Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşağa yox deməyi bacarın
Uşağa yox deməyi bacarın
Göndərən: Pure Love
Şərhlər: 3
Baxılıb: 2520
Səs ver:
1-ci qayda
Siz "yox” sözünü hər zaman işlətməyin, çünki o, öz dəyərini itirə bilər. Əgər ana uşağı tez-tez danlayaraq "Yox, eləmə, olmaz! Bəsdi!” kimi ifadələr işlədərsə, az sonra bu uşaq tərəfindən qəbul edilməyəcək. "Yox” sözü o zaman işlədilməlidir ki, uşaq ona reaksiya versin. Məsələn, uşağın oynadığı otağa tez sınan bahalı güldan qoyulubsa və uşaq ona tez-tez toxunursa, siz uşağa "yox” deməkdənsə, əşyanı otaqdan kənarlaşdıra bilərsiniz. Beləliklə, siz əvvəlcədən təhlükəni uzaqlaşdıraraq "yox” sözünü də işlətməmiş olacaqsınız.

2-ci qayda
Əgər siz "yox” sözünü işlətmisinizsə, ardınca onu "hə” ilə əvəz etməyin. Müəyyən bir situasiyada "yox” cavabını demək lazımdırsa, siz əvvəlcədən bir də fikirləşin, bu sözü işlətmək nə dərəcədə məqsədə uyğundur. Ola bilsin ki, siz sonra fikrinizi dəyişib "hə” deyəzsiniz. Ona görə də əvvəlcədən bir də götür-qoy etmək məsləhətdir. Biz uşaqlarımıza ağı qaradan seçməyi öyrədəndə heç vaxt ağı qara ilə əvəz etmirik. Onda nə üçün "yox”u "hə” ilə əvəz etməliyik? Bunun düzgün olmadığını anlamalıyıq.

3-cü qayda
Əgər siz artıq "yox” demisinizsə, onda böyük və çətin işə hazır olun. Yadda saxlayın ki, müəyyən bir qadağa uşaqda daha çox maraq oyadır və o, əksini edir. Çünki siz onun azadlığına məhdudiyyət qoyursunuz. Bu nəinki uşağın, hətta böyüyün belə xoşuna gəlmir. Ona görə də "yox” sözünü uşağın qəbul etməməsinə hazır olmalısınız. Məhz bu zaman çətin iş başlanır. Əvvəlcə uşaq özünü müdafiə etməyə başlayacaq və hər vasitə ilə çalışacaq ki, sizi sözünüzdən döndərsin. Valideyn bu məqamda səbrlə, heç bir aqressiv cümlələr işlətmədən öz sözünün üstündə durmalıdır. Artıq situasiyanı siz idarə edəcəksiniz və uşaq sizinlə razılaşmağa hazır olacaq. Siz isə bu çətin işi davam etdirməlisiniz. Bu zaman siz uşağı tərifləyərək, "yox”u müsbət emosiyalarla qəbul etdirməlisiniz. Hətta onu mükafatlandıra da bilərsiniz. Bu böyük və çətin bir iş, sınaq və tərbiyədir.
Digər tərəfdən yaddan çıxartmayaq ki, valideynlər uşaqlarına qoyduğu qadağalara özləri də riayət etməlidirlər. Məsələn, siz uşağa şirniyyat yeməyə qadağa qoymusunuzsa, özünüz də bundan imtina etməlisiniz. Bizə elə gəlir ki, qadağa qoymaq heç də çətin deyil. Əslində isə bu uşağı mənəvi təzyiq altına salır. Ona görə də başasalma, razılaşma yolu ən optimal və effektiv yol sayılır.

4-cü qayda
Siz öz qadağanızı, yəni "yox” sözünü nəyə görə dediyinizi uşağın dərk edə biləcəyi zaman izah edin. Məsələn, ana iki yaşlı körpəsinin üstünə qışqıraraq deyir: "Tez ol, əlini ağzından çıxart!”, "Mən sənə neçə dəfə deyirəm ki, onlar çirklidir!”. Və ana üzünü o yana çevirən kimi uşaq təkrar əlini ağzına aparır, hətta bir barmağını yox bütün əlini ağzına soxur. Çünki uşaq bu zərərli vərdişin gələcəkdə hansı fəsadlar, xəstəliklər törədəcəyini anlamır. Ancaq ananın fikrincə, bu balaca nəinki anlamalı, hətta yadında saxlamalıydı ki, bunu eləmək olmaz. Məsələnin təhlükəli məqamı ondadır ki, ana öz anlaşılmaz ifadələri ilə nəinki uşağı başa salır, əksinə, hətta çaşdırır. Ona görə də uşağa nəyisə başa salanda onun şüurunun inkişaf səviyyəsini nəzərə almaq lazımdır. Əks halda biz onu anlaşılmaz qadağalarla təkbətək qoyuruq.
Uşağın yaş həddi və intellektual səviyyəsi bu cür qadağaları izah etməyə imkan vermirsə, qadağanı nə iləsə əvəz etmək lazımdır. Əgər siz uşağınıza nəyisə başa salırsınızsa, siz bu anlayışı uşağın dilində, onun başa düşəcəyi tərzdə edin. Və söhbətinizi elə qurun ki, o, özü sizə nəyi necə anladığını desin.

5-ci qayda
"Yox” sözü neytral emosiyasız deyilməlidir. Çünki onu münasibətlərin aydınlaşmasında deyil, tərbiyə prosesində istifadə etmək lazımdır.


Şərhlər: 3
Baxılıb: 2520
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
valideyinlercin lazimli melumatdir
14 noyabr 2016 23:52
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnci
Yox demek nedı ezerem onu ama yenede na fayda basıma oyun acır
14 noyabr 2016 23:24
# 2
Her gulusun arxasında bır keder vardır
sona
Maraqli oldu cox sagolun. Menim qizim 9-cu aydadi her weye el atir manejnen gezir her yeri acir dagidir. Olmaz deyirem uzume baxib gulur))
14 noyabr 2016 23:05
# 1
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz