Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qorxu (5-ci bölüm FİNAL)
Qorxu (5-ci bölüm FİNAL)
Göndərən: NoName
Şərhlər: 4
Baxılıb: 743
Səs ver:
..görüntünün bulanıqlığı get gedə aydınlaşmağa başlayırdı.Mariya gözlərini daha da möhkəm bərəltdikcə gözündəki tor pərdəsi təmizlənirdi sanki..qaranlıq otağın sadəcə qapı tərəfində qapının altından sızan cüzi işıq sezilirdi.Görüntülər get gedə yerinə oturur, bu gün nələr baş verdiyi yavaş yavaş beynində şəkillənməyə başlayırdı..Ən son başına aldığı zərbəni xatırlayan mariya zərbəni yenidən almış kimi qəflətən "Kömək..kömək edin!!" deyə qışqırmağa başladıqdan saniyələr sonra bunun yaxşı fiki olmadığını düşünüb qəflətən də səsini uddu.. "İlahi! mən haradayam? Bura haradır? " . Qollarını qayaq edib pəncərə tərəfə qədər süründü, asılmış pərdəni qırağa dartaraq harada olduğunu anlamağa çalışdı. Zülmət səma bütün çılpaqlığı ilə səhnəyə atılan ayın işığı ilə taclandırılmışdı.. Mariya qolunu işığa tərəf tutub saatın neçə olduğunu bilmək istəsədi. Zorla görünən əqrəblər 02:45 `i göstərirdi.. "Aman Tanrım" deyərək içini çəkdi qorudan titrəyən əlləri ilə ağzını tutaraq.. "Gör neçə saat keçib, mən indi nə edəcəyəm?! Ah..Evdəkilər böyük ehtimalla dəli olublar! Amma bu bir tərəfdən də yaxşıdır..Yəqin ki, artıq polisə xəbər veriblər.Axtarışlar aparılır, mənim Adrianla birlikdə getdiyimi görən biriləri mütləq olub..Ən azından Edvard..Çox keçməz, taparlar məni..Belə, Mariya, sakitləş.." Dərindən bir neçə dəfə nəfəs aldıqdan sonra başında hiss etdiyi kəskin ağrının get gedə artdığının fərqinə vardı amma dəhlizdən eşidilən ayaq səslərini eşidən zaman qorxudan ağrı hissini unutdu.. Səsini çıxara bilməyəcək qədər aciz idi, əldən bir şey gəlmirdi. O tək idi və müdafiə üçün heç bir şey yox idi..Ayaq səsləri getdikcə uzaqlaşdı və uzaqdan çırpılan qapı səsi eşidildi..Mariya altında oturduğu pəncərənin küncünə qısılaraq başını biraz qaldırdı. Ətraf qaranlıq olduğundan görüntü demək olar olmasa da , həyətə düşən ay işığı gəzişən insan siluetini aşkara çıxarırdı. Addım səsləri birdən kəsildi və Mariya həyəcanla aldığı nəfəsini dayanan addımla bərarəb tutdu, üzü seçilməyən bu siluet, ki, o, böyük ehtimal Adrian idi, başını arxaya çevirdi və Mariyanın altında gizləndiyi pəncərəyə doğru zillədi.Mariya cəld başını aşağı əyib bir əlini dodaqlarının, digər əlini isə az qala ağzından çıxacaq ürəyinin üzərinə qoydu. Mariya həyatı boyu dadmadığı bu möhtəşəm qorxunun təsirindən göz yaşlarının quruduğunu hiss etdi.. Adrianın evdən çıxması iradəsiz qalmış ayaqlarına cəsarət verərək çətinliklə də olsa ayağa qalxmasına və barmaqlarını divardan ayırmayaraq qapıya tərəf üz tutmasına səbəb oldu. Budur, o düz qapının qarşısındadır. tutacaqdan yapışsa da onu əyməyə ürək etmirdi. Birdən qapı açılmadı? Birdən, birdən,birdən! Lənət olsun, şübhələnmək üçün artıq çox gec idi! Bütün ehtimalları dəyərləndirmək lazımdır. Qapı tutacağının yavaşdan eşidilən səsi açılan kilid səsi ilə sonlandı. Tanrıya şükür! Qapı açıqdır! Amma bir dəqiqə.. Axı bu necə? Yəni çox məntiqsiz deyil? Nə isə, Mariya, yenə başlama! İrəli, irəli! Dəhliz tanış idi, gəldikləri eyni evdə idi. Mariyanın evindən kilometrlərlə uzaqda yerləşən bu lənətə gəlmiş ev! Günorta evin geniş pəncərələrindən düşən işıq evi təravətli göstərsə də gecə eyni tərifə layiq görünmürdü. Dəhlizin çıxış qapısına yaxın hissəsində tez tez közərən kiçik lampa evin ümumi aurasına tük ürpədən bir aura həbs etmişdi.Mariya çox astaca, demək olar ayaq barmaqlarının üzərində, titrəyərək qapıya tərəf addımladı..Qapını açdı və ışıq gəlməyən qaranlığa doğru var qüvvəsi ilə yüyürməyə başladı..Nəfəs nəfəsə qalmışdı, amma dayanmaq olmazdı..Mariya ətrafı demək olar görmürdü amma qollarında hiss etdiyi inci cızıq ağrılarından ağacların aralığı ilə qaçdığını anlaya bilirdi. " Biraz daha, biraz daha! Dayanma! Qaç, Mariya qaç!" Gecənin qulaq batıran səssizliyi ilə lənətlənmiş bu meşədə Mariyanın tez tez gedib gələn qırıq nəfəslərinin əks sədasından başqa heçnə eşidilmiridi.. Mariya ola bildiyincə sürətli qaçdığı üçün birdən birə çırpıldığı bu çox da sərt olmayan şeyin nə olduğunu ancaq yerə yıxıldıqdan sonra anlaya bildi. Altdan yuxarı yavaşca süszdü, qarşısında dayanan üzü görünməyən insanı..Və ola bildiyincə ucadan qışqıra bilmək üçün dərindən nəfəs aldığı zaman ağzının üstünü bir əl qapatdı..
- Şşş, Mariya, mənəm, Edvard!
Mariya qulaqlarına inana bilmədi.
- Aman Tanrım! Edvard? İlahi! Bu sənsən? Sən?.. Sən,məni necə?
- Şşş, yavaş danış, hamı səni axtarır, əmin olmadığım üçün polislərə bir şey demədim, amma sizi birlikdə gördüyüm üçün ağlıma gəldi ki, bu alçağın evinə gəlim baxım. şübhə çəkməmək üçün gecəni gözlədim.Sakitləş, hər şey qurtardı..
Mariya sinəsinə yayılan rahatlığı o qədər dərindən hiss etdi ki, bədəninə yayılan qəribə yorğunluğun təsiri ilə özünü edvardın qollarına buraxdı..
- Şükür Tanrıya..Edvard! Amma bir dəqiqə..
- Mariya, suallarını sonraya saxla, getmək vaxtıdır, mənə tutun, səni daşıyacağam, gəl, bu tərəfdən..Mariya o qədər taqətsiz qalmışdı ki, özünü onun ixtiyarına buraxaraq gözlərini yumub qolunu Edvardın boynuna dolayaraq addımladı.Ayaqlarını basdıqları otların yumşaq xışıltısından başqa gecənin yuxusunu bozan tək səs eşidilmədi. Mariya , böyük ehtimal aldığı zərbənin təsirindən açılmaqda çətinlik çəkən göz qapaqlarını bir birindən zorla ayıran zaman Edvardın çininə söykəniyi boynunu düzəldərək görüntünü dəqiqləşdirməyə çalışdı.
- E..Edvard, biz deyəsən səhv gəlmişik - Dərhal dayandı və Edvardın qolundan tutub arxaya tərəf dartdı səsini biraz da alçaldaraq.- bu..bura həmin evdir, Edvard biz səhv istiqamətə gəlmişik, dərhal qayıtmalıyıq, gəl, tələs, tez , tez!
Edvard Mariyanın arxaya tərəf dartdığı qolunu yenidən özünə,amma bu dəfə daha sərt bir şəkildə çəkib Mariyanın biraz irəli itələnməsinə səbəb olaraq iki qolunu arxadan tutdu.Evin açıq qalmış giriş qapısına düşən ay işığının altında , teatr səhnəsində solo performans göstərən aktyor kimi görünürdü Adrian.
- Edvard! Odur! Edvard,görürsən,bu Adriandır! Dayan, burax qolumu sən nə edirsən? İlahi! Aaaaaaaa! Aaaaaaaaaaaaa! Kömək ediin!
- Səsini boş yerə tükətmə, burada səni heç kəs eşidən deyil.
Mariya yaşadığı çarəsizliyi iliklərinə qədər hiss edən zaman ayaqları arasından süzülən sidiyinin istiliyindən bir anlıq utandı.
- Ahahaha! Gözəl Mariya! Bu qədər qorxmağına ehtiyac yoxdur..Biz ki, yad deyilik, ikimizi də tanıyırsan..Gəl içəri gedək, səni yaxşıca təmizləyərik..Hər yerini yaralamısan ki..
- Yox! Yoox! Edvard, yalvarıram , kömək et mənə. Edvard yalvarıram, Edvaard!
Edvard qolundan bərk bərk yapışıb qaçmasını əngəllədiyi Mariyanın qışqırıqlarını soyuq qanlı səsi ilə üstələyərək arxadan onun qulağına yaxınlaşıb pıçıldadı:
- Mən ki, sənə demişdim, ondan uzaq dur!
Sürüyərək də olsa zavallı Mariyanı evin qapısından içəri salan Edvard Adriana qapını möhkəm bağlamasını tapşırdı. Vanna otağına keçib buz kimi suyu açdıqdan sonra yerə çökmüş Mariyanı qollarından dartıb ayağa qaldıraraq köynəyinin düyməyərini açmağa başladı.
- Yox..yalvarıram, bunu mənə etmə..Edvard, mən axı sənə nə etmişəm?
- Məsələ də bundadır ki,heçnə etməmisən. Nə qədər az danışsan sənin üçün o qədər yaxşıdır, aramızda qalsın amma Adrian mənim qədər səbrli deyil.
Edvard paltarlarını çıxardığı Mariyanın suyun altına salaraq onun nə qədər titrədiyinə və qışqırdığına əhəmiyyət vermədən bir müddət orada qalmasına göz yumdu.
- Bax, belə, indi çox daha qəşəngsən! Gəl, vaxtdır!
- Nəyin vaxtı? Məni hara aparırsan? Nə istəyirsiniz məndən?!
Mariya səsindəki acizlikdən bezərək qışqırdı Edvardın üzünə vurduğu şillədən əvvəl.
- Kəs səsini! Adrian, bağla bunu!
Adrian üzünü pəncərə tərəfə çevirmiş, əlində tutduğu itilikdən parıldayan bıcağın ucu ilə oynayırdı..
- Məmnuniyyətlə - dedi Mariyaya yaxınlaşıb saçlarını iylədikdən sonra..

Edvard, qollarından tavandan asılmış ipə bağlanan Mariyaya yaxınlaşaraq düz qarşısında dayandı. Adriandan aldığı bıcağın ucu ilə Mariyanın sinəsindən göbəyinə xədər xəfif bir cızıq çəkdi.
- Bunu niyə edirsiniz axı? - Mariya bayaqki cəsarətindən əsər əlamət qalmayan səsi ilə demək olar yalvardı.
- Um..Adrian, biz bunu niyə edirik?
- Mmm, sən de zövq, mən deyim hobbi?
- Siz xəstəsiniz! İlahi.. Nə istəsəniz edərəm, yalvarıram məni buraxın.Söz verirəm heç kəsə heçnə deməyəcəyəm!
- Ah, Mariya,Mariya, bir bilsən bunu deyən neçənci gözəlliksən..
- Sizi onsuz da tapacaqlar! İkiniz də həbsxana künclərində gəbərəcəksiniz!
- Hmm,Adrian, səhv etmirəmsə bunu da daha əvvəl eşitmişdik hə?
Adrian arsız arsız güldü.
- Bilmək istəyirəm bütün bunları sevimli ananın qarşısında da edə bilərdinmi? Təbii ki, yox. Qorxaq,alçaq!
Mariyanın son sözlərindən sonra dəliyə dönən Edvard əsəbdən bərəlmiş gözlərini qısaraq qolunu biraz yuxarı qaldırdı və qışqıraraq Mariyanın ürək nahiyyəsinə ard arda zərbələr endirməyə başladı. Səsi güclə eşidilən Mariya bütün otağın bəyaz işığa qərq olduğunu və Edvardla Adrianın üzlərinin get gedə uzaqlaşdığını gördü. Son nəfəsini alaraq gözlərini yuman Mariya eşitdiyi barmaq şıqqıltısının səsinə qəflətən iç çəkərək gözlərini təkrar açdı.Üzərində uzandığı divanın alt tərəfləri qılça araları hələ də su idi. Üzünə baxıb gülümsəyən həkimini görər görməz "Sizə dedim axı..Bu yaxşı fikir deyildi!" deyə qışqıraraq otaqdan çıxan zaman qapıda onu gözləyən iki tibb bacısı ilə qarşılaşdı. Xəstəxana dəhlizində eşidilən titrək səsi get gedə azalan Mariyanın növbəti hipnoseans nəticələri əsasında , Dr.Greq McNamara üzərində işlədiyi "Şizofrenik Şüur" adlı tezisinə əlavələr etmək üzrə otağına yollandı..

Müəllif: Məsudə Cabbar


Şərhlər: 4
Baxılıb: 743
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Fitmaniski
Heç kim axırına fikir vermedi....?!
Bu bir seans imiş yeni Mariyanın qorxuları ....
25 yanvar 2016 19:18
# 4
Dosta_inam
Demeli dünyada heç kime ehtibar yoxdur,en yaxin saydiğin dosta bele çox heyif.
29 may 2015 19:01
# 3
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
ALESSANDRA
artıq finaldı yeqinki birde olmayacaq!(
29 may 2015 18:59
# 2
Don't trust anyone ∆
BARBI
Edward ve adrian ikiside el bir imis. Yeqin maria yasadiqlari haqda danisirmus
28 may 2015 22:35
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz