Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qorxu (1-ci bölüm)
Qorxu (1-ci bölüm)
Göndərən: NoName
Şərhlər: 5
Baxılıb: 1465
Səs ver:
..hər şeyə sıfırdan başlamaq həqiqətən mümkündürmü görəsən? heçnə olmamış kimi, geridə buraxdığın hər kəsi və hər şeyi unudaraq.. əgər gözünü yumub sürətlə qaçırsansa bir yerə dəyib yaralanma ehtimalından necə qorxmaya bilərsən? inan ki,yaxşı olacaq deyirlər.. sadəcə inan.. lənət olsun, elə hər zaman deyirlər! amma nə vaxt biraz xoş nə isə baş versə ardınca on dənə fəlakət sıraya düzülür.. başa düşmürəm nəyə lazımdır bütün bunlar? məgər hər şey yolunda getsə dünya dağılar? və onlar yenə "deyirlər".. deyirlər ki,əgər belə olsa idi heçnəyin mənası olmazdı..hah! çox absurt fikirdir! bu sadəcə insanların dayana bilmək üçün uydurduğu nağıl idi..bir halda ki,hər kəs sonsuz xoşbəxtliyin olduğu cənnətin xəyalları ilə yaşayır,bəs onda niyə bu fikrimə istehza ilə yanaşırlar? inan deyirlər,mən də buna inanıram da! onlar nə dediklərini heç özləri də bilmir..sadəcə deyirlər,vəssalam!..
- Ey?..
Çatıq qaşlarının altında yuva salmış qəhvəyi gözləri birdən qırpıldı Mariyanın..Biraz diksindi,amma səsin tanışlığı qorxunu azaldırdı..
- Dənizi yaracaqsan birazdan,bu nə kəskin baxışlardır belə? - Artur gülümsəyərək onun yanına əyləşdi.
- Düşünürdüm..
- Hə,sən bunu hər zaman edirsən.Özü də həddən artıq..
- Yaxşı görək..
- Uçuş vaxtına nə qədər qalıb?
- Bir saatdan az
- Oh.. Lap az qalıb ki.. Ciddi ciddi gedəcəksən,hə?
- Artur.. Sən ki,bilirsən,bu mənim istədiyim bir şey deyil..Məcbur qalmışam.Ailəm,atamın işləri..
- Hə,hə ,bilirəm,sən mənə baxma,zarafat edirəm

Uşaqlıq dostundan ayrılmağın nə qədər çətin olduğunu Mariya Arturun zoraki gülümsəməsindən bir daha anladı.. Üzünü yenidən bayaqdan bəri zillədiyi dənizə çevirib bir neçə dəqiqə susdu.. Aradaki kədərli sükutu Arturun titrəyən səsi pozdu..

- Mariya,mən qorxuram..
- Nədən qorxursan ?
- Məni unudacağından..
- Yenə başladın?
- Yox,yox,mən ciddi deyirəm.. Tezliklə olmasa da müəyyən zamandan sonra daha az xatırlayacaqsan məni..Biraz da keçdikdən sonra ümumiyyətlə yadına düşməyəcəm..Yeni dostların olacaq..Böyük şəhərdir ora..Sevgilin də səni..
- Artur! Axı sənə neçə dəfə demişəm ki,belə mənasız fikirlərubdən əl çəkəsən.. Ey,qaldır başını! Mənə bax,Artur,mənə bax! Sən dəli olmusan? Səni necə unuda bilərəm ?! Sən mənim uşaqlıq dostumsan,ailəmsən! Səni unutmaq özümü unutmaq kimidir! Yaxşı da ! Niyə ağlayırsan axı? Mənə bunu etmə,rica edirəm, sənə tez tez məktublar yazacam,şəkillər göndərəcəm, mənim üçün darıxmağa vaxtın belə qalmayacaq,eşidirsən?
- Mariya..
Artur 20 yaşında olsa da balaca uşaq kimi kövrək qəlbli idi.Mariyanın vida sözlərini xatırladan danışığı onu bir az da qəhərləndirdi. Əllərini qabağa uzadıb Mariyanı özünə çəkərək möhkəm qucaqladı..Uzaq yoldan gələn gəmilər sahilə yaxınlaşdıqca aylar sonra evinə gələn əsgər kimi sevinirdi sanki.. 20 ililn dostluğu dəqiqələr sonra , kim bilir, bəlkə də, bir daha qovuşulmamaq üzrə bitəcəkdi.. Son dəqiqələrin ürək sıxıcı gərginliyini bir az olsun unutmaq istəyən Mariya başını Arturun günəşin nəvazişli istisindən qızmış ciyninə söykədi..Onlar beləcə,filmin son fraqmenti kimi bir müddət tərpənmədən dayandılar..

Mariya alnını təyyarənin kiçik pəncərəsinə söykəyərək geridə qoyduğu minlərlə xatirəsinə, hava limanında qaçışan balaca insanlara və gözünü bir an belə olsun ondan ayırmayan yeganə dostu Arturun kədərli simasına baxdı..Təyyarə yavaş yavaş havaya qalxdıqca Arturun ürəyindəki möcüzə istəyi gözlərində yaşa dönərək yerə axdı..

Budur! Böyük və əzəmətli Los Angeles! Mariya yeni həyatına bir addım daha yaxınlaşmışdı.Balaca bir qəsəbədə sadə həyat yaşamaq nə qədər gözəl idi..
- Mariya ,çemodnlardan muğayət ol, atan gələnə qədər burda gözləməliyik. Taksi bizi yeni evimizə aparacaq.
- Yaxşı,ana..Gözləyərik..
- Sənə nə olub?
- Məncə bu mövzuya heç girməyək!
- Səsinin tonunu yüksəltmə! Hər şeyə belə bədbin baxmağa məcbur deyilsən! Sevinməlisən ki,atanın işləri qaydasına düşür,biz indi daha yaxşı evdə, daha yaxşı və böyük bir şəhərdə yaşayacağıq. Bir ətrafına bax..Gör nə qədər insan var! Çöldəki binalara, şəhərdəki səliqəyə bax! Hə,hə! Burada hər şey bizim üçün əla olacaq. Odur ki,uşaqlığı bir kənara at və vəziyyətdən zövq almağa çalış..
- Hə,ləbəttə..
- Suzanna,Mariya! Bu tərəfdən!
- Hə,budur, atan bizi çağırır ,tələs!

Evin qapısının açılan kilid səsi ətrafa yayıldı.. Yaşıl ağaclarla dolu səliqəli Los Angeles küçələrindən birində iki mərtəbəli, zahirən köhnə olsa da ,doğmalıq hissi bəxş edən bu ev, Mariyanın yeni həyatına açılan ilk səhifə idi..

- Hə, dəhlizin sonundaki otaq bizimdir. Mariya,sən isə istədiyini seçə bilərsən!
Mariya zorla gülümsəyərək dəhlizdən sağa burulub evi gəzməyə başladı.Yuxarı mərtəbəyə qalxan pilləkanın ilk pilləsinə ayaq basan Mariya eşitdiyi taxta cırıltısından sonra ayağını dərhal geri çəkdi. Biraz dayandıqdan sonra yenidən yoluna davam etdi. Yuxarı mətrəbə aşağıya nisbətən daha geniş idi. Burada arakəsməsiz geniş salon və sol tərəfdə iki otaq mövcud idi. Mariya salonun böyük pəncərəsinə yaxınlaşıb ətrafa göz gəzdirdi. Pəncərənin sağ şüşəsini açıb içəri daxil olan sərin havanı ciyərlərinə çəkdi. Və qərarını verdi. O burada, salona yaxın ilk otaqda qalacaqdı.
Günün yorğunluğundan halsız qalmış Mariya sabah tezdən anasının təlaşlı səsinə oyandı.
- Mariya! Mariya! Qalx, dəsrə gecikirsən! Atan bu yeni universitetə gedə bilməyin üçün neçə həftə tər töküb. Geciksən,qorxuram bir tərslik çıxa. Tələs, tez paltarlarını geyin, səni atan aparacaq!

Və budur! Mariya, ancaq filmlərdə gördüyü əzəmətli Kaliforniya universitetinin düz qarşısında dayanmışdı. İlahi! Bu gerçəkdir? Deyəsən, yeni bir yerə köçməyin ən gözəl tərəfi hal hazırda gördüyü möhtəşəm mənzərə idi.. Mariyanın üzündəki heyrətli gülümsəmə , dostu Arturu xatırlaması ilə birdən birə yox oldu.. "Kaş o da burada, düz yanımda olsaydı" deyə ürəyindən keçirtdi..
- Hə, gedək?
- Hə,ata..
- Heçnədən çəkinmə, mən hər şeyi nizama salmışam, burada heç bir tərslik çıxmayacaq, tədris ilinin ortası olmasına baxmayaraq, səni qəbul ediblər. Hər şeyə qaldığın yerdən davam edəcəksən..

Mariya ətrafda gördüyü gözəl qızlara və yaraşıqlı oğlanlara elə aludə olmuşdu ki,atasının son dediklərini eşitmirdi. O, inana bilmirdi ki, Victoria Secret modellərinə bənzəyən bu qızlar həqiqətən movcuddur..Bir də.. Ən az Zac Efron və Brad Pitt qədər yaraşıqlı oğlanlar..

- Hə.. İçəridəkilərlə bir daha danışdım. Mən artıq gedim..Mariya, Mariya! Sənə nə olub?
- Hə? Heç..Heçnə..Hə, çox sağol, ata, evdə görüşərik.
- Bax bu kağızda evimizin dəqiq ünvanı yazılıb. Taksidə olan zaman bunu..
- Hə, başa düşdüm, çox sağol..

Mariya biraz atasının arxasınca baxdıqdan sonra əlindəki kağızı qatlayıb çantasına atdı.. Və yenidən ətrafına boylandı.
- Lənət olsun! Mən indi hara gedəcəyəm?
Mariya hansı dərdə girməli olduğunu, ən əsası da hansı tərəfə doğru addımlayacağını bilmirdi. Fikirlər içərisində boğularkən birdən gözləri donub qaldı. İlahi!! Hə ,hə ! Bu o an idi, həmin an. Filmlərdə məhz bu yerdə baş roldaki qızın saçlarını külək arxaya sovurur, və ətraf geriyə getməyə başlayır, çünki həmin an qız, universitetdəki ən yaraşıqlı oğlanı görür. Ağır çəkimdə ona doğru gələn, əli ilə saçını arxaya itələyən, saxtakarcasına ətrafa gülüş atan həmin havalı oğlanı!!!
- Ağlından da keçirtmə!
Mariya xəyallarından ayrılaraq diksindi
- N..Nə?!
Mariya təəccüblə düz qarşısında dayanan qısa ətəkli, qırızı boya ilə boyanmış dodaqlarını acıqla büzən sarışın qıza baxdı.. O , yanındaki üç ( zahirən özünə oxşayan baxımlı və tünd ətirli) qızla düz Mariyanın qarşısında dayanmış, ədalı və istehzalı baxışla yeni gələn bu qızcığazı qartal qaxışı ilə süzürdü.
- Nə dediyimi eşitdin! Ağzının suyunu sil! İlahi, başa düşmürəm bu , keçən eradan qalmış parçalardan tikilmiş donları geyinən kəar qəsəbə qızlarını bura kim buraxır! Mənə bax, adın nə idi?
Mariya adını deməyə hazırlaşırdı ki, sarışın buna macal vermədi..
- Hə,onsuzda bunun əhəmiyyəti yoxdur! Sözümün qısası, bu qaraçı paltarı (" paltar da demək olmaz amma nə isə " deyərək yanındaki qızlara çönüb güldü ) makiyajsız üz və sadə saçlarınla nələrisə dəyişəcəyinə inanırsansa, ya da.. nə bilim, həyatının sevgisini tapa biləcəyini filan düşünürsənsə, bunu ağlından çıxart.. nağıllar aləmində yaşamırıq elə deyil?! Əzizim,Sindrella xəyalların burda keçmir..!
Sarışın sözünü bitirən zaman yanındaki qızlar sanki onun sözünü bitirməsini gözləyirmiş kimi dərhal qəhqəhə çəkdi.. Mariya , özünü ifadə etməyə çalışıb üzürxahlıq etmək istəyən zaman sarışının boynuna dolanan qolu görüb sözünü uddu.. O idi! Mariya düşündü ki, niyə də onların cavabını yerində cə verməsin ki? Əgər bu oyundursa, deməli qaydalara uymalısan..
- Hə, Sindrellanın real həyatda olmadığını bilmək biraz pis oldu..Amma ən azından nağıllardaki cadügərlər həqiqətən gerçək imiş..
Mariyanın bu cümləsi sarışının üzündəki təbəssümü dərhal yox etdi..Bir addım önə çıxıb Mariyanın saçlarını yolmaq istəsə də boynuna dolnmış qolun sahibi burda olrkən bu hərəkət yol verilməz idi. Odur ki , sarışın , zoraki gülümsəməsi ilə yanındaki qızlara başı ilə "getmək vaxtıdır" işarəsini verib oraadan uzaqlaşdı..
- Mmm..Yeni gələnlər sakit olmalı deyildi?
- Hər zaman yox..
Cavan oğlan bir addım irəli gəlib gözlərini qıydı.. Aamaaan Tanrıım, bu hərəkət onu necə də cazibədar edirdi! Mariya aralı qalmış dodaqlarını tez birləşdirib özünü ələ almağa çalışdı. Oğlan qarşısındaki bu, görüntüsü ilə əzbər pozan qızı süzüb gülümsəyərək baxdı və tanış olmaq üçün əlini irəli uzatdı..
- Edward!

İlahi!.. Edward? Twilight`daki kimi?? Adamın adı belə havalıdır!

- Mari.. (boğazını təmizlədi) Mariya..

Müəllif:
Məsudə Cabbar


Şərhlər: 5
Baxılıb: 1465
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Mrs. Perfect
Maraqli olacag his olunur
21 may 2015 06:55
# 5
Men Isteyiremse Olmalidir, Olacaq. Belke Cetin Olacaq Ama Olacaq . . !
teri meri
maraqlı hekayədi 2-ci hissəni gözlüyürəm görən mariya arturu unudacaq yoxsa yox
20 may 2015 20:22
# 4
Şüşə kimi olacaqsan həyatda səni qıranı kəsəcəksən
Dosta_inam
Maraqli oldu,deyesen kendeki dostunu unudub Mariya bu oğlanla dost olacaq.
20 may 2015 10:42
# 3
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
BARBI
Cox maraqlidi edward vau en sevdiyim film qehremanin adi hekayeni beyendim. Gedisat eladi mariya arturu unutdu
20 may 2015 10:15
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Maraqlıdı, hekayənin gedişatı azca twilight fiminə bənzədi, ayrıca Məsudə Cabbarın hekayələr yazdığın bilmirdim, maraqlı oldu, uğurlar.
20 may 2015 09:56
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz