Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sən məni Allahdan istəməyi bilmədin (8-ci bölüm)
Sən məni Allahdan istəməyi bilmədin (8-ci bölüm)
Göndərən: guler19
Şərhlər: 10
Baxılıb: 1400
Səs ver:
Aliyə qəmli günlərini yaddan çıxarmağa çalışsa da, bacarmırdı. Hər yataq otağına keçəndə anasının balaca Ramil üçün gətirdiyi beşiyi görəndə, göz yaşları selə dönürdü. Qohum qonşular, anası nə qədər təskinlik versələr də, körpəsini unuda bilmirdi. Hələ yastığının altına qoyduğu balaca köynəyi hər gecə qoxlayır, körpəsinin ətrini alır,göz yaşları sabaha qədər qurumurdu.
Rəhman körpənin ölümndən sonra bir ay Aliyənin yanında qaldı. Sonra yenə Tanyanın, Ruslanın yanına getdi. Gedərkən Aliyəyə xeyli təskinlik verdi. Onun əzizlədi. Lakin bütün bunlar nədənsə Aliyəyə təbii görünmədi, bir az soyuq, bir az başqa cür görsəndi. Lakin Rəhmana bir kəlmə onu incidəcək bir söz demədi. Bu bir ayda Rəhman onu xeyli gəzdirmişdi. Bakıya aparmışdı, dəniz kənarında gəzmişdilər, Aliyə istəməsə də Rəhman ona hər şey almışdı, qayıdanda isə yenə Sona xanım dilini dinc qoymamışdı.
- Hə, bəs mənə niyə heç nə almayıbsan a Rəhman. Bəs bir demədinmi ki, mənim bir qoca anam var, onun da payını almaq lazımdır.
Bu sözə Rəhman əsəbləşmiş və anasına tərs bir nəzər salmışdı. ”Sanki bilmir ki, mən bunları niyə görə almışam” deyə düşünmüşdü. Axı Rəhman gələndə pulu həmişə anasına verərdi. O da nə istəsə ala bilirdi özünə. İstəyəndə Bakıya, hətta Rusiyaya belə gedirdi.
Aliyə hərdən Tanyanı xatırlayırdı. Ona nə qədər minnətdar olsa da, qəlbinin dərinliyində bir şübhə onu rahat buraxmırdı ”Bu qadın kim idi, nədən mənə bu qədər mehriban idi, nədən bu qədər mənə yaxşılıq edirdi. Balamı qucağında necə əzizləyidi. Gözünü bu dünyaya əbədi yumanda, necə yana-yana ağlayırdı. Əgər o Rəhmanın sevgilisi və ya bir yerdə yaşadığı qadın idisə, bəs niyə belə rəftar edirdi mənimlə?” Bu suallar fikrini qarışdırırdı. Rəhman hər axşam zəng çalır, onunla uzun uzadı söhbət edirdi.

Rəhman gedəli iki ay olmuşdu. Telefon yenə zəng etdi. Rəhman sabah gələcəyini bildirdi. Aliyə sevindi.Tələsik aşağı qaynanasının yanına qaçdı.
-Ana, Rəhman sabah gəlir, - dedi sevinclə.
Sona xanım acıqlı baxışlarla gəlini süzdü:
-Sənmi çagırırsan? Nə olub, bu anası ölmüş pulunu yollaramı tökəcək. Yeni getməmişdimi? Sən burdan səslə, o da ordan, görək boğazınıza çörəyi kim qazanacaq.- Dedi və özünü itirdi. Böyük səhvə yol verdiyini anladı. Aliyə düz onun gözlərinin içinə baxırdı. İlk dəfə Sona xanım belə pis vəziyyətə düşürdü. Aliyə isə bu sözdən ürəyindəki şübhələrin , cücərdiyini hiss etdi. Gəldiyi kimi də geri qayıtdı. Otağına keçib qapını örtdü. Yerinə uzanıb fikrə getdi. ”O nə demək istəyirdi. Kim onu ora çağırır. Tanyamı? Bu doğrudabmı belədir? Mən neyləyim? Bunu Rəhmandan necə soruşum?"
Qapı açıldı Sona xanım qapıda göründü :
-Yatıbsanmı, ay gəlin? Mən iş yoldaşını nəzərimdə tuturdum e, a bala. Birdən başqa cür başa düşərsən. Ürəyinə ayrı fikir zad gətirmə.Sabah Rəhman gəlir, tezdən qalx, biş –düşünlə məşgul ol.
Aliyə dinmədi. Sona xanım da daha başqa söz deməyib getdi.
Rəhman Aliyənin qəmli, bir az da yorğun görkəminin səbəbini Ramilə bağladı. Bu dəfə Aliyə bir başqa göründü ona. Münasibəti xeyli soyuq idi. Rəhmanın bir gözü anasında , bir gözü Aliyədə idi. "Nə olub görəsən? Dalaşıblar? Nə isə eşidib Aliyə? Niyə bu qədər soyuq davranır mənimlə? "Bu fikirlərdən ürəyi sıxıldı.
Aliyə isə onun bu təlaşını duyur və şübhələrinin gerçəkləşəcəyinə inanırdı.Artıq Rəhmandan sorğu-sual etməyə ehtiyac yox idi. O yığışıb anasıgilə getmək fikrinə düşdü.Onsuz da üzünü iki ayda bir dəfə görürəm,övladım da məni tək qoyub getdi, deyə düşünərək bir qərara gələ bilmirdi.
Aliyə yataq otağında idi. Rəhman onun yanına gəldi,onu qucaqladı.Aliyə bir an hər şeyi unudaraq ona qısıldı. Rəhmanın ürəyi bir az sakitləşdi. Aliyə başını qaldırıb ona baxdı, gözlərinə, ümumi görnüşünə baxdı. Ürəyindən dərin bir ah keçdi. O Rəhmanını nə üçün başqasına verməli idi. O Rəhmanını kimsə ilə bölüşməyəcəkdi. Odur ki, Rəhmana daha bərk qısıldı. Lakin Sona xanımın axşam dediyi söz bir də qulaqlarında səsləndi, birtəhər cəsarətini toplayıb Rəhmana sual verdi:
-Tanya kim idi Rəhman? Sən onu hardan tanıyırsan? O niyə bizə bu qədər yaxşılıq etməyə çalışırdı?
Bu sözdən elə bil Rəhmanı ilan sancdı,əsəbləşdi, qıpqırmızı qızardı. Bu dəyişikliyi Aliyə də hiss etdi. Rəhman pəncərəyə doğru gəldi. Artıq heç nəyi gizlətmək istəmirdi, Aliyənin xəstəxanada düşdüyü vəziyyət də yadına düşdü və bu məsələyə birdəfəlik son qoymaq istədi:
-Bilmək istəyirsən?- onun səsində bir titrəmə, bir gərginlik vardı.
-Gəl otur yanımda, səninlə açıq danışmaq istəyirəm.
Aliə həyəcanlandı, onun üzünün ifadəsindən qoxdu da. Gözəl üzü təşvişdən gərgin bir vəziyyət aldı. Ürəyinin döyüntüsü qulaqlarında eşidilirdi. Gəlib Rəhmanın yanında əyləşdi. Diqqətlə onun gözlərinə baxdı. Rəhman isə gözlərini yayındıraraq sözə başladı:
-Bilirsənmi Aliyə, mən əsgərlikdən gələndən sonra, Rusiyaya getdim. Çox gənc idim. İş tapmaq bir yana, heç qalmağa yerim də yox idi. Neçə gün idi ki, bir qoca kişinin evində qalırdım. Bir gün yenə iş axtarmağa getmişdim. Çox soyuq idi. Evə qayıdanda dişim –dişimə dəyirdi. Mən xəstələnmişdim. Evə necə çatdığımı bilmədim. Bir də gözümü açanda yanımda bir qızın oturduğunu gördüm.Mən qoca kişinin otağının birində, çarpayıda idim. Xəstə olduğum müddətdə mənə bu qız –Tanya, qoca kişinin nəvəsi qulluq eləyirmiş. Sən demə mən sətəlcəm olmuşam, qızdırmadan evə gələn kimi özümü itirmişəm. Qoca Fyodor kişi öz nəvəsi ilə məni çarpayıya qoyub, həkim çağırıblar. Mən sağalana qədər Tanya məni çölə buraxmadı, mənə qulluq etdi. Bax bizim tanışlığımız burdan başladı. Sonra mən işimi qurdum və biz evləndik.
Aliyə hönkürüb ağladı. Qaçıb getmək istədi, Rəhman onu tutub saxladı:
- Mənə axira kimi qulaq as, sonra qərarını ver, Aliyəm.
-Mənə Aliyəm demə! Demək sən məni aldatmısan, həyat yoldaşın ola-ola, bunu mənə deməmisən. Məni ikinci həyat yoldaşı kimi seçmisən. -Aliyə ağlayır, Rəhman isə peşiman halda ona baxırdı.
-Məni anam mütləq evləndirəcəkdi Aliyə, mən də səni gördüm,səni sevdim, nə edim. Məyər biz xoşbəxt deyilik, onun bizə bir ziyanı dəyirmi? Sənə olan məhəbbətimi, Tanya azlda bilirmi? Mən onu ata bilməzdim Aliyə,o mənim çətin günlərimin həyanı olub, mənim qərib ölkədə hər an köməyim olub. O Mənim Ruslanımın anasıdır. Sən də yenə də ana olacaqsan, bizim səninlə çoxlu övladlarımız olacaq, səni də özümlə Rusiyaya aparacağam.
Rəhman danışır, Aliyənin isə qulaqları uğuldayırdı. ”Demək o uşaq da bunların imiş, aman Allahım, gör mənim gözüm necə bağlanıb, mən heç nəyə fikir verə bilməmişəm. Yazıq balam,səndən başqa gözüm nəyi görürdü ki?" Bu fikirlər içərisində, artıq Aliyə Rəhmanı eşitmirdi. Ağlaya da bilmirdi. Nə edəcəyini, hansı yolu tutacağına qərar verə bilmirdi.
-Aliyə, Tanyanın məndən və Ruslandan başqa kimsəsi yoxdur. Mən səni dəli kimi sevirəm, inan mənə. Onu isə atmağı özümə sığışdırmıram. Sən onu gördün canım. O çox yaxşı insandır, inan ki, gələcəkdə də onun sənə bir pisliyi dəyməyəcək.
Aliyə yuxu görürdü. Görürdü ki, balası göy çəmənlikdə qaçır, oynayır, tez-tez Aliyəyə baxıb gülür, yenə də oynayırdı. Birdən Ramil ona sarı qaçaraq gəldi və dedi:
-Ana sən heç yana getməyəcəksən hə?
-Yox canım mənim, balam mənim, səni qoyub hara gedərəm ki?
-Ana Tanya xala da gəlsin, mən onu da çox sevirəm. O məni səni kimi sevirdi, oynayırdı mənimlə. Bax ana, bura çox gözəldir,mən ikinizi də burada gözləyəcəyəm həmişə.
Aliyənin hıçqırıq səsinə Rəhman oyandı. Aliyə ona sığınıb yatmışdı, yuxuda ağlayır, əli ilə sanki kimi isə tutmaq istəyirdi. Rəhman gecə Aliyədən sonra uzanmışdı yatağa. Onu oyatmamaq üçün çarpayının bir kənarındaca yatmışdı. Demək Aliyə yuxu görürdü. Yuxunun təsirindən ağlayır,ona sığınırdı. O, Aliyəni oyatmağa çalışdı:
-Aliyə oyan,oyan! Nə olub sənə, oyan.
Aliyə gözünü açdı, göz yaşları yastığını da islatmışdı. Gördüyü yuxu yadına düşdü. Artıq ağlamaqdan səsi də batmışdı.
Düşüncələr içində gəzdi bütün günü. Gördüyü yuxu ona nə deyirdi. Oglu ona nə demək istəyirdi. Bir qərara gələ bilmirdi. Rəhman harasa getmişdi. Aliyə neçə dəfə anasıgilə zəng etsə də, ona cavab verən olmamışdı. Qapıda maşın dayandı , gələn Rəhman idi. Evə keçdi ,anasının yanına getdi. Olanları ona danışdı. Sona xanım ogluna dedi :
-Nə deyir,boşanmaq istəyir? Özbaşına deyil ki, yoluna qoya bilmirsən ailənin işini. Agzının kəsəri də yoxdur. Nəyi çatmır. Xanım kimi geyinir, saray kimi evdə yaşayır. Nədən korluq çəkir. Odur e, görürəm, əri yanında oturanları, onun kimi geyinirlər? Sənin orda işin var, səni orda bir adam idarə eləməlidir ya yox. Qoy o orda xanımın olsun, bu da burda. Lap lazım gəlsə ikisini də bir evdə saxlayarsan. Sənin pulun ikisini də, xanım kimi saxlamağa yetər. Eşitməz bir yaxşı yumrugunun altına salarsan, onda eşidər.
- Yox ay ana, zorla gözəllik olmaz. Əgər Aliyə razı olmasa ayrılacagam. Amma mən başqa məqsəd üçün gəlmişdim. Bakıdan ev danışmışam, onu almaga gəlmişdim. Dedim sən də, Aliyə də bir yerdə gedib baxardıq.
- Eləmi, ay səni xoşxəbər ol. Gedək baxaq da, niyə durmuşuq. Ay qız, Aliyə, gəl hazırlaş, eşidirsən, ərin sənə Bakıdan ev almağa gəlib. Yığış gedirik Bakıya.
Əslində bu söhbətin hamısını Aliyə eşidirdi, qaynanasının da, Rəhmanın da sözləri onu heyrətləndirmişdi. Amma o bilirdi ki, Rəhman ona heç vaxt əl qaldırmaz. Amma "Aliyə razı olmasa ayrılacagam" deməsi onun ürəyunə bıçaq kimi sancılmışdı.


Şərhlər: 10
Baxılıb: 1400
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Dosta_inam
Yazıq Aliyə nələr çəkir.
27 oktyabr 2015 11:48
# 10
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Baharim ol
Sona xanim lap eseblerimi oynadir
17 fevral 2015 19:29
# 9
Ama yenede
Nazan
yaxsi alinib
10 fevral 2015 16:17
# 8
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
gulunnn
Cox gozel hekayedir 9cu bolumunu sebirsizlikle gozleyirem
10 fevral 2015 01:39
# 7
neri
Aliyenin yerine olmag istemezdim
9 fevral 2015 16:30
# 6
Sert
Gultekin.A
Allah Aliyenin yerine hec kimi qoymasin
offf hele oxuyuram ureyim partlayir
9 fevral 2015 15:17
# 5
..
BARBI
Bu aliyeyede hirslenirem hemise sakit durur
9 fevral 2015 11:21
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
efsane..
niye bezi analar tekce oz ovladini dusunur ki cox acinacaqli haldi
9 fevral 2015 10:33
# 3
Fialka
Yazıq Aliyə ...
9 fevral 2015 10:27
# 2
Tomris Müslümova
maralidi ama cox oxuya bilmedim 08
9 fevral 2015 10:26
# 1
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz