Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Əzilmiş fotoşəkillər (7-ci bölüm)
Əzilmiş fotoşəkillər (7-ci bölüm)
Göndərən: Nergizz
Şərhlər: 10
Baxılıb: 1136
Səs ver:
Sevgi və ayrılıq...Bir-birini məhz tamamlamağa xidmət edən həyat səhnələri. Bir halda ayrılıq sevgini məhv edir, digər halda onu xilasın yeganə yoluna çevrilir...
Uşaqlıqdan İnarə eşitmişdi ki, sevginin gözü kordur, qulağı da kar. İlahə o ağılsız hərəkəti edib Ramilə ömür-gün yoldaşı olanda bu məsəli ata-anasının, əmi və bibilərinin dilindən də tez-tez eşitmişdi. Onlar bir ağızdan deyirdilər ki, sevgi - insanı uçuruma aparan menasız bir şeydir. Ata-anası bir-birilərini toylarına qədər heç tanımamışdılar da. Valideyinlərinin təhrikiylə ailə qurmuşdular. Bu faciəyə qədər bütöv bir ömrü xoşbəxtcəsinə yaşamışdılar.
Rais böyük qızının xoşbəxt olacağına o qədər əmin idi ki... O İlahəni əvvəlcədən planlaşdrılmış kürəkənlə görəcəyinə əmin idi. Xalası nəvəsi Ayaz ailəcanlıydı, İlahədən beş yaş böyük idi, pis vərdişləri yoxuydu, böyük-kiik sayan idi. Ən əsası, evi var idi. Amma bütün bu imtiyazları qoyub Sumqayıtın ucqar bir qəsəbəsindəki ,,mal tövləsi,,nə yaşamağa gedən qızının qəfil hərəkəti onunçün gözlənilməz və anlaşılmaz olmuşdu...
Düzdür, İnarə sevgiyə inanırdı, onun müqəddəs bir duyğu olduğuna ğmin idi. Özü ötəri bir sevgi yaşamışdır, hələ altıncıda oxuyanda Azərbaycan dili-ədəbiyyat müəlliminə vurulmuşdu. Braziliya seriallarının qəhrəmanlarına bənzəyən müəllimini özlüyündə o qədər ideallaşdırmışdıki... Məktəbə yalnız onu görməyə gedir, onun dərslərini böyük həyəcan və həsrətlə gözləyirdi..
Cəmi bir dərs ilini onlara dərs keçən Elşad müəllim növbəti sentyabrda sinif otağına daxil olmadı. İnarə ürək döyüntülərinin müşayiəti ilə Azərbaycan dili dərsini başlanmasını gözləyərkən sinfə gözü eynəkli qadın daxil oldu, tələsik nitqiylə İnarəni tam məyus etdi..
 -Salam. Mən Elşad müəllimi əvəz edəcəm. Məsmə Cavadovayam.
O gündən Məsmə müəllim İnarənin gözünün düşməninə çevrildi. Beləcə, birdə heç vaxt İnarə Elşad müəllimi görə bilmədi. Maraqlıdı ki, indiyə qədər orta məktəbdəki, həyətlərindəki, qohum-əqrabalarındakı, universitetlərindəki saysız-hesabsız oğlan ona ürəyini açmışdı. Amma İnarə hamıya ağız büzmüşdü, heç kəsi bəyənməmişdi. Bu günün özündə də, sevgi etiraflarını dalbadal eşidirdi... Bezmişdi bu sırtıq oğlanlardan...
Nədənsə ona elə gəlirdi ki, sevgi limiti Elşad müəlimlə tükənib, bir də heç kimi sevməyəcək..
Bəzən buna sevinirdi də. İlahə kimi son dərəcə imkansız, həyat yoldaşına bədbəxtlik gətirən birisini sevib neyləyəcəkdi ki?!
Elə bu cür yaxşı deyilmi, heç kəsi sevməyəsən. Öz romanını kulminasiyası yazasan... Cəhənnəmə ki, darıxdırıcı olacaq. Olsun da! Bu hər halda,əzab çəkməkdən daha yaxşıdır...
İlahənin Ramilə qoşulub qaçmasından cəmi bir neçə gün sonra - onda ki, atası qızın cer-cehizini, şəxsi əşyalarını evdən çıxartmışdı, çox gərgin ab-hava hökm sürürdü, qəfildən belə bir söhbət başladı evdə.. Eybi yox, İlahə olmadı, qoy İnarəsə Ayazın həyat yoldaşı olsun. Rəsmən nişanlanmasalar da, hamı İlahəylə Ayazı nişanlı hesab edirdi. Ayaz bu evə gəlib -gedir, evin bir üzvü hesab olunurdu. Raisin də, Güllünün də üz-gözü ona öyrəşmişdi.
İlk dəfə söhbət açılanda İnarə şoka düşmüşdü. Valideyinlərinə qəti etirazını bildirmiş, yüz il öncənin ,,O olmasın, bu olsun,, filminin müasir dövürdə təkrarını gülünc, ağlasığmaz adlandırmışdı. Sonradan bu mövzu vaxtaşırı ailə söhbətlərinin mərkəzində dayanırdı.
İnarə bacısı tərəfindən əzaba düçar edilmiş valideyinlərinə təkrar əzab verilməsini istəmədiyindən çıxılmaz vəziyyətdə qalsa belə, ən azından etiraz etməməyi qərarlaşdırdı...
Bu gün günorta İnarənin boynuna qoymuşdular ki, onu universitetdən məhz Ayaz gətirəcək.  İnarə  ,,uşaq deyiləm ki, özüm gələrəm,, demiş, ancaq atasının sifətinin ifadəsini görəndə çar-naçar razılaşmışdı... Universitetdən çıxarkən, Ayaza yaxınlaşanda nədənsə içindən gözləmədiyi bir hiss keçdi. Ağ ,,07,, onun gözlərində parıltılı qapqara ciplə əvəzləndi, Ayazı isə, avtomobilə dirsəklənərək onu gözləyən hündür yaraşıqlı Rzaya çevirdi...
... Ayazın salamına salamla cavab verib sonrakı ,,necəsən,, sualını cavabsız qoydu. Onunçün açılmış arxa qapıdan keçib əyləşdi, qapını da çırpıb bağladı.
Ayaz mühərriki işə salıb universitet yolunda əsl tıxac yaradan sürücülərin dalıycan gileyləndi. Sonra salon güzgüsündən İnarəni süzdü..
 - İmtahan idi, zaçot?
İnarə mızıldandı..
- Zaçot.
- Qiymət ala bildin?
- hm.
- Çətindir dərslərin?
- Hm.
- İxtisasın nədir, müəllim olacaqsan?
- Nç
- Bəs nə?
- ...
 - Sizdə də qiymət almaq pulnandı?
- Nç.
- Yəni sizdə biliyə qiymət verirlər?
- Hm...
Ayaz İnarənin danışmaq istəmədiyini utancaqlığı ilə bağladı. Yadına İlahəni saldı, İlahə də beləydi, kəlmə kəsmirdi adamla... Yüz suala bir cavab verərdi, ya verməzdi...
Universitetin qabağında İlahənin həmişəkindən xeyli artıq gözləməli olmuşdu. Nəhayət, qız ona yaxınlaşıb demişdi ki, siz çıxın gedin, mən qızlarla gedəcəm. İlahə də, İnarə kimi onunla həmişə ,,siz,,lə danışırdı, amma o,  ,,sən,, deyə müraciət edərdi İlahəyə...
İlahə maşına oturmaq istəməyəndə Ayaz dirəniş göstərmişdi, demişdi, necə yəni qızlarla gedəcəm, olmaz qızlarla getmək!
Belə olduqda Ayaz bu dəqiqə gedib Rais dayısına zəng edəcəyini, İlahənin dərsdən çıxarkən bir saata yaxın yubandığını, söyləcəyini demişdi.
Ayaz indiyə kimi İlahəyə içində yığılıb qalan sözləri də söyləmişdi..
 - Bu nədir, gah dar şalvar geynirsən, gah gödək yupka... Hələ bir dodağıvın kraskasına bax! ona görə gədə-güdələr marıtlayıb sənə baxırlar. Yığışdır bunları.
Sonra da, qızın əlindən tutaraq onu zorla maşına oturtmağa cəhd etmişdi.
- Ay qız məni cin atına mindirmə. İstəyirsən dalaşaq, aramız dəysin?
- Hə, istəyirəm! Valideyinlərin deyiblər bu qızı al, sən də gəlib yapışmısan xirtdəyimdən. Öz istəyinlə get özünə tay birini tap, məni rahat burax. Xahiş edrəm əl çək məndən! Mənim istədiyim var!
Bəlkə də, o vaxt dayısına hər şeyi açıb desəydi, İlahənin üstünə düşərdilər, ona asudəliyini qadağan edərdilər, qoşulub qaçacağıgədəni də, cəzlandırardılar ki, camaatın nişanlısını niyə yoldan çıxarırsan...
Avtomaqnitolanın səsini qaldırdı. İki meyxanaçı xırıltılı səslə deyişirdi. İnarə istədi ki, bu bayağı musiqini eşitməmək üçün qulağını qapasın.
Sınıq kravata sən bənzəyirsən,
Dominoya şahmata sən bənzəyirsən...
Bu da insanın zövqü... Bu əttökənlikdən həzz almaq olar?
Ayaz lap cuşa gəlib çırtma da, vururdu arada...
İnarə arzuladı ki, bircə ata-anası Ayazın nə dinlədiyini eşidəydi, hansı zövq olduğunu, səviyyəsini görəydilər..
- Onun səsini kəsə bilərsiz?
İnarənin bu sözündən Ayaz diksindi..
- Bəyənmirsən? Super meyxanadı ki.
- Başım ağrıyır.
- Kəs deyirsən, kəsim də.
İnarə Rzanı fikirləşirdi. Görəsən, onun cipinin avtomaqnitolasında hansı musiqi səslənir? Görəsən, İlahəylə birgə yol gedəndə hansı musiqini dinləyirdilər?
Yox, nə illah eləsə də, Rzanı beynindən çıxara bilmirdi...
...Evə çatan kimi bütün diqqətini telefona yönəltdi. Rza bu gün zəng etmişdimi? Bəlkə, bundan sonra zəng edəcəkdi?
Atası işdən gəlməmişdi,anası mətbəxdə oturmuşdu, gözləri yol çəkirdi. Gəlib ehmalca anasını qucaqladı, başından öpdü. Onun  ,,yemək qızdırım,, sualına  ,,Yox, nəsə iştahım yoxdu,, cavabını verərək öz otağına keçdi, əynini dəyişib üzü üstə çarpayısına uzandı...
Sabah Rzayla görüşməli idi... Həm Rzanı, həm də İlahənin yaşadığı evi, həyət-bacalarını görmək həyəcanı bədəninə bir üşütmə gətirdi...
Görəsən, İlahəni Rzayla nə bağlamışdı? Görəsən, İlahə doğrudanmı Rzanı sevmişdi?
Əgər sevmişdisə, sevgi onun ömrünə yenilik gətirməli idi. Ümidləri, arzuları aşıb-daşmalı, məcrasına sığmamalıydı... Tam adiləşmiş, bayağılaşmış həyatına bunca rəng qatıldıqdan, hər şeyi yarıda qırıb intihar etməyə axı adamı nə sövq edə bilərdi?

Müəllif: Varis


Şərhlər: 10
Baxılıb: 1136
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
maraqlı sualdı ne mecbur edıbda bu qız ıntıhar edıb yadakı kım mecbur edıb
12 may 2015 01:02
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Mrs. Perfect
Cox menasizdie qizin biriynen alinmir o biri qizi verirler oglana bes oglan nece sigiwdirir bunu ozune? Nem ewwi
11 may 2015 16:51
# 9
Men Isteyiremse Olmalidir, Olacaq. Belke Cetin Olacaq Ama Olacaq . . !
Artemida
Yaxşı romandir
11 may 2015 14:20
# 8
BARBI
Ayazi hec beyenmedim lovga ve arsizdir.
11 may 2015 13:00
# 7
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Dosta_inam
Inarede Rzani seçse ata Ayaza kimi verecek gören,bu olarmi ki,Rza evvel Ilaheni sevsin o ölenden sonra bacisina asiq olsun.
11 may 2015 12:22
# 6
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Nergizz
Sitat: Nergız33
Göresen inarede yox dese kişi ayaza kimi verecey.

122 bacindan hede geri qalmirsan
11 may 2015 12:06
# 5
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
Baharim ol
Ayaz kimi oglanlardan hec xosum gelmir.ele bil qiz bazara malidi.al deyirler alir ne deyirler onu eleyir.Ilahe yaxsi cavabini verib
11 may 2015 12:02
# 4
Ama yenede
Nergız33
Göresen inarede yox dese kişi ayaza kimi verecey.
11 may 2015 11:53
# 3
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
rəmsə
İlahənin ata anasını heç bəyənmirəm,varlı yeznə həvəsindədirlər.Bu nə deməkdi əllərinə bidənə varlı oğlan düşüb deyə Ayazı deyirəm,İlahə olmadı İnarəni vermək istəyirlər.Olar ki,bu qədər varlı yeznə arzulayırlar,Rzanın hər etdiyini bilsələr də,Rza əgər istəsə İnarəni ona verərlər.
11 may 2015 10:42
# 2
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Tomris Müslümova
cox gozel romandiyee bu duzdu hele bura kimi oxumamisam ama hamisi secilmislerdedi imkan tapan kimi qaldigim yerden oxuyuram
11 may 2015 09:36
# 1
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz