Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Əzilmiş fotoşəkillər (3-cü bölüm)
Əzilmiş fotoşəkillər (3-cü bölüm)
Göndərən: Nergizz
Şərhlər: 7
Baxılıb: 1087
Səs ver:
Çadırda adam həddindən artıq çox idi. İyun olsa da, havalar sərin keçirdi. Heç deməzdin ki, yaydır.
Bayaq parıltıdan bərq vuran avtomobildən düşmüş və hamının diqqətini cəlb eləmiş gənc keçib içəridə əyləşmişdi. 24-25 yaşı olardı. Siqareti ağzına aparıb gətirdikcə qolundakı enli, qızıl bilərzik alışıb-yanırdı.
Son dərəcə gözəl qoxusu olan ətir vurmuşdu. İstər-istəməz, çadırdakıların əksəriyyəti ona diqqət yetirməkdə idi.
Gənc içəridəkiləri süzür, baxışlarını mollada dayandrıb onun nə danışdığının fərqinə varmağa çalışırdı, Amma fikirini cəmləyə bilmirdi.
Qapının lap ağzında əyləşmiş Rais kişinin İlahənin atası olduğunu təxmin edib ona göz qoymağa başladı. Düşündü ki, valideyin üçün övlad itkisindən ağır nəsə ola bilərmi dünyada? Bir anlıq gözünün qabağına eyən bu vəziyyətə düşmüş, bükülmüş, üzü tüklənmiş atasını gətirdi. Ya da bacılığı  Aynurənin öldüyünü təsəvvür etməyə çalışırdı... İnsan bu işıqlı dünyaya axı necə əlvida deyə bilər... Bu gözəllik - son dəblə geyinmək, ən bahalı avtomobilə, mobil telefona sahib olmaq, ən gözəl mülkdə yaşamaq, sağa-sola pul səpələyərək əsl həzz görmək - yəni bütün bunlara necə əlvida demək oar?!
Bu fikirlərdən ürəyi sıxıldı...
- Sqaretinizdən olar?
Yaninda əyləşmiş gəncin sualı onu fikirlərdən ayırdı. Azər idi, Reyhanın həyat yodaşı. Bayaq qəbir üstündə heç kəsdən utanıb-çəkinmədən hönkürərək ağlamışdı. Dalbadal siqaret çəkməklə nisbətən yüngülləşəcəyini düşünüb cibindəki siqaret qutunu boşaltmışdı. Odur ki, indi tanımadığı masa qonşusunun çəkdiyi bahalı siqaretdən dadmaq istəyirdi.
Oğlan siqareti ona uzatdı. Azər bir siqaret götrüb yandırdı, dərindən qullab vurdu. Nədənsə yanında əyləşmiş, ilk baxışdanca maddi zənginliyi hiss olunan bu şəxslə ünsiyət qurmaq,dərdini bölüşmək istəyi yarandı onda, ah çəkib söylədi..
- Heç adamın inanmağı gəlmir... Dünən sən vardın, bu günsə yoxsan. Nəyə lazımdı ki insan?! Heç nəyə!
Yenə də gözləri doldu. Qəhərli səslə  -Heyif İlahədən, çox heyif. Tər bir çiçək idi, solmamış məhv oldu -deyərək başını yana çevirdi ki, oğlandan gizli gözünün yaşını silsin.
 Oğlan da nəsə demək istədi, sadəcə  ,,Hə gözəl qız idi rəhmətlik,, sözləri ilə kifayətləndi. Süfrəyə çay düzülürdü. Molla ara-sıra dindən danışır, fatihə verirdi.
Azər bir qədər toxdayıb masa yoldaşına ,, Heç tanış olmadıq axı, mənim adım Azərdir, gömrükdə işləyirəm, İlahənin sinif yoldaşı olmuşam. Həyat yoldaşım da onun ən yaxın rəfiqəsi olub,, söylədi.
Msa yoldaşı qısaca ,,Adım Rzadır,, dedi.
Azər Rzadan sözü kəlbətinlə qopardığını görüb məyus oldu. Amma içindəkiləri ona danışmaq istəyindən heç cür vaz keçə bilmirdi.
İçini çəkib danışmağa başladı.
- Biz on il bir sinifdə oxumuşduq, yeddi il bir parta arxasında oturmuşuq.
Arabir dayanır, sonra da, asta-asta davam edirdi...
Qızlarımızın ən gözəli idi. Səkkiz martda ən çox hədiyyə o alırdı. Hamı onu çox istəyirdi... Hamı...
Bir istədi öz cavabsız sevgisindən də danışsın, vaz kecdi...
-... Osa heç kimi bəyənmirdi... Heç kəs onun ürəyinə yo tapa bilmirdi. məktəbdən sonra hərə bir ali məktəbə girsə də, yenə əlaqələrimiz qalırdı... Eşidəndə ki tələbə yoldaşına qoşulub qaçıb, hamımız şoka düşdük...
Bu siqareti də çəkib qurtarıb kötüyünü külqabına basdı..
- Özünü heyif elədi. Əyninə şalvar ala bilməyənin qisməti olub həyatını məhv etdi... Heç ölməli qız deyildi. Heç...
Ara verib Rzanın gözünün içinə baxdı..
- ...Bəlkə siz bilərsiz, bu hadisə niyə baş verib? Nə məcbur edib İlahə damarını kəssin? Əri narkomandır ki?
Rza çayı təzələyən oğlana ,,sag ol,, deyib stəkana limon atdı, ağzına bir qaşıq halva qoyuib çayı qurtumlamağa başladı, içə-içə.. - inan ki, bilmirəm, - söylədi.
Dərhal da əlavə etdi..
- Sən düz deyrsən, heç ölməli qız deyildi İlahə. Biləndə ki, özünə qəsd edib, tamam dilxor oldum. Əri maygülüyə deyrəm  hüzr yerinə birlikdə gedək. Deyir bizi ora qoymurlar. Soralaşıb birtəhər tapmışam buranı...
Çadıra hey girib çıxırdılar. Rza qapının ağzında oturmuş Rais kişinin imkanlarını, vəzifəsini təxmin etməyə başladı. Gəlib-gedənlərin sayından, sanbalından hiss edirdi ki, İlahənin atası heç də kiçik adam deyil, müəyyən vəzifə sahibidir... Ancaq kişi yaman düşüb, üz-gözünü tük basıb, gözləri çuxurdadır hey ah çəkir...
Rza diqətlə ətrafa göz qoyur, qulaq yetirirdi... Sol böyründə əyləşmiş arıq, qızılbaş kişi və onun yanındakı sarışın kişi pıçıldaşırdılar..
- Ə sən öl, onlıarlıq deyil, o gədə fağırın biridir, nə narkomanlıq, nə döyüb öldürmə?! Anası da ipək kimi mülayim qadındır...
 - Bəs ölü yiyəsi niyə elə deyir?
- Ə bə nə desin?
Azər siqaret almaq üçün duranda Rza ,,götur çək məndə maşında da var, sonra gedib alarsan,, söylədi. Azər üzrxahlıq edə-edə siqaretlərdən daha birini götürüb yandırdı.
Böyük qardaşı Raisə yaxınlaşıb qulağına nəsə dedi... Rais başını tərpətdi... Qardaşlar oxşar idilər. Fərqləri cüzi idi...
Rza darıxdığını hiss etdi, pencəyinin qolunu çəkib saatına baxdı.İkiyə işləyirdi. Kifayət qədər bahalı olan bu saatı atası  ad günündə hədiyyə etmişdi, demişdi ki, ,,Certina,, dünyanın ən zərbəyədavamlı saatlarındandır, ən ekstrim şəraitlərə hesablanıb. Arzum budur ki, sən də hansı şəraitlərə düşməyindən asılı olmayaraq, həmişə dözümlü, möhkəm olasan...
Rza birdən-birə atası üçün bərk darıxdığını hiss etdi. Xüsusən Sumqayıtda villa tikdirəndən sonra onu az-az görürdü...
Telefonunu götrüb atasının nömrəsini yığdı, telefon söndürülmüşdü... Düşündü ki, yəqin iclasdadır, ya da qonaqları var..
Birdən-birə elə burada, bu hüznlü insanların arasında atasını necə çox istədiyinin fərqinə vardı. Nüfuzu ilə hər yerdə hörmət-izzət qazanan, çoxları üçün zəhimli, quru, hətta kobud olan Məcid müəllim onun üçün dünyanın ən doğma, ən sevimli insanı idi. Atasının bəxş etdiyi təmtəraq, təminlik sayəsində Rza özünü yenilməzlərin yenilməzi sayırdı... Lap qolundakı saatı kimi...
Yenidən saatına göz gəzdiridi. İkinin yarısı idi... Bəlkə durub getsin... gəldi, yasda iştrak etdi, borcunu verdi. İndi rahat gedə bilərdi...
Azərə tərəf çevrildi..
- Siyahını kim yazır Pul yazdırmaq istəyirəm.
Azər başını buladı..
Yox, siyahı zad yoxdur. Rais əmi imkanlı adamdır, durub pul yığmayacaq ki...
Rza yenidən baxışlarını İlahənin atasına yönəltdi... Ölüm heç vaxt imkanlıya-imkansıza baxmır... baxsaydı, onda həyat qəfil dəyişib başqa məcaraya düşərdi... İmkanlılar pul verib ölümsüzlüyü özlərinə təmin edər, imkansızlar isə bilmərrə qırılardılar...
Rais kişi gözünü sonsuzluğa dikib oturmuşdu...
Elə bu vaxt İnarə içəri girib atasının qulağına nəsə pıçıldadı. Rzanın üzündəki ifadə dondu. O, təəccüblə öz-özünə << İlahə?! Bu ola bilməz! >> - deyə təkrarladı. Rza Raisə yaxın oturmuşdu deyə İnarəni tam olaraq seyr edə bilirdi.

Müəllif: Varis


Şərhlər: 7
Baxılıb: 1087
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Antikvar
Maraqli hekayedi,bir o qederde dusundurucu ve muemmali qalan yerleri cox olur.Rza mene suhbeli gelir her seyi bilirde ve yaxud sebebkardi deye dusunurem."gelib borcumu yerine yetirdim"sozu meni bele fikirlesmeyime vadar etdi.
8 may 2015 22:40
# 7
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Baharim ol
Rza mence Ilahenin getdiyi yerin qohumudu.
8 may 2015 12:33
# 6
Ama yenede
Artemida
Maraqli hekayədir getdikce de maraqlanir
8 may 2015 07:12
# 5
neri
he bacum mencede bilir rza
7 may 2015 18:30
# 4
Sert
vipbetul
cox maraqli hekayedi
7 may 2015 17:23
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
rəmsə
Mene ele gellirki bu Rza intiharin sebebini bilir,gorekde...
7 may 2015 16:37
# 2
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Dosta_inam
heyif ya tez bitdi,gerekki bacilar oxşar idi,bax o oğlan kim oldu bilmedim axi,ne gözel yerinde bitdi.
7 may 2015 15:41
# 1
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz