Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sənə izah edə bilmədiyim duyğularım (2-ci bölüm)
Sənə izah edə bilmədiyim duyğularım (2-ci bölüm)
Göndərən: NoName
Şərhlər: 11
Baxılıb: 1589
Səs ver:
Duş kabinəsindən çıxıb bədənini qəftəyə bürüdü. Nəmli saçlarından ara-sıra su damcılamaqda idi. Yataqq otağına keçib qaranlıqda bir neçə dəqiqəlik dayandı. Mimikasız. Nəfəsini içəri çəkmiş durumda. Yavaş-yavaş əlləri yumruq halına gəldi.Bir-birinə bərk sıxılmış dodaqları aralandı.Ağır-ağır nəfəs alıb verməyə başladı. Əlini uzadıb işığı yandırdı. Güzgü qarşısına keçdi.Bumbuz üz ifadəsi.Feni əlinə alıb saçlarını qurulamağa başladı. Güzgüdə öz gözlərinə bir yad kimi tamaşa etdi. Qəftəni bədənindən azad etdi. Döşməyə sərilmiş qəftəyə baxış atıb şkafı açdı.Özünə lazımlı geyimləri seçib yatağa tulladı.
Geyinib keçindikdən sonra əyləşib "make-up”a başladı. Sezilməyəcək dərəcədə. Bahalı fransız ətrindən vurub aksesuarlarını taxdı. Çantasını yoxlayıb dikdabanlarını ayaqlarına keçirtdi. Qapını kilidləyib çevriləndə qonşusunun baxışları ilə rastlaşdı. Orta yaşlı qadın qolları sinəsində çarpazlaşdırıb ona tanış olan məzəmmətli baxışlarını yönəldərək qapının ağzında durmuşdu. Heç nə demədən, reaksiyasız pilləkanları enməyə başladı. Adı Afaq olan bu qadın onun hansı peşə sahibi çox yaxşı bilirdi.
Bina evdən çıxan kimi ətrafa nəzər saldı. Küçənin fanarları qaranlığı işıqlandırırdı.Çox da uzaqda olmayan məsafədə dayanan maşın sürətlənərək onun durduğu yerə yaxınlaşdı.Qapını açıb içəriyə girdi.Ön sıra ilə arxa sıranı qara "divar” ayırırdı. Təkcə bu deyildi. Pəncərələr qara plyonka ilə örtülmüşdü.
Yanında əyləşən müştərisinin yaşı hardasa 35-45 arası olardı. Saçlarına təzəcə düşməyə başlayan ağlar.Məmnunluqdan parıldayan gözləri. Getdikcə genişlənən təbəssümü. Əlini "Eleonara”nın dizlərinə qoyub yuxarıya doğrulanmağa başladı. Boynunu öpüşlərə qərq-edə-edə əlləri ilə gözəl bədəni əlləməyə başladı.”Eleonara”nı kürəyi üstə üstə maşın divanına sıxışdırıb əynindəkiləri bir-bir çıxartmağa başladı.”Eleonora” da boş durmayıb onu geyimlərdən azad etdi. Müştərisi onun ayaqlarını belinə doladı.
Sürücü səsləri eşitsə də, aradakı qara "divar” şahid olmasına əngəl törədirdi. Ehtiyatla sükanı idarə edərək maşını sürməkdə idi. Yollar sakit idi.
"Eleonora” əynini geyinməyə çalışırdı ki, müştərisinin barmaqları kürəyi boyunca gəzməkdə idi. Əlindəki işi dayandırıb onun nə edəcəyini gözlədi. Nəfəsini boynuna hiss etdi. Çılpaq kürəyini vəhşi öpüşlərə qərq edən müştərisi qolları ilə onun qarnını qucaqlayıb kobud şəkildə özünə bərk sıxdı.Onsuz da əyninə keçirtdiyi köynəyi düymələməmiş, şalvarını hələ geyinməmiş müştərisinin istəyinə tabe olub onun istəklərini yerinə yetirməyə başladı. Bu soyuqqanlı gözəlin gizli ehtirasından vəcdə gəlmiş adam bu dəfə özü altda, "Eleonora”nı üstdə saxlatdırdı. Onun gözlərindən hər şeyi anlayan "Eleonora” dodaqları ilə "müştəsi”nin boynunu,sinəsini, qarnını öpməyə başladı.
Gənc sürücü məkanın yaxınlaşdığı görüb udqunub qara "divar”ı astaca döyəclədi.
-Nə var?!-əsəbi səs.
-Az qalıb,-gənc bir az özünü itirmiş halda cavabladı.
-Lap əla!-deyib "Eleonora”nın çiynindən yapışıb üzünə baxdı.-İşimizzi orada davam etdirərik, gözəlim. Geyin!
Sürücü qapını açdı. "Eleonora” salondan enərək restorana baxdı.Çənəsini tutub üzünü özünə çevirən müştərisinin gözləri ilə qarşılaşdı.
-Sən məni dəli etmisən artıq!-deyib vəhşicəsinə dodağına yumulub öpüşünü qopartdı...
2-3 gün sonra. Bu gecə sərbəst idi. Sahibindən heç bir mesaj gəlməmişdi. Saçlarını hörük edərək aynadan özünə baxdı. Nəqədər baxdı, bilmədi. Sonra ayağa qalxıb əyninə keçirtdiyi gecə geyiminindən bir göz qırpımda azad oldu. Ayaqlarının altındakı gecəliyinə nəzər saldı. Əhatədən çıxıb işığı söndürdü.Çarpayıya uzanıb gözlərini tavana zillədi. Üstünə örtük çəkmədi. Qolları ilə özünü qucaqlayıb sağ çiyni üstü çevrilərək uzandı.Bir xeyli belə davam etdi. Gözlərinə yuxu getmədiyindən yata bilmirdi. Qalxıb əyləşdi. Gözlərini qapatdığında günəşin şüalarını xəyalında canladırdı. Xəfifcə gülümsəmə.
Günortadan xeyli keçirdi. Şopinqini edib açıq kafelərin birində yüngülcə nahar etdi. Şəhəri gəzintiyə çıxdı. Getdiyi hər məkanda gözləri öz üzərinə cəmləşdirirdi yenə. Bu gözlərdə nələr yox idi ki?! Ama o, heç nəyə fikir vermədən irəliləyirdi.
Axşam. "Sahib”in kabinetində əyləşib onun əmrlərini gözləyirdi. "Sahib”inin yaşı 40-ı keçmişdi. Başını masadakı kağız-kuğuzlardan qaldıraraq "Eleonora”nı süzdü. Kinayəli təbəssümlə kürəyini söykədib əmin tonda sözünə başladı.
-Təzə müştərin var. Hazırlaş.
-Baş üstə.
"Sahib”inin gözləri qıyıldı.
-Kor adamdır. 1 həftəlik. Gəlişini sənə bildirəcəm.
"Eleonora” ayağa qalxıb qapıya doğru gedirdi ki, "Dur” əmrini eşitdi. "Sahib” baxışları ilə onu yanına çağırdı.Əmrə tabe olub yaxınlaşdı. Biləyindən kobudcasına dartıb dizləri üstə əyləşdirdi. Bir əlini boynunu arxasına, digərini belinə qoyaraq dodaqlarından başlayaraq boynuna, oradan da sinəsinə öpüşlərini qondardı.
Yolboyunca tək yürüməkdə idi. Birdən "kolleqa”larından biri ilə rastlaşdı. Ondan da gənc idi. 20 yaşı vardı. Heç bir söz demədən bir-birlərinə baxdılar. Sonra gedib divara söykəndi. "Eleonora” ona baxıb heç bir reaksiya bildirmədən yoluna davam elədi.Bir xeyli getdikdən sonra skamyada qoca adam ilə əyləşən növbəti "kolleqa”sı. Saçları ağappaq ağarmış adam fahişəsini öpməyə başladı...
Ögey bacısı böyüdükcə ona edilən zülmlər artırdı. Atası 2-ci arvadını hökmlülüyündən itdən qorxan kimi qorxurdu. Getdikcə evə gec ayaq basmağa başladı. Bəzən heç gəlmirdi. Arvadının əlinin ağdan-qaraya vurmaması onun əsəblərini ciddi şəkildə ş təsir etsə də, ona söz keçirdə bilmirdi. İlk əvvəllər onu döymək, ayaqlar altına salıb təpikləmək, şillələmək, yumruqlamaq istəsə də, arvadının qorxulu baxışları onu geri addım atmağa məcbur edirdi. Qızlarının heç biri ilə maraqlanmırdı. Arvadının yaxın qohumlarından aldığı pulları qoparda bilmədiyindən yoldan keçəni ölümcül döyürdü.
Dinara məktəbi bitirib universitətə daxil olanda bu uğur "ögey anası”nın nifrətini daha da alovlandırdı. Öz qızı dərslərə o qədər də maraq göstərmirdi, 3-4 alırdı həmişə. Dinaranı hər nə qədər ev işləri ilə yükləsə, ona nə qədər əzab versə də, Dinaranın həyat eşqini söndürməyə müvəffəq olmamışdı. Qonşuları bacardığı qədər gənc qıza yardım edirdilər. Pul, paltar verirdilər. Dinara pulsuz oxumasına baxmayaraq "ögey anası”nın tələbi altında evlərdə qulluqçuluğa başladı. Üzərindəki baxışları hiss edirdi. Gözəlliyin pik nöqtəsində idi. Və bu işi əsnasında varlı bir ailənin oğlanın eşqi ilə qarşı-qarşıya gəldi. İlk baxışda eşq. Qaçmağa çalışdı, alınmadı. Oğlan hər yerdə onu təqib edib tapırdı. Lap axırda etiraf elədi. Ağlayaraq onun qollarından çıxmağa cəhd etdi. Amma oğlan cəld dodaqlarına yumulub incəliklə öpməyə başladıı. Bacarıqsız idi.
Görüşüb eşqlərini doyunca yaşamağa qərar verdilər. Gözlərdən uzaq bir məkanda. Ancaq əl-ələ, göz-gözə, dodaq-dodağa, nəfəs-nəfəsə. Hər ikisi də xoşbəxtliklərin zirvəsində idilər. Yarım saatlıq görüş onlara bütün dünyanı bəxş edirdi.
Bu eşqin sədaları getdikcə yayılmağa başladı. Oğlanın evində qışqırıq, qızın evində şillə-təpik. Oğlanı qızdan ayrı tutmaq məqsədilə möhtəşəm plan sərgiləndi...

Müəllif: Nigar


Şərhlər: 11
Baxılıb: 1589
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Dosta_inam
Bele yerde deyirler dinsizin öhdesinden imansız geler,ata birinci arvadı döyüb öldürdü,ikinci celd terpendi ona heçne ede bilmedi,mene tesirli geldi,bir o qeder de,maraqlı oldu.
28 iyun 2015 11:03
# 11
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
ŞehZam
Birinci bölümünü kaçırmışım) maraqlıymış) tşk
17 yanvar 2015 00:38
# 10
Sevdalinka
Qizin atasi ograw sizde meni bagiwlayin esil boyun ardidi ALLAH ele biqeyretlerin kokunu kessin yer uzunden bundan sonraki bolumde qizin niye bu yolu secdiyinin wahidi olacaqsiz bu real hadisedi men bilen cunki evvelce oxuyanda ele qeyd olunmuwdu
16 yanvar 2015 22:00
# 9
ayan97
maraqliydu gozlerum yasardi
16 yanvar 2015 19:22
# 8
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
neri
ardini sebirsizlikle gozleyrem
16 yanvar 2015 18:43
# 7
Sert
leyla_258
cox duygulu sozlerdi,yalan olmasin agladim,cox supeeer alinib
16 yanvar 2015 13:46
# 6
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Tomris Müslümova
ardi gelsiiiinnnn......
16 yanvar 2015 12:17
# 5
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
xeyalperest
bunu oxumuşam ama nese beyenmedim twk
16 yanvar 2015 12:15
# 4
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
My sun
Ardı varrrr???
16 yanvar 2015 11:57
# 3
Bağışla gözlərim,mən sevdim sən ağladın.
adsiz-a
maraqlidi twk.ardini qozliirem
16 yanvar 2015 11:37
# 2
BARBI
Bu hekayeni oxumusdum kor adam onun sevgilisi olur sehv etmiremse cox maraqlidi
16 yanvar 2015 10:26
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz