Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bir arzu tut (1-ci bölüm)
Bir arzu tut (1-ci bölüm)
Göndərən: NoName
Şərhlər: 13
Baxılıb: 1722
Səs ver:
..( qaranlıq meşənin ay işığı ilə nurlanmış cığırlarından qəhqəhə səsləri eşidilir )
- Bu tərəfdən gəlin, az qalıb!
(Biraz uzaqdan biri səslənir)
- Məni də gözləyiiin
( qəhqəhə yenidən ucalır)
- Benjamin yenə ilişib deyəsən
- Hahahaha, sabahın qorxusundandır, icazə verin əzabını doya doya yaşasın
- Siz də əməlli başlı böyütdünüz söhbəti. Adam evlənir, sürgünə getmir ki!
Castinin bu sözü dostların bir birinə ciddi ciddi baxıb birdən uğunmalarına səbəb oldu. Castin düşünürdü ki, onlar sadəcə çox içiblər. Yoxsa bu sadəlövh oğlan heç vaxt inanmazdı ki, evlilik insanlar üçün bu qədər ağır yük sayılır.
- Niyə gülürsünüz axı? Aleks, Robert, axı sizə nə olub? Benjamin bizim ən yaxın dostumuzdur, başa düşürəm, bu, onun subaylığa vida partisi idi və zarafat etmək sərbəstdir, amma onu bu qədər qorxutmaq da bir şey deyil məncə. Qorxmursunuz ki, birdən sizdən inciyər? Nə də olsa dediyiniz sözlər təkcə ona yox, sevdiyi qıza da aid olur.
- Sizə demirəm ki, məni də gözləyin?! Əclaflar! Hə, nədən danışırsınız?
(Benjamin əlini düymələri açıq qalmış köynəyinin yaxasından salıb sinəsini qaşıyaraq soruşdu)
- Heçnə! Castin hər zamanki duyğu yüklü sözləri ilə bizi dünyadan qoparır..
(Aleks Robertin çiyninə yüngülcə yumruq vurub güldü)
- Ah, əzizim Castin, bunların içində adam olan bir sən varsan. Sən onlara baxma, bizi anlayan deyillər.
Aleks əllərini bir birinə çırparaq fikirləri özünə tərəf çəkdi.
- Yaxşı da, çənəniz qızışdı yenə, saat üçdür, ulduz sürüşməsinə çox az qalıb, tələsin, bu yamacı düz təpəsinə qədər qalxmalıyıq.

Bir birindən tamam fərqli xarakterdə yetişən bu dörd adam aralarında yaranmış qopmayan bağları illər keçdikcə daha da möhkəmlətməyi bacarmışdılar. Yeniyetməlik dövründə bir birlərinə heç vaxt evlənməyəcəkləri barədə söz versələr də bu sözü ilk pozan qrubun hər zaman ağıl və məntiqi ilə seçilən üzvü Benjamin pozmuşdu. O, fikirləşirdi ki, 30 yaş artıq nələrisə götür qoy etmək üçün ideal yaşdır və bütün bir həyatı zarafatyana verilən söz uğruna zibil qutusuna atmaq ağılsızlıqdır. Bir halda ki, o , öz gözəlliyi və ağlı ilə ofsunlayan Demi'yə rast gəlib, o zaman bu sözü pozmağın əsl vaxtıdır.
- Castin, gəl, qorxma, əlimi tut, səni qaldıracağam!

Castinin yüksəklik qorxusunun olması, yamacın maili tərəfilə getdikləri üçün hər an gerçəkləşə biləcək sürüşmə təhlükəsinı artırır, bu da öz növbəsində Castini daha çox qorxudurdu . Nə qədər bildirməyə çalışmasa da, düşüncəli dostu Benjamin Castinin illər əvvəl etdiyi bu etirafını ağlında tutmuşdu.

- Bəylərr! Vəəə möhtəşəm ana bir addım daha yaxınlaşdıq! Ümid edirəm nə diləyəcəyinizi artıq qərarlaşdırmısınız!
Qəsəbədə belə bir inanc var idi ki, hər il cəmi bircə dəfə gecə saat üç tamamda gerçəkləşən böyük və ən parlaq ulduzun sürüşməsi, qəlbinizdə tutduğunuz ən imkansız arzuları belə reallığa çevirə biləcək gücdədir. Hamısı bir birinin yanında sıralanmış şəkildə uzanaraq dərindən nəfəs alıb düz təpədə yerini rahatlamış aya və ətrafında səpələnmiş sayısız ulduza heyranlıqla baxdı. Sərxoşluğun verdiyi xəfif baş dönməsi görüntünü biraz bulanıqlaşdırsa da qarşısında aciz qaldıqları bu möhtəşəm mənzərə , meşənin dərinliklərindən eşidilən müxtəlif böcək səsləri ilə biraz ürküdücü, eyni zamanda tərfisiz bir dinclik yaratmışdı. Benjamin lağ edici səs tonu ilə sükutu pozdu:
- Yəni həqiqətən inanırsınız ki, bu gerçəkdir?
- Hə, hə - Aleks qəti səs tonu ilə cavablandırdı- mən əminəm, nənəm hər zaman bu cür nağıl və əfsanələrin kökündə mütləq bir həqiqətin dayandığını deyərdi. Amma əsas məsələ bunu həqiqətən arzulamaq və diləyinə laiq ola biləcək qədər yaxşı biri olmağındadır.
- Yaxşı, bilici, de görək nə arzulamısan?
- Yox, yox, bunu demək qəti qadağandır. Əfsanədə deyilirdi ki, tutduğun diləyi qəlbinin döyüntüsündən və əsən küləyin qulağından başqa heçnə , heç kəs bilməməlidir..
- İlahi, sən ciddisən? Yox yəni sənin nə qədər rahatına düşgün, gününü gün edən biri olduğunu bilməsəm, həqiqətən, əfsanələrə inanacaq qədər uşaqruhlu olduğunu düşünməyə başlayacaqdım.
- Unutma,dostum, hər kəsin gizlədiyi bir yanı var. Nə isə , çox danışma, son dörd dəqiqə qalıb, hamı üç tamamda arzusunu tutub sürüşən ya da parıldayan ulduzu görməzdən əvvəl gözlərini yumsun.
- Görməzdən? Birdən parıldamadı ya da sürüşmədi? Mən hardan bilim ki, bu olub? Belə şübhə ilə adam dəli olar ki!
- Benjamin!
- Yaxşı, yaxşı susdum. Castin, sən hazırsan?
- Ahh, o hər zaman hazırdır, mən arzulayacağam ki, səhər oyanıb Castini gözəl bir qız olaraq yanımda uzanan görüm. Əgər bu gerçəkləşsə, söz verirəm onunla evlənəcəyəm! Bu qədər incə ruh, gözəl bədənlə birləşsə..! - Robert dişlərini qıcayıb gülərək dedi.
Onun bu sözləri dostların hamısının üzünü güldürdü. Hətta Castinin də.
- Hə - Dedi Castin, lağlağı ilə - pis fikir deyil. Evlənmə təklifin ürəyimcə olsa niyə də yox?!
- Diqqəəəət! Son bir dəqiqə, arzunuzu tutun, getdik!
Castin Aleksin dediyi son cümləyə əhəmiyyət verməyərək edilən axırıncı zarafatı öz özünə təkrarlayaraq : "Qız olsam aa! Sözə bax" deyib gözlərini yumaraq gülərkən göydə görünən ən kiçik ulduzun böyük şövqlə parıldadığını görmədi..

Müəllif: Məsudə Cabbar


Şərhlər: 13
Baxılıb: 1722
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
kiraz mevsimci kiz
ardi nece olacaq goren
25 yanvar 2016 19:55
# 13
RƏBBİM bütün əsgərlərimizi qorusun qardaşımda onların içində
Fitmaniski
Öldüm eeee gülmekden qız ol görersen...!))))✌
25 yanvar 2016 19:24
# 12
pozitiv
Dilive ox batmasin niye dedin axi?)))
31 oktyabr 2015 19:11
# 11
Biz seni gormeden sevdik Ya Resulallah

"Bismillah" her xeyirin baslangicidir.
Yeni güne Bismillah!
Sehere qovusduran Rebbime sukurler
olsun...
Anuka
Men oxuya oxuya ele bilirdim Castin qizdi)))))
7 iyun 2015 13:23
# 10
Ey insan, həddini bil. Unutma ki, bir hədd yoxdursa heç bir hədd yoxdur.
teri meri
deyəsən castin qız
28 may 2015 13:31
# 9
Şüşə kimi olacaqsan həyatda səni qıranı kəsəcəksən
ALESSANDRA
suppiş hekayədi yəqin ki,gələcək bölümlərdə castin qız olar 09
27 may 2015 18:02
# 8
Don't trust anyone ∆
Catwoman666
aaaaaa ne maraqlidiiiiii hahahha)))oglanin axirda tutdugu arzuya bax 122anladigim qederile castin qiza cevrilecek 124 09 kas ki bele bir ulduz menim tanidigim yerlerde de olsa yaaa 18 hamidan gizlince gedib orda bir arzu tutardimxeyal love gelen bolumlerini coooxx boyuk maraqla gozleyirem amma eebil ki burda meshurlarin adindan istifade edilibee))justin, demi, robert ve s.)))))
27 may 2015 15:49
# 7
"All men must die, but we are not men"

Daenerys Targaryen
vipbetul
vay vay vay en xirda bir dushuncesizce soylenen arzu bir insanin heyatini deyishdi
27 may 2015 15:28
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
tek umidim sen
Maraglidi...ardini gozleyirem
27 may 2015 14:47
# 5
Kadın derin ama adam yüzme bilmiyor...
Niquw Abdulayeva
Men bu Benjamin adini esitmisem he yadima dusdu bir kino var idi Benjamin adindan.
cox maraqli geldi bu hekaye mene
27 may 2015 12:57
# 4
Fialka
Maraqlı hekayədi, oxuduğuma görə sonluq məlumdur, yenədə paylaşım üçün təşəkkür.
27 may 2015 12:54
# 3
neri
maragli gelduj
27 may 2015 12:46
# 2
Sert
Dosta_inam
He deyirem de bu oğlan imiş sonradan qiz olub,gören o biri oğlan castinle evlenecek yaman maraqli geldiyee mene.
27 may 2015 12:19
# 1
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz