Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bir arzu tut (3-cü bölüm)
Bir arzu tut (3-cü bölüm)
Göndərən: NoName
Şərhlər: 10
Baxılıb: 843
Səs ver:
..başına qoyduğu papağı, əyninə bol gələn şalvarı və gen köynəyi ilə Castin illərdir əzbər tanıdığı insanların baxışının bu gün necə fərqli olduğunu yavaş yavaş hiss edirdi. Eyni paltarları kişi halı ilə geyindiyi zaman insanların necə vecsiz halda yanından keçdiklərini xatırladıqca, indi həmin insanların, hətta ən vicdanlı, ailə başcısı zənn etdiyi kişilərin belə dodaqlarını yalayıb fit çaldıqlarını, söz atdıqlarını görəndə Castin, əvvəlki həyatında yanından keçərkən diqqətlə baxdığı, bəzən pıçıltılı sözləri ilə narahat etdiyi bütün qadınları xatırlayıb utandı. İlahi! Sahib olduğun bədənin digər insanların göz həbsxanasında olması, heç keçməyən qorxu və narahatlıq hissi, hər dəqiqə bir təhlükə gələcəkmiş kimi özünü qorumağa çalışmaq necə ağır və yorucu imiş! Üstəlik, hələ ,ən az cəlb edən bu üstdən tökülən paltarlar içində.. Castin hər zaman yumurta və şokolad aldığı 70 - 72 yaşlarındaki Mark dayının mağazasının önündən keçərkən hətta onun belə Castinin sahib olduğu vücudu necə başdan ayağa süzdüyünü görəndə heyrətini gizləyə bilmədi. Sonra addımını biraz yavaşladıb düşündü "niyə təəccüblənirsən ki, axmaq? Hətta atan belə..Zibil, zibil !!!!!!" Bu lənətdən necə qurtulacağam ilahi, nə vaxt bitəcək bu kabus! Saat 12: 58 i göstərərkən Castin nigahın qıyılacağı kilsənin uzun, dəmir qapıları önündə dayandı. Hələ heç kəs yox idi. Böyük ehtimalla onu bu haalda içəri ya buraxmayacaqdılar, ya da sözlərinə etimad etməyəcəkdilər. "Paltar..Paltar almaq lazımdır!"
"Şarm" mağazasından çıxarkən Castin yeni aldığı paltarına heç uymayan yastı daban ayaqqabılarında gəzərkən dostlarına nə deyəcəyini, özünü necə inandıracağını düşündü. Mağazanın bir az solunda qoyulmuş skamyada oturub fikirlərində var gəl edərkən avtomobilini yolun ortasında saxlayan sürücünün əslində onun havada uçuşan ətəyindən görünən qılçalarına baxdığının fərqinə vardı.
- Hah! Tanrım, niyə kişiləri bu qədər meymun iştahlı yaratmısan?!
- Hey, gözəllik, gedəcəyin yerə qədər aparım?
Castin gözləri fal daşı kimi açılan bu insanlıqdan kənar məxluqun sulanan ağzını gördükcə ağlında bu günə qədər öyrəndiyi hansı söyüşün tam olaraq vəziyyətə uyğun olacağını düşündü. Tam ağzını açıb ürəyini boşaltmaq istəyərkən kilsənin önündə dayanan üç dörd maşın diqqətini yayındırdı. Tez ayağa qalxıb yolu keçməyə hazırlaşarkən başını avtomobilin şüşəsindən çıxarıb Castinin arxasınca boylanan sürücüyə orta barmağı ilə əlvida deməyi unutmadı.
Demi , narazı şəkildə əlini Benjaminə uzatdı. Hər halından bəlli idi ki, gecikmə mövzusu və dünən axşamdan bəri xəbər ala bilməmək onun heç xoşuna gəlməmişdi. Cazibədarlığı və ürkək, çəkingən hərətəkləri ilə Aleksin diqqətini çəkən Castin , yəni, yeni vücudu ilə Jasmin bir an əvvəl öz dərdinə çarə tapmaq üçün yollar fikirləşirdi. "Voooouuu" səsləri ilə bəylə gəlin kilsə qapılarından içəri daxil oldu. Jasmin himcimlə Aleksi səsləməyə çalışsa da Aleks Benjaminin düz yanınca irəliləyərək axına qarışdı.

Müəllif: Məsudə Cabbar


Şərhlər: 10
Baxılıb: 843
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
canik
Kaw qizlara soz atanlarda bir gunluk qiz ola gore neler cekirik
28 avqust 2015 02:14
# 10
Anuka
Ne yaxwi olardi onun bunun.qiz qafinina goz qoyan kiwi qadin olub onun elediklerin ona etseler belke onda nese kiwilerde duzluy olsun,)))
7 iyun 2015 17:47
# 9
Ey insan, həddini bil. Unutma ki, bir hədd yoxdursa heç bir hədd yoxdur.
ALESSANDRA
məncə benjamin demiylə evlənməyəcək jasmine yeni castine vurulacaq))) axx kişilər!!! onsuzda amısı belədi peşmansa mini geyinməyinə!
29 may 2015 18:57
# 8
Don't trust anyone ∆
neri
gorun kisiler!qadinlar ne cekir
29 may 2015 18:17
# 7
Sert
vipbetul
maraqli oldu
29 may 2015 15:04
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
aykazayka
JUSTIN menim heyatimdi
29 may 2015 14:20
# 5
Heyatimda sehv buraxan insanlari bagislayacaq qeder boyuyem,Amma tekrar guvenecek qeder axmaq deyilem............:)
Catwoman666
men ele kecen bolumden de anladim ki bu eserin esas ideyasi ve bize oyretmek istredikleri nedir... kisilerin her qadina soz atmamagin lazim oldugu, qadin olmagin cetinlikleri gosterilir. gelen bolum maraqlidi deyesen aleks ya da Robert demisdi ki sen qiz olsan evlenecem senle goresen indi evlenecek?122
29 may 2015 13:56
# 4
"All men must die, but we are not men"

Daenerys Targaryen
teri meri
yazıq etdiklərinin cəzasıdı yəqin
29 may 2015 12:19
# 3
Şüşə kimi olacaqsan həyatda səni qıranı kəsəcəksən
BARBI
Indi castin anladi ki qizlara soz atmaq pis xususiyyetdir belkede tanri onu bu yolla cezalandirdi
29 may 2015 11:14
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Dosta_inam
Yaziq,indi bilersen yolda bir kadina bir kişi söz atanda qadinlar ne çekir,maraqli hekayedir,gören yene oğlan olacaq ya qiz olaraq qalacaq.
29 may 2015 10:37
# 1
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz