Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qorxu (3-cü bölüm)
Qorxu (3-cü bölüm)
Göndərən: NoName
Şərhlər: 7
Baxılıb: 778
Səs ver:
..masanın arxasında qəribə bir sükut var idi.. Mariya mətbəxdən gətirdiyi əlavə iki boşqabı qonaqların qarşısına səliqə ilə yerləşdirdi. Edvard bildirmədən Mariyaya nəzər yetirən zaman onun əllərinin əsdiyini görmüş, dodaqaltı gülümsəmişdi.. Mariya Edvardı tanımaqda çətinlik çəkirdi. Baxmayaraq ki, ona yaxşı davranırdı amma yenə də indiki Edvardla universitet dəhlizində gəzən o cazibədar oğlanın arasında dağlar qədər fərq var idi. O, sanki nələrdənsə çəkinir, qorxurdu, ya da sadəcə narahat idi və burda, orta yaşlı insanların çoxluq təşkil etdiyi bir yerdə vaxt keçirmək o qədər də əyləncəli gəlmirdi.
- Hə, danışın görək,bizim buralar xoşunuza gəlirmi?
Jeyms danışmağa hazırlaşırdı ki, hövsələsiz Suzanna dərhal sözə başlayıb onu qabaqladı..
- Ohh, əzizim, belə gözəl yeri də bəyənməmək olar? Buradaki bahalı göydələnlər, səliqədən işıldayan parklar insanı valeh edir.. Qiymətlər də o qədər bahalı deyil. Mən tamam fərqli hesab edirdim.. Hahah..Yox, qıymaz biri olduğum üçün yox ( özünü sındırmaq istəməyərək tez sözlərinə əlavə etdi) sadəcə, televiziyadan izləyən zaman insana elə gəlir ki, böyük şəhərlərdə yaşamaq üçün böyük pullar gərəkdir..
Xanım Aleksandra zərifliyini pozmadan dodaqucu gülümsəyib başı ilə təsdiqlədi.
- Əzizim, sən yaxşısan? ( əli ilə oğlu Edvardın üzünə sığal çəkdi)
-Hə, ana, narahat olma ( tez başını sağa əyib anasının əlini üzündən uzaqlaşdırmağa çalışdı)
Mariya çox diqqətlə baxa bilməsə də onun bütün hərəkətlərinə göz qoyurdu. Tez tez saatına baxmasına, telefonun ekranını yandırıb bir şey gözləyirmiş kimi yoxlamasına, bir neçə dəqiqədən bir asta da olsa öskürməsinə, evin tavanına və divarlarına göz gəzdirib qaşlarını çatmasına,əli ilə üzünə toxunub yanağını, boynunu xəfifcə qaşımasına və nəfəsini necə dərindən və aramla almasına..
- Bizim uşaqlar da eyni universitetə gedirmişlər nə gözəldir elə deyilmi? Bu gün təsadüfən evinizin önündən keçən zaman salonun pəncərəsindən ( sözünə ara verib soruşdu) əzizim, adın Mariya idi, eləmi? ( Mariyanın təsdiqini gözlədikdən sonra sözünə davam etdi) Hə, Mariyanı görəndə, onun yeni qonşularımızın qızı olduğunu Edvarda bildirmək üçün göstərdim. O isə qızınızı dərhal tanıdı və bu gün qarşılaşdıqlarını bildirdi. Ümid edirəm, bu xoş tanışlığımız hər zaman eyni qalar.
Xanım Aleksandranın bu sözləri Edvardı utandırsa da, Mariya onun haqqında danışdığını bilən zaman Edvarda baxıb ürəyində sevindi.
- Mariya, biz qəhvələrimizi içən zaman , sən də Edvarda evi gəzdirərsən.
Edvard ciddiliyini pozmasa da Mariyanın həyəcanı anasının bu cümləsindən sonra daha da artdı və əli ayağı bir birinə dolandığı üçün əlindəki çəngəl yerə düşdü.
- Yaxşı , yaxşı, mən götürərəm siz yuxarı qalxın.
Mariya Edvarda təəccüblə baxdıqdan sonra nəhayət özünə gəlib əli ilə işarə etdi ki, Edvard öndən pilləkana doğru addımlasın. Edvard uzaqlaşdıqdan sonra Mariya himcimlə anasına acıqlı tərzdə nələrsə deməyə çalışsa da anası onu anlamadı.

- Mmm, burada gəzməli çox yer yoxdur ( Mariya əli ilə ətrafı göstərib birtəhər sözə başladı) irəlidə iki otaq daha var, öndəki də mənim otağımdır. Onlar birlikdə Mariyanın otağına tərəf addımladı. Edvard otağın açıq qalmış qapısından içəri boylananda səliqə ilə yığılmış yataq, divarlara asılmış Link in Park və THE BEATLES posterləri, künc tərəfdə kiçik yazı masası və üzərində rəsimli çərçivə və rəflərdə rəngli qapaqlı müxtəlif qarışıq kitablar gördü. Edvard masanın üzərinə qoyulmuş çərçivədəki Mariya ilə yanındaki tanımadığı gənc oğlanın qucaqlaşaraq çəkdirdikləri şəkilə bir neçə saniyə baxsa da bu barədə heç nə soruşmadı.
- BEATLES ?
(O maraqlı baxışlarını gizlətmək üçün başqa mövzulara istiqamətlənmişdi.)
- Bunda təəccüblü nə var?
Edvard gülümsəyərək başını salladı, "heç nə" deyirmiş kimi.
- Sən nələr dinləyirsən?
- Ciddisən?
- Nə barədə?
- Burda dayanıb yeniyetmə dialoqları quracağıq? Sevdiyin rəng , sevdiyin yemək ? Yox, təşəkkürlər!
Mariya əsəbini gizlədə bilmədən başını çevirdi.
- Ananın yanında olarkən bu havalı zəngin və ərköyün halından əsər əlamət gəlmir amma!
Səs gəlmədi. Mariya yavaş yavaş geri çönən zaman Edvardın niyəsə bikef halda aşağı baxdığını görəndə dediyindən peşmanlıq çəkdi.
- Mariya, özünü ən son nə vaxt xoşbəxt hiss etmisən?
Mariya bunun adi bir sual olmadığını onun yerə zillənmiş baxışlarından sezdi.
- Bilmirəm, deyəsən ən son xoşbəxt hiss etdiyim gün anamın gülümsəyərək üzümə baxıb "Tanrı sənə özün kimi bir övlad nəsib etsin" dediyi gün idi.
Edvard bu cümləni eşidən zaman gülməyə başladı və qəflətən ciddiləşdi.
- Deyəsən, bu sənə çox uşaqca gəldi?!
Mariya pərt olmuş halda soruşdu.
- Yox,yox..Sadəcə eyni cümlənin nə qədər fərqli mənalarda işlənə bildiyini düşünəndə təəccübləndim.
- Necə yəni?
- Mənim anam həmin cümləni son dəfə mənə deyəndə üzündə şiddətli əsəb və gözlərində yaş var idi..
- Məncə haqsızlıq edirsən, o, sənə çox düşgündür..
- Anam? Anam və düşgünlük? Hah!
- Əlbəttə, axı o..
- Aşağı düşək artıq!
Mariya heçnə demədən otaqdan sürətlə çıxan Edvardın arxasınca addımladı.

- Bu xoş axşam üçün minnətdaram! Əminəm ki, hələ çox gecələr bizim olacaq!
- Əsas biz təşəkkür edirik, xanım Aleksandra. Xoş jestiniz bizi çox sevindirdi.
- Gecəniz xeyrə qalsın..
Mariya bir dəfə də olsun arxaya çönüb baxmayan Edvardın arxasınca qapını möhkəm çırpmaq istəsə də, bunun nəzakətli bir davranış olmayacağından əmin olduğu üçün özünü tutdu və "tərbiyəsiz!" deyib dodaqaltı deyinməklə kifayətləndi.

Səhər günəşinin üzünü oxşayan işığı ilə Mariya, saat zənginin çalmasına cəmi iki dəqiqə qalmış oyandı. Saat zəngindən tez oyanmağın bir tələbə üçün necə böyük əzab olduğunu yəqin ki, izah etməyimə gərək yoxdur. Bu , yarım saniyə belə olsa!
Naharını tez bazar etdikdən sonra qapını bağlayıb səkinin üzərində rəqsi hərəkətlər edərək addımlamağa başladı. Uzaqdan taksinin sarı rəngi seçilməyə başlamışdı ki, Mariya, arxadan gələn fit səsinə biranlıq dayandısa da arxaya çönməyə çəkindi. Yoluna davam etməyə başlamışdı ki, sürətini artırıb ondan irəli keçən avtomobilin içərisindəki həyasız cazibənin kimə aid olduğunu anladı. Təbii ki, Edvard! İlahi, insan necə bu əsəbverici və eyni zamanda bu qədər cazibədar ola bilərdi?!O, əlini havaya qaldırıb söz demədən üstü açıq maşınının yan oturacağına tərəf işarə etdi. Mariya əhəmiyyət verməyib yoluna davam etmək istəyəndə
- Naz vaxtı deyil, Mariya, əyləş, səni mən aparacağam!
- Bunu sənə kim deyib?
Edvard avtomobilindən düşərək düz Mariyanın qabağında dayandı, Əllərini belinə qoyub başını yuxarı qaldıraraq narazı şəkildə salladı.
- Mənə bax, gözəllik, anam xahiş etdi ki, bu gün səni mən aparım, ok? "Xoşgəldin" semfoniyasının son parçası imiş. Həm də, sənə demək istədiyim şeylər var. Gəl!
Çox dil tökməli oldusa da axır ki, Edvard bu inadcıl gözəli razı sala ildi. Yolda bir kəlimə də olsun danışmamasından bunun sadəcə bir bəhanə olduğunu anlayan Mariya , onun , anasının sözünə niyə bu qədər önəm verib , ondan qorxduğunu anlamadı. universitetin həyətinə girən zaman Mariya ağaclardan birinin altında dayanıb kitabın arxasından onları süzən Adrianı görüb gülümsədi. Onun gülümsəyişi vecsiz görünən Edvardın diqqətindən yayınmadı.
- Siz tanışsınız?
- Nə? Kimlə?
- Adrianı deyirəm.
- h..Hə, dünən tanış olduq, ayaqüstü də olsa..
- Ondan uzaq dur!
- Sən həmişə belə əmrlə danışırsan?!
- Bu sadəcə məsləhət idi.
- Məsləhətlərini özünə saxla.
Edvard maşını qəflətən saxladı və Mariyaya tərəf çöndü.
- Ondan uzaq durmağın sənin üçün daha yaxşı olar. Gördün, indi sadəcə məsləhət verdim, əmrsiz. İndi gedə bilərsən.
Mariya heçnə demədən qapını hiddətlə açıb eyni tərzdə də çırparaq Adrianın yanına gəlib yamaçların üzərində əyləşdi.
- Ooo, yeni dostlar?
- O mənim dostum deyil!
- Məncə də olmamalıdır..
- Bilirsən, səhər səhər bu qədər nəsihət bəs etdi!
- Ey, ey ,yaxşı, sadəcə dünən dediyim tələ söhbətini unutmamağa çalış, ok?
- Hə, ağlımdadır! Burda isə tələlər açıq aşkar görünür! Hələ həmin tələlər qadağa da qoymağa cürət edir!
- Yaxşı, indi çox hirslisən, biraz sakitləş. Dayan,dayan.. Nə qadağa?
- Səninlə dost olmayacaqmışam, bu isə əmr yox bir məsləhət imiş!
Adrian kədərli gülümsəyişi ilə başını yellədi
- Hə, əlbəttə, mən onlardan biri deyiləm, zənginlərin uşaqları üçün də biz bir tələyik.
- Hə, qoy olsun! Artıq hər şey aydındır. Onlardan nə qədər uzaq dursaq o qədər yaxşıdır!
- Sən necə ? Yerləşə bildin?
- Hə..Onsuz da az əşyam var idi. Bu gün mənə bir şey borclu idin deyəsən? (Mariya bic bic güldü)
- Borc ? Həttaa.. Hə, əlbəttə, ağlımdadır, dərsdən sonra gedirik!
Dərslər bitdikdən sonra Mariya universitetin əzəmətli həyətində Adrianı gözləyərkən həmin günün həyatı boyu unutmayacağı bir sınağa çevriləcəyindən xəbərsiz idi..

Müəllif: Məsudə Cabbar


Şərhlər: 7
Baxılıb: 778
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
neri
mence edvard duz deyecek
23 may 2015 02:39
# 7
Sert
teri meri
deyəsən mariyanın edvarddan çəkəcəyi var
22 may 2015 19:32
# 6
Şüşə kimi olacaqsan həyatda səni qıranı kəsəcəksən
Catwoman666
get gede daha maraqli olur sebirsizlikle sonraki bolumleri gozleyirem
22 may 2015 17:31
# 5
"All men must die, but we are not men"

Daenerys Targaryen
yarpaq33
Maraqlidi ardini sebirsizlikle gozleyirem
22 may 2015 17:12
# 4
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
vipbetul
gorek bu qizin basina ne oyunlar doluyageylar
22 may 2015 16:06
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Dosta_inam
Maraqlidir ne şanssizliq yaşayacaq gören.
22 may 2015 10:16
# 2
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
BARBI
Sanki twilight eserini oxudum bir nov ona benzeyir
22 may 2015 09:54
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz