Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bir arzu tut (6-cı bölüm)
Bir arzu tut (6-cı bölüm)
Göndərən: NoName
Şərhlər: 8
Baxılıb: 663
Səs ver:
..bu yer..evdən uzaqda , balaca bir göl kənarında bitən bu tək ağacın altı.. Castinin hər kədərli , sevincli anlarını onunla bölüşən həmin yer .. azca sıyırılmış dizlərini qucaqlayıb oturmuşdu düz altında . İrəli geri..irəli geri.. Bu necə hiss idi belə ? Bu necə tərifsiz çarəsizlik idi? Tək günah isə qadın olmaq idi. Qadınsı bir vücuda sahib olmaq.. incə ayaqlar, nazik bel , qabarıq sinə..vəssalam! Bu bir neçə amil bəs edirmiş ki , kişi deyə yaradılmış məxluq adətən bir vəhşiyə , qatı bir cahilə , qorxunc bir yaratığa çevrilsin bu idi mi , qadın olmaq ? Bundan ibarət idimi həyat? Bütün gün özünü qorumalısan , hər an zərər gələ bilər , hər an öldürülə bilərsən hətta ölümdən betər işgəncələr görə bilərsən..İlahi , bu necə böyük haqsızlıqdır! Heç vaxt üzünü görmədiyin , bir zərərin dəyməyən insan sırf bədəninə görə səni incidir , yolundan saxlayır , gücsüzlüyündən istifadə edir və işini həll edib bir oyuncaq kimi kənara tullayır.. yox , yox , hətta oyuncağın belə bəzən illərlə xatirəsi , şirin bir hörməti qalır.. qadın isə bu insanlar üçün oyuncaq qədər qiymətli deyildi.. onun gözləri necə aclıq və vəhşiliklə parıldayırdı.. kaş !! Kaş əvvəlki gücüm olardı , onu elə oradaca öz üsulu ilə cəzalandırardım.. belə incə , gücsüz qollardırmı onlara öz kişilik güclərini hiss etmələri üçün lazım olan səbəb? Bu nə qədər ədalətlidir? Castin inana bilmirdi..sadəcə inanmaq istəmirdi..qadın olmaq bu qədərmi çətindir ? Ömür boyu müdafiə vəziyyətində , heç kimə tam güvənmədən yaşamaq..
- Castin?
Aleksin səsini eşidən kimi sıçradı.
- Sən yaxşısan? Bayaqdan səni axtarıram..
Castin irəli gedib qəflətən Aleksin burnunun üzərinə var qüvvəsi ilə yumruq ilişdirdi. Aleks burnunu tutub qışqıran zaman Castin əlinin nə qədər ağrıdığını hiss etdi amma içi hələ də soyumamışdı
- Səni görüm lənətə gələsən!! Harada qaldın axı? Orada səni nə qədər gözlədim. Vaxtında gəlsəydin əgər bütün bunlar yaşanmayacaqdı!
- Nə olub axı? Dizlərin..paltarın..İlahi ! Castin nə baş verib?
- Məni tez apar buradan. Neçə saat olduğu vecimə deyil. Nənənin yaşadığı evə gedirik , dərhal!
- bəlkə əvvəl xəstəxanaya..?
- Aleks!
- Ok , ok..sakitləş. gəl gedək. Burada olacağını təxmin etmişdim deyə maşınla gəlmişdim. Uşaqlıqdan bəri nə vaxt bir fəlakət baş versə və sən ortadan itsən səni burada tapmaq olardı..
- çox danışma !! Gedək ! Yoxsa qatilin olacağam!
Avtomobil dar yollara işıq sala sala irəliləyirdi..Castin və Aleks tək kəmilə danışmadan yola baxır, radioda səslənən mahnını dinləyirdilər. Aleks arada bir pəncərədən çölə baxan Castinə nəzər yetirir, bu axşam nə baş verdiyini tam olaraq bilməsə də yaxşı şeylər olmadığını və Castinin incindiyini hiss etdiyi üçün özünü günahkar sayırdı.

Müəllif: Məsudə Cabbar


Şərhlər: 8
Baxılıb: 663
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Anuka
Her bir iyrencliyi yawadanin onunde bele bir wey cixsaydi yaxwi olardi.Yawatdiginu yawayib belke insan olardilar.
9 iyun 2015 09:35
# 8
Ey insan, həddini bil. Unutma ki, bir hədd yoxdursa heç bir hədd yoxdur.
neri
kas kisilerin hamsi bir iki gunluyune qadun olaydilar
1 iyun 2015 17:23
# 7
Sert
Catwoman666
yazigin basina oyun aciblar) indi qadinlari daha yaxsi basa dusur

yazigin basina oyun aciblar) indi qadinlari daha yaxsi basa dusur
1 iyun 2015 17:09
# 6
"All men must die, but we are not men"

Daenerys Targaryen
vipbetul
gerek kisileri iki hisseye bolerek bir gunluyede qadin edesenki sonrada o acgoz kishilerin qarshisina atasan bu zaman qadinlarin deyerini neler hiss etdiklerini anliyarlar bax o zaman berkem o acgozcesine zillenmish gozlerinden anormalni fikirlerinden el cekerler

gerek kisileri iki hisseye bolerek bir gunluyede qadin edesenki sonrada o acgoz kishilerin qarshisina atasan bu zaman qadinlarin deyerini neler hiss etdiklerini anliyarlar bax o zaman berkem o acgozcesine zillenmish gozlerinden anormalni fikirlerinden el cekerler
1 iyun 2015 16:16
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ALESSANDRA
yaxxsıki castin qadın olub və bizi anlayıb)çox maraqlı hekayədi maraqla oxuyuram hər gün))
1 iyun 2015 15:57
# 4
Don't trust anyone ∆
Mrs. Perfect
Castinin qadin haqqinda duwunceleri cox duzgun ve menalidi. Gerek hami bilsinki nece cetin birweydir namusu qorumaq, oznu qorumaq..
1 iyun 2015 12:01
# 3
Men Isteyiremse Olmalidir, Olacaq. Belke Cetin Olacaq Ama Olacaq . . !
Dosta_inam
Bes nece bu kişiler ele bilir asandi qadin olmaq,indi kişilere nifret edersen,belke evveller etdiyin emeller üçüm peşiman da olarsan.
1 iyun 2015 11:55
# 2
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Baharim ol
BU hekayeni kisilerde oxusa yaxsi olar.
1 iyun 2015 11:23
# 1
Ama yenede
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz