Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Əvəzolunmaz (1-ci bölüm)
Əvəzolunmaz (1-ci bölüm)
Göndərən: GünƏşimƏ_AiD_
Şərhlər:
Baxılıb: 1575
Səs ver:
Qəlb ruha deyər ki,Mən sevərəm,aşiq olaram...Amma acıısını nədənsə sən çəkərsən..Ruhda cavab verir:Sən daima Sev....

Off yağışda təmiz islanmış cücəyə döndüm..Mənə lazım idi bu yağışda dərsə getmək?hə lazımdı.Burdanda işə gedəcəm hələ.-deyinə deyinə bloka girib evlərinə çıxır.Müəllif-MiLady Ovod...Qapını döyüb gözləyir-bu arvad hanı?qapını bir neçə dəfə döyüb gözləyir,narahat olmağa başlamışdı ki qapı açılır
-mama hardasan bayaqdan?heykəl oldum qapıda-evə keçib ayaqqabılarını çıxarır
-bu nə haldı düşmüsən,çətirin yox idiki?Minirə xanım sözünü deyib tez mətbəxə keçir.Səbinədə onun ardı ilə
-bu yağışa çətir dözər səncə?hər yer palçıqdı,su gölməçəsidi..-qazanın ağzını açıb yeməyin isti buxarını içinə çəkir-ımmm nə gözəl ətri var,acından ölürəm.mama tez yeməyimi çək üzərimi rahatlayım gəlirəm.Müəllif-MiLady Ovod..Hələ banka getməliyəm.Nəzrindən xəbərin yoxdu?-öz otağına gedərək danışır
-Ay qız bir nəfəs al.Qız tutuquşudu eləbil..Gülər ilə danışdım deyir 2 gün çətin yerindən qalxar Nəzrin.halı çox pisdi.

Səbinə 21 yaşında,1,65 boyunda uzun qara dalğalı saçları olan şirin bir qızdı.Gözlərinin zil qara olması dərisinin rənginə yaraşırdı..İqtisadiyyat üzrə təhsil alaraq 4-cü kursda oxuyur.Praktika üçün xüsusi bankların birində çalışır rəfiqəsi Nəzrin ilə.Səhərlər dəsrlərinə gedib sonrada işə gedirdilər.Müəllif-MiLady Ovod..Atası Adil orta boy toppuş kişidi.Anası Minirə xanım oxumuş olsa da evləndikdən sonra başı uşaqlarını böyütməyə qarışdığından işləməmişdir..Səbinəgil ailədə 1 bacı 1 qardaşdılar.Rəsul 27 yaşında,hərbi də çalışırdi.Təyinatlı olduğuna görə çox vaxt evdə olmasada nəzarəti həmişə bacısının üstündə idi.Rəsul da Səbinə kimi şən deyib gülən oğlan idi. Səbinəyə qarşı həmişə qayğıkeş olmuşdu.Ailədə hamı Səbinəni bir başqa sevirdi.Eləcə də Rəsul.
Nazrin-Səbinənin uşaqlıq rəfiqəsi idi.Üzbəüz olan binalarda yaşayırdılar.Hətta onların balkonları belə bir birlərinə bərabər idi.Hər iki rəfiqə 3-cü mərtəbədə yaşayırdılar.Səbinəyə nisbətən Nəzrin sakit təbiətli biri idi. çəmən rəngi kimi yaşıl gözləri vardı..2 bacı 1 qardaş idilər..Böyükləri Cahangir ondan 4 yaş kiçik bacısı Zümrüd,evin kiçiyi isə Nəzrin idi.
*********************************
Mama mən indi gedirəm Nəzrinin yanına ordan banka gedəcəm-paltosunu geyinib qapıdan çıxır.Blokdan çıxıb qarşıdakı binaya girir.Qapını döyüb gözləyir.Zümrüd acır qapını
-xoş gəldin Səbiş gəl
-xoş gördük Zümrüd,necədi Nəzrin?bu qızda harda soyuq var canına maqnit kimi yığır.Gərək isti ölkədə yaşaya o,yoxsa xəstəlik can qoymayacaq onda-dil qəfəsə qoymayıb danışa danışa içəri keçir.Müəllif-MiLady Ovod.Zümrüd onun bu halına gülərək Nəzrinin otağına gedirlər.Səbinə onu görən kimi pis olur.Yanında oturub qucaqlamaq istəyəndə Nəzrin qoymur-yaxın gəlmə!sənədə keçər qripim.
-ay qız mən sənin kimi deyiləm dəmirdəndi bədənim-deyib onu qucaqlayıb gülür.
-paah dəmirdən olan bədənə baxın bapbalacadı
-Nəzrin xanım böyük bədənləridə görürük.Canlı bir örnəyidə qarşımda-gözü ilə Nəzrini işarə edib Zümrüdlə gülürlər..Nəzrin kök olmasa da dolu bir qız idi.Özünədə bunu kompleks eləmişdi.-sənin acığına maniken kimi bir qız olum,səndə gör
-ay qız dəli olma mən manikenidə keçirəm incəlikdə nə xeyri varki.dəli dəli danışma.Belə görürəmki səndən xeyir yoxdu bu gün..Müəllif-MiLady Ovod ..Səlimənin nazını tək çəkəcəm desənə
-suss yavaş Cahangir mətbəxdədi.Eşidər ..Qədrimi bil ee. Qal tək orda
-dayan sənə qədir ağacı əkəcəm.bunu bayaqdan deyə bilmirdin?mən qaçdım.Gecikməyim banka..Ayağa qalxıb Nəzrin ilə görüşür
-gözlə Cahangir aparsın.O,da indi gedər.
-yox yox özüm gedərəm..Tez ayaqqabılarını geyinib qaçarcasına evdən çıxır..Cahangir ilə Səbinənin arası yox idi.Cahangir Rəsul ilə bir oxumuşdu orta məktəbi.Yaxın dost idilər..O görünüşünə görə pis deyildi.Uca boy və biraz dolu idi..Danışanda,güləndə yanağı batardı.Bu da onu şirin göstərirdi.Cahangir ağır təbiətli olduğundan çox danışmağı sevməzdi.Bəzi vaxtlar əhvalı kök olanda zarafatlar edərdi ailəsi ilə o da bəzən.Bir sözlə keçmiş kişilər kimi idi.Qadınlarla məsafəli davranardı.Müəllif-MiLady Ovod..Nə kobudluq edər nə də üz verərdi.Onun düşüncəsinə görə kişinin bir qadını olar və ondan başqasına baxmaz.Bəli göz yaranıb baxmağa amma bu o demək deyilki sənin olmayan qadınlara baxıb tamah salasan.Elə bu xasiyyətinə görə qadınlar tərəfindən çox bəyənilirdi.Amma onun qəlbinin bir sahibəsi vardı....
**************************************
Səbinə tələsik blokdan çıxıb dayanacağa yollanır.Həmişə mindiyi avtobusa minib banka gedir.Avtobus çox dolu olmadığından yer tapıb oturur.Başını pəncərəyə dayayıb ətrafı seyr edir..Yağışda əl-ələ gəzən cütlüklərə baxıb fikrə gedir.Fikirləşdikcə gah qaşlarını çatır gahda gülümsəyirdi.Beləcə gəlib çatmışdı banka.Qapıdan yenicə girmişdiki Səlimə nazlı yerişi və əlindəki qovluqlar ilə Səbinənin qarşısını kəsir.
-Nəzrin hanı?
-sizədə salam.Xəstədi,yəqin 2 gün gələ bilməyəcək..Səbinənin ilk sözünə fikir vermədən qovluqları ona verir-al bunları apar otağında nəzərdən keçir.Bilmədiklərində gəl yanıma..-deyib bütün banka yayılan ayaqqabılarının səsi ilə arxasını dönüb gedir.Səlimə 24 yaşında baxımlı,gözəl,çoxlarının xəyalı olan biri idi.Müəllif-MiLady Ovod..Xasiyyəti də pis deyildi,sadəcə Səbinə ilə tutmurdu ulduzları..Səlimə Cahangiri sevirdi.Nəzrində Səbinədə bunu hiss eləmişdilər.Cahangir qızların yanında olanda Səlimə qızlar ilə xoş rəftar etsə də.O,olmayanda soyuq danışırdı.Əsasda Səbinə ilə..
Sənədləri qucağında sıxıb dişlərini qıcayaraq öz otağına gedir.Otaqların divar hissələrinin bəziləri şüşədən olduğundan ətrafdan görünürdü.Cahangirdə gəlib banka çatmışdı.Nəzrin ilə Səbinənidə o düzəltmişdi öz yanına.Gözünün önündə olsunlar deyə.Cahangirin vəzifəsi böyük idi.təhsilini bitirib,əsgərlikdən gəldikdən sonra burda çalışmağa başlamışdı.Hamınında hörmətini qazana bilmişdi ağır başlılığı ilə.Banka yeni müdür təyin olunacaqdı.Ona kimi isə bir müddətlik Cahangirə tapşırılmışdı idarə etmək.Onu müdür etmək istəyirdilər bu filiala.
Öz otağına gedən yol Səbinəgilin otağının qarşısından keçirdi.Otağa baxanda üzündə zərif gülümsəmə yarandı.Müəllif-MiLady Ovod Səbinənin fikri sənəd də olduğu üçün açıq saçlarını əlindəki qələmi ilə gözləri sənəd də olaraq yuxardan yığıb bezgin halda yanaqlarını şişirmişdi.Görünür kağızdakı rəqəmlər onu çaşdırmışdı.Cahangir onun bu halına gülümsəyib otağına gedir.Heç Səbinə onun gəldiyini bilə bilmir.
Off nə qədər rəqəm görmək olar.Dərsdə az görürdüm axı bunlardan-bezgin halda qaşlarını çatıb yerindən durur.Səliməninyanına getmək istəməsədə gedir.Cahangirində yanına gedə bilərdi amma istəmir.O,qardaşı kimi gülərüz deyildi ya da ona elə gəlirdi.həmişə ciddi görünürdü.nadir hallarda onun gülümsədiyini görmüşdü Səbinə.Çalışırdı ki Cahangirin gözünə görünməsin..Soyuqluğuna və zəhmli görünüşünə görə bəzən ondan çəkinirdidə.
Səlimənin yanına gəlib bilmədiyi yerləri ondan öyrənir.Səlimədə ona vecsizcə cavablar verərək başından etmək istəyirdi.Cahangir bir şey soruşmaq üçün Səlimənin otağına gəlirdi ki qapıdan çöldə dayanıb şüşədən onları seyr edir.Səbinənin ona acıqlı baxışları,Səlimənin isə vecsiz ona nə isə izah etməsini görüb otağa girir.Qapının açılmasına Səlimə ayağa qalxır Səbinə isə yarı əyilmiş halda olduğundan yerində düz dayanır.. .
-Buyurun nə isə lazım idi?-Səlimə gülümsəyərək soruşur.
-bəli Səlimə xanım.bu kağızlarda səhvlik var yenidən baxın-deyib kağızları onun masasına qoyur.Müəllif-MiLady Ovod..Üzünü Səbinəyə çevirib-Səbinə nə isə başa düşməsən mənə də müraciət edə bilərsən !
-yox mən başa salırdım elə onu Cahangir bəy-Səlimə əlini Səbinənin kürəyinə qoyub gülümsəyir.Səbinə onun belə ikiüzlülüyünə acıqlanaraq qaşlarını çatsada özünü yığışdırıb Cahangirə baxır-yox Cahangir ay çaşdım üzr istəyirəm yox Cahangir bəy "sağ olsun Səlimə xanım çox gözəl izah edir bilmədiklərimi”son sözlərini biraz vurğu ilə deyib gülümsəyir.Cahangir heç bir söz deməyib otaqdan çıxır.Öz otağına keçib başını sağa sola yelləyib yerində əyləşir.
Səbinə bu günlük işlərini yekunlaşdırmışdı.Saat 6-nı göstərirdi otağından yeni çıxmışdı ki evə getsin Rəşad ilə rastlaşır..Müəllif-MiLady Ovod.Rəşad da bu bankda çalışırdı.Mavi gözləri və sarışınlığı ilə modellərə bənzəyirdi.Bir baxan birdə baxmaq istəyərdi.Rəşad yaxınlaşıb Səbinə ilə hal əhval tutub deyib gülürdüki Cahangir onlara yaxınlaşır
-Səbinə gecə qalma get !...Sərt baxışlar ilə Rəşada sonrada Səbinəyə baxıb danışır..Cahangirin səs tonundan qorxub Rəşada –sagol –deyib heç onun cavabını gözləmədən yanlarından ayrılıb gedir.Səbinə mühavizəkar ailədə böyümüşdü eləcədə Nəzrin.Qardaşının tənbehlərinə həmişə qulaq asan idi qızlar.Universitetdə belə tək oğlanla bir yerdə durub nə söhbət edərdilər,nə də eyni yerdə qalardılar.Səbinə ərköyün böyüsədə,universitetin sevimlisi olsa da oğlanlar ilə məsafəli davranardı yeri gəldiyində..Müəllif-MiLady Ovod..Rəsul bacısına inanırdı onun səhv heç bir hərəkət etməyəcəyinə əmin idi.Amma yenə də Səbinə həmişə hərəkətlərinə diqqət edən biri idi.İndidə Cahangirin onları belə görməsinə pis olmuşdu.Öz özünü danlayaraq evə gəlib çatır.Qapıdan yeni girmişdi ki əsgər papağı və ayaqqabılarını görüb-qaqaaaaş-deyə qışqırıb qonaq otağına qaçır.Rəsul da onun səsinə gəldiyini anlayıb gülərək ayağa qalxır-aha bizim cücə gəldi
-ey mən cücə deyiləm..qaşlarını çatıb qardaşını qucaqlayır
-yaxşı yaxşı cücə deyilsən,böyümüş cücəsən-Səbinəni qucaqlayıb gülür.Atası və anası da onların didişməsinə gülürlər.-boğuldum.evlənməmiş ölmək istəmirəm cücə..Səbinə ondan ayrılıb-eeee...səndə evlənəsən bəlkə?qartıyıb başımıza qalacaqsan-dil çıxarıb atasının yanında divanda oturur..Müəllif-MiLady Ovod.Adil bəydə ona qoşulur-bax düz deyir qızım..Gəl evlən bizdə nəvə üzü görək..Rəsul atasının sözündən utanıb qızarır.Səbinə bunu görüb –hə,hə evləndirək məndə baldızlıq edim.
-mən heç qoyaram ki sən ona baldızlıq edəsən?gəlinimə heç kim söz deyə bilməz-Minirə xanım yarı ciddi yarı zarafat sözünü deyib gülümsəyir
-ya da evlənmə qaqaş,,istəmirəm...Anamı ona vermək fikrim yoxdu-gəlib mamasını qucaqlayıb qucağında oturur
-belə həvəsli olduğunuzu bilsəydim çoxdan evlənərdim.Dahasizsiniz xətrinizə dəyməyəcəm ki,qız axtarıb taparam.
-oo qaqaş sən belə deməzdin.Düzünü de fikrində bir qız var hə?
-yox heç nə yoxdu fikrimdə-Rəsul gülüb öz otağına keçir.Səbinə də onun ardı ilə gedir-məndən qaçmaz kimdi o qız?
-hansı qız?-Rəsul bic bic gülüb ona baxır
-ee de də qaqa-mısmırığını sallayıb durur-yaxşı..Şəbnur
-hansı Şəbnur?-bu ad tək qonşularının qızı vardı.Elə ilk ağlınada o gəlir-qonşumuz Sürəyya xalanın qızı?
-hə..Nədi bəyənmədin?..Səbinənin üzünün dəyişməsinə gülsədə bildirməyib arxasını ona dönür
-yox bəyənmədim..
-niyə?
-niyəsi yoxdu.bəyənmirəm onu.
-mən amma bəyənirəm,çox gözəl və tərbiyəli qızdı.
-bir o tərbiyəlidi birdə....-dodağının altında mızıldanır-nəsə dedin cücə?-yox ..Acıqla onun otağından çıxıb öz otağına gedir.Yatağına oturub əsəbl ilə Nəzrini yığır
-alo
-Nəziş təcili danışmalıyıq
-sənədə salam.nə haqqda?
-Rəsul gəlib,qonşumuz Şəbnuru bəyəndiyini dedi.Mən amma bəyənmirəm.O,qızın üzündən biclik yağır.Yadındadı keçən dəfə onu oğlan ilə görmüşdük.Mənə elə gəlirki o göründüyü kimi biri deyil
-heey..nəfəs al bir dayan.
-Necə dayanıme?görmürsən Rəsulun xoşuna gəlib o qız
-Mənim artıq bir fikrim var.Sabah bizə gəl danışarıq indi rahat deyiləm halsızam.
-caan unutdume xəstə olduğunu,tez sağalda ay qız.sənsiz heç olmur.Hələ Səliməni yola vermək heç olmur
-yaxşı yaxşı bu gecənidə yola verə bilsəm sabah uniyə getməsəmdə sənin ilə banka gedərik
-oleey ela olar.öpdüm gözəlim.Sabah sizdəyəm, -deyib gülür..Hər gecə bir sabaha açılır..O sabahlarda bizi nələrin gözlədiyini bilmirik..

Müəllif: MiLady Ovod


Şərhlər:
Baxılıb: 1575
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz