Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sən məni Allahdan istəməyi bilmədin (10-cu bölüm)
Sən məni Allahdan istəməyi bilmədin (10-cu bölüm)
Göndərən: guler19
Şərhlər: 9
Baxılıb: 1368
Səs ver:
Onların gəldiyi bir həftə idi. Bu günlər ərzində Evdə qəribə bir sakitk vardı. Əslində bu zahirən belə idi, əslində hamının ürəyində bir gərginlik, bir təlatüm var idi. Yalnız uşaqların şən səsləri eşidilirdi. Ruslan Arzunu , Ümidi və Ülvini çox sevir, onlarla oyun oynayırdı. Balaca Ülvi artıq Ruslana da, Tanyaya isnişmişdi. Onlara gülümsəyir, Ruslanın onu güldürmək üçün etdiyi hərəkətlərə uğunub gedirdi. Tanya bacardığı qədər özünü ələ almağa çalışırdı. Bu illər ərzində Rəhmanın evinə gəlməsinə, Aliyənin yanında qalmasına bu qədər gərginləşməmişdi. İndi bir damın altında Rəhmanın Aliyə ilə bir otaqda, hətta bir yataqda yatmasına daxilində dözə bilmirdi. Lakin üzdə özünü sakit göstərirdi. Aliyə də eyni hissləri keçirirdi. O isə günlərin birində Rəhmanın Tanyanın otağına gedəcəyi günü təsəvvürünə gətirir, həyəcanlanır, əsəbləşir, üzünü Allaha tutub kömək diləyir, səbr istəyirdi. Rəhman isə artıq Tanyanın gözlərinin dərinliiyindəki incikliyi görür, Aliyənin çaşqınlığını hiss edir, o da gərginləşir, özünü günahkar sayırdı. Lakin, vəziyyəti idarə etmək üçün bir az daha ciddi, daha zəhmli göstərirdi özünü. Bu görkəmdən qadınlar hər ikisi çəkinir, hərə bir işlə məşğul olur, yemək zamanı səmimi görünməyə çalışırdılar. Sona xanım isə hər kəslə gülər üzlə danışır, çox zaman isə Aliyəni qaşqabaq etməməsi üçün danlayırdı. Aliyə dualara, namazına sığınmışdı. Hər gecə yatağı sanki tikanla dolu imiş kimi yuxuya gedə bilmirdi. Bəzən gecələr də durub namaz qılırdı. Rəhman onu anlayırdı. Lakin geriyə yol yox idi. Bu həyat belə də davam edəcəkdi.
Tanya gecələr bəzən aşağı düşür, onların otağına sarı boylanır, işığın yanıb yanmadığını görmək istəyir , sıxıntılar içinddə öz otağına qayıdırdı. Gözünə çox gec yuxu gedirdi.
Axşamüstü idi. Rəhman ailəsini yığıb dənizə getmişdi. Onlar getdiyi yer tam sakitlik idi. Lap uzaqda adamlar görünürdü. Sahil yalnız onlara məxsus idi. Xəzərin mavi suları yenə də insanı valeh edirdi. Günəşin axşama doğru suya düşən şəfəqləri elə bil suyu gümüşə döndərmişdi, sular bərq vururdu.öGöz işlədikcə mavi dəniz və aydın səma hər kəsi yüngülləşdirirdi. Ayaq altındakı isti və narın qum elə bil onların canındakı gərginliyi çəkib aparırdı. Bu nə möcüzə idi, bu nə gözəllik idi.
Tanya heyran olmuşdu bu gözəlliyə. Ürəyi quş kimi çırpınırdı. O bir an gözünü yumdu: "Xəyalında bir Rəhman idi, bir də özü. Onlar mavi sulara baş vurur, üzdükcə üzür, sahildən uzaqlaşırdılar. Rəhman ona çata bilmir, məktəbdə oxuduğu illərdəki kimi, sürətlə üzürdü Tanya. Rəhman qışqırır, ona çatmaq istəyir, Tanya isə gümüşü sularda gah gizlənir, gah da üzə çıxırdı. Onların qəhqəsi aləmi bürümüşdü...” O gözünü açdı,ödərindən bir ah çəkdi,öbunlar bir xəyal idi, ancaq xəyal.

Qadınlar kölgədə oturur, Rəhman isə suda uşaqlarla oynayır, onlara üzmək öyrədirdi. Ruslan çox yaxşı üzsə də, Rəhman onu uzağa getməyə qoymurdu.
Tanya balaca Ülvini suda oturdur, ehtiyatla oynamasına, əylənməsinə kömək edirdi. Onun belə hərəkətləri Aliyəni sanki ona bir az isnişdirirdi. Sonra Aliyə də Tanyanın yanına gəldi. O da ayaqlarını suya saldı. Sanki bədəninə bir rahatlıq gəldi. Tanya da dizinə qədər suya girmişdi. Lakin Rəhmandan çəkindiyi üçün üzməyi heç ağlına da gətirmirdi. Əslində o çox gözəl üzürdü. Məktəb illərində həmişə hovuzda üzər, idmanla məşğul olardı. Lakin indi bu haqda heç kəsə bir söz demədi. Tanya ilə Aliyə xeyli körpə ilə əyləndilər. Onun heyrətli gülüşlərinə, suda oynamasına, sevinməsinə baxıb güldülər. Sonra ailə yenə bir yerə yığıldı, Alyə yüngül yemək hazırlayıb gətirmişdi. Birlikdə süfrə hazırladılar və oturub yemək yedilər. Aliyə uşaqları geyindirdi.
Artıq günəş qüruba əyilmişdi. İndi dəniz daha ecazkar görünürdü. Sanki bir nagıl idi. Sular qıpqırmızı idi. Aliyə sulara, günəşə baxdı. Bu gözəlliyi o, hələ belə yaxından izləməmişdi. Tanya Aliyəyə gülümsər baxışlarla baxıb, onun da bu gözəlliyə məftun olduğunu gördü.
Onlar evə gəldilər. Dəniz onların gərginliyini sanki yuyub aparmışdı. Rəhman da, Aliyə də, Tanya da sakit idilər. Deyəsən artıq hər şey adiləşirdi. Onlar öz talelərinə baş əyirdilər. Sona xanım getməmişdi. Gələnləri qarşıladı. Rəhman anasının yanında oturdu. Aliyə ilə Tanya isə uşaqları çimizdirməyə getdilər. Tanya irəli keçmişdi. O uşaqları çimizdirir, Aliyə isə qurulayıb geyindirirdi. Bu onların ikisinə də xoş gəldi , sanki bir-birinə daha da yaxınlaşdılar.
Sona xanım gözaltı oğlunu süzüb dedi:
-Nə yaxşı bir-birini suda boğmadılar?
Rəhman anasına tərs bir nəzər saldı, dinmədi. Həyatını belə qəliz günə qoyan elə anası olduğunu düşündü.
Artıq gec idi. Uşaqlar yatmışdılar. Tanya da, Ruslan da öz otaqlarına getmişdilər. Rəhman həyətdə oturmuşdu. Aliyə də artıq bütün işlərini qurtarmışdı. Rəhmanın həyətdə tək oturduğunu görüb yanına gəldi. Hava sərin idi. Gündüzkü istidən sonra belə hava çox xoş gəlirdi. Rəhman dinmirdi. Aliyə :
- Çay içirsənmi? -deyə soruşdu.
-Yox, sağ ol. İstəmirəm. Araya bir xeyli sükut çökdü. Aliyə onun sözlü adama oxşatdı. Ürəyindən bir həyəcan keçdi, yoxsa...Sükutu Rəhman pozdu:
- Aliyə, əgər icazə versəydin...
Aliyə gözlədiyi sualı eşidəcəyini bilib , tez cavab verdi:
- Bunun üçün məndən icazə istəməli deyilsən -dedi. -Sən Tanyanı bura gətirəndə məndən icazə istəməli idin. Artıq nə olacaqsa olsun, nə fərq edər ki? Gecən xeyrə qalsın, deyib öz otağına getdi. Başını yastığa qoyub hönkür-hönkür ağladı. O həyatını heç vaxt belə təsəvvür edə bilməzdi.
Rəhman onun ardınca baxdı. Ah çəkdi. Lakin bilirdi ki, başqa cür mümkün olmayacaq. Artıq bu həyat adiləşməli idi hamı üçün. Odur ki, gündüzdən verdiyi qərarı yerinə yetirmək üçün yerindən qalxıb Tanyanın yanına getməyə tələsdi..Amma ürəyində dogrudan da Tanyaya qarşı bir darıxma var idi. Onu oxşamaq, sarı saçlarına sıgal çəkmək istəyirdi. Onun ətri üçün lap qəribsəmişdi. Tanyanın özünəməxsus bir incəliyi var idi.
Rəhman pilləkənlərlə yuxarı qalxarkən dönüb bir də geri, Aliyənin otagına baxdı, işıq sönmüşdü...
Tanya yerinə uzanmışdı, qapının səsinə geri çevrildi. Rəhmanı görüb həm təəccübləndi, həm də sevindi.
-Gəldin, bəs Aliyə nə dedi, incimədi? Rəhman, sən gərək gəlməyəydin. Biz onsuz da bir aydan sonra qayıdacağıq, sən ony incitməyəydin gərək.
Rəhman sakit səslə dedi:
- Bundan sonra hamı bu həyata öyrəşməlidi. Bu qayda-qanunu bilməlidir. Biz bir ailəyik. Mən necə deyirəm elə də olmalıdır.
Tanya ürəyində sevindi. Rəhmana sığınıdı. Rəhman onu bərk-bərk qucaqladı, sinəsinə sıxıb ətrini acgözlüklə ciyərlərinə çəkdi...Tanya buna adət etmişdi. Bilirdi ki, bu o deməkdir ki, Rəhman onun üçün çox darıxıb.
Sona xanım kənardan bütün olanları izləyirdi. Oğlunun Tanyanın otağına getməsi onu əməlli-başlı sevindirmişdi. Sanki çiçəyi çırtlamışdı. Mətbəxə keçdi özünə bayaq Aliyə dəmlədiyi kəklikotulu çaydan süzüb eyvana çıxdı. Sərin havada oturub ləzzətlə çay içdi.
Beləcə onlar Rəhmanın dediyi kimi bu həyata öyrəndilər, alışdılar.öBeləcə həyatlarına davam etdilər. Hamı bilirdi ki, Rəhman həftənin üç gününü Aliyənin yanında, üç gününü isə Tanyanın yanında gecələyir. Buna hamı adət eləmişdi. Qadınlar daha əziyyət çəkmirdilər. Hərə öz gününü səbrlə gözləyirdi. Artıq onların bu həyat tərzini rayonda da bilməyən yox idi.Çünki onlar bir yerdə rayonda da yaşayırdılar. İlk əvvəl bunu eşidən Aliyənin valideyinləri çox əsəbləşdilər, Aliyənin boşanmasını istədilər. Lakin Aliyə onları sakitləşdirdi.
-Bu mənim həyatımdır dedi, mən barışmışam həyatımla. Siz də qarışmayın. Mən övladlarımı atasız qoya bilmərəm.
Aliyənin bu sözündən sonra onlar daha Aliyəgilə gəlmədilər. Atası Süleymen kişi isə ürək xəstəliyinə tutulmuşdu.

Lakin onlar bilmədi ki, bu əhvalat hələ Aliyənin uşaqları dünyaya gəlməmişdən mövcuddur. Qohum, qonşu hər kəs bu işə heyrət edirdi. Qadınlar arabir Aliyəyə "necə dözürsən buna?” "Niyə razı olursan onun burada qalmasına?” deyə verdiyi sualların qarşısında özünü sındırmır ,”Onun mənə heç bir ziyanı yoxdur” deyirdi. Artıq bunun nə dərəcədə doğru, ya yalan olduğunu heç kəs anlamırdı. Heç kəs Aliyəni başa düşə bilmirdi. Aliyə hər şeyə göz yumaraq sanki bir kölə kimi həm Sona xanımın etdiyi haqsızlıqlara dözür, həm də Tanya ilə Rəhmanın evliliyini qəbul edirdi. O özünü nə qədər sakit göstərsə də hamının ona yazığı gəlir, bəzən də qınayırdılar. Aliyə isə öz həyatına davam edirdi.
Rəhman bir xeyli vaxt idi ki, Azərbaycanda yaşayırdı. Rusiyadakı işinə nə olmuşdu bilən yox idi. Onlar yayı rayonda qalır, iki qadın birlikdə qış tədarükü görür, mürəbbələr bişirir, kampotlar, turşular hazırlayırdılar. Payızda bütün hazırladıqlarını, bağlarından yığdıqları meyvələri iri bir yük maşınına yükləyib, Bakıya qayıdırdılar. Rayonda olanda gələn qonaqlara ikisi də qulluq edərdilər. İkisi də çox qoçaq və səliqəli idilər. Gələnlərə bir saatın içində neçə cür yemək hazırlayıb , səliqə ilə süfrə açardılar. Onların belə münasibətinə hamı təccüb edərdi.
Gündüz saat on bir olmasına baxmayaraq Tanya hələ aşağı düşməmişdi. Aliyə narahat idi. Tez-tez yuxarı boylanırdı. Lakin Tanya görünmürdü. Rəhman yenidən Rusiyaya getsə də, Tanya və Ruslanı özü ilə aparmamışdı. O tez qayıdacaqdı.
Aliyə yuxarı qalxdı. Tanyanın otağının qapısaını yavaşca tıqqıldatdı.
- Gəl, Aliyə gəl. Bu gün halım çox pisdir. Ürəyim bulanır, halsızam yaman.
Aliyə içəri keçdi.Tanyanın ağ üzü daha da ağarmışdı. Dodaqları çox solğun görünürdü. Aliyə əlini onun alnına qoydu. Hərarəti yox idi. Çaşqın nəzərlərlə ona baxdı.
-Nə olub sənə, dünən də halsız idin?
-Aliyə, -Tanya bir an sözünə ara verib Aliyənin əlindən tutdu :
-Aliyə ... mən hamiləyəm, - bayaqdan solmuş yanaqları qıpqırmızı oldu. Lakin gözünü Aliyədən çəkmədən düz gözlərinə baxdı.
Aliyə bir an çaşıb qalsa da tez özünü ələ aldı. Qəhqəhə ilə güldü :
- Hə, bəs niyə demirdin, ay dəli? O sevinirdimi, əsəbi gərginlikmi keçirirdi, bilinmirdi. Üzü gülürdü, Tanyaya sevinclə baxıb:
- Hə, demək bir balamız da gəlir, hə? Rəhman bilirmi?- gülərək soruşdu?: - Əgər bilmirsə mən muştuluqlayacağam.
Tanya onun ta ürəyinin içini görmək istəyirdi sanki. Lakin Aliyəniun bu gülüşləri bu sevinci necə saxta ola bilərdi. Odur ki,o yerindən qalxıb Aliyəni qucaqladı. Onlar başlarını bir-birinə söykəyib həm güldülər həm ağladılar. Onların taleyi belə yazılmışdı, birlikdə yazılmışdı. Onlar üçü bir yerdə yaşamalı idilər. Aliyə , Rəhman və Tanya...


Şərhlər: 9
Baxılıb: 1368
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Baharim ol
ay Allah nece taleler var
17 fevral 2015 19:58
# 9
Ama yenede
neri
oy ureyim sixildi gunahkar sona xanimda birde rehmanda gorurem
14 fevral 2015 13:38
# 8
Sert
Gultekin.A
Rehmana nifret edirem.Allah uzaq eleesin
14 fevral 2015 01:45
# 7
..
Nazan
gorunur maraqlidi
13 fevral 2015 21:32
# 6
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
Ayselina
Dehsetdir ey vallah..bu hekayeni oxumurdum..bugun 10 bolumunu birden oxudum..bele heyat dozulmezdir..Allah uzaq elesin..ardi gelsin. .bu saytin hekayelerne bir edebiyyatci kimi heyran qaldigimi soymelemek isteyrm..cox sagolun..
13 fevral 2015 17:26
# 5
Təkcə Allah inandığım zaman yaşadığımı anladım!
aziz a
Ardini isteyirem, ve Rehmana nifret edirem.
13 fevral 2015 16:21
# 4
Qelbim doludu !!!!
BARBI
Offff aliye nece qebul edir bu veziyyeti heqiqetende qebul edilesi veziyyet deyil
13 fevral 2015 11:20
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Maraqlı hekayədi təşəkkürlər
13 fevral 2015 11:11
# 2
Nergizz
ayda dehwetdie,,axrini oxuyanda dahada cox pis oldum dogrudanda qismetinle barwmalisan,,pis taleden qacdigca,dahada pise dogru gedrsen,gerek heyatinda oanlarla,barwasan pis ya yaxwi,twk hekayeye gore,evvelinden oxuyram,
13 fevral 2015 10:18
# 1
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz