinərək şəkili ona göstərir..Rəsul şəkilə baxıb gülümsəyir..-Bizim bağda çəkdirmişdik-deyib Nəzrinin gözlərinə baxırdı..O yaşıl gözlər onu ovsunlayırdı...
-hə-gülür-sən ağaca çıxmışdın Cahangir ilə,bizdə çıxmaq istəyirdik qoymurdunuz..Mama çəkəndə şəklimizi xəbərimiz olmamışdı..Şəkilə baxıb gülərək danışırdı ki Rəsulun ondan gözünü çəkməməsinə itirir özünü...Kitabı yerinə qoyub uzaqlaşır ondan..Rəsul özünə gəlib tez gözlərini ondan çəkir..Düzgün etmədiyini bilirdi,ona nə olduğunu başa düşə bilmirdi..yadına bayaq ki söhbət düşür..Aradan sükutu qaldırmaq üçün sualını yenidən verir.-bayaq nə demək istəyirdin Şəbnur haqqında?demişdi ki Səbinə otağa gəlir....

Müəllif: MiLady Ovod


Şərhlər:
Baxılıb: 1270
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz