Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Əzilmiş fotoşəkillər (2-ci bölüm)
Əzilmiş fotoşəkillər (2-ci bölüm)
Göndərən: Nergizz
Şərhlər: 11
Baxılıb: 1306
Səs ver:
İlahə siniflərindəki qızların hamısından üstün idi. Həm gözəl-göyçəkliyinə, həm savadına, həm də imkanlarına görə. Reyhanın həyat yoldaşı Azər o vaxt İlahədən ötrü dəli-divanəydi. Nə səbəbdən axı İlahə Azəri bəyənmiyib Ramilə getdi, bədbəxt oldu, Azər, bəlkə də,məhz İlahənin acığına onun ən yaxın rəfiqəsini aldı, xoşbəxt elədi. Özü gömrükdə işləyir, şəhərin lap göbəyində üçotaqlı gözəl bir mənzili, altında son model, Mersedesi var... Gör bir Reyhanı necə geyindirib-keçndirib! Necədə xoşbəxt ailələri var. Reyhan hamilədir, bu gün sabah da evlərindən körpə qığıltısı eşidiləcək... İlahə isə cavan yaşənda torpağa yem oldu...Ər evində bircə gün görmədi yazıq... Özünə qıydığı gün qəfildən ertədən gəlmişdi. Bir saatlıq. Nə günə düşmüşdü, ay Allah. O gözəlliyi necədə soldurmuşdu həyat. Keşkə İnarə biləydi ki, bacısı gedər gəlməzə gedir, tutub saxlayardı, qoymazdı o xarabaya qayıtmağa...
Dünyada insan özü qədər heç kəs pislik eləyə, qənim kəsilə bilməz.
Anasının səsi onu fikirlərindən ayırdı...
- Məni ən çox o yandırır ki, heç bir yadigarı qalmadı balamın. Elə bil, bir qonaq idi, gəldi, beş-on gün yaşadı, getdi...Barı bir körpəsi qalaydı... Onunla təsəlli tapaydıq...
 Küncdə oturmuş Sərvinaz bibisi qıyya çəkdi..
- Balasız gedən balam, vay!!! Nişanəsiz geən gözəlim, vay!!!
İnarə anasının halını yenə pisləşdiyini görüb ona valerian içirtdi... Sonra yenə həyətə düşdü, çadıra yaxınlaşdı. Atasının bayaqkı tanışı getmişdi, indi kişi əllərini masaya dirsəkləyib başını ovuşdururdu. İnarə ona toxundu..
- Ata... Qurban sənə,bir az toxta. Axı sənə olmaz...
Ömründə ilk dəfə atasının ona zillənən baxışlarında bir yazıqlıq, ümidsizlik sezdi...
 Həyat necədə qəribədir, bir gün səni təltif edir, sevincə bələyir. Başqa gün isə hər şeydən məhrum edərək dərdlərinlə baş-başa qoyur...
Çadıra bir neçə şəxs daxil odu, böyük qardaşı Raisə, gələnlər var qarşıla, söylədi...
İnsanlar dəstə-dəstə gəlib-gedirdilər. Qadınlar evə, kişilər çadıra... Hmı düşünürdü ki, bununla ölənin ailəsi qarşısında oz borcunu verir...
Yenə yaxşı ki, bu yas mərasimi var. Atasıyla anasının başı qarışmışdı...
Ölüm sənədlərini düzəltmək, lünü məsciddə yudurdub kəfənləmək, savadlı molla tapmaq, qəbirstanlıqda yer götürmək, qəbir qazdırmaq, həyətdə çadır qurmaq, ayın-oyun alıb ehsan süfrəsi açmaq... Sonradan isə, yeddiyə, cümə axşamlarına, qırxa hazırlaşmaq... Qəbirin üstünü götürmək,... Bütün bu məcburi və zəruri proseslər itkiyə düçar olmuş ailənin üzvlərini, bir növ, onların başını qatır... Qoy ölümüzü yaxşı götürək... Qoyehsan süfrəmiz hamınınkından üstün olsun... Qoy başdaşı bahalı mərmərdən düzəldilsin... Qoy bunu edək, qoy onu edək...
Və beləcə özləri də, his etmədən, yaraları qaysaqlanır...
 İnarə evə qayıdanda anasını hıcqıra-hıcqıra ağlayan gördü.
- Küsülü idik. Mən də, kşi də onun o ac köpəyoğluna getməsinə razı deyildik, sən ki bilirsən, Ayaza vermək istəyirdik qızı. Kişinin xalası nəvəsinə. Lap o ac köpəyoğluna qoşulub qaçanda da deyrdim ki, ay qızım, daşı tök ətəyindən, qayıt gəl evimizə. Biz də səni bağışlayarıq, Ayazın da qəbulusan. Deyirdi, yox, ay ana mən onu sevirəm. Deyirdim,ay qızım, acqarına cındır pal-paltara nə sevgi?! Bəyəm atan səni belə böyüdüb?! Bəyəm indiyənəcən bir ehtiyac görmüsən?! Şahzadə kimi yaşamısan. Bəs indi bu nə dilənçilikdi, nə rəzalətdir?! Məni ələ almaq istəyirdi. Deyirdi ki, uşaqlarımız olandan sonra ata da, sən də bizimlə barışacaqsınız...Vay balasız qalan balam! Nakam bədbəxt balam!
 İnarə nə qədər dilə tutsa da, anasını sakitləşdirə bilmədi. Axırda Reyhanı çəkib otaqdan çıxartdı ki, bəlkə anası onu görməsə sakitləşər...
Həyətə baxan eyvana çıxdılar. Bir müddət çadıra gəlib-gedənə tamaşa etdilər.
- Niyə öldürdü ki özünü?
Reyhanın bu sualına İnarə çiyinlərini çəkdi..
- Nə bilim... Ayın on dördü qəfil gəldi. Qoşulub getməsinin düz bir illiyi idi. Gəldi, küçə eyvanına çıxıb yenə də, uşaqlıqdakı kimi, yoldan keçən maşınlara ,,Bu mənim, o mənim,, dedi. Ana yarpaq dolması bişirmişdi, qazandança bir-ikisini iştahla yedi. Nə üçün gəldiyinin səbəbini, nə illah eləsək də demədi...
İçini çəkə-çəkə davam etdi..
- Qəfil gəldyi kimi, qəfil də, getdi. Bilsəydik belə olacaq, heç qoyardıqmı getsin! Nə biləydik ki, ölümə gedir...
Hıcqırdı...
- Bir ildə cəmi-cümlətanı üçcə dəfə görmüşdüm onu. Bir dəfə universitetə, diplom üçün gələndə, iki dəfə də yoldaşı poliklinikaya gətirəndə... Bu dördüncü dəfə idi. Yaman sınıxmışdı... Dərdli idi, əyin-başı da, pis gündə... Ana nə qədər elədi ki, eyibdir, küçəyə çıxırsan, İnarənin paltarlarından götür geyin. Gülümsədi, dedi, lazım deyil...
Reyhan da ağlaya-ağlaya söhbətə qoşuldu..
- Mayın iyirmi beşində filarmoniyanın qabağına yığışanda ürəyim ağrıdı onu görəndə. Yazıq qız, süzülmüş kalqotka geymişdi... Ramilə deyən gərək, saxlaya bilməyəcəkdinsə, niyə alıb bədbəxt edirdin yazıq qızı...
.. Həyətdəki maşınlara ikisi də əlavə olundu. Bir ,,Volvo,, və bir ,,QAZ-31,,. Onlardan beş kişi düşüb çadıra girdi.
Reyhan gərginliyi səngitmək üçün soruşdu..
Onlar kimdi?
İnarəkönülsüz-könülsüz.. -Ata qohumlrımızdı, - dedi.
Reyhan çadırın girəcəyində durub gələnləri qarşılayan gənci göstərdi..
- O, da, yəqin ki, Ayazdır, hə..
İnarə başını tərpətdi.
Reyhan Ayazı xeyli süzdü..
- Gül kimi oğlandır. Ay İlahə, sən bunu bəyənməyib gör kimi seçdin... Elə bil vərəmlidir o Ramil. Adam qorxur baxmağa.
İnarə ah çəkdi. Ürəyində dedi ki, Ayaz o yana, Azəri bəyənsəydi, indi sənin xoşbəxtliyin onunku olardı...
Adamlar gəlib-gedirdilər. Sayı-hesabı yox idi gələnlərin. Bu dəfə İnarə soruşdu..
- Azərlə gəlmisən?
- Əlbəttə. yəqin, çadırda olar Azər.
Sonra bir müddət susdular. İnarənin gözləri yol çəkdi. Yəni, doğurdan, İlahəni bir daha görməyəcəkdi? Uşaq vaxtı evcik-evcik oynayanda bir-birinə gəlinciklərinin dili ilə ,,xala,, deyərdilər... Demək İnarənin uşaqlarının xalaları olmayacaq... Onlar xala sevgisindən, xala əzizləməsindən məhrum yaşayacaqlar...
 Bu vaxt həyətdə alışıb-yanan qara rəngli  ,,Range Rover,, avtomobili göründü. Avtomobil lap asta sürətlə irəliləyib yas çadırına yaxınlaşdı, sırada boş yer tapıb bir yanını səkiyə qaldıraraq dayandı.
- Ay da, nə qəşəng cipdir, - söyləyərək Reyan diqqətlə avtomobili süzməyə başladı. İnarə də maraqla baxdı. Hamının diqqətini cəlb edən avtomobilin ətrafı bir anda uşaqlarla doldu. Onlar ağızlarını açıb, bu ,,möcüzə,,yə dörd tərəfinə dolaşmaqla baxmaqda idilər.
Nəhayət, qapı açıldı, içəridən qara eynəkli, yaraşıqlı bir gənc çıxdı, çadıra keçdi. Reyhan dərhal soruşdu ..
- Bu kimdir?
İnarə indiyə qədər nə bu cipi, nə də bu gənci görmüşdü.
- Tanımıram, - dedi, özündə də maraq oyandı ki, bu, kim ola bilər.
Reyhan baxışlarını heç cür avtomobildən ayıra bilmirdi..
- Necədə mənə tanış gəlir...
Avtomobil elə parıldayırdı ki, deyərdin zavoddan bu dəqiqə çıxıb. Görünür təzəcə yuyulmuşdur...
Bir oğlan uşağı gəlib İnarəni səsləməsəydi, onun baxışları heç cür cipdən qopmayacaqdı..
- İniş anan səni çağırır.
Ağlaşma olan otağa keçəndə anasının ağlamaqdan qızarmış gözlərini görüb yenə narahatlıqla deyinməyə başladı.... ,,Olmaz axı sənə... Bir az toxta da,,
Anası Reyhanı soruşdu cavabı gözləmədən də söylədi..
- Düş gör kişi necədir. Dərmanlarının vaxtı keçr. Tovla çıxart yuxarı. Ac-susuzdur. Bir loxma da cörək yedirt ona...
Dəhlizə kecəndə İnarənin gözü ayaqqabısını geyinən Reyhana sataşdı, onnan nə əcəb belə tez getməsinin səbəbini soruşdu. Oda bunu hamiləliyi ilə, halsızlığı ilə izah etdi, söylədi ki, Azər məni yola salıb özü hələ burda olacaq. İnarə ,,Gəl, səni həyətəcən ötürüm,, dedi.
Pilləkənlə yenicə düşməyə başlamışdılar ki, birdən Reyhan ayaq saxladı..
- İstəyirsən deyim, o ciplə gələn oğlan kimdir. Biz yığışan gün İlahə onun maşınına minib getmişdi.
İnarə yerindəcə donub qaldı, təccüblə Reyhanın gözlərinin içinə baxdı.
- Nə?! Ola bilməz! İlahə nəyə görə onun maşınına minməliydi ki?!
Reyhan sözlərini isbatlamağa başladı..

Allah haqqı düz deyrəm! Biz filarmoniyanın yanında görüşəndə hiss etdim ki,o maşın bizi izləyir. Oğlan şüşəni salıb baxanda ürəyimdə dedim ki,nə gözəl oğlandır... Maşını da redkiy maşındı, o dəqiqə gözə çarpır...
İnarə çaşqınlıq içndə qalmışdı...
Bacısının intiharı tam müəmma idi. Hansı səbəbə özünə qıyması ağıla belə gəlmirdi. Ehtiyac içində yaşadığı üçün? Yox özü seçmişdi də bu həyatı. Əri incidirdi? Heç vaxt! O mülayimlikdə olan və o cür sevgi ilə sevən şəxs heç vaxt incidə bilməzdi. Əri atası demiş narkoman idi? Bu da ağılasiğmazdı. Belə olsaydı, indiyədək mütləq bu məsələ açılardı. Görünür atası söz-söhbət yaranmasın deyə bu bəhanəni uydurmuşdu. Ağzıgöyçəklər deyə bilərdilər ki, Allah bilir, nə zibili olub, özünü öldürüb.
Bəs onda niyə,hansı səbəbə İlahə bu addımı atmışdı...
İndi də Reyhanın söylədikləri... Bu da başqa müəmma idi. Bu gələn şəxs qohum-əqrabalarından deyildir,bu aydındır. Olsaydı İnarə onu tanıyardı. Eləcə də ailəvi tanışlarından deyildi. İlahə Reyhanla həm sinif, həm də tələbə yoldaşı olduğundan, təbii ki, Reyhan bütün sinif və tələbə yoldaşlarını tanıyrdı. Demək o oğlan bu sıradan da deyildi. Ramilin dostlarından, qohum-əqrabasından da ola bilmezdi. Ramilgilin cındırından cin ürkür... Onlar hara, bu imkanı bərq vuran oğlan hara?! bəs onda kim idi o, İlahə nə səbəbə onun maşınına minmişdi?

Müəllif: Varis


Şərhlər: 11
Baxılıb: 1306
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Nergız33
2 cinide oxudum maraqlıdı qaldi 3 men onu oxuyana 4 geler
8 may 2015 01:49
# 11
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
rəmsə
Mene de maraqli geldi,kimdi bu oglan?muemmali meqamlar coxdu,goren Ilahe axirinci defe niye gelmisdi atasi gile ve niye hec ne demeden getdi 28
7 may 2015 16:28
# 10
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
neri
cox maragli geldu
7 may 2015 00:00
# 9
Sert
vipbetul
maraqliydi

maraqliydi

maraqliydi
6 may 2015 17:46
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Tomris Müslümova
atiram secilmislere oxuyacam maraqlidi
6 may 2015 17:35
# 7
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Dosta_inam
maraqlidir göresen sonu nece olacaq,o oğlan kim oldu,bilerik yeqin gele bölümlerinde.
6 may 2015 13:51
# 6
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Baharim ol
Maraqli bolumduşgorek kim olur,
6 may 2015 12:32
# 5
Ama yenede
Bestoş
1ci bolumunu oxumamiwam heyf maraqlidir ama
6 may 2015 12:18
# 4
Coxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx xooooooooooooowbexxxxxxxxxxxxxxxxxxtemmmmmmmmmmmmmmmmmmmmmmm
yarpaq33
Coox maraqlidir
6 may 2015 12:02
# 3
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Zeynep_Fatih
bu romani oxumuwam cooo.x maraqli romandi
6 may 2015 11:48
# 2
BARBI
Gorek bu oglan kimdi muemmali meqamdir
6 may 2015 10:47
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz