Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qorxu (4-cü bölüm)
Qorxu (4-cü bölüm)
Göndərən: NoName
Şərhlər: 7
Baxılıb: 852
Səs ver:
 - Yolun bu qədər uzaq olduğunu bilmirdim..
- Yaxşı görək, o qədər də uzaq deyil. Yoxsa qorxursan?
- Qorxmaqlıq deyil sadəcə.. Evə çox gec qalsam narahat olarlar, xəbər verməmişdim, sabah çox əsəbi halda olduğum üçün qəflətən qərar dəyişdirmişd..
- Yəni demək istəyirsən ki, söz verdin deyə indi mənlə gedirsən? Yaxşı, onda qayıdanq geriyə, belə heç bir mənası olmaz!
- Yox, yox, elə demək istəmədim, sən mənə baxma, sadəcə.. Hə, deyirdin burada sendviçlər dadlı olur hə?
Adrian Mariyanın sözlərindən biraz incimiş kimi olsa da söhbəti dəyişməsini xoş niyyətinə saydı və ona uydu.
- Hə! Həm də necə, birazdan özün görəcəksən!
Mariya zoraki gülümsədi, yol uzandıqca uzanırdı. Mariyanın qəlbindəki şübhə və narahatlıq səmanı örtən qara buludlar kimi hər saniyə artırdı.. Bir tərəfdən ailəsindən xəbərsiz hələ cəmi iki gündür tanıdığı biri ilə heç tanımadığı yerə getməsi, digər tərəfdən sabah Edvardın avtomobildəykən dedikləri onun fikirlərini içindən çıxılmaz dərəcədə qarışıq edirdi..Mariya Adrianın çox da yeni və bahalı olmayan avtomobilində səsini artırıb böyük zövqlə dinlədiyi mahnıya çox da əhəmiyyət vermədən qolunu oturacağı tərəfdəki şüşəyə dayaq edib başını əlinə söykəmişdi..
- Hə, budur, biz çatdıq!
- Adrian? Axı bura kafeyə bənzəmir?!
- çünki kafe deyil, yəni tam olaraq kafe deyil. Bura bizim evimizdir, amma arada evlərə sifarişlə yeməklər hazırlayıb göndəririk.
- Niyə bunu mənə deməmisən?! Bilsəydim!
- Nə? Bilsəydin nə? Gəlməzdin? Burda pis nə var axı?
- Yenə də mənə deməli idin?
- Mariya, məndən qorxmağına səbəb yoxdur. Başa düşürəm, o zəngin ərköyünün dedikləri fikirlərini qarışdırıb amma mən buyam! Gördüyündən ibarət, nə biraz artıq nə biraz əskik.. İndi istəyirsən gəl səni evinizə aparım. Mən sadəcə xoş vaxt keçirməyin üçün səni öz evimizə dəvət etdim. Bağışla ki, bu detayı ağlımdan qaçırmışam amma bunda heç bir riya və pis fikir yox idi. Nə etmək olar, eybi yox, gəl qayıdaq..
Mariya diqqətlə onu dinlədi. Ürəyində gah ona inandı gah şübhə duydu. Filmlərdə də çox vaxt bucür olur axı. Ən sakit və zərərsiz görünən obraz axırda manyak çıxır. Yox , yox, ona güvənmək olmaz! Bəs birdən hər şey əksinə oldu? Ya bütün bunlar sadəcə onun mənasız qorxuları idisə onda necə? Bu Adriana böyük haqsızlıq olardı..
- Niyə bir şey demirsən? Sənə nə olub axı? Yəni mən bu qədər qorxunc biriyəm? Eeey? Mariya!
- Hə..Bağışla..Yaxşıyam, sadəcə..
- Relax, başa düşürəm, hələ yenisən, təbii ki, hər kəsə birdən birə güvənmək olmaz.. Gəlirsən?
Mariyanın bu dəfəki gülümsəməsində şübhə və qorxu yox idi.Ta ki, Adrian açarı kilidin içərisində fırladarkən ətrafa yayılan sirrli əks sədanı eşidənə qədər..
- Hey! Salaam! Evdə kimsə var? Deyəsən heç kəs gəlməyib hələ.
Mariya uzun və dar dəhlizdə yavaş yavaş addımlamağa başladı. Sol tərəfdəki mətbəx qapısından içəri nəzər yetirdi. Soyuducunun üzərində çoxlu kiçik not kağızları və Adrianla bir qadının rəsmi asılı idi. Çox güman ki, bu, onun anası idi. Mətbəxdə ürküdücü səliqə səhman hökm sürürdü. Yerdə, masanın üzərində, pəncərə kənarında, heç bir yerdə bir dənə də olsun artıq detal tapmaq mümkün deyildi.
- Rahat ol, əllərimi yuyub gəlirəm. Nə isə lazım olsa çəkinmə..
Mariya bir anlıq fikrə daldı. Burada insanlar nə qədər səmimi olur olsun heç birinin simasında sevimli Arturun şirinliyi və sevgi dolu baxışları yox idi. Bəlkə də onu birdən birə xatırlamasına səbəb Mariyanın içindəki onu tərx etməyən gizli qorxu hissi idi. Əlində bərk bərk tutduğu telefonun ekranına baxan zaman ürəyindən keçdi ki, ona zəng etsin..
- Hə, darıxmadın ki?
Mariya səssizcə yaxınlaşan Adrianın səsindən diksindi.
- Y..Yox.. Hə, indi nə edəcəyik? Burada insan yaşamır sanki, hər yer o qədər..
- Təmiz? Hə, mən təmizliyi çox sevirəm, evdəkilər də bu xüsusiyyətimə hörmətlə yanaşırlar, əks təqdirdə dava , səs küy yaranır.. Hahaha! Niyə elə baxırsan? İlahi, sən necə də safsan, Mariya! Hə, de görüm ürəyin nə istəyir? Nə hazırlayım sənə ?
- Fərqi yoxdur..
- Mmm, mən makaronu məsləhət görürəm! Bu işi çox yaxşı bacarıram. Təbii ki, istəsən sendviç də olar!
Mariya yenə zorla gülümsəyərək seçimi ona buraxdığını asta və mülayim səslə bildirdi. Adrian onun bu cavabından razı qalmışcasına gülümsədi və yanından keçib makaronları qaynatmaq üçün bir qazan götürmək istəyərkən Mariyanın qulağına tərəf əyilib "saata tez tez baxma, əsəblərimə toxunur" deyə pıçıldadı. Mariya bu cümləni eşidən zaman ürək ritminin necə birdən birə artdığını hiss etdi. Ürəyi elə möhkəm və sürətlə çırpınırdı ki, o, döyüntülərin səsini eşidə bilirdi.Adrian rəngi çatmış Mariyanın üzünə baxıb möhkəm güldü
- Aman Tanrım,səninlə heç kəs zarafat etməyib?
Mariya qorxduğunu çox biruzə vermək istəmədiyindən ona qoşularaq güldü. Dəqiqələr bir birini qovaladıqca zaman Mariyanın təxəyyülündə daha ağır irəliləməyə başlayırdı. Adrian Mariyana mətbəxtə heç bir iş görməməsini, sadəcə masada əyləşib onunla söhbətləşməsini rica etmişdi. O, əlindəki boşqab və çəngəlləri masaya xüsusi səliqə və dəqiqliklə yerləşdirdikcə Mariya onun əllərinin, dırnaqlarının necə bu qədər səliqəli,dərisinin haradasa gözəl deyilə biləcək qədər hamar ola bildiyinə heyrətlə baxırdı..
- Okeyy, indi isə servis zamanıdır!
Adrian başını itirmiş kimi amma bir o qədər də dəqiqliklə işləri ardı ardına sıralayırdı. Mariya qarşısında oturduğu pəncərədən güllərlə dolu həyətə baxan zaman, bu gün buraya gəlməzdən əvvəl Adrianla ikisinin həyətdən birlikdə uzaqlaşdıqlarını görən zaman onlara acıqla baxıb başını yelləyən Edvardı xatırladı..Görəsən ikisi arasında nə baş vermişdi?Hansı tərəf haqlı idi? Nə idi bu kəskin qütbləşmənin səbəbi?
- Vəəə, buduuur! Şef Adrianın əllərindən şahəsəər!
Mariya masanın ortasına qoyulan böyük buludun içərisindəki makaronları görən zaman necə reaksiya verəcəyini bilmədi.Deyəcəyi hər hansısa bir sözün qarşı tərəfdə yaradacağı təsiri tam olaraq təxmin edə bilmirdi artıq. Ona görədə susub, mimikaları ilə təsirlənmiş kimi emosiyalar yaratmağa çalışdı.
- Adrian qaşıqla makaronları götürməyə çalışsa da bu mümkün olmadı.Bu dəfə əlindəki çəngəllə nələrsə etməyə çalışdı. Çəngəli makaronun bir tərəfinə batırmaq istəyən zaman çox bişdiyi üçün bir birinə yapışan bütün makaronlar havaya qalxdı. Adrian yaranan mənzərədən sonra Mariyanın gözlərinə baxan zaman onlar göz gözə gəldi və ikisi də birdən birə uğundular..Bir neçə dəqiqə aramsız davam edən qəhqəhələrdən sonra sözə başlayan Mariya oldu:
- Necə deyərlər, əsas olan daxili gözəllikdir!
Adrian onun bu cümləsindən sonra ciddiləşsə də iki saniyə sonra yenidən qəhqəhə çəkdi.Bayaqki iç ürpədən qorxu və şübhələr indi yerini səmimi söhbətlərə vermişdi.
- Bu gün etdiklərim üçün məni bağışla, axmaq kimi davrandım..
- Eybi yox, əksində xoşuma gəldi. Çox tez inanmaq heç vaxt xoş nəticələr vermir, kimə olur olsun, hər zaman ehtiyyatla yaxınlaşmalısan.
- Hə..Vanna otağı hansı tərəfdədir?
- Dəhlizə çıx, soldaki ən son qapı
Mariya icazə istəyirmiş kimi gülümsəyib vanna otağına yollandı.Dəhlizdə addımlayarkən içindəki maraq hissinə məğlub oldu. Vanna otağından biraz bəridəki otağı açdı. Heyrətləndi, sonra digər qapıları səssizcə açıb yoxladı. Qəribə hal idi. Bütün otaqlarda barmaqla sayılacaq qədər az əşya, onların üzərində isə ağ örtülər var idi. Lənət olsun, bircə bu gün sağ salamat bitsə idi! İndi Mariyanın ən çox istədiyi şey bir an əvvəl gecə olması və yatağında yatması idi.
- O otaq yox! Sol tərəfdəki ən axırıncı qapı
- H..Hə, bağışla, səhv saldım..
Mariya üzünə ciddi baxışlarla zilləyən Adrianın zoraki gülümsəməsindən çox qorxmuşdu..Bu nə zibil gün idi belə?! Əllərini yuduqdan sonra belə vanna otağından çıxmağa cürət etmirdi Mariya. Amma məcbur idi. Yavaş yavaş mətbəxin qapısından içəri keçdi, köynəyinin qollarını aşağı dartaraq..
Üzünü masaya çevirib kirli boşqabları suyun altına yığan Adriana "Mən daha gedim, gec oldu" dedi səsinin titrəməməsi üçün özünü rahatlatmağa çalışaraq. Adrian hərəkətini saxladı. Qoşqabları masaya qoyub əllərini dəsmalla silərək Mariyaya tərəf gəldi.
- Yaxşı, elə istəyirsənsə..
Mariya işin bu qədər asan həll olunmasına sevinmiş kimi gülümsədi. Dəhlizə tərəf istiqamətlənən zaman qolundan tutub özünə tərəf çəkən Adrinana sarı çevriləndə onun eynəksiz olduğunun fərqinə vardı. Eynəksiz olmaq onu necə də dəyişdirmişdi. Dəniz mavisi gözləri və uzun, yuxarı doğru qatlanmış kirpikləri var idi..
- Mariya, o qədər də maraqlı biri deyiləm, fərqindəyəm, amma sənə həqiqətən dəyər verdiyimi bilməyini istəyirəm. Okey, hələ çox az zaman olub ki, tanış olmuşuq amma məncə bu bir əngəl deyil..Sən fərqlisən, bu nə qədər şablon səslənsə də, həqiqətdir..İstəmirəm mənə qarşı içində kiçik də olsa şübhə qalsın..Mənə güvənməyin, etibar etməyin ən böyük hədiyyəm olar.
Mariyanın ürəyi yenə sürətlə döyünməyə başlamışdı. Amma bu dəfə hiss etdiyi şey qorxu yox qəribə bir həyəcan idi. O , Arturdan başqa heç kəslə yaxın münasibət qurmamışdı. Oğlanlarla arası da o qədər yaxşı sayılmazdı.
İndi qarşısında dayanıb üzünü əllərinin arasına alan bu gənc adam onun bütün bədəninə yayılan soyuq amma bir o qədər də xoşagəlimli cərəyanın səbəbi idi. Adrian sözlərini bitirdikdən sonra insanı dərinliklərinə çəkən təhlükəli dənizləri xatırladan gözləri ilə Mariyanın dodaqlarına zilləmişdi. O qarşısında səssizcə dayanıb titrəyən Mariyanın ürkəkliyindən cəsarət tapıb qeyri ixtiyarı aşağı əyildi. Mariya Adrianın nəfəsini dodaqlarında hiss edəcək qədər ona yaxınlaşdığının fərqinə varanda əlləri ilə onu sinəsindən geriyə itələyib qapıya tərəf tələsdi..Ayaqqabısını tələsik geyinib qapıdan çıxmaq istəyən zaman adının çağırıldığını eşidib dayandı.. Cəld arxaya çönüb aradaki məsafəni təxmini hesablayaraq qaça bilməsi üçün nə qədər vaxtı qaldığını dəqiqləşdirəcəkdi. Arxaya çönən zaman başına dəyən ağır zərbənin təsirindən göz qapaqlarının yavaşca örtüldüyünü hiss edən Mariyanın həmin gün gördüyü ən son şey əlində Adrianın əsəbdən titrəyən sol yanağı oldu..

Müəllif: Məsudə Cabbar


Şərhlər: 7
Baxılıb: 852
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Mrs. Perfect
Adrianin bele oldugu hec aglima gelmezdie
23 may 2015 21:06
# 7
Men Isteyiremse Olmalidir, Olacaq. Belke Cetin Olacaq Ama Olacaq . . !
teri meri
aaa adriana bax eee
23 may 2015 19:08
# 6
Şüşə kimi olacaqsan həyatda səni qıranı kəsəcəksən
vipbetul
haketende demek bu cur sakit gorsenenlerden ehtiyat etmek lazimdi mayak sapik oluyormushlar hemdeki bu qeder temizliye titiz insandan ehtiyat etmek lazimdi,gorek bu yerde edvard gelegeymi ya yox maraqli oldu
23 may 2015 16:56
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
yarpaq33
Bax deyen lazimdi ay Mariya senin tanimadigin oglanin evinde ne iwin var ki bawuva bele oyun gelir neyse gozleyek gorek ardi nece olur
23 may 2015 14:09
# 4
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Catwoman666
bilirdim ki bu adrianda nese var....gorek axri nece olur sabahki bolumu gozleyirem
23 may 2015 12:36
# 3
"All men must die, but we are not men"

Daenerys Targaryen
BARBI
Adrian esl psixdi hec xosuma gelmedi qiza pis sey edecek
23 may 2015 10:14
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Dosta_inam
Eh bu Adrianin tehlükeli olduğunu demişdi Edvard,görek ne olur,yaziq qiz,indi heç kime güven yoxdur.
23 may 2015 09:56
# 1
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz