Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Əzilmiş fotoşəkillər (12-ci bölüm)
Əzilmiş fotoşəkillər (12-ci bölüm)
Göndərən: Nergizz
Şərhlər: 12
Baxılıb: 1783
Səs ver:
- İtin küçüyü İlahə niyə özünü öldürdü?! Niyə demirsən?
İki nəfər Ramili şillələyir, yumruqlayır, yerə yıxıldıqda təpikləyirdi.
- Niyə o qız özünü öldürdü?!
- Bilmirəm, vallah bilmirəm!
- Necə yəni bilmirəm?!
Yenidən şillələr, yumruqlar başlayırdı...
Anası ilə Sitalçaya qayıdandan sonra özünü toplamış, hıtta xalasının ərinə qoşularaq balıq tutmağa da getmişdi. Amma  cəmi bir gün gücü çatmışdı orda qalmağa. Yenidən qaçıb gəlmişdi. Anası söz salmışdı ki, evə kimsə girib. İlahənin tuflisi və şəkilləri də yoxa çıxıbmış. Evlərinə gəlmişdi ki görsün nə məsələdir.
Elə bil onu gözləyirmişlər kimi, iki nəfər tanımadığı şəxslə İlahənin atası da ardınca içəri keçmişdilər. Həmin o iki nəfər onu vəhşi kimi döyürdü, İlahənin atası da sakitcə seyr edirdi.
- Allaha and osun hər tikəni qulağın boyda eləyərəm! Durduğu yerdə adam özünü öldürməz. Sən oğraş onun əri deyilsən?! Sən də bilməyəndə kim bilməlidir?
-... Vallah bilmirəm.
Ağrıdan qovrula-qovrula.. -Rais əmi, Qurana and olsun, heç nədən xəbərim yoxdur, -deyib imdad dolu keçmiş qaynatasına baxdı.
Rais bir daha ah çəkdi. Ramilə ,,vid fasonuna,,  ,,it kökündə yaşamasına,,  ,,ayağını yorğanına uyğun uzatmayıb, qızını bədbəxt etməsinə,, görə olmazın söyüşlər yağdırdı...
Rais yenə qışqırdı..
- Axı mən küçəyə çıxa bilmirəm! Hərə bir söz danışır! Heç olmasa, həqiqəti bilsəydim, ağızlarını yumardım. Küçük de ki, onu döyürdüm, incidirdim! De ki gününü cəhənnəm əzabına çevirmişdim! De də! Belə de, bəlkə hamı susa, bizdə rahatlaşaq!!
- Ramil yerdəcə büzüşüb çətinliklə dedi..
- Əlim sınardı ona əl qaldırdığım yerdə.Ancaq belə deməyim sizə bir təsəllidirsə, deyə bilərəm.
Rais aşağı əyilib onun xirtdəyinnən yapışdı..
- Narkoman olduğuvu söylə! De ki, hər gün iynə vururdun, evi dağıdırdın, evdəkiləri söyürdün, döyürdün. De ki, həyat yoldaşım dəfələrlə xəbərdarlıq etmişdi ki, özümü öldürəcəm!
Ramil qorxu və təşviş içində.. -Sizə belə lazımdırsa, deyərəm, -söylədi.
Rais yerə tüpürüb cib telefonuyla nömrə yığdı..
- Alo... Səməndər, mənəm Raisdir. Sən mənim başıma gələn işdən xəbərdarsan da, yas yerinə də gəlmişdin... Allah keçənlərinə rəhmət eləsin. Bizim camaatın belə bir xüsusiyyəti var.. Ölənin dalıca vedrə qoşmaq. Hərə bir şey danışır. Əri oğraş narkoman olub, döyüb incidirmiş. Mən istəyirəm, sən mənə bi işdə kömək edəsən. Sənin əlaqələrin genişdi. Televiziyada , qəzetlərdə işləyən iki-üç müxbir gətirə bilərsən, gəlib bu oğraşı danışdırsınlar. O da etiraf etsin qızın başına açdıqlarını... Ay sağol. Bəlkə bundan sonra söz-söhbət yığışar, yazıq qız qəbirdə rahat uyuyar.
Rais telefonunu qapadıb  Ramilə bərk-bərk bundan sonra neyləyəcəyini tapşırdı...
Gedəndə yenə o dolu oğlan Ramilin qulağının dibindən var gücü ilə bir şillə vurub.. -Eşitdin, küçük?! -soylədi.
Qapı çırpılandan bir müddət sonra da Ramil yerindən tərpənmədi, onların geri qayıdacaqları qorxusuyla titrədi. Çox pis döymüşdülər bütün bədəni zoqquldayırdı...
Ramil çətinliklə gəzirdi. Yenə beyni yüklənmişdi, yenə yaddaşı dumanlanmışdı...
Vahiməli dənizin sahilində var-gəl edir, çubuqlarını axtarırdı. Hə nə yaxşı tapdı, budur onlar.

- Səni sevirəm, İnarə. Bütün varlığımla, qəlbimlə, hisslərimlə, duyğularımla...
- Sənsiz mən bir heçəm gülüm...
- İlahənin qırxı çıxsın, mamagil sizə ,,həri,,yə gələcəklər...
Rza gündə iki-üç dəfə zəng edirdi, İnarənin inadla susmasına baxmayaraq, ürəyindəkiləri açıb tökürdü...
Dünən Sumqayıta - Ramilin üstünə gedib gələndən sonra İnarənin atasının ürəyi yenidən tutmuşdu, gecə təcili yardım gəlib onu aparmışdı. Bu dəfə ən azı bir həftə atasıgil xəstəxanada qalacaqdılar.
 İndi artıq saatlarca Rzayla telefonla danışa bilirdi.
 İçinə qeyri-adi hisslər dolmuşdu. Bütün günü Rzanı fikirləşir, bircə an onu unuda bilmirdi.
- Səni sevirəm, İnarə...
- Bütün ruhumla sevirəm...
- Sən mənim sevgi qatarımın son dayanacağısan...
Rzanın onu doğrudan da, sevməsinə, aldatmamasına artıq tam əminlik yaranmışdı İnarədə.
Amma bu qədər olanlardan sonra, İlahə Ayazı yerə çırpıb Ramilə qoşulub qacdıqdan sonra, İnarənin  Ayazı atması, başqasına könül verməsi onsuz da ürəyi xəstə olan atasının məhvinə səbəb ola bilər.
Necə olacaq bütün bu işlərin axırı
Bütün günü götür-qoyların arasında azıb qalırdı. bəs Rza ilə ailə qursa demək İlahəyə xəyanət eləyirdi, onun ruhunu tapdalayırdı...
Sabah nə olacaqdı, heç nə bilmirdi. Bildiyi tek bir şey o idi ki, Ranı sevirdi.
Rzanın növbəti zəngində dediyi sözlər lap gözlənilməz oldu.. - Səni qəsəbəyə qonaq gətirəcəm bu axşam. Özün bacımla tanış olmaq istəmirdin! Gələcək baldızın da səni yaman arzulayır. İndi burda vur çatlasındır. Sənə əntiqə bir süfrə hazırlanır.
- Nə danışırsız, Rza? Nə qəsəbə, nə qonaqlıq, heç nə anlamıram.
- Nəyi anlamırsan e? Saat dörddə gəlib səni evinizin yaxınlığından götürəcəm.
- Rza mən gələ bilmərəm.
- Niyə axı?! Papa-mama da yoxdular, tam azadsan.
- Onlar addım başı zəng edrlər evə. Görməyəcəklər ki yoxam?
- Sən onları qabaqlayarsan. Evdən çxanda zəng vurub deyərsən ki, küçədən - avtomatdan zəng edirəm, narahat olmayın.
- Yox Rza. Lazım deyil.
- Nə lazım deyil, canım?
- Bu görüş
- Axı niyə ?
- Qoy anangil gəlsinlər,  ,,Həri,,mi alsınlar. Görüşməyə hələ vaxtımız çox olacaq.
- İnarəm sənin qəlbin daşdam imiş, heç bilməzdim. Mən hələ bir ay demeli sənsiz qalmalıyam. İnarə, bacımla tanış olmaq istəmirdin O axı İlahənin son günlər yeganə ürək sirdaşı olub. Bacımdan çox şey öyrənəcəksən, inan. Bəzi şeyləri o heç açıb mənə də deməyib. Eşidəndə ki eynən ona oxşayan sən varsan, yazıq bir sevinib ki.
- Rza bir qulaq asın mənə...
- Eybi yox sənin yol keçməyinə qıymaram. Mən ,,20 Yanvar,,da dövrə vurub qayıdaram ki, sənə asan olsun, yol keçməyəsən.... Dörd tamamda ordayam
- Rza, axı...
- Sən mənim hər şeyimsən. Öpdüm. Görüşənədək...

Ramil sakitcə sahildə oturmuşdu. Bir az öncə anasını əminliklə Sitalçaya yola salmış, işiylə bağlı vacib şəxslərlə görüşəcəyin. inandərməşdı... Yaxşı ki, anası bədəninin əcaib görkəmindən xəbərsiz qalmışdı, döyüldüyünü bilməmişdi...
Cip sahilə gəlib ləpədöyəndə dayandı. Ramil onun içindən düşən qızı görüb bərəlmiş gözləriylə.. - İlahə? deyərək haykırdı... Yenəmi onu qara basırdı?
İnarə Ramili görcək Rzadan xahiş etdi ki, dalınca gəlməsin, onunla danışmaq istəyir. Rza narazı qalsa da, İnarənin xahişinə əməl etməli oldu...
Nədənsə Ramil bu dəfə qaçmadı, dayanıb İnarənin yaxınlaşmasını gözlədi.
- İlahə?! Məni qara basır, yoxsa bu doğrudan sənsən?
- Mən İnarəyəm Ramil, İlahənin bacısı. Yadınızda olar, onu müayinəyə aparmışdız, onda məndə gəlmişdim...
- Çox oxşayırsız, - söylədi Ramil. Sonra başıyla cipinin yanında dayanan Raya işarə etdi.
- Bəs o hara, sən hara?
İnarə tutuldu, cəld də yalandan uydurdu..
- Rza atamgilin uzaq qohuudur, yasda mənə söz verdi ki, sənə İlahə yaşayan evi göstərəcəm,Ramillə tanış edəcəm...
Ramil köks ötürdü..
- İlahə axı deməmişdi onla qohum olduğunuzu
İnarə cəld.. - İlahə bunu heç bilmirdi. Elə mən də indilərdə bildim, - söylədi və mövzunu dəyişməyə cəhd etdi..
- İlahənin qəfil ölümü bizi çox sındırıb. Siz onun əriydiz,Axı siz bilməliydiz onun nə üçün bu addımı atdığını...
Ramil yenə də köks ötürdü..
= Atan da gəlmişdi, cavan qohumlarını gətirmişdi, məni yaman pis döydülər, bədənim gömgöydür, şişdir, qançırdır...
İnarə peşmançılıqla.. - Mən heç bilmirdim atamın sizi döydürməyini... - dedi, üzrhaxlıq elədi...
- Atam çox sarsılıb, onu da başa düşün...
- Mən İlahənin nə səbəbə özünü öldürdüyünü bilmirəm. Heç bir təxminim də yoxdur.O öldü, canını götürüb getdi. Bədbəxt olansa mən oldum....
Sonra hıçqırtıyla ağlamağa başladı.
- Gəl gedək sənə evimizi göstərim. Biz xoşbəxt idik, bir-birimizi sevirdik. Hansı yellər əsdi, nə oldu bilmədim.
İçəri keçdilər, Ramil öndə, İnarə də arxasınca. Ramil sakitcə yabanı çiçəklərin arasında bir-birinə sarılmış iki qızılgülü süzməyə başladı.
Qəhərlə dedi.. - Ancaq ayırdılar o gülləri bir-birindən. Sən demə, vüsalın ömrü az olurmuş, lap az...
Və birdən.. - Axı niyə, niyə xoşbəxtlik bu qədər fahişə qadına bənzəyir? Niyə o kimin pulu çoxdursa onun yatağına girir, - hayqıraraq hönkürtü ilə ağlamağa başladı...
Üzünü tutmuşdu, bütün bədəni titrəyir, çiyinləri qalxıb enirdi. Bu hönkürtüdə müdhiş bir faciənin, dözülməz bir ayrılığın və dəhşətli bir tənhalığın dərdi, ələmi var idi.

Onlar artıq masanın arxasında idilər. Rza baş tərəfdə oturmuşdu, ,,Adidas,, idman geyimində idi. Aynurə ilə İnarə üzbəüz əyləşmişdilər. Aynurə salatları tərifləyir, İnarəni məcbur edirdi ki, hər birinin dadına baxsın. İnarə isə fürsət düşdükcə heyranlıqla zala baxırdı. Billur nəhəng çilçıraq, ən son dəb mebellər, qədim Roma tanrılarının heykəlcikləri, adam boyda vazalar...
Aynurə çox istiqanlı qız idi, tay-tuş olardılar, dərhal söhbətləri tutmuş, ünsiyyətləri alınmışdır. Aynurə İlahənin gözəlliyini xeyli tərifləmiş, amma şəraitin girovuna çevrilməsini ehtiyac və sıxıntıdan qovrulmasını da dilə gətirmişdi...
Bu nədir axı, evi dolanışığı olmayan biri birde görürsən gedib  imkanlı yerin qızından yapışır. Yağlı dilini işə salır,bir-iki romantik səhnə düzüb qoşur... Qız da qulağıyla sevir axı. Komplimentlərdən hayıl-mayıl olub təslim olur... Aynurə təkidlə sözünü yeritməyə çalışmışdı ki, hər kəs ayağını yorğanına görə uzatmalıdır.. kasıb oğlan kasıb qız, varlı oğlan isə varlı qız almalıdır...
İnarə müəyyən məqamlarda Aynurə ilə razılaşmasa da axıradək mübahisə aparmaq istəməmişdi...
Arada Rza da söhbətə qarışmış, ancaq daha çox Ramili təhqir etmişdi.
Həmin anlarda İnarə özünü çox pis hiss eləmiş, bayaq cəmi 10-15 dəqiqə birlikdə olduqlarına baxmayaraq, kitab kimi oxuduğu Ramilin qəlbinin necə təmiz, sevgisinin necə saf olduğunu isbatlamaq istəmişdi... O indi yüz faiz əmin idi ki, Ramil bacısına heç vaxt, güldən ağır söz deməyib, onu incitməyib... Demək bacısının ölüm səbəbini kənarda axtarmaq lazım idi. Kənara çıxdıqda isə, yalnız Rza ilə münasibət tutalqası var idi.
...Aynurə onu evlə tanış edəndə qəlbini didib-dağıdan fikrlərdən azacıq qopa bilmişdi.......
İnarə bir ara düşündü ki, Rzanın həyat yoldaşı oduqdan, bütün bu gözəlliklərin sahibəsinə çevrildikdən sonra içndə vicdan əzabı çəkəcək ki, bacısının bədbəxtliyi onun xoşbəxtliyinə səbəb olub... Və bu düşüncədən ürəyi sıxıldı...
Arada Rzanın dalıca iki ortayaşlı kişi gəldi, Rza düşüb onlarla xeyli söhbətləşdi. Aynurə bir türk serialı tapıb ona baxmağa başladı.
Bayaq Ramil ona qara üzlü qalın bir ümumi dəftər vermişdi. Demişdi ki atan məni tutduracaq, bu dəftər yiyəsiz qalmasın, içində İlahəylə bağlı sözlər var, onu mütləq oxu.
İnarə bayaqdan məqam tapmamışdı ki, dəftəri vərəqləsin. Dəftəri götürdü, divana əyləşib vərəqləməyə başladı...
<< Bu da mənim həyatım. Əsl kitab yazılası , kino çəkiləsi bir həyat yaşamışam mən>>
<<... Bu gün yenidən ona ürəyimi aça bilmədim. Yaxınlaşanda dilim söz tutmadı. Yenə döyükə-döyükə qaldım. Deyrəm kaş dil danışmayanda ürək danışardı, sevgini bəyan eləyərdi. Sənsiz mənim üçün nə toy, nə büsat. Sənsiz mənim üçün nə ev nə eşik. Əziz İlahəm, gördüyün kimi,mən dəbdəbə içində yaşayan adam deyiləm... Çox sağ ol ki, pulun hökmranlıq etdiyi belə bir dəhşətli zəmanədə qəlbində bu cür müqəddəs sevgi qoruyub saxlaya bilmisən... Mən sənin fədəkarlığının qarşısında baş əyirəm. Dünyada ən böyük arzum səni xoşbəxt etməkdir...>>
- İnarə bura oxu zalı deyil! Aynurə, sən də buranı kinoteatra çevirmisən.
Rza gəldi. Dərhal da şampanı partlatdı..
- Qızlar, mən bir şüşə çaxırı boşaltmışam, amma sizin heç şampanınızı açmamışam... Gəlin tez gəlin vururuq...
 Qulluqçu qadın süfrəyə isti yeməklər düzdü. İnarəylə Anurə də öz yerlərinə keçdilər. Rza qızların bakallarını şampanla doldurdu. Bu dəfə üçlçkdə içirik. Mən doqquzuncu bakalımı da İnarənin sağlığına qaldırmaq istiyrəm...
Rzanın nitqi ağırlaşmışdı, deyəsən çaxır onu tutmuşdu artıq.
- Gələcək həyat yoldaşımın sağlığına içmək istiyrəm! Aynuş, necə dedim.
Aynurə ,,əla,, deyərək bakalları bir-birinə vurdu.
- Mən evə gedəsiyəm, özü də artıq gecdir. Getmək vaxtımdır.
- Pəh bu evə gedir. Səni buraxan var ki?, gecə vaxtı hara gedirsən?, Aynuşunan yatacaqsan, səhər tezdən aparacam.
İnarə təəccübləndi..
- Siz nə danışırsız?! Mən evə getməliyəm. Xahiş edirəm aparın məni.
 Bir müddət İnarə getməsi üçün bəhanələr gətirdi. Aynurə qalması üçün. Nəhayət İnarə qalmağa razılaşdı. Aynurə eyvan şüşəsini taqqıldatdı. İçəri boylanan Rzaya.. - Gəl də məclisimiz davam edir, - söylədi.
Rza sevincək içəri keçdi. Ata bir ana ayrı olan bacısı Aynurəni yeddi il olardı ki, Dərbənddən Bakıya, onlarla birgə yaşamağa gətirmişdi. Bu illərdə Rzayla Aynur. ögey bacı qardaşdan çox dost idilər. Hər zaman bir-birilərini başa düşürdülər.
Rza ikinci şüşəyə keçmişdi. Sən bayaqdan heç içməmisən , tez elə, iç görüm, - deyərək İnarəyə təpindi.
- İçə bilmərəm axı!
- İçəcəksən!
- Dedim yox!
- Dedim hə!
Rza bakalını da götürüb İnarənin yanında əyləşdi, onun gözlərinin iinə baxa-baxa danışmağa başladı..
- İç eynən onun keçirdiyi hisləri keçir, eynən onun kimi sev məni. Xahiş edirəm səndən.
 İnarə bir qurtum içdi.
- Birini də! sübut et ki məni sevirsən...
- Birini də içdi.
 Rza barmaqları ilə onun yanalarıni sığallaya-sığallaya danışmağa başladı.
- Lüsturu söndürüb abajuru yandırırdıq. Hərəmiz əlimizə bir bakal alıb, qurtumlayardıq. İlahə boynuma sarılardı, öpüb oxşayar, sonrasa hönkürərdi. Deyərdi ki, axı niyə vaxtında qarşıma çıxmadın...
  İnarə hiss etdi ki beyni yüngülcə dumanlanıb.
- Ramilə ona görə nifrət edirdi ki, o qaratikan kolu kimi aramızda bitmişdi. Ağlayərdı sonra məni yenidən öpüşlərə qərq edirdi. Sonra da...
- Sonra da nə...
- Sonra da bir-birimizəelə təkrarsız anlar bəxş edirdik ki...
- Siz, demək, yatmısızda?
- Əlbəttə!
- Siz nə danışırsız? Mən buna inana bilmərəm! Mən elə düşünürəm ki, o sizinlə ən pis halda öpüşə bilərdi. Ancaq yatmaq....
- Mənə inanmırsan?
Rza durub televizorun səsini kəsdi. Musiqini işə saldı. Dur rəqs edək, - deyib İnarəni dartıb yerindən qaldırmağa cəhd etdi.
- Mən bacarmıram rəqs etməyi.
- Səni dünyalarca qədər sevənlə rəqs etmək istəmirsən?
Inarəni zorla qaldırdı, özünə sıxdı.
- Səni sevirəm, dəlicəsinə, bütün hisslərimlə, duyğularımla, ehtrasımla...
- Məni sev, İnarəm, sev məni nə olar...
-.... Bilirsiz bir vaxt dərd bizi birləşdirirdi, indi isə, nə gizlədim, cazibənizdən qopa bilmirəm.
Musiqi bitdi. İnarə fürsətdən istfadə edib Rzadan aralandı yerinə əyləşdi..
- Sən cğalsan, heç içmirsən, bu daha ləzzətlidir, dadına bax... Spirti də lap azdır..
Rza bir az da inad etdikdən sonra, İnarə fujeri ağzına apardı.
İnarə içkini sonadək içdi.
Get-gedə tam keyləşdi. Nə baş verdiyini anlamır gözləri açıq olsa da sanki mürgüləyirdi...
Rza bədəni ehtrasla yana-yana onu qucağına götürüb pilləkənlə yuxarı - yataq otağına apardı.
Bu da yataq otağı... Qız nəsə deyirdi, Əl-qolla zəif hərəkətlər edirdi....
Bu anı neçə müddətdir ki, gözləmişdi. Hələ indiyədək əl belə dəyilməyən bu bədənin hər əzasında ləzzət duymağa çalışırdı...
Bu nədir, Aynurə niyə yataq otağının qapısını bərk-bərk döyür,həyəcan içində qışqırır, nələrsə deyir...
-.... Semaşkoya aparıblar...
- ... Vəziyyəti ağırdır...
- ... Papanı itirə bilərik...
.... Tez elə çıx ordan...
Ehtras da, sərxoşluq da dərhal Rzanı tərk etdi. Durub cəld qapnı açdı, ağlayan Aynurədən nə baş veriyini soruşdu. İşdə nəsə problem yaşayıb, evə gələndən sonra atalarının vəziyyəti pisləşib, xəstəxanaya götrüblər...
Rza təşviş içində Aynurəyə  ,,Heç nə olmaz,inşallah, gedək tez geyin gedək!,, deyərək aşağı yüyürdü...
Xeyli müddət anlaya bilmedi İnarə hardadır. Dodaqları susuzluqdan qurumuşdu, gicgahları sancırdı...
Haçandan -haçana xatırladı ki Rzagildədir... Bəs niyə yataqdadır... Rza hanı.. Aynurə hanı.... İlahi, nə yaxşı ona toxunulmamışdı... Bir neçə dəfə ,,Allah sənə şükür,,deyib yataqdan qalxdı. Paltarlarıni yerdən götrüb geyindi...
Yataq otağından çıxdı, görəsən bunlar hardadı? Aynurəni, Rzanı səslədi. təəccüb içində aşağı düşdü..
Görən hara gedib Rza gecə ikən? Fikir onu götürdü...
Rzanın dolabın üstündəki şəkilinin qarşısında durub şəkillə danışmağa başladı....
- Mənim Rzam. İndi inandım ki, sən məni doğrudan da sevirsən. Acizliyimdən sərxoşluğumdan istfadə etmədin, mənə toxunmadın. Bu etibarına görə çox sağ ol...
Qapının zəngi çalınırdı...
Bu vaxt adamı narahat edərlər?
Dəhlizə adlayıb domofonun manitoruna baxdi ki, görsün gələn kimdir.Ramil idi qapını niyə döyürdü. Bəlkə İnarənin burda gecələməyinnən xəbər tutmuşdu... Bəlkə....
Maraq ona güc gəldi, səsini azca dəyişib, dəstəyi qaldırdı, ,,Nə istəyirsiz?,, - soruşdu.
- Uşaqlar qorxublar. Bir stəkan su verin içsinlər!
 Təəccübləndi, axı Ramilin yanında heç kəs yox idi.
- Hansı uşaqlar? - deyə soruşdu.
- Bunları deyrəm də. Anaları dənizə qonaq gedib.
- Hanı axı uşaqlar...
Ramil qoynundan iki çubuq çıxartdı.
- Budey bunlardır!
İnarə duruxdu. Axı dünən bura gələndə axşamüstü Ramillə ünsiyyət qurmuşdu. Hərəkətlərində heç bir qəribəlik görməməşdi.Əsl dəlilər kimi aparırdı özünü.
Köks ötürdü..
-  Bura baxın çubuğa uşaq deyirsiz. Başınız çatmır!
- Mənim başım çatır.
- Çatsa belə etməzsiz!
Ramil bir müddət susdu. Sonra qapıya söykənib asta-asta danışmağa başladı...
Mənim başım işləyir... Özü də hamının başından yaxşı işləyir... Bu baş işlədikcə, görür ki dünya başdan-başa ədalətsizliyə bürünüb. Görür ki, Allah yüz adam yaradanda, bəzən onların doğsan doqquzunun çörəyini əlindən alıb birinə verir. Siz rahat və isti yataqda, yağ-bal yeyə-yeyə, qızıl qumaşa bürünür, kef içində həyat sürən balalar dünayaya gətrirsiz...Biz isə...
Hıçqırdı..
-.... Biz isə... çubuqlardan özümüzə övlad düzəldirik...Çörək əvəzinə qum yeyir, üstündən dəniz suyu içirik. Adımızı da dəli qoyursuz...Canlıların içində ən alçağı insandır...
İnarə heç cür dəstəyi sondürə bilmirdi, elə bil onu yerə mıxlamışdılar...
Ramil danışmaqda idi. Hönkürürdü...
- Nə dəli kimi dəli ola bilirəm, nə ağıllı kimi ağıllı! Neçə dəfə girmişəm o tövləyə. Həmin yerdə öz damarımı kəsmək istəmişəm. Ancaq bacarmamışam. Qeyrətim çatmayıb. Onda başa düşmüşəm ki, doğrudan da dəliyəm... Axı dəlilər inthar edə bilmir...
İnarə də ağlayırdı, dəstəyi qulağına sıxıb ağlayırdı.
O, qışqırmağa başladı.
- Niyə fahişədir xoşbəxtlik?! Niyə fahişələrin ən pozğunudur o?
Nəhayət, İnarə dəstəyi asdı. Bədəninə dəhşətli dərəcədə istilik dolmuşdu. Mətbəxə keçib üzünə su vurdu. Bir qədər özünə gəldi.
... Divanda əyləşdi. Ramilin ümumi dəftəri açıq şəkildə ora atılmışdı. Dəftər onu çəkirdi ,, məni götür oxu,,
Dəftəri götürüb vərəqlədi..Ramil İlahəni sevməyə başladığndan ta ki indiyə kimi ürəyində nələri varsa hər günün yazmışdı. Yazıqlar xəyalən körpələrinə də ad qoymuşdular. Elişən,Ayşən... İnarənin gözləri doldu...
Ramilin bayaqkı obrazı gəldi durdu gözlərinin qarşısında. Yadına dünənki görüşlərindən sonra ayrılmaları səhnəsi də düşdü. İnarə Ramildən ayrılanda  Ramil son olaraq söyləmişdi..
- İlahəylə əhd eləmişdik, uşaqlarımızın adını Elşən və Ayşən qoyaq. Qismət olmadı. Uşaqların olsa, onların adlarını Elşən, Ayşən qoyarsan...
Yenə gözlərində yaş gilələnməyə başladı...
Saat 8-i keçmişdi. Bir gör, iki saata yaxın idi ki, dəftəri oxuyurdu. Ramillə İlahəni düşünürdü...
Bu Rzagil axı harda qaldılar... Fikrini dağıtmaq üçün masanın üstünü yığışdırmağa başladı. Süfrəni yığışdırıb qurtarandan sonra mətbəxə keçib səhər yeməyi hazırladı.
Rza gəlib çıxmırdı. İnarə darıxırdı. Şkafın siyirmələrini bir-bir açdı. Nəhayət, şəkil albomları yerləşən siyirməni tapdı. Albomları götürüb baxdı. Tanımadığı bu adamlar hamısı ona doğma gəlirdi, bilirdi ki Rzanın doğmaları onun da doğmalarıdır. Rzanı bütün şəkillərdə öpürdü... Daha çox darıxırdı ondan ötrü...
Albomları siyirməyə qoyanda lap küncdə, açıq siyirmənin alt dayağına ilişib qalmış bükülü kağız parçası sataşdı. Öncə əhəmiyyət vermədi, siyirməni yerinə çəkib aralandı. Ancaq hansısa qüvvə onu yenidən şkafın qarşısına gətirdi. Siyirməni yenidən açdı, qeyri-ixtiyari əlini salıb, bükülü kağız parçasını götürdü. İçini açdı. Əzilmiş fotoşəkillər idi. Onları əli ilə düzəldib hamarlayanda, birdən elə bildi ki, cərəyan vurdu onu. Yerindəcə donub qaldı. Yalnız ,,Ola bilməz, ola bilməz,, ..- söyləyib yerə çökdü. Bir anda gözlərinə qaranlıq gəldi. nəfəsi təntidi. Bədəni titrəməyə başladı...

Müəllif: Varis


Şərhlər: 12
Baxılıb: 1783
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
canik
Ana ata xeyir duasi olmuyanda bele olur kaw atasi ramili bagiwliyib yanina cekerdi onsuz olan olmuwdu indi qizida sag olardi
26 avqust 2015 15:21
# 12
Nezka
Rzaya baxe qıza deyir səni sevirəm amma bacısınnan yatmağından danışır
17 may 2015 19:27
# 11
İçimi görsən mənə aptek alarsan.
Nergız33
Rzaya nifret edirem

Inare utanmıre adın qoyub İlahenin olümün araşdırıram ama emelli başlı rzaynan gezir.
16 may 2015 23:50
# 10
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
neri
qizlar bu bir yazilmis eser ozunuzu cox qaptirmayin.duzdu mende sizle raziyamki sen iki gundu tanidgn insanin evinde ne isin var
16 may 2015 15:21
# 9
Sert
vipbetul
bu Inare lap axılsızın bırıdıyee buna ne deyesen hec bılmırem bılıremda sozlerıme sıqmaz axmaq bası bos qız
16 may 2015 13:51
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Tomris Müslümova
yene getdi secilmislere cox maraqlidi cox

yene getdi secilmislere cox maraqlidi cox
16 may 2015 13:29
# 7
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Baharim ol
Inare nece sehv dusuncededi.eger Aynure gelib cixmasaydi is isden kecesiydi.Rzaya nifretim artir.Ilaheninde olumunun sebebi ele odu
16 may 2015 13:15
# 6
Ama yenede
rəmsə
İlahənin hərəkətlərinə əsəbləşməmək mümkün deyil,axı sənin nə işin var Rzanın evində.Hər keçən bölümdə Ramilə daha da yazığım gəlir,Rzaya isə nifrətim artır.Bacısı da özünün tayı imiş İnarə mənlə yatacaq deyir,ama Rza ilə olmasına göz yumur.
Nəysə,sonunda çox mərak içində qaldım,görəsən o əzilmiş fotoşəkillərdə nə varmış...
16 may 2015 12:05
# 5
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
BARBI
Ne sekiller ola biler maraqli geldi
16 may 2015 10:56
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Dosta_inam
ola bilsin Ilahe ile Rzanin sekilleridir,Inareni gördükden sonra ezib siyirmeye qoyub Rza,bir sonuna çatsaq,en maraqli meqamlaridir.
16 may 2015 10:47
# 3
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Artemida
Rza hec yaxşi adama oxşamir.allahin yazigi geldi inareye ki rzanin atasi pisleşdi yoxsa ne olardi
16 may 2015 10:16
# 2
Mrs. Perfect
Ilahe ve rzanin wekilleri??
16 may 2015 10:06
# 1
Men Isteyiremse Olmalidir, Olacaq. Belke Cetin Olacaq Ama Olacaq . . !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz