Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bir arzu tut (11-ci bölüm)
Bir arzu tut (11-ci bölüm)
Göndərən: NoName
Şərhlər: 9
Baxılıb: 566
Səs ver:
Alekslə Castin ümid dolu gözlərinə bir az da sevinc qataraq bir birlərinə baxdı.

- Yəni.. ümid edirəm.. ( xanım Ameliya bir çox səhifəsi su dəydikdən sonra bir birinə qarışmış mürəkkəb izləri ilə dolu olan kitab səhifələrinə baxaraq dedi)
Dəqiqələr bir birini qovdu. Səmaya gələn bulud, kəsilən quş səsləri, pəncərənin qırağında yellənməyə başlayan hörümçək toru havanın dəyişdiyindən xəbər verirdi.. Sanki hansısa şər qüvvə yaxınlaşırdı. Xanım Ameliya vərəqlərin sağlam yerlərinə baxarkən dodaqaltı , anlaşılmaz dildə nələrsə mırıldandıqca Alekslə Castin arasındaki səssizlik bir o qədər ürpərdici hal alırdı. Aleks arada bir nə isə soruşmaq istəsə də nənəsinin üzündəki heç vaxt görmədiyi ciddilik onu bu fikrindən döndərirdi. Xanım Ameliya bir müddət gözü yumulu dayandıqdan sonra qəflətən gözünü açarkən diqqətlə onun üzünə zilləyən Alekslə Castin ikisi də sıçradı.

- Nə..Nə oldu?

- Bir şey sınaya bilərik, amma gecə çıxmalıyıq. Meşənin dərinliklərinə doğru enib yalnız gecə keçdikdən sonra açan Lanna gülünün ləcəklərini toplamalı və gün çıxxmadan evə qayıdıb dərmanı düzəltməliyik.

- Nənəcan sən bunun işə yarayacağına əminsən? yəni bu biraz.. necə deyil..

- Dəli olduğumu düşünürsən? ( Nənəsi Aleksin sözündən sonra hirslə kitabı qatladı)

- Yox,yox, nənəcan,əlbəttəki yox..

- Elə isə az danış, axşam yola düşməliyik, vaxta az qalıb, ona qədər isə get çöldəki odunları qır. Bir işə yara. Cəld!

- Oldu! Oldu, baş üstə, təki əsəbləşmə.

Castin də Aleksə yardım etmək üçün ayağa qalxanda xanım Ameliya onun qolundan tutub " o tək də bacarar " deyərək gözü ilə oturmasını işarə etdi. Castin zoraki gülümsəməsi ilə təsdiqləyib oturacağına təkrar əyləşdi. Aleks sobanın yanındaki sapı laxlayan baltanı götürüb qapıdan çıxarkən son dəfə geri çevrilib "hər şey yaxşı olacaq" deyirmiş kimi Castinə baxaraq göz vurdu. Castin xanım Ameliyanın bütün hərəkətlərinə diqqətlə baxır, növbəti addımının nə olacağını təxmin etməyə çalışırdı. Axşamtərəfi, yəni evdən çıxmadan yarım saat əvvəl xanım Ameliya yarısından çoxu kiflənmiş çörəyin kənarından bir parça kəsib yedi, bir hissəsini isə uzun, qara ətəyinin cibinə atdı. Castin təəccüblə onun çörəyi necə yediyini və digər yarısını niyə götürdüyünü anlamağa çalışdı.

- Özünü necə hiss edirsən?

Castin gözləmədiyi sual qarşısında diksindi.

- Yaxşı, təşəkkürlər..

- Ümumi olaraq soruşuram, yəni çevrildiyindən bəri..

- Çevrildikdən? ( Castinə qəribə gəldi) Bi..bilmirəm.. Yəni, əlbəttə ki, pis hiss edirəm.

- Nə üçün ?

- Necə yəni nə üçün? Qadın olmaq çox çətindir! Bu.. necə deyib aslanlar arasında düşən ceyran balası olmaq kimidir. Hər an hücuma məruz qalacaqmışam kimi hiss edirəm.. Yəni..bütün kişilər olmasa da, əksəriyyəti aslan mövqesindədir.

- Bəs yaxşı tərəfləri?

- Anlamıram..

- Sənin sözlərindən elə çıxır ki, qadın olmaq ancaq lənətdir..

- Y..yox, sadəcə kişi kimi doğulduqdan sonra qadına çevrilmək vəziyyəti biraz dəyişir. Yəni hər zaman qadın ol..yəni..qadın kimi doğulanda həyatın boyu vərdiş edirsən hər şeyə amma birdən birə belə bir şey..

- Bu mənim sualıma cavab deyildi

- O zaman cavabını siz deyin.. Sizcə qadın olmağın ən yaxşı tərəfi nədir?

- Əlbəttə..məsələn..

Xanım Ameliya sözə başlayan zaman Aleks təşvişlə qapıdan içəri gizdi mobil telefonunu qulağından çəkərək.. Castin özündən asılı olmadan ayağa qalxdı və ona tərəf addımladı.

- Nə baş verib?

Aleksin rəngi qaçmışdı. O , yalnız bir neçə saniyədən sonra Castinə cavab verə bildi.

- Dü..dünən..Toy bitənə yaxın otaqlardan birində Deminin qardaşı Ceykobun cəsədi tapılıb..

Müəllif: Məsudə Cabbar


Şərhlər: 9
Baxılıb: 566
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Anuka
Ele bilirdim o oglan olecey.Heyatda bele vewiler olmesede hec olmasa hekayede olsun)))
9 iyun 2015 09:53
# 9
Ey insan, həddini bil. Unutma ki, bir hədd yoxdursa heç bir hədd yoxdur.
vipbetul
qeseng oldu
6 iyun 2015 15:31
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Catwoman666
deyesen castn ceykobu oldurub. amma namus ustunde oldurubse hebsxanaya girmeye de biler
6 iyun 2015 14:52
# 7
"All men must die, but we are not men"

Daenerys Targaryen
ALESSANDRA
yazıq castini yeqin türmeye salacaqlar...mehkeme isleri falan..dehşet

5 bölümdən sora finaldı heyacanlanıyorumm)
6 iyun 2015 14:20
# 6
Don't trust anyone ∆
teri meri
uyda aləm dəyəcək bir-birinə
6 iyun 2015 13:44
# 5
Şüşə kimi olacaqsan həyatda səni qıranı kəsəcəksən
Baharim ol
Isler aqrisir.Olan castine olub.
6 iyun 2015 10:57
# 4
Ama yenede
Mrs. Perfect
Iwler get gede cetinlewir gorey nece olur
6 iyun 2015 10:35
# 3
Men Isteyiremse Olmalidir, Olacaq. Belke Cetin Olacaq Ama Olacaq . . !
BARBI
oofff bu castinin oldurduyu oglan deyil.indi ne olacaq goresen
6 iyun 2015 10:19
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Dosta_inam
çox maraqlidir gören geri dönecekler,ya axşam meşeye gedecekler,iş nes getirende xaşil diş sindirar,castinin bexti getirmir hele.
6 iyun 2015 09:53
# 1
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz