Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sən məni Allahdan istəməyi bilmədin (1-ci bölüm)
Sən məni Allahdan istəməyi bilmədin (1-ci bölüm)
Göndərən: guler19
Şərhlər: 10
Baxılıb: 2167
Səs ver:
Aliyə bagçada bacıları və qonşu qızlarla deyib gülür, zarafat edirdi. Qızların səsi hər yanı bürümüşdü. Bu səslər sanki təbiətlə həmahəng idi. Hər yan yamyaşıl və gül-çiçəkliK idi. Qızların və quşların səsi bu gözəlliyi daha da artırırdı. Aliyəgilin həyəti qızılgüllərlə dolu idi. Bu gülləri Aliyə atası və bacıları ilə birlikdə əkmişdilər. O zaman qızlar hələ balaca idilər. İndi qızlar da, güllər də böyümüşdü.
Qızlar böyük gilas agacının altında oturmuşdular. Deyib-gülür, şənlənirdilər. Aliyə evin üçüncü qızı idi. Böyük qızlar ailə qurmuş, evdə iki qız qalmışdı. İndi böyük bacılar da ata ocagında idilər. Böyük bacı Leyla balaca qızı Sevərlə birlikdə gəlmişdi. İknci qız Sevinc isə hələ yeni köçmüçdü. Qızların da bu qədər gülməsinə səbəb də elə körpə Sevər idi. O, min cür işlər görür, xalalarlı da ugunub gedirdilər.
Aliyə qıvrım saçlarını yuyub daramış, kürəyinə tökmüşdü. Saçları ag üzünə bir gözəllik verirdi. Qonur qaynar gözlərindən sevinc yagırdı. Həyatın yalnız xoş üzünü görmüş bu qız daim gülərüz, şaqraq gülüşlərilə evlərini canlandırardı. Hələ kimsəyə könül verməmişdi. Ata ocagında həyatının qaynar gənclik illərini yaşayırdı. Orta məktəbi bitirsə də, atası o biri qızları kimi onu da ali təhsil almaga qoymamışdı. Ata qıymamışdı ki, gözəl qızlarını evindən, gözündən uzaga düşsün.
El-obada Aliyəni bəyənən cavanlar da, analar da vardı. Bir iki elçi də gəlib- getmişdi. Amma bunların heç biri Süleyman kişinin ürəyinə yatmamışdı. Qızına hər yetənə layiq bilməzdi.

Son günlər qulagına çatan söbətə görə Kərim kişinin həyat yoldaşı Sona Aliyəyə oglu Rəhman üçün elçi gəlmək istəyirdi. Süleyman kişi Kərimi yaxşı tanıyırdı. Kənddə hamı ona hörmət edirdi. Öz əməyi ilə dolanan bir adam idi. Bir az yolşdaşını zabitəli söyləyirdilər, amma Süleyman kişi bu xüsusiyyəti də lazım gələndə ailədə lazım olan xüsusiyyət kimi qəbul edirdi. Bu fikirlər içində düşüncələrə qərq olan ata qızlarının şən qəhqəhələrini eşidib fərəhləndi.
Şəfiqə xanım hayat yoldaşının həyətdə tək oturub fikrə getdiyini görüncə, onun nə fikirləşdiyini təxmin etdi.Ona sarı gəldi.

-Süleyman, nə fikrə getmisən? Niyə evə gəlmirsən?

-Nə bilim, elə burada oturub qaldım. Nədir, yenə sözlü adama oxşayırsan?

-Heç, yenə bu Sona xanım zəng eləmişdi. Axşam bizə gəlmək istəyirlər.

Süleyman tərəddüdlə yoldaşına baxdı. Ürəyində bir kövrəklik əmələ gəlmişdi. Aliyənin bir anlıq bu evdən köçəcəyini düşünəndə, ürəyi sıxıldı. Amma nə etmək olardı ki, həyatın qanunu belədir. Bu dəfəki elçilər elə də pis adam deyildilər. Odur ki, yarıkönül dilləndi:

-Denən gəlsinlər!

Onun səsindəki titrəyişi Şəfiqə xanım duydu. Bu kövrəklik onu da kövrəltdi. O da başını çevirib bağçaya sarı baxdı.

Sona xanım yanında böyük qızı Südabə və iki başqa qohumu ilə onlara gələndə, qapını ilk açan Aliyə oldu. Aliyənin elçilik söhbətindən xəbəri yox idi. Baxışları bir anlıq toqquşdu Sona xanımla. Sona xanım üzü nurlu, saçları xınalı bir xanım idi. O, Aliyəni görən kimi bəyəndi. Gülər, yaraşıqlı üzü gələcək qayınanasına dogma göründü. Bu bəlkə də alın yazısının belə olacagı ilə əlaqadar idi. Aliyə onun gəlini olacaqdı deyə, belə dogma gəldi ona. Aliyə isə ona diqqətlə baxan bu qadının gözlərində qəribə bir parıltı gördü. Amma bunun nə oldugunu anlamadı. O, qonaqları evə dəvət edərək bacılarının yanına qaçdı.

Elçilik söhbəti naməlum qurtardı. Qadınlar getmək üçün qalxdılar. Şəfiqə xanım onları mehribanlıqla qarşıladıgı kimi, mehribanlıqla da yola saldı. Bu zaman Südabə geri dönüb əlindəki bükülünü Şəfiqə xanıma verdi. O, bunun nə oldugunu anladı. Bu, gələcək kürəkəni Rəhmanın şəkli idi.

Elçilər getdilər. Qızlar anasına baxdı. Aliyəni bir bəhanə ilə qonşuya yollamışdı Şəfiqə xanım. Sevinc onu çagırmaga getdi. Evə gələndə Leyla anasının ona verdiyi bükülünü Aliyəyə verdi və hər şeyi Aliyəyə danışdı. Aliyə qıpqırmızı qızardı. Anası gözünə dəymədiyinə sevindi. Ürək çırpıntısı ilə əlindəki bükülünü açdı. Bu şəkil idi. Şəkildən ona qara qalın qaşlarının altından, iri qara gözlü bir oglan baxırdı. Onun yaraşıql üzü, qara bıgları var idi. Aliyə sanki bir boşluga düşmüş kimi hiss etdi özünü. Qapıda onunla rastlaşan qadının bu oglanın anası oldugunu anladı.


Şərhlər: 10
Baxılıb: 2167
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Dosta_inam
Maraqlı hekayə oldu, qalın qaşlı oğlanı görək bəyənəcəkmi qız.
27 oktyabr 2015 09:41
# 10
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Yusif Ulker
marqli oldu hamde basligi tesirlidir
22 aprel 2015 12:57
# 9
heyat wahmat kimidi....men sah sen mat men seni itirsem bir dawin iter sen meni itirsen oyun biter.......
Baharim ol
Oxudum maraqli geldi.
17 fevral 2015 18:22
# 8
Ama yenede
Nazan
tesirli basligi var
26 yanvar 2015 21:09
# 7
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
neri
ardini gozleyiremm
26 yanvar 2015 20:53
# 6
Sert
Ayselina
Size ne qeder tesekkur etsem azdir..gun erzinde vaxtimin cox hissesini bu saytda kecirirem..ve en cox sevdiyimde hekayelr bolumudur..cox sagolun..ellerinize sagliq
26 yanvar 2015 14:18
# 5
Təkcə Allah inandığım zaman yaşadığımı anladım!
adsiz-a
maraqliydi tşk.
26 yanvar 2015 13:07
# 4
Aysel Tatli
hec mene maraqli gelmedi
26 yanvar 2015 12:33
# 3
Fialka
Maraqlı gəldi davamı necə olacaq görəsən bəyənəcək yoxsa yox...
26 yanvar 2015 11:42
# 2
BARBI
maraqli hekayedi gorek ardi nece olacaq
26 yanvar 2015 09:48
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz